AZƏrbycan respublikasi təHSİl naziRLİYİ




Yüklə 0.55 Mb.
səhifə5/5
tarix18.04.2016
ölçüsü0.55 Mb.
1   2   3   4   5

Qanköçürmə otağında iş
Tələbə bilməlidir:

- qan grupu və Rh-ın təyinini

- venadan gan götürməyi

- uyğunlaşma sınağı aparmağı

- qanköçürmə otağının sənədlərini aparmağı

Təcrübənin sonunda tədris üçün xəstəlik tarixinin düzgünlüyü yoxlanılır və təcrübi biliklərinin attestasiyası aparılır.


Təcrübə müddətində tələbənin işinin

giymətləndirmə kriteriyası
1. Nəzəri hazırlığı (ən azı 3-cü dərəcəli mənimsəmə):

-Tipik kliniki, diagnostik, differensial diagnostik məsələləri giymətləndirməyi və lazimi mülahizələr yürütməyi bacarmalıdır

- Vəziyyəti dolğun və düzgün giymətləndirməli

- Cavablarında fənlərarası və fənnin məzmununa uyğun əlagələrə əsaslanmalı

2. Təcrübə programına və Dövlət Təhsil sisteminin tələblərinə müvafig təcrübə bacarığını nümayiş etməli

3. Yerinə yetirdiyi işdə marag və fəallıg nümayiş etdirməli

4. Etik normalara əməl etməli

5. Xəstələrlə davranmağı bacarmalı

6. Xarici görünüşünə fikir verməli

7. İş grafikinə (cədvəlinə) və daxili intizam gaydalarına əməl etməli

Məgbul kitabcasında yekün giymət attestasiya suallarına, təcrübədə aldığı giymətlərə və təcrübə ərzində apardığı təlim üçün nəzərdə tutulan xəstəlik tarixinin doğruluğuna əsasən müəyyən edilir

Təcrübə müddətində çox işlədilən manipulyasiyaların

təkrar öyrənilməsi
1) sarğılardan və müxtəlif prosedurların yerinə yetirilməsindən əvvəl və sonra əllərin işlənməsi

2) əməliyyatdan qabaq əllərin işlənməsi

3) steril xalat, əlcəklərin geyilməsi və çixarılması

4) cərrahi alətlərin təmizlənməsi və dezinfeksiya

5) quruducu şkafda alətlərin sterilizasiyası

6) sarğı otağında steril stolun (açılması) hazırlanması və orada işləmək

7) steril mini (kiçik) stolların hazırlanması və orada işləmək

8) müxtəlif növ ( müalicəvi, nəqliyyat, möhkəmləndirici ) sarğılar qoymaq

9) yaranın yuyulmasını sərbəst yerinə yetirmək

10) sarğılarda alətlərdən istifadə etmək

11) tetanusun profilaktikasını aparmaq

- nəbzin sayılmasi, A/T və temperaturun ölçülməsi, tənəffüsün sayılması

- ağır xəstələrin qidalandırılması

- yataq ağlarının və alt paltarlarının dəyişdirilməsi

- funksional çarpayının hazırlanması və onu idarə etmək

- xəstələrdə qusma, təngnəfəslik, boğulma, meteorizm əlamətləri, sidik ləngiməsi olduqda kömək etmək

- nəmləşdirilmiş oksigen vermək

- yataq yaralarının profilaktikası və işlənməsi

- premedikasiya etmək

- əməliyyat sahəsinin tüklərdən təmizlənməsi və antiseptiklərlə silinməsi

- mədə-bağırsaq sisteminin əməliyyata hazırlanması (təmizləyici imalə və mədənin yuyulması)

- xəstənin əməliyyat otağına və əməliyyat otağından köçürülməsi

- həkimin təyinatı və nəzarəti ilə infuzion mayelərin köçürülməsi

- xəstənin təcili əməliyyata hazırlanması

- xəstənin vəziyyətinə nəzarət

15) qəbul şöbəsinin sarğı otağının, prosedur kabinetinin və post tibb bacısının sənədlərinin aparılması (doldurulması və yazılması)



Təcrübə müddətində tələbələrin bacarmalı olduqları

təcrübi vərdişlərin siyahısı:
1. Palatalarda sanitar rejimə əməl etmək

2. Reanimasiya şöbəsində müalicəvi-qoruyucu rejimin tələblərini yerinə yetirmək

3. Əməliyyat olunmuş xəstələr üçün yataq ağlarını və dəyişəkləri hazırlamaq

4. Sistem altında olan və drenaj borular qoyulmuş xəstələri köçürmək və yerləşdirmək

5. Əməliyyata hazırlıqda iştirak etmək:

Gigiyenik vannaları yerinə yetirmək

Əməliyyat sahəsini tüklərdən təmizləmək

Mədə-bağırsaq yollarını təmizləmək

Premedikasiya etmək

6. Nəmləşdirilmiş oksigen vermək

7. Qusma zamanı yardım etmək

8. Ağciyər ödemlərində yardım etmək

9. Drenajlı xəstələrə qulluq, nəzarət və xaric olan möhtəviyyatı qiymətləndirmək

10. Dərman, hipertonik məhlulla, sifonlu və təmizləyici imalələri qoymaq

11. Qazçıxarıcı boru qoymaq

12. Mədə zondunu yeritmək

13. Hava borusunu qoymaq

14. Traxea-bronx şaxəsini sanasiya etmək

15. Ağır xəstələri qidalandırmaq

16. Yataq yaralarının profilaktikası və işlənməsini yerinə yetirmək

17. Qulluq etmək:

Traxeostomiyaya

Körpücükaltı kateterə

Peridural kateterə

Sidik kateterinə

İntubasiya borusuna



İzahedici qeyd
“Pediatriyada tibb bacısının işi” tələbələrin tədris prosesində peşə hazırlığının əsas hissəsi və təcrübi hazırlığın əsas mərhələsi hesab olunur.

Təcrübə əsasən nəzəri və təcrübi dərslərin sonunda çoxşaxəli müalicə-profilaktika müəssisələrində müvafiq şöbələrdə təşkil olunur. Şöbələrdə təcrübə müddəti 1-4 gün təşkil edir.


Müalicə-profilaktika müəssisələrində əsas şöbələr:

  • Qəbul şöbəsi

  • Prosedur və peyvənd otaqları

  • Şöbədə tibb bacısı postunda

  • Poliklinikanın pediatriya otağında

  • Filtrdə (süzgəcdə)

  • Sağlam uşaq otağında

Təcrübəyə rəhbərlik MPM-nin baş tibb bacısına, böyük tibb bacılarına, təcrübəli post və prosedur tibb bacılarına həvalə edilir.

Təcrübənin mahiyyəti nəzəri və təcrübi biliklərin istehsalatda tətbiqinə nail olmaq, təcrübi bilikləri təkrar işləməklə möhkəmləndirmək və tibb bacısını gələcək iş yerinə alışdırmaqdan ibarətdir.

Təcrübədə əsas məqsəd tədrisdə keçirilən müxtəlif fənnlərin kompleks şəkildə öyrənilməsi ilə tətbiqinə nail olmaqdır. Bu fənnlər əsasən aşağıdakılardır:


  • Tibb bacısı işinin əsasları

  • Latın dili və tibb terminlərinin əsasları

  • Farmakologiya

  • Mikrobiologiyanın əsasları

  • Tibb bacısının işində terapiya

  • Tibb bacısının işində cərrahiyyə

  • Psixologiya və etikanın əsasları

  • Sağlam insan və ətraf mühit

Peşəkar təcrübə müddətində tələbələr xəstə uşaqlara qulluğun əsaslarını, sağlam uşaqlarla düzgün davranış qaydalarını mənimsəməlidirlər. İş zamanı uşaqlarla və onların yaxınları ilə davranışda etik norma və qaydalara riayət etmələri vacibdir. Təcrübə zamanı iş yerində, şöbələrdə texniki təhlükəsizlik qaydalarına, şəxsi heyətin infeksion təhlükəsizliyi məsələlərinə diqqətli olmalıdır.

Metodiki rəhbərin nəzarəti və rəhbərliyi ilə tələbə sərbəst xəstə uşağın müalicəsində və digər diaqnostik prosedurları həyata keçirməkdə iştirak etməli, gündəlik və xəstəlik tarixində qeydlər etməlidir.
Bu proqram özündə əks etdirir:


  • Təcrübənin məqsəd və vəzifələrini

  • Vaxtın düzgün bölgüsünü

  • Vacib bilik və bacarığın siyahısı, hər şöbədə işin mahiyyətini

  • Tələbələrin işinə nəzarət və hesabatı.

Bu proqram tibb məktəblərinin müəllimləri, müvafiq MPM-nin rəhbər həkim kontingenti üçün rəhbər sənəd hesab edilə bilər. Bundan əlavə tələbələrin hazılıq səviyyəsi, onların attestasiya edilməsi üçün də nəzərdə tutula bilər.



Diplomqabağı vaxt bölgüsünün nümunəvi qrafiki


N

Təcrübə keçirilən şöbənin adı

Günlərin sayı

Saatlarin miqdarı

1

Uşaq somatik şöbəsi:

-

-




- qəbul şöbəsi

2

12




- əməliyat otağı

5

30




- postda iş

5

30

2

Uşaq poliklinikası:

-

-




- peyvənd otağında iş

2

12




- sahədə iş

2

12




Cəmi:

16

96

Təcrübə vaxtı tələbələrin səmərəli işləməsi və bütün sahələri əhatə etmək üçün “sürüşən” cədvəldən istifadə məqsədəuyğun hesab sayılır. Belə cədvəl Dövlət Təhsil standartlarını yerinə yetirməyə imkan yaradır.



Təcrübənin məqsəd və vəzifələri

Təcrübənin məqsədi təcrübə müddətində tələbələri sərbəst işləməyə, xəstələrə təxirəsalınmaz, ilk tibbi yardım göstərməyə, müxtəlif yaş qrupundan olan xəstə uşaqlara, qulluq xüsusiyyətlərinə, müalicə müəssisələrində profilaktik işin təşkilinə və sanitar maarif işinin həyata keçirilməsinə alışdırmaq və öyrətməkdir.

Təcrübə müddətində əsasən aşağıdakı məsələlərin həllinə çalışmaq lazımdır:


  • “Pediatriyada tibb bacısının işi” fənnindən alınmış nəzəri bilikləri sistemləşdirmək, dərinləşdirib, möhkəmlətmək.

  • xəstə uşaqlarla işi təkmilləşdirərək, qulluğun düzgün təşkilinə nail olmaq.

  • sağlam uşaqlarla işi düzgün qurmaq, bilik və bacarığı artırmaq.

  • xəstələrlə, onların valideynləri (yaxınları) ilə MPM-nin işçi kollektivi ilə düzgün münasibət qurmaq.

  • davranışda etik və insani normalara əməl etmək.


Tələbələrin işinə nəzarət və hesabat

Təcrübə zamanı nəzarət, rəhbərlik və məsuliyyət tədris müəssisəsindən təyin edilmiş metodiki rəhbərin, MPM-nin rəhbərinin, təcrübə rəhbərinin üzərinə düşür.

Təcrübə zamanı tələbələr MPM-nin daxili intizam qaydalarına, texnika təhlükəsizlik qaydalarına ciddi əməl etməli, özlərinin, xəstələrin və şəxsi heyətin infeksion təhlükəsizliyini gözləməli, peşə yoluxmalarının profilaktikasına əməl etməlidirlər.

Şöbələrdə işləyərkən tələbələr normativ sənədlərlə tanış olur və onları doldurur, qeydlər edirlər:



  • Təcrübənin gündəliyi

  • Tədris üçün tibb bacısının xəstəlik tarixi

Bu sənədlərin aparılmasına nəzarət təcrübə rəhbərlərinə həvalə edilir. Tələbələrin işləri gündəlik yoxlanılaraq “5” ballı sistemlə qiymətləndirilir və gündəlikdə qeyd olunur. Bu tələbələrin təcrübə vaxtı qazandıqları bilikləri aşkarlamaqla yanaşı onların peşəkar hazırlığını əks etdirir. Təcrübənin sonunda metodiki rəhbər, təcrübə rəhbəri ilə birlikdə hər tələbə üçün xasiyyətnamə tərtib edir. Təcrübənin sonunda attestasiya üçün aşağıdakı sənədləri təqdim etməlidir:

  • metodiki rəhbər tərəfindən yoxlanılıb və imzalanmış təcrübə gündəliyi

  • tədris məqsədli xəstəlik tarixi (tibb bacısı üçün)

  • xasiyyətnamə

  • təcrübənin hesabatı (rəqəmlə manipulyasiyaların sayı təklif və iradlarla)


Təcrübə proqramının məzmunu

Qəbul şöbəsində təcrübə
Təcrübənin səmərəli olması üçün tələbə bilməlidir:
Tələbə bilməlidir:

  • uşaq xəstəxanasında qəbul şöbəsinin təşkili və funksiyalarını

  • qəbul şöbəsinin sənədlərini

  • stasionara qəbul olan xəstə uşaqların qeydiyyata alınması və qəbul qaydalarını

  • qəbul zamanı infeksion xəstəliklərə şübhəli xəstələrin aydınlaşdırılması taktikasını.


Tələbə bacarmalıdır:

  • xəstə uşaq haqqında məlumat toplamağı

  • qəbul şöbəsində sənədlərin doldurulmasını

  • dəri və selikli qişaların vəziyyətini

  • aretrial təzyiqin, nəbzin, tənəffüsün sayının öyrənilməsinə və termometriyanın aparılmasını

  • fiziki inkişafın qiymətləndirilməsi və antropometriyanın aparılması (boy, şəki, döş qəfəsinin dairəsi, başın dairəsi və s. )

  • pedikulyoza görə yoxlamaq və dezinseksiya tədbirləri görmək.

  • xəstə uşaqların sanitar işləməsini.

  • xəstə uşaqların şöbələrə köçürülməsini.

  • udlaq və burundan yaxma götürmək.

  • təcili məlumat (bildiriş) vərəqinin doldurulması (sanitar epidemioloji nəzarət üçün).

  • dezinfeksiya məhlulları hazırlamaq.

  • istifadə edilmiş alət və vasitələrin dezinfeksiyası.



Tibb bacısının postunda təcrübə
Tələbə bilməlidir:

  • müalicə profilaktika müəssisəsinin quruluşu və tipi.

  • post tibb bacısının funksiya və vəzifələrini

  • peşə yoluxmalarının profilaktikası, onlara qarşı mübarizə tədbirlərini.

  • uşaqlarda rast gəlinən xəstəliklərin əsas kliniki simptomlarını.

  • uşaqların kliniki, laborator-instrumental müayinələrə hazırlanmasını.

  • xəstə uşaqlara qulluğun təşkilini.


Tələbə bacarmalıdır:

- sanitar epidemik rejimə əməl etmələrini.



  • xəstə uşağın vəziyyətindəki dəyişikliyi.

  • xəstə uşağın vəziyyətinin ağırlıq dərəcəsini.

  • termometriya və temperatur əyrisini cızmağı.

  • A/T ölçməyi, nəvzi və tənəffüsün sayını hesablamağı

  • su balansını müəyyənləşdirməyi, görünən və gizli ödemləri, diurezin sutkalıq miqdarını müəyyən etməyi.

  • müxtəlif yaş qruplarından olan uşaqlardan və yeni doğulmuşlardan sidik nümunəsinin müayinə üçün yığılmasını. Zimnitski və ümumi müayinəsini, həmçinin şəkərə görə, bakteriolji, diastazaya və s.

  • gizli qan, qurd yumurtası və ümumi kopraqramma müayinəsi üçün nəcis nümunəsinin götürülməsi.

  • təmizləyici, müalicəvi dərman imalələrinin yerinə yetirilməsini və qazçıxarıcı borunun qoyulmasını.

  • mədənin yuylmasını.

  • dərmanların hazırlanması və paylanmasını.

  • parenteral dərman prepratlarının istifadə qaydalarını.

  • antibiotiklərin həll edilməsi və yeridilməsini.

  • məlhəm və səpmə tozların istifadəsini.

  • islatmalar qoymağı (kompresslər).

  • gözə, buruna və qulağa damcılar tökməyi.

  • əsnəyin qarqarasaını həyata keçirməyi.

  • duodenal zondlamada iştirak etmək və mədə şirəsinin fraksion müayinəsni aparmağı.

  • müayinə üçün göndərişlərin yazılmasını.

  • infeksion xəstələrin təcrid edilməsini.

  • normativ sənədlərin tərtib edilməsini.

  • uşaqların şöbədə mənalı istirahətinin təşkilini.

  • xəstə uşaqlara çatdırılan yeməklərə nəzarət etməyi.

  • müxtəlif xəstələrə qulluq xüsusiyyətlərini.

  • əsas peşəkar ünsiyyət vasitələrinə yiyələnməyi.


Prosedur otaqlarda təcrübə
Tələbə bilməlidir:

  • prosedura otağındakı vəzifə borclarını.

  • prosedura otağında sanitar-epidemioloji rejimi, dezinfeksiya işinin təşkilini, sterilizasiyadan öncə təmizliyi, alətlərin sterilizasiyasını, sterilliyə nəzarəti, prosedura otağının təmizlənməsini və s.

  • prosedura otağında dərmanların saxlanma qaydalarını.

  • steril stolun açılmasını.

  • antibiotiklərin həll edilməsini.


Tələbə bacarmalıdır:

  • cari və yekun dezinfeksiya işlərini, otağın əsaslı təmizlənməsini.

  • steril stolun açılmasını.

  • antibiotiklərin həll edilməsini.

  • dərialtı və əzələdaxili inyeksiyaların vurulmasını.

  • venadaxilinə köçürüləcək sistemin hazırlanmasını.

  • otağın tibbi sənədlərinin tərtib edilməsini.

  • bioloji mayelərlə işlədikdə ehtiyat qaydalarını gözləməyi.


Uşaq poliklinikasında təcrübə

Sahədə iş
Tələbə bilməlidir:

  • uşaqlara tibbi xidmətin təşkilində profilaktik istiqamətin əsaslı olmasını, poliklinikanın iş prinsipi və quruluşunu.

  • uşaq poliklinikasında sanitar-epidemioloji rejimi.

  • sahə tibb bacısının işini: profilaktiki, müalicəvi, snitar-maarifi işinin cəmiyyətlə təşkilini.

  • sahənin tibbi sənədlərini; onun aparılmasını, hesabatını.

  • sağlam və xəstə uşaqların patronaj müddəti və qaydalarını.

  • dispanserizasiya işinin sahə poliklinikasında təşkilini.

  • profilaktik peyvəndlərin təqvim planını, uşaqların peyvəndə cəlb edilməsi və seçilməsini.

  • uşaqların (yenidoğulmuşların və yuxarı yaş dövrünün) qidalandırılmasının təşkili, prinsiplərini.

  • sahə tibb bacısının xəstə uşaqların stasionara göndərilməsində, evdə müalicəsində həkimə köməkliyi və xəstə uşaqlara qulluq qaydalarını.

  • müxtəlif yaş dövrlərində rast gəlinən əsas uşaq xəstəliklərinin kliniki əlamətlərini.


Tələbə bacarmalıdır:

  • uşaqların fiziki inkişafının standartlara uyğun qiymətləndirilməsi və antropometriyasını.

  • xəstə uşaqlarla işlədilən alət və vasitəərin dezinfeksiyasını.

  • ambulator müayinə və ixtisaslı həkim məsləhəti üçün göndəriş yazmağı.

  • nəcisin, sidiyin və qanın müayinə cavablarını qiymətləndirməyi.

  • xəstə uşağın burun boşluğuna, qulağa qızdırıcı islatmaların (kompresslərin) qoyulmasını, banka və xardal yaxmasından istifadə qaydalarını.

  • profilaktik peyvəndlərin planının tərtibini.

  • bakterioloji müayinə üçün nəcis nümunəsinin götürülməsini.

  • südəmər, yenidoğulmuş və digər yaş qrupundan olan xəstə uşaqların patronajını. Doğuşa qədər patronajı.

  • yenidoğulmuşlarda göbək güdülünün işlənməsini.

  • süd mətbəxinə resept yazmaqı.

  • uşaqların arterial təzyiqini ölçməyi, nəbzin və tənəffüsün sayılamsını.

  • termometriya aparmağı.

  • etik davranış qaydalarına riayət etməyi, xəstə uşaqla və valideynlərlə düzgün davranmağı.

  • uşaqların sağlam həyat tərzinin təşkili ilə əlaqəli valideynlərlə söhbətlər aparmağı.

Filtrdə (süzgəcdə) iş
Tələbə bilməlidir:

- uşaq poliklinikasında filtirə qoyulan tələbləri



- filtrdə san-epidemioloji rejimi.

- filtrdə işlədilən sənədləri.

- uşaq yaşlarında xəstəliklərin kliniki təzahürlərini.

- uşaqlara həkiməqədərki təxirəsalınmaz yardım qaydalarını.


Tələbə bacarmalıdır:

  • tibbi sənədlərin tərtibini.

  • termometriya aparmağı.

  • dəri və görünən selikli qişaların vəziyyətini qiymətləndirməyi, arterial təzyiqin ölçülməsini, tənəffüsün sayını və nəbz vurğularının sayını

  • burun və əsnəkdən meninqokkok, göy öskürək, Löfler çöplərinə (difteriyaya) görə yaxma götürməyi.

  • bakterioloji müayinə üçün nəcis nümunəsinin və enterebiozu təsdiq üçün nümunə götürməyi.

  • cari və yekun dezinfeksiya aparmağı.



Poliklinikanın peyvənd otağında iş
Tələbə bilməlidir:

  • peyvənd otağına və avadanlığa qoyulan tələbləri.

  • peyvənd otağında san-epidemioloji rejimi.

  • peyvəndlərin təqvimini.

  • profilaktik peyvəndlərin aparılma müddətini.

  • peyvəndlərə əks göstəriş və onun əsaslandırılmasını.

  • peyvəndlərin növləri, saxlanması, xüsusiyyətləri və daşınmasını. İmmunoloji preparatların qeydiyyatını.

  • peyvəndlərin ümumi və yerli reaksiyalarını, peyvəddən sonrakı kliniki təzahürləri.

  • peyvənd işində normativ sənədləri.



Tələbə bacarmalıdır:

  • peyvəndlərin təqvim planını hazırlamağı.

  • anafilaktik şok zamanı həkiməqədər tibbi yardımı.

  • infeksion təhlükəsizliyə riayət etməyi.

  • peyvənddən sonra uşağın patronajını.

  • peyvənd otağının sənədlərini düzgün tərtib etməyi.

  • otağın cari və yekun dezinfeksiyasını aparmağı.


Sağlam uşaq otağında iş
Tələbə bilməlidir:

  • sağlam uşaq otağına qoyulan tələbləri.

  • otağın təchizatını.

  • sağlam uşaq otağında san-epidemioloji rejimi.

  • erkən yaş dövrünün anatomik-fizioloji xüsusiyyətlərini.

  • erkən yaş dövrünün qida rejimi və bu yaş uşaqlara qulluğun xüsusiyyətlərini.


Tələbə bacarmalıdır:

  • göbək güdülünün işlənməsini.

  • südəmər uşaq üçün menyunu

  • müxtəlif sıyıqların və şirələrin hazırlanması üşün təkliflər, göstərişlər verməyi.

  • yoxlama qida qəbulunu (uşağın qidalanmasında iştirak).

  • uşağı bələməyi nümayiş etdirməyi.

  • valideynlərlə söhbəti

Təcrübənin sonunda tələbələrin attestasiyası və tədris xəstəlik tarixinin müdafiəsi aparılır.


Təcrübə işlərinin qiymətləndirilmə

kriteriyaları (şərtləri)
1.Nəzəri hazırlıq (3-cü mənimsəmə dərəcəsindən aşağı olmamalı.

2.Proqram həcmində təcrübi vərdişlərin və bacarığın mənimsənilməsi.

3.Yerinə yetirilən işdə maraq və aktivlik.

4.Etik qaydaların gözlənilməsi.

5.Davranış və ünsiyyət bacarığı.

6.Xarici görünüşə qoyulan tələblərə cavab verməyi.

7.Daxil intizam qaydalarına iş cədvəlinə riayət etməyi.
Təcrübənin yekun qiyməti tələbənin sərbəst işləməyinə, gündəliyin tərtibatına, istehsalat təcrübəsinin attestasiyasına və tibb bacısının fəaliyyətini xarakterizə edən tədris xəstəlik tarixinin müdafiəsindən sonra müvəffəqiyyət kitabçasına yazılır.
Təcrübə müddətində “Tibb bacısının işi” ixtisası üzrə pediatriya fənnindən TTM (tədris tədqiqat mövzuları)
1. Pediatrik sahədə profilaktik peyvəndlərin təşkilində tibb bacısının rolu.


  • Sahədə profilaktik işin təşkilinin analizi

  • Həmin sahədə yaşayan 1 yaşlı uşaqlar üçün növbəti ay üçün profilaktik peyvəndlərin aparılması planını tərtib etməli.

2. Bir yaşa qədər uşaqların təbii qidalandırılmasında patronaj tibb bacılarının rolu.

  • Həmin sahədə təbii yolla qidalanan uşaqların sayının aydınlaşdırılması (%-lə).

  • Təbii yolla qidalanma %-ni artırmaq üçün tədbirlər planı işləyib təklif etmək.

3. SUK-(sağlam uşaq kabinələrində) –da çalışan tibb bacılarının onlara massaj və gimnastika öyrətməkdə rolu.

- Həmin sahədə %-lə öyrədilmiş anaların miqdarını müəyyən etmək.

4. Valideyn nəzarətində olmayan yenidoğulmuşların stasionar müalicəsində tibb xidmətinin xüsusiyyətləri və təşkili.

5. Stasionarda ağır xəstə uşaqların valideynləri ilə işin təşkili xüsusiyyətləri.

6. Uşaq poliklinikalarının bağırsaq kabinetində çalışan tibb bacılarının iş xüsusiyyətləri.


  • Yerinə yetirilən işlərin siyahısı.

  • Kabinetdə işlədilən sənədlərin siyahısı.

7. Erkən uşaq yaşlarında yuxarı tənəffüs yollarının xəstəliklərinin problemləri.

  • Stasionarda müalicə olunan xəstələrin vəziyyətlərinin hərtərəfli analizi (mənzilin, irsiyyətin, iqlimin, qidanın və s.)

  • Xəstəliyin aşağı %-də olması üçün təkliflər vermək.

8.Müasir dövrdə uşaqlar arasında allergik xəsəliklər problemi.

  • Məlum sahədə yaşayan xəstə uşaqların miqdarı.

  • Əsas səbəbləri aydınlaşdırılmalı.

  • Xəstəliyin azalması üçün təkliflər vermək.

9. Erkən yaş dövrlərində sahədə yaşayan uşaqların psixomotor inkişafının analizi.

- Psixomotor inkişafdahn qalan uşaqlarda buna səbəb olan amilləri ayırd etməlı.



10. Məlum sahədə uşaqların sağlamlıq vəziyyətinin analizi.

  • Sahə üçün sənədlərin analizi.

  • Müxtəlif yaş qrupundan olan uşaqların sağlamlıq cədvəlini tərtib etmək.
1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə