AZƏrbycan respublikasi təHSİl naziRLİYİ




Yüklə 0.55 Mb.
səhifə2/5
tarix18.04.2016
ölçüsü0.55 Mb.
1   2   3   4   5

Аzərbaycan Рespublikası Təhsil Nazirliyi Elmi-Metodiki Şuranın


« » bölməsinin

« » tarixli

Iclasının qərarı ilə təsdiq edilmişdir

(Protokol N )


Bakı 2011

İxtisas yönümlü təcrübə tibb bacısının işi şöbəsində II kurs IV semestrin sonunda semestr imtahanlarından sonra keçirilir. Təcrübə müalicə - profilaktika müəssisələrinin terapiya, cərrahiyyə, pediatriya şöbələrində keçirilir.
Hazırkı proqrama aiddir:

- təcrübənin məqsəd və vəzifəsi

- vaxt bölgüsü

- proqramın məzmunu

- tələbələrin işinə nəzarət

Mövcud proqram tibb kolleclərinin müəllimlərinə təcrübənin təşkili, idarə olunması və nəzarəti üçün rəhbər sənəd ola bilər. Eyni zamanda bu proqram təcrübə rəhbərlərinin, müalicə-profilaktika müəssisəsinin nümayəndələrinin işinə kömək edəcək.

Bundan əlavə, tələbələr proqramdan təcrübəyə hazırlıq zamanı, təcrübə keçərkən və attestasiya üçün istifadə edə bilərlər.
Təcrübənin məqsəd və vəzifələri
Məqsəd:

Stasionar şəraitində xəstələrə qulluq üzrə bacarığın və ilkin biliklərin formalaşdırılması.


Vəzifələri:

  • tibb bacısının işinin əsasları üzrə nəzəri və təcrübi dərslərdə alınmış biliklərin sistemləşdirilməsi, dərinləşdirilməsi və möhkəmləndirilməsi.

  • təcrübə proqramının tələblərinə uyğun olaraq stasionar şəraitdə bacarıqların işlənməsi.

  • sərbəst əmək fəaliyyətinə hazırlaşdırılması

  • əmək intizamını və professional (və ya peşə) cavabdehliyini tərbiyə etmək.

  • xəstələrlə işləyən zaman etik prinsipləri gözləmək.

- ünsiyyət və ya əlaqə bacarıqlarını formalaşdırmaq və təkmilləşdirmək

Vaxt bölgüsünün nümunəvi qrafiki


N

Təcrübə keçirilən şöbənin adı

Günlərin sayı

Saatlarin miqdarı

1

Qəbul şöbəsində

1

6

2

Terapevtik şöbə

-

-




- manipulyasiya kabinetində iş

2

12




- funksional diaqnostika kabinetində iş

2

12




- şöbənin palatalarında iş

3

18




Cəmi:

8

48

Tələbələrin işinin ən yaxşı təşkili məqsədi ilə təcrübə rəhbərinin metodik rəhbərlə birlikdə “sürüşkən” cədvəl tərtib etmələri məqsədə uyğundur ki, bu da zəruri praktik işlərin və ya bacarıqların tam həcmdə mənimsənilmələrinə imkan verir.

Təcrübənin sonunda təcrübə rəhbəri metodik rəhbərlə birlikdə hər bir tələbəyə təcrübə bazasında onun yerinə yetirdiyi işlərə əsasən xarakteristika verir. Həmin xarakteristika istehsalat təcrübəsinin attestasiyası zamanı nəzərə alınır.

Tələbələrin attestasiyasını attestasion komissiya yerinə yetirir. Attestasion komissiyaya istehsalat-təcrübə işləri üzrə direktor müavini, metodik rəhbər, müalicə ocağından ümumi və ya təhkim olunmuş rəhbər daxil olur.

Təcrübənin sonunda isə aşağıdakı sənədlər lazım olur.


  1. Təcrübənin gündəliyi.

  2. Xasiyyətnamə.

  3. Təcrübənin keçirilməsi haqqında yekun.

4. Manipulyasiyaların yerinə yetirilməsi haqqında qiymətli yekun
İzahedici qeyd
Terapiyadan ixtisasyönümlü təcrübə tədris prosesinin tərkib hissəsi olub, tələbələrin təcrübi hazırlığının əsas mərhələsidir. Təcrübə nəzəri və təcrübi məşğələlərin sikli bitdikdən sonra, V semestrin sonunda, çoxprofilli MPM-də keçirilir.

-qəbul şöbəsi

-prosedur kabineti

-funksional diaqnostika kabineti

-terapevtik şöbə palataları

Təcrübəyə ümumi rəhbərlik şöbə müdirinə və təcrübəli həkimlərə həvalə olunur. Təcrübə proqramının məzmunu nəzəri və təcrübi biliklərin kompleks istifadəsi, bu biliklərin tibb bacısının gələcək ixtisasına uyğun iş yeri şəraitində möhkəmləndirilməsi üçün nəzərdə tutulmuşdur.

Hazırki proqrama daxildir:

- təcrübənın məqsəd və vəzifələri

-MPM-nin konkret şöbəsində lazımi bilik və bacarıqların siyahısı

-tələbələrin işinə nəzarət və məqbul

Mövcud proqram tibb məktəbi və ya kollec müəllimləri üçün təcrübənın təşkili, idarə olunması və nəzarəti üçün rəhbər sənəd ola bilər.

Bundan əlavə, proqram tələbələrin təcrübi fəaliyyətə hazırlığı, təcrübə keçməsi və attestasiyası zamanı vəsait kimi işlədilə bilər.



Təcrübə proqraminin məzmunu
Qəbul şöbəsində iş:

Qəbul şöbəsi həkiminin nəzarəti altında tələbələr xəstələri qəbul etməli, subyektiv və obyektiv müayinələr aparmalı, labüd və təcili hospitallaşma məsələsini həll etməli, nəql edilmə və sanitar işlənmə növünü müəyyən etməlidirlər.


Tələbə bilməlidir:

- stasionara daxil olan xəstələrin qəbul və qeydiyyatını

- termometriyanı

- antropometriyanı

- subyektiv və obyektiv müayinə metodunu

- pedikulyözə görə müayinə, dezinfeksiya

- xəstənin sanitar işlənmə növlərini

- sanitar epidemiya əleyhinə rejimin əsaslarını

- şöbədəki işin etik və hüquqi normalarını

- təxirəsalınmaz yardım göstərilməsinin prinsiplərini

- təhlükəsizlik texnikasını
Tələbə bacarmalıdır:

- xəstələri şöbəyə daxil etməyi

- sorğu və obyektiv müayinə aparmağı

- tibbi sənədlərin doldurulmasını

- alınan nəticəni analiz etmək və ilkin diaqnoz qoymağı

- antropometrik ölçmələri aparmağı

- xəstənin sanitar işlənməsini aparmağı

- pedikulyozu aşkar etmək və dezinfeksiya aparmağı

- xəstənin daşınmasını təmin etməyi

- xəstəyə təxirəsalınmaz yardım göstərməyi



Prosedur kabinetində iş
Tələbələr prosedur tibb bacısının işini öyrənir, həkimin təyinatlarını yerinə yetirir.
Tələbə bilməlidir:

- prosedur kabinetinin sanitar-epidemiya əleyhinə rejimini

- təhlükəsizlik texnikasını

- tibbi əşyaların işlənmə texnikasını, dezinfeksiyanı, sterilizasiyaönü təmizlənməni, stelizasiyanı

- yuyucu məhlulların hazırlanma qaydalarını

- steril stolun hazırlanma texnikasını

- tibb bacısının işində aseptika qaydalarını

- antibiotiklərin həll edilməsini

- inyeksiyaların dəri altına, əzələ daxilinə, vena daxilinə vurulması texnikasını

- prosedur kabinetində dərman maddələrinin saxlanma və qeydiyyatı qaydalarını


Tələbə bacarmalıdır:

- kabinetin cari, sanitar və əsas dezinefksiyasını aparmağı

- manipulyasiyadan əvvəl əlləri təmizləməyi

- steril stolu hazırlamağı

- antibiotiki həll etməyi

- şprisi yığmaq və dərmanı ampuldan, flakondan çəkməyi

- dəri altına, əzələ daxilinə, venaya inyeksiyalar etməyi

- alətləri sterilizasiya önü təmizləməyi

- vena daxilinə infuziya üçün sistemi hazırlamağı

- plevral və qarın boşluğu punksiyası üçün alətləri yığmağı

- kabinetin tibbi sənədlərini doldurmağı
Funksional diaqnostika kabinetində iş
Tələbələr funksional şöbənin tibb bacısının işini mənimsəyir, xəstənin funksional müayinə metodunu öyrənirlər.
Tələbə bilməlidir:

- əlavə funksional müayinələrə göstərişləri

- funksional müayinə metodlarının mahiyyəti və klinik əhəmiyyətini

- təhlükəsizlik qaydalarını

- normal EKQ və kəskin patologiyalarda dəyişiklikləri
Tələbə bacarmalıdır:

- əlavə müayinələrə göstərişləri təyin etməyi

- xəstəni hazırlamağı

- EKQ çəkmək və dəyişiklikləri qiymətləndirməyi


Terapevtik şöbənin palatalarında iş
Tələbələr terapevtik şöbədə tənəffüs, qan-damar, həzm, sidik-ifrazat, qan dövranı, endokrin vəzilər və s. sistemlərin patologiyası olan xəstələrlə işləyir. Təcrübənin gedişində xəstələri müayinə edir, laborator, rentgen, instrumental müayinələrə göndərir, alınan nəticələri analiz edir, təcrübə rəhbəri olan həkim-ordinatorla kliniki diaqnozu müzakirə edir.

Tələbələr həkim-ordinatorun nəzarəti altında hər gün 3-4 xəstəni kurasiya edirlər: xəstənin vəziyyətindəki dəyişiklikləri, xəstəliyin kliniki əlamətlərini, müalicənin effektivliyini müşahidə edirlər. Tələbələr şöbə müdirinin baxışında iştirak edirlər. Kurasiya etdikləri xəstənin tibbi kartını doldurur, xəstəyə qulluqda tibbi baxış prosesinin mərhələlərini yerinə yetirirlər. Xəstəliyin kəskinləşməsinin profilaktikasına, sağlam həyat tərzinin formalaşmasına yönəldilmiş sanitar maarifləndirmə işi aparırlar.


Tələbə bilməlidir:

- pasiyentin müayinə sxemini

- tibbi etikanı

- tənəffüs, qan dövranı, həzm, sidik-ifrazat orqanlarının müaynə xüsusiyyətlərini

- daxili orqan xəstəliklərinin etiologiya, patogenez və əsas simptomlarını

- əlavə müayinə metodlarının kliniki əhəmiyyətini

- xəstənin əlavə müayinəyə hazırlanmasına göstəriş və qaydalarıni

- ilkin həkim diaqnozunun təyin edilmə alqoritmi

- müalicə-qoruyucu rejimini, medikamentoz müalicənin və dietik qidalanmanın təyini prinsiplərini

- müalicəvi preparatların farmakoloji təsiri, dozası, orqanizmə yeridilmə yolları, əlavə effektlərini

- əlavə müayinə metodlarının normativ göstərişləri və mümkün dəyişikliklərini

- tənəffüs, qan dövranı, həzm, sidik-ifrazat orqanlarının disfunksiyasında tibbi baxış prosesinin xüsusiyyətlərini

- təxirəsalınmaz vəziyyətin əsas simptomu və həkiməqədərki təcili yardım göstərilməsinin alqoritmini

- profilaktika və reabilitasiya prinsiplərini

- sanitar-maarifləndirmə işi aparılmasının metodikasını
Tələbə bacarmalıdır:

- pasiyentlə ünsiyyət qurmağı

- pasiyenti müayinə etməyi

- əsas simptomları aşkar etmək və qiymətləndirməyi

- ilkin həkim diaqnozunu qoymaq və əsaslandırmağı

- əlavə müayinələrə göstərişləri təyin etməyi

- xəstəni laborator və instrumental müayinə metodlarına hazırlamağı

- əlavə müayinələrin nəticələrini qiymətləndirməyi

- tənəffüs, qan dövranı, həzm, sidik-ifrazat orqanlarının ən çox rast gəlinən xəstəlikləri arasında differensial diaqnostika aparmağı

- pasiyentə göstərilən qulluq tədbirlərini yerinə yetirmək, onun effektivliyini qiymətləndirməyi

- pasiyentə qulluq zamanı tibb baxış prosesinin əsas etaplarını sənədləşdirməyi

- müalicə tədbirlərinin effektivliyini qiymətləndirməyi

- daxili xəstəliklər klinikasında təxirəsalınmaz vəziyyətlərdə təcili tibbi yardım göstərməyi

- pasiyentin müayinə və müalicəsi zamanı etika qaydalarına əməl etməyi, pasiyentin qohumları ilə, tibbi heyətlə ünsiyyət yaratmağı

- sanitar-maarifləndirmə işini aparmağı

- tibbi sənədləri düzgün doldurmağı




Təcrübi işin qiymətləndirmə kriteriləri
Təcrübə bitdikdə tədris xəstəlik tarixinin müdafiəsi və təcrübi hazırlığın attestasiyası aparılır.

- nəzəri hazırlıq

- klinik, diaqnostik, differensial diaqnostik məsələləri, struktur-məntiqi situasiyaları həll etmək

- düzgün, dəqiq təyinat vermək

- fənlərarası və fəndaxili əlaqələrdən istifadə etməklə öz cavabını əsaslandırmaq

- dövlət təhsil standartları sisteminə (DTSS) və təcrübə proqramının tələblərinə uyğun təcrübi vərdişlərə:

- yerinə yetirilən işə maraq və aktivlik

- etik tələblərə əməl etmək

- ünsiyyət bacarıqları

- xarici görünüş

- daxili qaydalar və iş qrafikinə əməl etmək

Təcrübənin yekun qiyməti işə, gündəliyə, tədris xəstəlik tarixinin müdafiəsi ilə, təcrübi hazırlığın attestasiyasına verilən qiymətlərə görə təyin edilir və məqbulla qiymətləndirilərək qiymət kitabçasına yazılır.



İzahli qeyd
Cərrahiyyədən istehsalat təcrübəsi tədris prosesinin əsas hissəsi olub, nəzəri biliklərin möhkəmlənməsi, dərinləşdirilməsi, sistemləşdirilməsi üçün, cərrahi xəstələrin diaqnostikasında təcrübi vərdişlərə yiyələnmək üçün, tibb bacısı işinin taktikasının və manipulyasiyon texnikanın öyrənilməsi üçün aparılır. Tədris prosesində tələbə sosial nəticələri, etik tələbləri nəzərə almaqla professional qərarlar qəbul etməli, təşəbbüs göstərməli, məsuliyyətli və humanist olmalıdır. Təcrübənin məzmununa kompleks yanaşma xüsusi təcrübi vərdişlərə yiyələnməyə kömək edir.

Cərrahiyyədən ixtisaslaşmış təcrübənin gedişində tələbələr cərrahi profilli xəstəyə tibb bacısının qulluğunu təşkil etməlidirlər. Davranışın etik normalarına diqqət yetirmək xüsusilə vacibdir.



Istehsalat təcrübəsinin məqsəd və vəzifələri:
- əsas cərrahi xəstəliklərin və zədələnmələrin diaqnostikası, cərrahi yardım göstərilməsində əldə olunan biliklərin möhkəmləndirilməsi, genişləndirilməsi, dərinləşdirilməsi və sistemləşdirilməsi.

- manipulyasiyon texnikanın təkmilləşdirilməsi

- davranışda etik normalara əməl etmək

- ünsiyyət və əlaqə yaratmaq


Vaxt bölgüsünün nümunəvi qrafiki


N

Təcrübə keçirilən şöbənin adı

Günlərin sayı

Saatlarin miqdarı

1

Qəbul şöbəsində

1

6

2

Cərrahi şöbədə iş

-

-




- şöbənin palatalarında iş

2

12




- operasion blokda iş

2

12




- sarğı otağında iş

2

12




- gips otağında iş

1

6




Cəmi:

8

48


Tələbələrin işinə nəzarət və hesabat

Metodik rəhbər tələbələrin iş qrafikinə və ixtisaslaşmış təcrübənin proqramını yerinə yetirmələrinə nəzarət edir. Təcrübə keçən dövrdə tələbələr müalicə-profilaktika müəssisənin daxili qaydalarına, təhlükəsizlik texnikasına, sanitar- epidemiya əleyhinə rejimə ciddi əməl etməlidirlər.

Şöbədə iş zamanı tələbələr normativ sənədləri yazmalıdırlar.

-təcrübi gündəlik

- tədris xəstəlik tarixi

Təcrübə rəhbəri göstərilən sənədlərin yazılmasına nəzarət edir. Tələbələrin işi hər gün qiymətləndirilir, nəticələr təcrübənin gündəliyində 5 ballı sistemə görə qeyd olunur. Bu da cari nəzarəti aparmağı və professional fəaliyyətin mənimsənilməsini idarə etməyi təmin edir.

Təcrübə rəhbəri hər sikl bitdikdən sonra MPM-nin müəyyən şöbəsində işin nəticəsini əks etdirən xasiyyətnamə yazır ki, bu da təcrübi hazırlığın attestasiyasında nəzərə alınır. Tələbələr attestasiyada iştirak etmək üçün attestasion komissiyaya təqdim olunurlar. Bu komissiyaya metod rəhbər, təhsil müəssisəsinin müdiriyyətindən nümayəndə, müalicə müəssisəsindən nümayəndə və aşağıdakı sənədlər daxildir:

- təcrübənin gündəliyi

- tədris xəstəlik tarixi

- ümumi xasiyyətnamə

- təcrübənin keçirilməsi haqqında hesabat

- yerinə yetirilmiş manipulyasiyaların rəqəmli hesabatı, təcrübə keçirilməsinin analizi, nəticələr və təkliflər.



Təcrübənin təşkili
Cərrahiyyədən istehsalat təcrübəsi xəstəxananın cərrahiyyə şöbəsində, poliklinikanın cərrahi kabineti və ya travmatoloji punktda keçirilir.

Tələbələr işi təhsil müəssisəsinin metod rəhbərinin, ümumi və ya bilavasitə rəhbərin nəzarəti altında aparır. Metod rəhbər manipulyasiyaların yerinə yetirilmə metodikasına görə tələbələrlə fərdi söhbət, təcrübənin nəticələrinə görə seminar məşğələlər aparır:

- cərrahiyyədə tibb bacısının işi

- cərrahiyyədə xəstəxanadaxili infeksiya profilaktikasının texnologiyası

Tələbələr cərrahi stasionarda rejimin xüsusiyyətləri və işin xüsusiyyəti ilə tanış

olur, xəstələrə qulluq və nəzarət edir.


Tələbələr şöbədə növbətçiliyin təhvili və qəbulunda iştirak edir, konfranslarda, tibb bacısının istehsalat seminarlarında, sarğı otağında işləyir, müalicə və diaqnostika manipulyasialarının texnikasını təkmilləşdirir. Tələbələrin cərrahi kabinetdəki işi xüsusilə vacibdir. Burada onlar cərrahi xəstələrin ilkin qəbulunu, ilkin xəstələrə cərrahi yardımın diaqnostik-müalicəvi və təşkilati-taktiki məsələləri həll etməyi öyrənirlər.

Təcrübənin gedişində tələbələrə tədris-tədqiqat aparmaq, cərrahiyyənin əsas bölmələri üzrə referatlar yazmaq təklif olunur.




Cərrahiyyədən istehsalat təcrübəsi keçərkən
Tələbə bilməlidir:

- iş yerində, şöbədə yanğından mühafizə və təhlükəsizlik texnikasını

- şöbədəki işin sanitar - epidemioloji rejimi üzrə əmr və təlimatları

- otağa və təchizata olan tələbləri

- otağın təmizlənməsinə olan sanitar tələbləri

- personalın şəxsi gigiyenasına, cərrahi şöbədə işə buraxılmağa olan tələbləri

- dezinfeksiyaedici maddələrlə işləyərkən təhlükəsizlik qaydalarını

- müasir dezinfeksiyaedici maddələrin tətbiqi, hazırlanma qaydaları, saxlama müddəti və şəraitini

- iş yerinin təşkili və işıqlandırılması, tibb bacısının funksional öhdəlikləri və hüquqlarını

- cərrahi şöbənin, əməliyyat - sarğı blokunun təchizatını

- cərrahiyyədə aseptika və antiseptika qaydalarını

- cərrahi şöbədə sanitar - epidemioloji rejimin tələblərini

- manipulyasion texnikanın əsaslarını

- cərrahi profilli xəstəliklərin və müxtəlif travmaların əsas simptomlarını

- cərrahi profilli xəstələrə ümumi və differensial qulluğun metodikasını

- cərrahiyyədə rasional qidalanma və dietologiyanın əsaslarını

- terminal vəziyyət və reanimasion tədbirlərin əsaslarını

- cərrahiyyədə professional etikanın əsaslarını

- tibbi sənədləşdirmə qaydasını

- cərrahi xəstələrə dispanser nəzarətin prinsiplərini

- iş yerində əməyin müdafiəsi və yanğından mühafizə qaydalarını
Tələbə bacarmalıdır:

- MPM-də müalicə-qoruyucu rejimin və sanitar-epidemioloji rejimin təşkili üçün tədbirlər görməyi

- alətləri, sarğı materiallarını və qulluq əşyalarını sterilizasiya etməyi

- cərrahi xəstəliklərə və travmalara diaqnoz qoymağı

- xəstənin vəziyyətini qiymətləndirmək, nəzarəti təşkil etmək, ağırlaşmaları aşkar etmək, pasientin müalicə taktikasını təyin etməyi

- tibbi yardımın göstərilməsi və xəstəyə qulluqla əlaqədar etik məsələləri həll etməyi

- təxirəsalınmaz vəziyyətlərdə həkiməqədər ilk yardım göstərməyi

- tibbi sənədləri doldurmağı


Tələbə bilməlidir:

  • orerasiyaönü qulluqda t/b işinin əsas etaplarını

  • cərrahi xəstəliklərin, orqan və sistemlərin zədələnmələrinin simptomlarını, xəstələrin diaqnostik manipulyasiyalara, operativ müdaxilələrə hazırlanma prinsiplərini

  • müxtəlif profilli operasiyalardan sonra qulluq və nəzarətin xüsusiyyətlərini

  • təxirəsalınmaz vəziyyətlərdə həkiməqədərki yardımı

  • reanimatologiyada intensiv nəzarət və qulluğun təşkili və aparılmasını.


Tələbə bacarmalıdır:

  • orerasiyaönü və operasiyadansonrakı dövrlərdə xəstəyə nəzarət və qulluğun təşkili və yerinə yetirilməsini

  • təxirəsalınmaz vəziyyətlərdə peşə səlahiyyəti çərçivəsində həkiməqədər ilk yardım göstərməyi

  • şöbədə müalicə qoruyucu rejimə və infeksion təhlükəsizliyə əməl olunmasını təmin etməyi

  • travmatoloji və onkoloji xəstəliklərin profilaktikasına yönəldilmiş sanitar marifləndirmə işini aparmağı.



Xəstəxananın qəbul şöbəsi
Qəbul şöbəsində işin gedişi zamanı tələbə kəskin cərrahi patologiya ilə daxil olmuş yeni xəstənin kurasiyasına başlayır, tədris xəstəlik tarixini doldurur, operasiyadan əvvəl xəstəyə nəzarət və qulluq edir. İstehsalat təcrübəsinin attestasiyası zamanı cərrahi pasientin t/b –nın xəstəlik tarixi müdafiəyə təqdim olunur.
Tələbə bilməlidir:

  • cərrahi, travmatoloji, onkoloji yardımın təşkili sistemini

  • infeksion təhlükəsizlik və xəstəxanadaxili infeksiyanın profilaktika prinsiplərini

  • qəbul şöbəsinin quruluşunu, qəbul şöbəsi t/b –nın funksional öhdəliklərini

  • xəstələrə qulluq göstərilməsində müasir texnalogiyaları.


Tələbə bacarmalıdır:

  • xəstənin vəziyyətini birinci qiymətləndirməyi

  • xəstənin problemlərini aşkar etməyi

  • t/b qulluğunu planlaşdırmağı

  • xəstənin qulluğu zamanı əsas manipulyasiyaları yerinə yetirməyi

  • xəstənin paltarını dəyişməyi

  • sanitar işləmə aparmağı

  • xəstəlik tarixinin pasport hissəsini doldurmağı

  • xəstə və onun qohumları ilə söhbət aparmağı

  • lazım gəldikdə xəstəyə həkiməqədər yardım göstərməyi


Cərrahi şöbənin t/b postu
Tələbə cərrahi şöbənin postunda işin gedişi zamanı qəbul şöbəsindən daxil olmuş xəstələrin kurasiyasını davam etdirir. Qulluğun effektivliyini qiymətləndirir və qulluq planına yeni düzəlişlər əlavə edir.
Tələbə bilməlidir:

  • cərrahi xəstəxananın və cərrahi şöbənin quruluş və təşkilini

  • müalicə diaqnostik əməliyyatları yerinə yetirərkən cərrahi şöbənin nəzarətçi t/b-nın hüquq və funksional öhdəliklərini

- cərrahiyyədə operasiyaönü qulluqda müasir t/b texnalogiyasını
Tələbə bacarmalıdır:

  • yeni daxil olmuş xəstələrin qəbulunu yerinə yetirməyi

  • xəstənin qəbulu üçün lazımı sənədləri doldurmağı

  • operasiyadan əvvəl və sonra xəstəyə t/b-nın nəzarətini, qulluq göstərməyi, yerinə yetirilən qulluğu qiymətləndirməyi

  • xəstəni diaqnostik müayinələr üçün hazırlamağı

  • xəstə və onun qohumlarına operasiyaönü və operasiyadan sonrakı qulluğu öyrətməyi


Cərrahi şöbənin sarğı otağı
Tələbə bilməlıdır:

  • sarğı otağında işin quruluş və təşkilini

  • sarğı t/b-nın hüquq və funksional öhdəliklərini

  • bioloji mayelərlə kontakt zamanı personalin işinin təhlükəsizlik qaydalarını.


Tələbə bacarmalıdır:

  • bioloji mayelərlə (qan, sidik, bəlğəm, yara möhtəviyyatı) kontakt zamanı təhlükəsizliyə əməl etməyi

  • aşağıdakı manipulyasiyaları yerinə yetirməyi

  1. yaranın işlənməsini

  2. steril geyimin geyinmə və saxlanmasını

  3. sarğı materialının hazırlanmasını

  4. sarğı otaqı üçün biksin yığılmasını

  5. sterilliyə nəzarətin aparılmasını

  6. alətlərin sterilizasiyaönu təmizlənməsi və sterilizasiyasını

  7. alətlərlə sarğını

  8. yaranın tualeti, əsas sarğı növlərinin qoyulmasını

  9. operasion sahənin dərisinin işlənməsini

  10. tikişlərin sökülməsini

  11. işlənmiş materialların dezinfeksiya və utilizasiyasını

  12. yaranın təftişi, drenajların qoyulması, punksiyalar zamanı həkimə yardımı

  13. yara möhtəviyyatının flora və antibiotiklərə həssaslığının təyini üçün götürülməsini

14. sarğı otağının sənədlərini (sarğı jurnalı, kiçik cərrahi operasiyalar jurnalı, sterilliyə nəzarət jurnalı) doldurmağı.

Operasion blok
Tələbə bilməlıdır:

  • operasion blokun quruluşunu, işin təşkili və qaydalarını

  • operasion t/b-nın hüquq və funksional öhdəliklərini

  • şəxsi gigiyena, operasion geyimin geyinmə və saxlanma qaydalarını

  • sarğı materiallarının hazırlanma qaydalarını, onların sterilizasiya rejimini

  • əsas cərrahi alətləri

  • patalojianatomik müayinələr üçün materialların götürülmə və saxlanılma qaydalarını


Tələbə bacarmalıdır:

  • şəxsi gigiyena qaydalarına əməl etməyi

  • operasiya üçün sarğı və tikiş materiallarını, əsas operasiya tipləri üçün alətlər toplusunu hazırlamağı

  • operasiyadan sonra alətləri işləmək və steril etməyi

  • operasiya üçün əllərin müasir antiseptiklərlə işlənməsini

  • operasion t/b –nın steril stolunun, anestezist t/b-nın stolunun, müxtəlif operasiya üçün alətlər toplusunun hazırlanmasını

  • operasion sahənin dərisinin işlənməsini

  • xəstəni operasion stolayerləşdirməyi və nəql etməyi

  • operasiyanın gedişində xəstəyə nəzarəti, narkozun gedişində həyatı funksiyaların monitorinqini


İzahedici qeyd
“Pediatriyada tibb bacısının işi” tələbələrin tədris prosesində peşə hazırlığının əsas hissəsi və təcrübi hazırlığın əsas mərhələsi hesab olunur.

Təcrübə əsasən nəzəri və təcrübi dərslərin sonunda çoxşaxəli müalicə-profilaktika müəssisələrində müvafiq şöbələrdə təşkil olunur. Şöbələrdə təcrübə müddəti 1-4 gün təşkil edir.


Müalicə-profilaktika müəssisələrində əsas şöbələr:

  • Qəbul şöbəsi

  • Prosedur və peyvənd otaqları

  • Şöbədə tibb bacısı postunda

  • Poliklinikanın pediatriya otağında

  • Filtrdə (süzgəcdə)

  • Sağlam uşaq otağında

Təcrübəyə rəhbərlik MPM-nin baş tibb bacısına, böyük tibb bacılarına, təcrübəli post və prosedur tibb bacılarına həvalə edilir.

Təcrübənin mahiyyəti nəzəri və təcrübi biliklərin istehsalatda tətbiqinə nail olmaq, təcrübi bilikləri təkrar işləməklə möhkəmləndirmək və tibb bacısını gələcək iş yerinə alışdırmaqdan ibarətdir.

Təcrübədə əsas məqsəd tədrisdə keçirilən müxtəlif fənnlərin kompleks şəkildə öyrənilməsi ilə tətbiqinə nail olmaqdır. Bu fənnlər əsasən aşağıdakılardır:



  • Tibb bacısı işinin əsasları

  • Latın dili və tibb terminlərinin əsasları

  • Farmakologiya

  • Mikrobiologiyanın əsasları

  • Tibb bacısının işində terapiya

  • Tibb bacısının işində cərrahiyyə

  • Psixologiya və etikanın əsasları

  • Sağlam insan və ətraf mühit

Peşəkar təcrübə müddətində tələbələr xəstə uşaqlara qulluğun əsaslarını, sağlam uşaqlarla düzgün davranış qaydalarını mənimsəməlidirlər. İş zamanı uşaqlarla və onların yaxınları ilə davranışda etik norma və qaydalara riayət etmələri vacibdir. Təcrübə zamanı iş yerində, şöbələrdə texniki təhlükəsizlik qaydalarına, şəxsi heyətin infeksion təhlükəsizliyi məsələlərinə diqqətli olmalıdır.

Metodiki rəhbərin nəzarəti və rəhbərliyi ilə tələbə sərbəst xəstə uşağın müalicəsində və digər diaqnostik prosedurları həyata keçirməkdə iştirak etməli, gündəlik və xəstəlik tarixində qeydlər etməlidir.
Bu proqram özündə əks etdirir:


  • Təcrübənin məqsəd və vəzifələrini

  • Vaxtın düzgün bölgüsünü

  • Vacib bilik və bacarığın siyahısı, hər şöbədə işin mahiyyətini

  • Tələbələrin işinə nəzarət və hesabatı.

Bu proqram tibb məktəblərinin müəllimləri, müvafiq MPM-nin rəhbər həkim kontingenti üçün rəhbər sənəd hesab edilə bilər. Bundan əlavə tələbələrin hazılıq səviyyəsi, onların attestasiya edilməsi üçün də nəzərdə tutula bilər.



Vaxt bölgüsünün nümunəvi cədvəli


N

Təcrübə keçirilən şöbənin adı

Günlərin sayı

Saatlarin miqdarı

1

Uşaq somatik şöbəsi:

-

-




- qəbul şöbəsi

1

6




- əməliyat otağı

2

12




- postda iş

2

12

2

Uşaq poliklinikası:

-

-




- peyvənd otağında iş

1

6




- sahədə iş

2

12




Cəmi:

8

48

Təcrübə vaxtı tələbələrin səmərəli işləməsi və bütün sahələri əhatə etmək üçün “sürüşən” cədvəldən istifadə məqsədəuyğun hesab sayılır. Belə cədvəl Dövlət Təhsil standartlarını yerinə yetirməyə imkan yaradır.



Təcrübənin məqsəd və vəzifələri

Təcrübənin məqsədi təcrübə müddətində tələbələri sərbəst işləməyə, xəstələrə təxirəsalınmaz, ilk tibbi yardım göstərməyə, müxtəlif yaş qrupundan olan xəstə uşaqlara, qulluq xüsusiyyətlərinə, müalicə müəssisələrində profilaktik işin təşkilinə və sanitar maarif işinin həyata keçirilməsinə alışdırmaq və öyrətməkdir.

Təcrübə müddətində əsasən aşağıdakı məsələlərin həllinə çalışmaq lazımdır:


  • “Pediatriyada tibb bacısının işi” fənnindən alınmış nəzəri bilikləri sistemləşdirmək, dərinləşdirib, möhkəmlətmək.

  • xəstə uşaqlarla işi təkmilləşdirərək, qulluğun düzgün təşkilinə nail olmaq.

  • sağlam uşaqlarla işi düzgün qurmaq, bilik və bacarığı artırmaq.

  • xəstələrlə, onların valideynləri (yaxınları) ilə MPM-nin işçi kollektivi ilə düzgün münasibət qurmaq.

  • davranışda etik və insani normalara əməl etmək.


Tələbələrin işinə nəzarət və hesabat

Təcrübə zamanı nəzarət, rəhbərlik və məsuliyyət tədris müəssisəsindən təyin edilmiş metodiki rəhbərin, MPM-nin rəhbərinin, təcrübə rəhbərinin üzərinə düşür.

Təcrübə zamanı tələbələr MPM-nin daxili intizam qaydalarına, texnika təhlükəsizlik qaydalarına ciddi əməl etməli, özlərinin, xəstələrin və şəxsi heyətin infeksion təhlükəsizliyini gözləməli, peşə yoluxmalarının profilaktikasına əməl etməlidirlər.

Şöbələrdə işləyərkən tələbələr normativ sənədlərlə tanış olur və onları doldurur, qeydlər edirlər:



  • Təcrübənin gündəliyi

  • Tədris üçün tibb bacısının xəstəlik tarixi

Bu sənədlərin aparılmasına nəzarət təcrübə rəhbərlərinə həvalə edilir. Tələbələrin işləri gündəlik yoxlanılaraq “5” ballı sistemlə qiymətləndirilir və gündəlikdə qeyd olunur. Bu tələbələrin təcrübə vaxtı qazandıqları bilikləri aşkarlamaqla yanaşı onların peşəkar hazırlığını əks etdirir. Təcrübənin sonunda metodiki rəhbər, təcrübə rəhbəri ilə birlikdə hər tələbə üçün xasiyyətnamə tərtib edir. Təcrübənin sonunda attestasiya üçün aşağıdakı sənədləri təqdim etməlidir:

  • metodiki rəhbər tərəfindən yoxlanılıb və imzalanmış təcrübə gündəliyi

  • tədris məqsədli xəstəlik tarixi (tibb bacısı üçün)

  • xasiyyətnamə

  • təcrübənin hesabatı (rəqəmlə manipulyasiyaların sayı təklif və iradlarla)



Təcrübə proqramının məzmunu
Qəbul şöbəsində təcrübə
Təcrübənin səmərəli olması üçün tələbə bilməlidir:
Tələbə bilməlidir:

  • uşaq xəstəxanasında qəbul şöbəsinin təşkili və funksiyalarını

  • qəbul şöbəsinin sənədlərini

  • stasionara qəbul olan xəstə uşaqların qeydiyyata alınması və qəbul qaydalarını

  • qəbul zamanı infeksion xəstəliklərə şübhəli xəstələrin aydınlaşdırılması taktikasını.



Tələbə bacarmalıdır:

  • xəstə uşaq haqqında məlumat toplamağı

  • qəbul şöbəsində sənədlərin doldurulmasını

  • dəri və selikli qişaların vəziyyətini

  • aretrial təzyiqin, nəbzin, tənəffüsün sayının öyrənilməsinə və termometriyanın aparılmasını

  • fiziki inkişafın qiymətləndirilməsi və antropometriyanın aparılması (boy, şəki, döş qəfəsinin dairəsi, başın dairəsi və s.)

  • pedikulyoza görə yoxlamaq və dezinseksiya tədbirləri görmək

  • xəstə uşaqların sanitar işləməsini

  • xəstə uşaqların şöbələrə köçürülməsini

  • udlaq və burundan yaxma götürmək

  • təcili məlumat (bildiriş) vərəqinin doldurulması (sanitar epidemioloji nəzarət üçün)

  • dezinfeksiya məhlulları hazırlamaq

  • istifadə edilmiş alət və vasitələrin dezinfeksiyası


Tibb bacısının postunda təcrübə
Tələbə bilməlidir:

  • müalicə profilaktika müəssisəsinin quruluşu və tipi

  • post tibb bacısının funksiya və vəzifələrini

  • peşə yoluxmalarının profilaktikası, onlara qarşı mübarizə tədbirlərini

  • uşaqlarda rast gəlinən xəstəliklərin əsas kliniki simptomlarını

  • uşaqların kliniki, laborator-instrumental müayinələrə hazırlanmasını

  • xəstə uşaqlara qulluğun təşkilini


Tələbə bacarmalıdır:

- sanitar epidemik rejimə əməl etmələrini



  • xəstə uşağın vəziyyətindəki dəyişikliyi

  • xəstə uşağın vəziyyətinin ağırlıq dərəcəsini

  • termometriya və temperatur əyrisini cızmağı

  • A/T ölçməyi, nəvzi və tənəffüsün sayını hesablamağı

  • su balansını müəyyənləşdirməyi, görünən və gizli ödemləri, diurezin sutkalıq miqdarını müəyyən etməyi

  • müxtəlif yaş qruplarından olan uşaqlardan və yeni doğulmuşlardan sidik nümunəsinin müayinə üçün yığılmasını. Zimnitski və ümumi müayinəsini, həmçinin şəkərə görə, bakteriolji, diastazaya və s.

  • gizli qan, qurd yumurtası və ümumi kopraqramma müayinəsi üçün nəcis nümunəsinin götürülməsi

  • təmizləyici, müalicəvi dərman imalələrinin yerinə yetirilməsini və qazçıxarıcı borunun qoyulmasını

  • mədənin yuylmasını

  • dərmanların hazırlanması və paylanmasını

  • parenteral dərman prepratlarının istifadə qaydalarını

  • antibiotiklərin həll edilməsi və yeridilməsini

  • məlhəm və səpmə tozların istifadəsini

  • islatmalar qoymağı (kompresslər)

  • gözə, buruna və qulağa damcılar tökməyi

  • əsnəyin qarqarasaını həyata keçirməyi

  • duodenal zondlamada iştirak etmək və mədə şirəsinin fraksion müayinəsni aparmağı

  • müayinə üçün göndərişlərin yazılmasını

  • infeksion xəstələrin təcrid edilməsini

  • normativ sənədlərin tərtib edilməsini

  • uşaqların şöbədə mənalı istirahətinin təşkilini

  • xəstə uşaqlara çatdırılan yeməklərə nəzarət etməyi

  • müxtəlif xəstələrə qulluq xüsusiyyətlərini

  • əsas peşəkar ünsiyyət vasitələrinə yiyələnməyi


Prosedur otaqlarda təcrübə
Tələbə bilməlidir:

  • prosedura otağındakı vəzifə borclarını

  • prosedura otağında sanitar-epidemioloji rejimi, dezinfeksiya işinin təşkilini, sterilizasiyadan öncə təmizliyi, alətlərin sterilizasiyasını, sterilliyə nəzarəti, prosedura otağının təmizlənməsini və s.

  • prosedura otağında dərmanların saxlanma qaydalarını

  • steril stolun açılmasını

  • antibiotiklərin həll edilməsini


Tələbə bacarmalıdır:

  • cari və yekun dezinfeksiya işlərini, otağın əsaslı təmizlənməsini

  • steril stolun açılmasını

  • antibiotiklərin həll edilməsini

  • dərialtı və əzələdaxili inyeksiyaların vurulmasını

  • venadaxilinə köçürüləcək sistemin hazırlanmasını

  • otağın tibbi sənədlərinin tərtib edilməsini

  • bioloji mayelərlə işlədikdə ehtiyat qaydalarını gözləməyi



Uşaq poliklinikasında təcrübə

Sahədə iş
Tələbə bilməlidir:

  • uşaqlara tibbi xidmətin təşkilində profilaktik istiqamətin əsaslı olmasını, poliklinikanın iş prinsipi və quruluşunu.

  • uşaq poliklinikasında sanitar-epidemioloji rejimi.

  • sahə tibb bacısının işini: profilaktiki, müalicəvi, snitar-maarifi işinin cəmiyyətlə təşkilini.

  • sahənin tibbi sənədlərini; onun aparılmasını, hesabatını.

  • sağlam və xəstə uşaqların patronaj müddəti və qaydalarını.

  • dispanserizasiya işinin sahə poliklinikasında təşkilini.

  • profilaktik peyvəndlərin təqvim planını, uşaqların peyvəndə cəlb edilməsi və seçilməsini.

  • uşaqların (yenidoğulmuşların və yuxarı yaş dövrünün) qidalandırılmasının təşkili, prinsiplərini.

  • sahə tibb bacısının xəstə uşaqların stasionara göndərilməsində, evdə müalicəsində həkimə köməkliyi və xəstə uşaqlara qulluq qaydalarını.

  • müxtəlif yaş dövrlərində rast gəlinən əsas uşaq xəstəliklərinin kliniki əlamətlərini.


Tələbə bacarmalıdır:

  • uşaqların fiziki inkişafının standartlara uyğun qiymətləndirilməsi və antropometriyasını

  • xəstə uşaqlarla işlədilən alət və vasitəərin dezinfeksiyasını

  • ambulator müayinə və ixtisaslı həkim məsləhəti üçün göndəriş yazmağı.

  • nəcisin, sidiyin və qanın müayinə cavablarını qiymətləndirməyi

  • xəstə uşağın burun boşluğuna, qulağa qızdırıcı islatmaların (kompresslərin) qoyulmasını, banka və xardal yaxmasından istifadə qaydalarını

  • profilaktik peyvəndlərin planının tərtibini

  • bakterioloji müayinə üçün nəcis nümunəsinin götürülməsini

  • südəmər, yenidoğulmuş və digər yaş qrupundan olan xəstə uşaqların patronajını. Doğuşa qədər patronajı

  • yenidoğulmuşlarda göbək güdülünün işlənməsini

  • süd mətbəxinə resept yazmaqı

  • uşaqların arterial təzyiqini ölçməyi, nəbzin və tənəffüsün sayılamsını

  • termometriya aparmağı

  • etik davranış qaydalarına riayət etməyi, xəstə uşaqla və valideynlərlə düzgün davranmağı

  • uşaqların sağlam həyat tərzinin təşkili ilə əlaqəli valideynlərlə söhbətlər aparmağı



Filtrdə (süzgəcdə) iş
Tələbə bilməlidir:

- uşaq poliklinikasında filtirə qoyulan tələbləri



- filtrdə san-epidemioloji rejimi.

- filtrdə işlədilən sənədləri.

- uşaq yaşlarında xəstəliklərin kliniki təzahürlərini.

- uşaqlara həkiməqədərki təxirəsalınmaz yardım qaydalarını.


Tələbə bacarmalıdır:

  • tibbi sənədlərin tərtibini

  • termometriya aparmağı

  • dəri və görünən selikli qişaların vəziyyətini qiymətləndirməyi, arterial təzyiqin ölçülməsini, tənəffüsün sayını və nəbz vurğularının sayını

  • burun və əsnəkdən meninqokkok, göy öskürək, Löfler çöplərinə (difteriyaya) görə yaxma götürməyi

  • bakterioloji müayinə üçün nəcis nümunəsinin və enterebiozu təsdiq üçün nümunə götürməyi

  • cari və yekun dezinfeksiya aparmağı



Poliklinikanın peyvənd otağında iş
Tələbə bilməlidir:

  • peyvənd otağına və avadanlığa qoyulan tələbləri

  • peyvənd otağında san-epidemioloji rejimi

  • peyvəndlərin təqvimini

  • profilaktik peyvəndlərin aparılma müddətini

  • peyvəndlərə əks göstəriş və onun əsaslandırılmasını

  • peyvəndlərin növləri, saxlanması, xüsusiyyətləri və daşınmasını İmmunoloji preparatların qeydiyyatını

  • peyvəndlərin ümumi və yerli reaksiyalarını, peyvəddən sonrakı kliniki təzahürləri

  • peyvənd işində normativ sənədləri


Tələbə bacarmalıdır:

  • peyvəndlərin təqvim planını hazırlamağı

  • anafilaktik şok zamanı həkiməqədər tibbi yardımı

  • infeksion təhlükəsizliyə riayət etməyi

  • peyvənddən sonra uşağın patronajını

  • peyvənd otağının sənədlərini düzgün tərtib etməyi

  • otağın cari və yekun dezinfeksiyasını aparmağı


Sağlam uşaq otağında iş
Tələbə bilməlidir:

  • sağlam uşaq otağına qoyulan tələbləri

  • otağın təchizatını

  • sağlam uşaq otağında san-epidemioloji rejimi

  • erkən yaş dövrünün anatomik-fizioloji xüsusiyyətlərini

  • erkən yaş dövrünün qida rejimi və bu yaş uşaqlara qulluğun xüsusiyyətlərini


Tələbə bacarmalıdır:

  • göbək güdülünün işlənməsini

  • südəmər uşaq üçün menyunu

  • müxtəlif sıyıqların və şirələrin hazırlanması üşün təkliflər, göstərişlər verməyi

  • yoxlama qida qəbulunu (uşağın qidalanmasında iştirak)

  • uşağı bələməyi nümayiş etdirməyi

  • valideynlərlə söhbəti

Təcrübənin sonunda tələbələrin attestasiyası və tədris xəstəlik tarixinin müdafiəsi aparılır.



Təcrübə işlərinin qiymətləndirilmə

kriteriyaları (şərtləri)


  1. Nəzəri hazırlıq (3-cü mənimsəmə dərəcəsindən aşağı olmamalı.

  2. Proqram həcmində təcrübi vərdişlərin və bacarığın mənimsənilməsi.

  3. Yerinə yetirilən işdə maraq və aktivlik.

  4. Etik qaydaların gözlənilməsi.

  5. Davranış və ünsiyyət bacarığı.

  6. Xarici görünüşə qoyulan tələblərə cavab verməyi.

  7. Daxil intizam qaydalarına iş cədvəlinə riayət etməyi.

Təcrübənin yekun qiyməti tələbənin sərbəst işləməyinə, gündəliyin tərtibatına, istehsalat təcrübəsinin attestasiyasına və tibb bacısının fəaliyyətini xarakterizə edən tədris xəstəlik tarixinin müdafiəsindən sonra müvəffəqiyyət kitabçasına yazılır.



Təcrübə müddətində “Tibb bacısının işi” ixtisası üzrə pediatriya fənnindən TTM (tədris tədqiqat mövzuları)


  1. Pediatrik sahədə profilaktik peyvəndlərin təşkilində tibb bacısının rolu.

  • Sahədə profilaktik işin təşkilinin analizi

  • Həmin sahədə yaşayan 1 yaşlı uşaqlar üçün növbəti ay üçün profilaktik peyvəndlərin aparılması planını tərtib etməli.

  1. Bir yaşa qədər uşaqların təbii qidalandırılmasında patronaj tibb bacılarının rolu.

  • Həmin sahədə təbii yolla qidalanan uşaqların sayının aydınlaşdırılması (%-lə).

  • Təbii yolla qidalanma %-ni artırmaq üçün tədbirlər planı işləyib təklif etmək.

  1. SUK-(sağlam uşaq kabinələrində) –da çalışan tibb bacılarının onlara massaj və gimnastika öyrətməkdə rolu.

- Həmin sahədə %-lə öyrədilmiş anaların miqdarını müəyyən etmək.

  1. Valideyn nəzarətində olmayan yenidoğulmuşların stasionar müalicəsində tibb xidmətinin xüsusiyyətləri və təşkili.

  2. Stasionarda ağır xəstə uşaqların valideynləri ilə işin təşkili xüsusiyyətləri.

  3. Uşaq poliklinikalarının bağırsaq kabinetində çalışan tibb bacılarının iş xüsusiyyətləri.

  • Yerinə yetirilən işlərin siyahısı.

  • Kabinetdə işlədilən sənədlərin siyahısı.

  1. Erkən uşaq yaşlarında yuxarı tənəffüs yollarının xəstəliklərinin problemləri.

  • Stasionarda müalicə olunan xəstələrin vəziyyətlərinin hərtərəfli analizi (mənzilin, irsiyyətin, iqlimin, qidanın və s.)

  • Xəstəliyin aşağı %-də olması üçün təkliflər vermək.

  1. Müasir dövrdə uşaqlar arasında allergik xəsəliklər problemi.

  • Məlum sahədə yaşayan xəstə uşaqların miqdarı.

  • Əsas səbəbləri aydınlaşdırılmalı.

  • Xəstəliyin azalması üçün təkliflər vermək.

  1. Erkən yaş dövrlərində sahədə yaşayan uşaqların psixomotor inkişafının analizi.

- Psixomotor inkişafdahn qalan uşaqlarda buna səbəb olan amilləri ayırd etməlı.

  1. Məlum sahədə uşaqların sağlamlıq vəziyyətinin analizi.

  • Sahə üçün sənədlərin analizi.

  • Müxtəlif yaş qrupundan olan uşaqların sağlamlıq cədvəlini tərtib etmək.


2 NÖMRƏLİ BAKI BAZA TİBB KOLLECİ

Subbakalavr hazırlığı üçün

«Tibb bacisinin işi » ixtisası üzrə diplomqabağı

istehsalat təcrübə


P R O Q R A M I

«040707 – TIBB BACISININ İŞİ»

ixtisası üzrə

1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə