Azərbaycanlıların etnik antropologiyası




Yüklə 23.3 Kb.
tarix30.04.2016
ölçüsü23.3 Kb.
Azərbaycanlıların etnik antropologiyası

Böyük ağ irq daxilində azərbaycanlıların aid edildikləri Kaspi antropoloji tipinin yeri hələ də tam müəyyənləşdirilməmişdir.Bir birini tam şəkildə təkzib etməsələr də məsələni araşdırmağa cəhd göstərmiş Qərb həm də rus-sovet antropoloqlarının fikirləri arasında xeyli fərq vardır.XX yüzilliyin ən görkəmli antropoloqlarından olan Fişer 1923-cü ildə Azərbaycan türklərini və türkmənləri oriental irqə daxil etmişdir.Sovet antropoloqları arasında isə bu məsələ ilə bağlı 4 nəzəriyyə vardır:

1.Yarxo Roqinski Levin və Abduşelişvili Kaspi tipini şimali Hindistan və Orta Asiya xalqlarının mənsub olduqları antropoloji tiplərlə yaxınlaşdırmağa səy göstərmişlər.

2.1948-ci ildə Q.F.Debets Kaspi tipini Ön Asiya kiçik irqinə daxil etmişdir.Debetsə görə”azərbaycanlıların və türkmənlərin fiziki tipləri onları Qazaxıstan və Altayın qədim əhalisindən daha çox Ön Asiya və Aralıq dənizi sahillərinin əhalisi ilə qohumlaşdırır.Onun fikrini müdafiə edən Oşanin Kaspi tipini Ön Asiya kiçik irqinin uzunbaş modifikasiyası kimi təqdim etmişdir

3.Çeboksarovun irqi təsnifatında isə Kaspi tipi Aralıq dənizi-Balkan irqinə daxil edilmişdir.

4.Bu məsələ ilə bağlı daha ziddiyyətli mövqe V.V.Bunaka məxsusdur.1951-ci ildə görünür daha çox bu baş göstəricilərini nəzərə alan alim Kaspi tipini Pont tipi ilə birlikdə Aralıq dənizi kiçik irqinə aid etmişdi.Sonrakı araşdırmalarında isə Bunak Kaspi tipini L.V.Oşanin tərəfindən Mavərənnəhr Yarxo tərəfindən isə Pamir-Fərqan tipi adlandırılan antropolji tiplərlə yaxınlaşdırılmışdır.

Bu müəlliflərin işlətdikləri terminlərin özlərində də müəyyən ziddiyət vardır.Belə ki ayrı-ayrı təsnifatlarda işlənən”şərq” “şərqi Aralıq dənizi” “Xorasan” və”Kaspi” terminləri sovet antropologiya elmində çox vaxt sinonim kimi səslənirdi.V.V.Bunak və eləcə də digər antropoloqlar tərəfindən təklif edilmiş bu terminlər etnik deyil daha çox coğrafi təsnifata əsaslanır.Eyni zamanda bu terminlər adı gedən antropoloji tipin müəyyən məkan daxilində yayılmasında göstərici rolunu oynayır.İstənilən halda bu terminlərin mühüm ümumiləşdirici cəhəti adından asılı olmayaraq bu qrupun Xəzər dənizinin həm şərq həm də qərb sahillərində yaşayan bir kökdən-Oğuzlardan törəyən Azərbaycan türklərini və türkmənləri özündə birləşdirmişdir.Bir hissəsi indiki İran İslam Respublikasının bir hissəsi Əfqanıstanını az hissəsi isə Türkmənistan Respublikasının tərkibində olan tarixi-coğrafi Xorasan vilayətinin özü də bu xalqların ümumi əcdadı olan oğuzların Böyük Səlcuq imperiyasının özülünü qoyduqları bir bölgədir.Bütün bunları nəzərə alaraq eyni antropoloji irqi əlamətlər kompleksinə sahib olan iki qardaş xalqların mənsub olduqları irqi tipi bizcə Oğuz tipi adlandırmaq daha elmi daha ədalətli olardı.Orta əsr ərəb tarixçiləri öz müasirləri olan oğuzların Xilafətdə yaşayan digər xalqlardan öz uzunbaşlıqları (dolixokranlıqları ) ilə seçildiklərini xüsusi vurğulayırlar.

Bütövlükdə Qafqaz xalqlarının müxtəlif dil ailələrinə mənsubluğu bu ərazidən tapılan paleantropoloji materiallara konkret etnogenetik məsələlərin həlli üçün böyük əhəmiyyət qazandırır.1939-cu ildə Qarayazıdan primatın diş qalıqlarının Azıx magarasından arxtantropun alt çənəsinin Qərbi Gürcüstandan və Beştau yaxınlığındakı Podkumok çayı hövzəsindən paleantropa məxsus sümüklərin tapılması Qafqazın antropogenez zonasına daxil olması fikrini irəli sürməyə imkan vermişdir.Gürcüstan Respublikasının azərbaycanlılar yaşayan Dmanisi rayonu(1947-ci ilə qədər Başkeçid adlanırdı) ərazisindən Xram çayı sahilindəki mağaradan yaşları 1 milyon 700 min il olan yaxşı saxlanmış kəllə qutularının tapılması nəinki Qafqazın ən qədim insan məskəni olduğunu sübuta yetirmiş eyni zamanda insanın törəməsi ilə bağlı ateist nəzəriyyələri alt-üst etmişdir.

Qafqazdan orta daş dövrünə aid insan qalıqları Qobustandan aşkar edilmişdir.”Firuz” düşərgəsindən 11 adamın dəfn olunduğu dayaz çuxurdan tapılan sümüklər çox pis saxlanmışdır.Tapılmış kəllələrdən 7-si kişi 3-ü qadın 1-i isə uşaq kəlləsidir.Bu kəllələrdən yalnız ikisi ölçülmə üçün yararlı olmuşdur.Şərti olaraq N3 adlanan 1-ci kəllə öz quruluşuna görə dolixokrandır.N5 adı ilə tanınan 2-ci kəllə qutusu isə birincidən qismən fərqlidir.Tapıntının ilk tədqiqatçısı R.Qasımova Qafqazdan orta daş dövrünə aid başqa insan qalıqları aşkar edilmədiyindən Qobustan tapıntılarını yalnız Mazandaran mədəniyyətinə aid edilən Xotu mağarasından tapılmış qadın kəllə qutusu ilə müqayisə etmiş və hər iki kəllənin dolixokran olduğunu bildirmişdir.

Qafqazın yeni daş dövrü əhalisinin fiziki quruluşu Qobustandakı “Kənizə”mağarasından indiki Ermənistan ərazisindən və Gürcüstandan tapılan 4 kəllə qutularının tədqiqi əsasında müəyyənləşdirilmişdir.Bu kəllələrdən 3-ü dolixokran İmeretiyanın dağlıq hissəsindən tapılan kəllə isə mezokefaldır.

Qafqazın mis daş dövrü əhalisinin morfoloji quruluşunun müəyyənləşdirilməsində Kültəpə Samtavro Şenqavit və Cararat kəllələri mühüm yer tutur.Kültəpədən tapılan kəlləni özünün uzunbaşlılığı və naziksifətliliyi ilə Kaspi tipinin qədim forması hesab etmək olar.Kaspi tipinin analogiyasına indiki Ermənistan Respublikası ərazisində Şenqavit və Göyçə gölünün cənub-qərbindəki Carart düşərgələrində rast gəlinmişdir.

Çimkənd kəllələrini tədqiq edən V.V.Bunak onları da morfoloji əlamətlərinə görə Kaspi tipinə aid etmiş və bütövlükdə Şimali Qafqazın antropolji tiplərininüç qədim element əsasında formalaşması qənaətinə gəlmişdir.Onlardan ikisi dolixokran biri isə braxikrandır.V.V.Bunak dolixokran elementlərdən birinin Şimali Qafqazda hələ yeni daş dövründən yayıldığını və Pont tipinə aid olduğunu digərinin isə Kaspi tipi ilə bağlı olduğunu bildirir.V.V.Bunaka görə braxikran element isə daha çox Avrasiya çöllərinin qədim əhalisi ilə bağlıdır.Bütün bunlar həm Cənubi həm də Şimali Qafqazda mis-daş dövründə ən geniş yayılmış antropoloji tipin Kaspi tipi olmasını söyləməyə imkan verir.

Tunc dövrünə aid edilən paleantropoloji materiallar seriyası Azərbaycan Respublikasının Xaçbulaq adlı yaşayış məskənindən Gürcüstan Respublikasının Qori rayonunun Tkviavi kəndi yaxınlığından Göyşə gölünün cənub-qərbindəki tapılan kəllələr erkən tunc dövründən başlayaraq daha qədim olan Kaspi tipinin transformasiyası nəticəsində Ön Asiya tipinin formalaşması prosesinin başlanmasından xəbər verir.Lçaşendən 3 km aralı miladdan əvvəl II minilliyin ortalarına aid edilən kəllələr sifətlələrinin enliliyinə görə Lçaşen kəllələrini geridə qoysalar da baş göstəricilərinə görə dolixokrandırlar.

Erkən dəmir dövrünə aid paleantropoloji materiallar Mingəçevirdən Samakaberd və Noradüzdən aşkar edilmişdir.Mingəçevir qəbirlərində ölülər qatlanmış və uzadılmış şəkildə iki cür dəfn olunmuşlar.Kəllələr uzunbaşlı və naziksifətdirlər.Samakaberd və Noradüz kəllələri öz uzunbaşlıqları orta hündürlüklü ölçüləri ilə Kaspi tipinə uyğun gəlirlər.R.M.Qasımova bu seriyanı Cənubi Azərbaycandakı Sialkdan Mingəçevirdəki kəllələr arasında keçid forması V.P.Alekseyev isə Lçaşen və Sevan kəllələrinin varisləri olduğunu qeyd etmişlər.İndiki Ermənistan ərazisindən tapılan erkən dəmir dövrünə aid kəllələr habelə Kuban ərazisindən aşkar edilən paleantropolji materiallar da öz göstəricilərinə görə Kaspi tipinin analoqları hesab edilə bilər.

Beləliklə son tunc və erkən dəmir dövründə Azərbaycan və indiki Ermənistan habelə indiki Şərqi Gürcüstan ərazisindən əldə edilən paleantropoloji tapıntılar əsasında Cənubi Qafqazda Kaspi tipinə mənsub əhalinin üstünlük təşkil etdiyini transformasiya nəticəsində bu tipdən Kavkasion və Ön Asiya tiplərinin ayrıldığını müşahidə etmək mümkündür.

Gördüyümüz kimi indiki Ermənistan və Gürcüstan respublikaları ərazisindən əldə edilmiş paleantropolji materiallar öz göstəricilərinə görə indiki erməni və gürcülərdən kəskin şəkildə fərqlənirlər.Bununla bağlı keçən yüzilliyin əvvəllərində gürcü tarixçisi İ.A.Cavaxaşvili yazırdı:Kəllə quruluşuna görə antropolgiya elmi xalqları bir neçə qollara ayırır.Bu qollardan biri qısabaşlılar və ya braxikran digərləri isə uzunbaşlılar və ya dolixokrandırlar.Qafqazın qədim qəbristanlıqlarından tapılan kəllələrin ölçülməsinə əsasən müəyyənləşdirilmişdir kiöncə bizim ölkədə uzunbaşlılar yəni dolixokefallar yaşamışlar.Professor Virxov isə qeyd etmişdir ki indiki ermənilərin və gürcülərin Qafqazın ən qədim əhalisi ilə heç bir bağlılığı yoxdur.Deməli onda mahiyyətcə erməni və gürcülər Qafqazın ilk yerli əhalisi deyillər.Onlar bu ölkəyə gəldikdə burada başqa xalqın varisləri yaşayırdılar.

Cənubi Qafqazın miladdan əvvəl II minilliyin sonu-I minilliyə aid edilən kurqan qəbirlərində də maraqlı qanunauyğunluq müşahidə olunur.Belə ki üzərində kurqan ucaldılan yəni əsas mərhum baş quruluşuna görə uzunbaş onunla birlikdə gömülən qul-qaravaş isə qısabaşlıdırlar.XIX yüzilliyin əvvələrində Gəncəçay hövzəsindəki qəbirləri tədqiq edən E.Resler 7 saylı kurqan qəbrin cənub hissəsində arxası üstdə uzanmış vəziyyətdə dəfn edilmiş əsas mərhumun uzunbaşlılığı ilə kəskin şəkildə seçildiyini şimal hissədə isə iki ata məxsus sümüklərin və 3 nəfər oturmuş vəziyyətdə dəfn edilənlərin isə qısabaşlı olduğunu qeyd edir.Arxeoloqlara görə bu kurqanlar miladdan əvvəl XV-XIII əsrlərə aid olunur.

Qafqazın cənubundan həm də şimalından əldə edilən paleantropolji tapıntılar bölgənin ən qədim əhalisinin uzunbaşlı naziksifətli nazik kəskin çıxıntılı burun sümüyü kimimorfoloji əlamətlərin indi azərbaycanlıların mənsub olduqları Kaspi tipinə aid olması Azərbaycan türklərinin Qafqazın ilk sakinləri olmasını bir daha sübut edir.

Bu isə həm Qafqazda həm də Orta Asiyada türkləri substrat etnos kimi qəbul etməyən bu bölgələrin ən qədim əhalisinin ya Qafqazdilli ya da irandilli olduğunu iddia edən rus-sovet tarix elminin müddəları ilə düz gəlmir.

Antik müəlliflər Yuxarı Dondan Volqa çayının orta axarına qədərki ərazidə yaşayan budinlərin isə mavigözlü sarı saçlı olduqlarını yazır.Bu cür məlumatlar paleantroploji bilikləri zənginləşdirərək xalqların böyük köçünə qədərki antropolji tipləri müəyyənləşdirməyə imkan verir.Xalqların böyük köçü zamanı ayrı-ayrı xalqların antropolji tiplərindəki fərqlər daha qabarıq şəkildə üzə çıxır.Bu köçlərə liderlik edən türk tayfalarının adları Avropa dillərinin lüğət tərkibinə daxil olur.Məsələn hun sözü alman çex və slovak dillərində “nəhəng” “avar” etnonimi isə “obr” şəklinə düşərək Karpat slavyanlarının və macarların dillərində “bahadır” mənasını verir ki bu da türkfob alimlərin iddia etdikləri kimi guya qədim türklərin klassik monqoloid irqinə mənsub olmaları fikirləri ilə ziddiyyət təşkil edir.



Bu baxımdan T.A.Tot və B.V.Frişteynin apardıqları tədqiqatların nəticələri xüsusilə diqqəti çəkir”hun və avarların əsas kütləsində faktiki olaraq heç bir monqoloid qarışığı yoxdur”Çinlə qonşulqda yaşayan tsze-tsze adlanan şərq türkləri klassik monqoloid olan çinlilərdən avropoid irqinə xas olan əlamətlərlə-dik burunları qalın saqqalları göz quruluşları və uca boyları ilə fərqlənirdilər.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə