AZƏrbycan respublikasi təHSİl naziRLİYİ




Yüklə 0.55 Mb.
səhifə3/5
tarix18.04.2016
ölçüsü0.55 Mb.
1   2   3   4   5

Аzərbaycan Рespublikası Təhsil Nazirliyi Elmi-Metodiki Şuranın


« » bölməsinin

« » tarixli

Iclasının qərarı ilə təsdiq edilmişdir

(Protokol N )


Bakı 2011
Diplomqabağı təcrübənin proqramı
Bu nümunəvi diplomqabağı təcrübə proqramı 040707 “Tibb bacısının işi” ixtisası üzrə məzunların Dövlət təhsil standartlarınnın tələblərinin yerinə yetirilməsinə yönəlmişdir. Diplomqabağı təcrübə dövründə tələbələrin bilik və bacarığına dair Dövlət Təhsil standartlarının təlabatı.

Diplomqabağı təcrübə 8 həftə ərzində V semestrin sonunda da keçirilir və ixtisas üzrə tədrisin tamamlayıcı mərhələsidır. Proqram nəzəri və təcrübə kursları üzrə biliklər mənimsənildikdən, kurslararası yekunlar yerinə yetirildikdən sonra Dövlət tərəfindən baxılmış minimum tələblərin və məzunların hazırlıq səviyyəsinə, təhsil müəssisəsinin iş planına uyğun tələbələrin atestasiyasının aparılmasını nəzərdə tutur.

Diplomqabağı təcrübənin məqsədi tələbənin tibb müəssisəsində təhsil aldığı dövrdə yiyələndiyi biliyin və bacarığın möhkəmləndirilməsindən və təkmilləşdirilməsindən ibarətdir. Diplomqabağı təcrübə gələcəkdə sərbəst əmək fəaliyyətinə başlayacaq tibb bacısının peşə bacarığını və hazırlığını yoxlamaq üçündür.


Diplomqabağı təcrübənin təşkili
Baza məqsədilə müasir, yaxşı təmin olunmuş və yüksək ixtisaslı tibb bacılarının işlədiyi kliniki xəstəxanalardan, şöbələrindən, ixtisaslaşmış şəhər xəstəxanalarından istifadə etmək.

Təcrübə keçən yarımqrupu bir briqadada birləşdirmək, hər bir tələbəni isə bilavasitə təcrübə rəhbərinə həvalə etmək.

Təcrübə rəhbəri təcrübəli I və ya yüksək kateqoriyaya malik, təcrübə rəhbərləri üçün ixtisaslaşdırma kursu keçmiş tibb bacılarından seçilməlidir. Təcrübənin metodik rəhbəri isə ixtisas ( terapiya, cərrahiyyə, pediatriya) fənni tədris edən fənn müəllimlərindən təyin olunur. Hansı ki, o təcrübə proqramının yerinə yetirilməsinə nəzarət edir, tələbələrlə işləyir, diplomqabağı təcrübənin sənədlərini hazırlayır, təcrübə rəhbərinə kömək edir, tələbələrin diplomqabağı təcrübələrinin nəticələrini qiymətləndirir.

Tələbələr təcrübə keçdiyi müəssisədə əməyin mühafizəsi və qaydaları ilə tanış edilir.

Diplomqabağı təcrübə keçərkən tələbələrin iş günü həftədə 40 saatdan az olmamalıdır.

Diplomqabağı təcrübə zamanı tələbələr tibb bacısının bütün funksiyalarını sərbəst yerinə yetirməlidir, xəstəyə şöbəyə daxil olan andan evə buraxılanadək nəzarət etməlidir.

Diplomqabağı təcrübə zamanı tələbələr hər gün üçün gündəlik yazır ki, orada müəyyən şöbədə gördüyü işlər əks edilir. Diplomqabağı təcrübədə tələbələr öyrənmək üçün xəstələrin tədris xəstəlik tarixini yazır.

Diplomqabağı təcrübəni bitirdikdən sonra tələbələr peşə xasiyyətnaməsi, təcrübə davamiyyətini qiymətləndirməklə diplomqabağı təcrübə gündəliyi, tədris üçün xəstəlik tarixi ilə birlikdə tədris müəssisəsinə təqdim edilir.



Diplomqabaği istehsalat təcrübəsinin proqrami
Diplom qabağı istehsalat təcrübəsi tədris kursu bitdikdən sonra 8 həftə ərzində aparılır.

Təcrübə proqramının məzmunu müalicə-profilaktika müəssisəsi şəraitində əsas kliniki fənnlər üzrə əldə olunmuş nəzəri biliklərin və təcrübi vərdişlərin kompleks istifadəsi üçün nəzərdə tutulmuşdur.

Diplomqabağı istehsalat təcrübəsinin məqsəd və vəzifələri:

1. Etiopatogenez, klinik xəstəliklər, dərman maddələrinin farmokoloji təsri, profilaktika məsələləri üzrə alınmış nəzəri bilikləri sistemləşdirmək.

2. Xəstəni müayinə etməyi: t/b diaqnostikasını və xəstəyə qulluğu; sərbəst, asılı və müştərək t/b müdaxiləsini aparmağı bacarmaq.

3. T/b xəstəlik tarixini doldurmağı bacarmaq.

4. Xəstə və onun qohumları, həmkarları və tibbi briqadanın digər üzvləri ilə ünsiyyətdə olmağı bacarmaq.

Təcrübə ərzində tələbələr gündəlik yazır. Gündəlikdə görülən işlər yazılır və tədris tibb bacısı xəstəlik tarixi doldurulur. Tibb bacısı xəstəlik tarixinə xəstənin obyektiv və subyektiv müayinələrinin nəticələri, aşkar olunmuş problemlər qeyd olunur, tibb bacısı qulluğunun məqsəd və vəzifələri təyin edilir, planlı tibb bacısı müdaxilələri və onların peşəkar fəaliyyətinin tibb bacısı standartları əsasında nə cür realizə olunması yazılır, nəticələr qiymətləndirilir.

Hər bir tələbə təcrübə bitməzdən əvvəl təcrübə proqramının yerinə yetirilməsi haqda hesabat hazırlayır. Həmin hesabat gündəlik müalicə müəssisəsində təcrübə rəhbərinin verdiyi xasiyyətnamə və tibb bacısı xəstəlik tarixi ilə birlikdə təhsil müəssisəsinə təqdim edilir.

Diplomqabağı istehsalat təcrübəsi terapiya, cərrahiyyə, pediatriyada tibb bacısı işi üzrə təcrübədən ibarətdir. Təcrübə attestasiya və tədris tibb bacısı xəstəlik tarixinin müdafiəsi ilə bitir. Bu da məzunların işinin ilkin etapı sayılır.



Diplomqabağı təcrübəninin vaxt bölgüsünün nümunəvi qrafiki



N

Təcrübə keçirilən şöbənin adı

Günlərin sayı

Saatlarin miqdarı

1

Qəbul şöbəsində

2

12

2

Terapevtik şöbə

-

-




- prosedur kabinetində iş

2

12




- funksional diaqnostika kabinetində iş

2

12




- şöbənin palatalarında iş

10

60




Cəmi:

16

96

Tələbələrin işinin ən yaxşı təşkili məqsədi ilə təcrübə rəhbərinin metodik rəhbərlə birlikdə “sürüşkən” cədvəl tərtib etmələri məqsədə uyğundur ki, bu da zəruri praktik işlərin və ya bacarıqların tam həcmdə mənimsənilmələrinə imkan verir.

Təcrübənin sonunda təcrübə rəhbəri metodik rəhbərlə birlikdə hər bir tələbəyə təcrübə bazasında onun yerinə yetirdiyi işlərə əsasən xarakteristika verir. Həmin xarakteristika istehsalat təcrübəsinin attestasiyası zamanı nəzərə alınır.

Tələbələrin attestasiyasını attestasion komissiya yerinə yetirir. Attestasion komissiyaya metodik rəhbər, müalicə ocağından ümumi və təhkim olunmuş rəhbər daxil olur.

Təcrübənin sonunda isə aşağıdakı sənədlər lazım olur.


  1. Təcrübənin gündəliyi.

  2. Xasiyyətnamə.

  3. Təcrübənin keçirilməsi haqqında yekun.

4. Manipulyasiyaların yerinə yetirilməsi haqqında qiymətli yekun

Təcrübənin məzmunu
Terapevtik stasionar
Təcrübə qəbul şöbəsində işlə başlayır. Burada tələbələr xəstə haqda informasiyanın toplanmasında iştirak edirlər; antropometrik ölçüləri təyin edirlər, daxil olmuş xəstənin sənədlərini doldururlar, sanitar işlənməni aparırlar, təxirəsalınmaz vəziyyətlərdə həkiməqədər yardım göstərirlər.

Terapevtik şöbədə təcrübə postda və prosedur otağında aparılır. Təcrübə ərzində tələbələr xəstənin kurasiyasını aparır, tibb bacısı fəaliyyətinin bütün mərhələlərini işıqlandırmaqla tədris tibb bacısı xəstəlik tarixini yazır və müdafiə edirlər.

Tələbə post tibb bacısının işini işləyərkən təcrübə rəhbərinin birbaşa nəzarəti altında aşağıdakı tibb bacısı müdaxilələrini öyrənir: hərəki rejim haqda xəstəni təlimatlandırmaq; xəstəyə gətirilən qida məhsullarına nəzarət etmək; xəstələrə xörək paylamaq; ağır xəstələri yedizdirmək; şöbənin ümumi rejiminə riayət olunmasına nəzarət etmək; xəstələri yuxudan oyatmaq; səhər tualetinə kömək etmək; temperaturu ölçmək və xəstəlik tarixində həm rəqəmli qeydiyyat aparmaq, həm də temperatur əyrisini çəkmək;

Xəstələri və palatanı həkim baxışına hazırlamaq; baxışda iştirak etmək; xəstəlik tarixində yazılmış təyinatları təyinat dəftərinə köçürmək; dərmanları paylamaq, banka, xardal kağızı, kompress qoymaq; bütün növ imalələr etmək; burundan və əsnəkdən yaxma götürmək; ifrazatlardan (nəcis, sidik, bəlğəm) analiz götürmək və göndəriş yazmaq: sutkalıq diurez və sutkalıq bəlğəmin miqdarını ölçmək: xəstəni mədə-bağırsaq, öd kisəsi və böyrəklərin instrumental müayinələrinə hazırlamaq, qan və qanəvəzedicilərin köçürülməsində iştirak etmək.

Ağır xəstələrə qulluq; isitqac, buz, sidik qəbuledici qoymaq, oksigen balışını doldurmaq və ondan istifadə etmək; yataq yaralarının profilaktikası; qulaqlara, gözlərə, saçlara, ağız boşluğuna, dərinin fizioloji büküşlərinə qulluq: ağır xəstələri yuyundurmaq, dəyişəkləri və mələfələri dəyişdirmək.

Sadə fizioterapevtik prosrdurları yerinə yetirmək; şöbədə sanitar-maarifləndirmə işi aparmaq; xəstəni yatmağa hazırlamaq, ağır xəstələrə gecələr nəzarət etmək; xəstənin yatağı yanında növbətçiliyi qəbul etmək və təhvil vermək:

Aqonal vəziyyətdə olan xəstəyə nəzarət və qulluq etmək; meyitlə davranmaq; ölən xəstənin sənədlərini doldurmaq.

Poliklinikanin terapevtik kabineti və

sahədə aparilan iş
Tələbələr poliklinikada təcrübə keçərkən qeydiyyat otağında iş ilə tanış olur, ambulator kartaları doldurur, onları həkim kabinetinə paylaşdırırlar. Tələbələr həkimin xəstə qəbulunda iştirak edir, tibb bacısının işini, tibbi sənədləri aparmağı öyrənir; xəstələrin dispanserizasiyasını aparır. Tələbələr sahədə sahə tibb bacısının rəhbərliyi ilə aşağıdakı tibb bacısı müdaxilələrini yerinə yetirir:

Həkim təyinatını evdə yerinə yetirmək, evdə xəstəyə qulluq: yataq yaralarının profilaktikası, banka, xardal kağızı, kompress qoymaq, inyeksiyalar etmək, ağır xəstələrin qohumlarına xəstəyə qulluq qaydalarını öyrətmək, kəskin infeksion xəstəliklər aşkar olunarsa ocağa nəzarət etmək, evdə cari dezinfeksiya aparmaq, sahənin sanitar vəziyyətinə nəzarət etmək, əhali arasında sanitar-maarifləndirmə işi aparmaq.

Tələbələr təcrübə rəhbərinin birbaşa rəhbərliyi ilə həkiməqədərki qəbul kabinetində tibb bacısı prosesinin bütün 5 etapını öyrənirlər.

POLİKLİNİKANIN PROSEDUR KABİNETİ
Tələbələr prosedur kabinetində tibb bacısı müdaxilələrini yerinə yetirir, təxirəsalınmaz vəziyyətlərdə xəstələrə həkiməqədər yardım göstərir.

Təcrübə proqramının məzmunu
Şöbədə ibb bacısının sanitar-epidemioloji rejimlə və əməyin mühafizəsi ilə təlimatlandırılması. Tələbələr növbətçi tibb bacısı ilə şöbədə olan xəstələrin və zədələnənlərin ümumi sağlamlıq durumlarını qiymətləndirir (anamnez toplamaqla) xəstələrin statusu tibb bacısı tərəfindən qiymətləndirilir. Zədələnmənin xarakteri qiymətləndirilir, ilkin müayinələr aparılır, diaqnoz qoyulur, xəstələrə ilkin tibbi yardım göstərilir, müvafiq şöbələrə yerləşdirilir

Tələbələr terapevtik şöbədə tənəffüs, qan-damar, həzm, sidik-ifrazat, qan dövranı, endokrin vəzilər və s. sistemlərin patologiyası olan xəstələrlə işləyir. Təcrübənin gedişində xəstələri müayinə edir, laborator, rentgen, instrumental müayinələrə göndərir, alınan nəticələri analiz edir.

Tələbələr həkim-ordinatorun nəzarəti altında hər gün 3-4 xəstəni kurasiya edirlər: xəstənin vəziyyətindəki dəyişiklikləri, xəstəliyin kliniki əlamətlərini, müalicənin effektivliyini müşahidə edirlər. Tələbələr şöbə müdirinin baxışında iştirak edirlər. Kurasiya etdikləri xəstənin tibbi kartını doldurur, xəstəyə qulluqda tibbi baxış prosesinin mərhələlərini yerinə yetirirlər. Xəstəliyin kəskinləşməsinin profilaktikasına, sağlam həyat tərzinin formalaşmasına yönəldilmiş sanitar maarifləndirmə işi aparırlar.

Cərrahiyyədən ixtisaslaşmış təcrübənin gedişində iələbələr cərrahi profilli xəstəyə tibb bacısının qulluğunu təşkil etməlidirlər. Şöbədə iş zamanı tələbələr normativ sənədləri yazmalıdırlar:



  • təcrübi gündəlik

  • tədris xəstəlik tarixi


Terapiya şöbəsində təcrübə

Terapiyadan diplomqabağı təcrübə tədris prosesinin son mərhələsində aparılır, tələbələrin təcrübi hazırlığının əsas mərhələsidir. Təcrübə nəzəri və təcrübi məşğələlərin sikli bitdikdən sonra, VI semestrin sonunda, çoxprofilli MPM-də keçirilir.

- qəbul şöbəsi

- prosedur kabineti

- funksional diaqnostika kabineti

- terapevtik şöbə palataları

Təcrübəyə ümumi rəhbərlik şöbə müdirinə və təcrübəli həkimlərə həvalə olunur. Təcrübə proqramının məzmunu nəzəri və təcrübi biliklərin kompleks istifadəsi, bu biliklərin tibb bacısının gələcək ixtisasına uyğun iş yeri şəraitində möhkəmləndirilməsi üçün nəzərdə tutulmuşdur.

Hazırki proqrama daxildir:

- təcrübənın məqsəd və vəzifələri

- MPM-nin konkret şöbəsində lazımi bilik və bacarıqların siyahısı

- tələbələrin işinə nəzarət və məqbul

Mövcud proqram tibb məktəbi və ya kollec müəllimləri üçün təcrübənın təşkili, idarə olunması və nəzarəti üçün rəhbər sənəd ola bilər.

Bundan əlavə, proqram tələbələr tərəfindən təcrübi fəaliyyətə hazırlıq, təcrübə keçmə və attestasiya zamanı vəsait kimi işlədilə bilər.


Təcrübə proqraminin məzmunu

Qəbul şöbəsində iş
Qəbul şöbəsi həkiminin nəzarəti altında tələbələr xəstələri qəbul etməli, subyektiv və obyektiv müayinələr aparmalı, labüd və təcili hospitallaşma məsələsini həll etməli, nəql edilmə və sanitar işlənmə növünü müəyyən etməlidirlər.
Tələbə bilməlidir:

- stasionara daxil olan xəstələrin qəbul və qeydiyyatını

- antropometriyanı

- subyektiv və obyektiv müayinə metodunu

- pedikulyözə görə müayinəni, dezinfeksiyanı

- xəstənin sanitar işlənmə növlərini

- sanitar epidemiya əleyhinə rejimin əsaslarını

- şöbədəki işin etik və hüquqi normalarını

- təxirəsalınmaz yardım göstərilməsinin prinsiplərini

- təhlükəsizlik texnikasını


Tələbə bacarmalıdır:

- xəstələri şöbəyə daxil etməyi

- sorğu və obyektiv müayinə aparmağı

- tibbi sənədlərin doldurulmasını

- alınan nəticəni analiz etmək və ilkin diaqnoz qoymağı

- antropometrik ölçmələri aparmağı

- xəstənin sanitar işlənməsini aparmağı

- pedikulyozu aşkar etmək və dezinfeksiya aparmağı

- xəstənin daşınmasını təmin etməyi

- xəstəyə təxirəsalınmaz yardım göstərməyi




  1. Prosedur kabinetində iş

Tələbələr prosedur tibb bacısının işini öyrənir, həkimin təyinatlarını yerinə yetirir.


Tələbə bilməlidir:

- prosedur kabinetinin sanitar-epidemiya əleyhinə rejimini

- təhlükəsizlik texnikasını

- tibbi əşyaların işlənmə texnikasını, dezinfeksiyanı, sterilizasiyaönü təmizlənməni, stelizasiyanı

- yuyucu məhlulların hazırlanma qaydalarını

- steril stolun hazırlanma texnikasını

- tibb bacısının işində aseptika qaydalarını

- antibiotiklərin həll edilməsini

- inyeksiyaların dəri altına, əzələ daxilinə, vena daxilinə vurulması texnikasını

- prosedur kabinetində dərman maddələrinin saxlanma və qeydiyyatı qaydalarını


Tələbə bacarmalıdır:

- kabinetin cari, sanitar və əsas dezinefksiyasını aparmağı

- manipulyasiyadan əvvəl əlləri təmizləməyi

- steril stolu hazırlamağı

- antibiotiki həll etməyi

- şprisi yığmaq və dərmanı ampuldan, flakondan çəkməyi

- dəri altına, əzələ daxilinə, venaya inyeksiyalar etməyi

- alətləri sterilizasiyaönü təmizləməyi

- vena daxilinə infuziya üçün sistemi hazırlamağı

- plevral və qarın boşluğu punksiyası üçün alətləri yığmağı

- kabinetin tibbi sənədlərini doldurmağı


  1. Funksional diaqnostika kabinetində iş

Tələbələr funksional şöbənin tibb bacısının işini mənimsəyir, xəstənin funksional müayinə metodunu öyrənirlər.


Tələbə bilməlidir:

- əlavə funksional müayinələrə göstərişləri

- funksional müayinə metodlarının mahiyyəti və klinik əhəmiyyətini

- təhlükəsizlik qaydalarını

- normal EKQ və kəskin patologiyalarda dəyişiklikləri
Tələbə bacarmalıdır:

- əlavə müayinələrə göstərişləri təyin etməyi

- xəstəni hazırlamağı

- EKQ çəkmək və dəyişiklikləri qiymətləndirməyi



Terapevtik şöbənin palatalarında iş
Tələbələr terapevtik şöbədə tənəffüs, qan-damar, həzm, sidik-ifrazat, qan dövranı, endokrin vəzilər və s. sistemlərin patologiyası olan xəstələrlə işləyir. Təcrübənin gedişində xəstələri müayinə edir, laborator, rentgen, instrumental müayinələrə göndərir, alınan nəticələri analiz edir, təcrübə rəhbəri olan həkim-ordinatorla kliniki diaqnozu müzakirə edir.

Tələbələr həkim-ordinatorun nəzarəti altında hər gün 3-4 xəstəni kurasiya edirlər: xəstənin vəziyyətindəki dəyişiklikləri, xəstəliyin kliniki əlamətlərini, müalicənin effektivliyini müşahidə edirlər. Tələbələr şöbə müdirinin baxışında iştirak edirlər. Kurasiya etdikləri xəstənin tibbi kartını doldurur, xəstəyə qulluqda tibb baxış prosesinin mərhələlərini yerinə yetirirlər. Xəstəliyin kəskinləşməsinin profilaktikasına, sağlam həyat tərzinin formalaşmasına yönəldilmiş sanitar maarifləndirmə işi aparırlar.


Tələbə bilməlidir:

- pasiyentin müayinə sxemini

- tibbi etikanı

- tənəffüs, qan dövranı, həzm, sidik-ifrazat orqanlarının müaynə xüsusiyyətlərini

- daxili orqan xəstəliklərinin etiologiya, patogenez və əsas simptomlarını

- əlavə müayinə metodlarının kliniki əhəmiyyətini

- xəstənin əlavə müayinəyə hazırlanmasına göstəriş və qaydalarıni

- ilkin həkim diaqnozunun təyin edilmə alqoritmi

- müalicə-qoruyucu rejimini, medikamentoz müalicənin və dietik qidalanmanın təyini prinsiplərini

- müalicəvi preparatların farmakoloji təsiri, dozası, orqanizmə yeridilmə yolları, əlavə effektlərini

- əlavə müayinə metodlarının normativ göstərişləri və mümkün dəyişikliklərini

- tənəffüs, qan dövranı, həzm, sidik-ifrazat orqanlarının disfunksiyasında tibbi baxış prosesinin xüsusiyyətlərini

- təxirəsalınmaz vəziyyətin əsas simptomu və həkiməqədərki təcili yardım göstərilməsinin alqoritmini

- profilaktika və reabilitasiya prinsiplərini

- sanitar-maarifləndirmə işi aparılmasının metodikasını
Tələbə bacarmalıdır:

- pasiyentlə ünsiyyət qurmağı

- pasiyenti müayinə etməyi

- əsas simptomları aşkar etmək və qiymətləndirməyi

- ilkin həkim diaqnozunu qoymaq və əsaslandırmağı

- əlavə müayinələrə göstərişləri təyin etməyi

- xəstəni laborator və instrumental müayinə metodlarına hazırlamağı

- əlavə müayinələrin nəticələrini təhlil etməyi

- tənəffüs, qan dövranı, həzm, sidik-ifrazat orqanlarının ən çox rast gəlinən xəstəlikləri arasında differensial diaqnostika aparmağı

- pasiyentə göstərilən qulluq tədbirlərini yerinə yetirmək, onun effektivliyini qiymətləndirməyi

- pasiyentə qulluq zamanı tibb baxış prosesinin əsas etaplarını sənədləşdirməyi

- müalicə tədbirlərinin effektivliyini qiymətləndirməyi

- daxili xəstəliklər klinikasında təxirəsalınmaz vəziyyətlərdə təcili tibbi yardım göstərməyi

- pasiyentin müayinə və müalicəsi zamanı etika qaydalarına əməl etməyi, pasiyentin qohumları ilə, tibbi heyətlə ünsiyyət yaratmağı

- sanitar-maarifləndirmə işini aparmağı

- tibbi sənədləri düzgün doldurmağı




Pulmonoloji şöbə
Tələbə bilməlidir:

1. Tənəffüs sisteminin xəstəliyində əsas klinik əlamətləri.

2. Tənəffüs sistemli xəstəliklərin problemlərini.

3. Pulmonnolojiyada əlavə müayinə metodunun mahiyyəti və klinik əhəmiyyətini, onlara hazırlıq qaydalarını.

4. Tənəffüs sisteminin xəstəliklərində xəstələrə nəzarətin xüsusiyyətlərini.

5. Xəstələrə qulluğun metodlarını.

6. Tənəffüs sisteminin xəstəliklərində müalicə prinsiplərini.

7.Pulmonologiyada təxirəsalınmaz vəziyyətin klinik simptomlarını (təngənəfəslik, boğulma pristupları, qanahayxırma, ağ ciyər qanaxmaları).

8. Həkimqədər ilk yardımın alqoritmlərini
Tələbə bilməlidir:

1. Tənəffüs yolları xəstəliklərində tibb bacısının qulluğunun təşkilini.

2. Bədən hərarətini ölçmək, alınan nəticəni qeydə almağı.

3. Tənəffüsün sayını hesablamaq, tənəffüsün xarakterini təyin etməyi.

4. Təngənəfəslik, boğulma pristupları, qanhayxırma və ağciyər qanaxmalarında həkiməqədər yardımın göstərilməsini.

5. Cib inqalyatorunun istifadəsini.

6. Nəmləndirici oksigenin verilmə qaydasını.

7. Bəlğəmin ümumi və bakterioloji müayinə üçün yığılmasını.

8. Xəstənin bronxoskopiyaya və bronxoqrafiyaya hazırlanmasını.

9. Bankanın, xardalın və buz qovuğunun qoyulma qaydasını.

10. Drenajlardan istifadə qaydasını.

11. Xəstəyə (qohumlarına) özünə nəzarətin və özünə qulluğun öyrədilməsini.

12. Xəstəyə cib inqalyatorundan istifadə edilmə qaydalarının öyrədilməsi və özünə nəzarət gündəliyinin aparılmasını.
Kardioloji şöbədə iş
Tələbə bilməlidir:

1. Qan dövranı xəstəliklərində əsas klinik əlamətləri.

2. Qan dövranı xəstəliklərində xəstələrin yaranan problemlərini.

3. Kardiologiyada əlavə müayinə metodunun mahiyyəti və əhəmiyyətini, onlara hazırlığı.

4. Qan dövranı patologuyası olan xəstələrə nəzarətin xüsusiyyətlərini.

5. Xəstələrə qulluğun metodikasını.

6. Qan dövranı xəstəliklərinin müalicəsinin əsaslarını.

7. Qan dövranı xəstəliklərində müalicəvi qidalanmanın əsasları, pəhriz stolunun xarakteristikasını.

8. Kardiologiyada təxirəsalınmaz vəziyyətin klinik simptomlarını (stenokardiyada, hipertonik krizdə, kəskin damar və ürək çatışmamazlığında).

9. Həkiməqədərki yardımın alqoritmini (ardıcıllığı)


Tələbə bacarmalıdır:

1. Qan dövranı xəstəlikləri zamanı tibb bacısının işinin təşkilini.

2. Nəbzin sayını təyin etmək, qrafik qeyd etməyi.

3. Arterial təzyiqin ölçülməsi və qrafik qeyd edilməsini.

4. Kəskin damar və ürək çatışmazlığında stenokardiyada, hipertonik krizdə ilk həkiməqədər yardımı.

5.“Nitro” məlhəmindən istifadə, xardalların ürək nahiyyəsinə qoyulmasını.

6. Oksigenoterapiyanın aparılmasını.

7. Su balansının ölçülməsi və qiymətləndirilməsini, sutqalıq diurezi ölçməyi.

8. Xəstələrdən qanın venadan biokimyəvi analiz üçün götürülməsini.

9. Xəstəyə nəbzin və AT-in ölçülmə qaydasını öyrətməyi və gündəliyin yazılmasını.

10. Xəsələrə (ailəsinə) hipertonik krizin əlamətlərini tanımağı və stenokardiya zamanı ilk yardımı.

11. Xəstələrə (ailəsinə) özünəqulluğu və qulluğu öyrətməyi.


Qastroenteroloji şöbə iş
Tələbə bilməlidir:

1. Həzm sisteminin xəstəliklərində əsas klinik əlamətləri.

2. Xəstələrin mədə-bağırsaq sisteminin xəstəliklərində yaranan problemləri.

3. Qastroenterologiyada əlavə müayinə metodunun mahiyyəti və klinik əhəmiyyətini, onlara hazırlıq qaydalarını.

4. Mədə-bağırsaq sistemi xəstəliklərində xəstələrə nəzarətin xüsusiyyətlərini.

5. Xəstəyə qulluğun metodikasını.

6. Həzm orqanlarının müalicə prinsiplərini.

7. Həzm orqanlarının xəstəlikləri zamanı qidalanmanın əsas prinsipləri və stolların xarakteristikası.

8. Qastroentrologiyada təxirəsalınmaz vəziyyətlərin klinik əlamətlərini (mədə-bağırsaq qanaxmaları, deşilmiş yaralar, öd sancısı).

9. Həkiməqədərki yardımların alqoritmlərini.

1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə