Azərbaycan Respublikasının 1993-cü il respublika büdcəsi haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1




Yüklə 56.16 Kb.
tarix28.02.2016
ölçüsü56.16 Kb.
Azərbaycan Respublikasının 1993-cü il respublika büdcəsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Maddə 1

Azərbaycan Respublikasının 1993-cü il üçün respublika büdcəsi mədaxil üzrə 35962520 min manat, məxaric üzrə 38403420 min manat, kəsir həddi 2440900 min manat məbləğində təsdiq edilsin.

Dövlət daxili uduşlu istiqraz vərəqələrinin satışından nəzərdə tutulan 200000 min manat məbləğində gəlir büdcə kəsirinin qismən ödənilməsinə yönəldilsin.

Maddə 2

Müəyyən edilsin ki, 1993-cü ildə respublika büdcəsinin mədaxili aşağıdakı mənbələr hesabına formalaşır:



    • əlavə dəyər vergisi məbləğindən — şəhərlər üzrə: Bakı — 84 faiz, Əli Bayramlı — 91 faiz, Јevlax— 56 faiz, Gəncə — 67 faiz, Mingəçevir — 80 faiz, Sumqayıt — 72 faiz, Şəki—46 faiz, rayonlar üzrə: Balakən — 18 faiz, Zaqatala — 52 faiz, Saatlı — 36 faiz, Sabirabad— 14 faiz, Salyan—53 faiz, Samux—48 faiz, Siyəzən—6 faiz;

    • aksizlər — 100 faiz;

    • müəssisə, birlik və təsərrüfat təşkilatlarının mənfəət vergisindən — — şəhərlər üzrə: Bakı — 61,4 faiz, Əli Bayramlı — 75 faiz, Mingəçevir — 67 faiz, Sumqayıt — 61 faiz;

    • bankların və sığorta təşkilatlarının mənfəət vergisindən — 50 faiz;

    • gömrükxana vergisi — 100 faiz;

    • valyuta əməliyyatlarından daxil olan vəsait — 100 faiz;

    • royalti — 100 faiz;

    • torpaq vergisi — 100 faiz;

    • əmtəə-material sərvətlərinin yenidən qiymətləndirilməsindən daxil olan vəsait — 100 faiz;

    • respublika orqanlarının tabeliyində olan müəssisələrin, birliklərin və təşkilatların fəaliyyətindən daxil olan digər qeyri-vergi ödənişləri — 100 faiz.

Maddə 3

Azərbaycan Respublikasının 1993-cü il respublika büdcəsinin mədaxili aşağıdakı məbləğlərdə nəzərdə tutulsun:



(min manat)

əlavə dəyər vergisi

6849406

aksizlər

10145681

mənfəət vergisi

3025948

gömrükxana vergisi

600000

valyuta əməliyyatlarından daxil olan vəsait

13976462

royalti

132877

torpaq vergisi

197146

əmtəə-material sərvətlərinin yenidən qiymətləndirilməsindən daxil olan vəsait

1000000

rüsumlar, müxtəlif qeyri-vergi ödənişləri və sair gəlirlər

35000

Maddə 4

Naxçıvan Muxtar Respublikası büdcəsinin, respublika tabeli şəhərlərin və rayonların yerli büdcələrinin mədaxilinə aşağıdakılar verilsin:



    • kooperativ və ictimai təşkilatların mənfəət vergisi;

    • vergi orqanları tərəfindən vətəndaşlardan tutulan gəlir vergisi;

    • dövlət gömrüyü;

    • tikinti və nəqliyyat vasitələrinin sahiblərindən tutulan vergilər;

    • fiziki şəxslərdən tutulan gəlir vergisi;

    • meşədən istifadəyə görə haqq;

    • digər rüsumlar və qeyri-vergi ödənişləri;

    • bankların və sığorta təşkilatlarının mənfəət vergisindən 50 faiz;

    • müəssisələrin, birliklərin və təsərrüfat təşkilatlarının mənfəət vergisindən — şəhərlər üzrə: Bakı — 38,6 faiz, Əli Bayramlı — 25 faiz, Mingəçevir — 33 faiz, Sumqayıt — 39 faiz, Naxçıvan Muxtar Respublikası, respublika tabeli digər şəhərlər və rayonlar üzrə 100 faiz;

    • əlavə dəyər vergisindən — şəhərlər üzrə: Bakı — 16 faiz, Əli Bayramlı — 9 faiz, Yevlax — 44 faiz, Gəncə — 33 faiz, Mingəçevir — 20 faiz, Sumqayıt —28 faiz, Şəki — 54 faiz, rayonlar üzrə: Balakən — 82 faiz, Zaqatala — 48 faiz, Saatlı — 64 faiz, Sabirabad — 86 faiz, Salyan — 47 faiz, Samux — 52 faiz, Siyəzən —94 faiz, Naxçıvan Muxtar Respublikası, respublika tabeli digər şəhərlər və rayonlar üzrə — 100 faiz.

Maddə 5

Azərbaycan Respublikasının respublika büdcəsinin vəsaiti 1993-cü ildə aşağıdakı məqsədlərə yönəldilsin:



(min manat)

1. Xalq təsərrüfatının maliyyələşdirilməsi

13340589

o cümlədən:




sahibkarlığa kömək fondu

450000

2. Elmin maliyyələşdirilməsi

361407

3. Sosial-mədəni tədbirlərin maliyyələşdirilməsi

5303298

o cümlədən:




1781385

    • mədəni-maarif və kütləvi informasiya

376061

    • səhiyyə

765800

    • bədən tərbiyəsi

7998

69554

    • sosial müdafiə fondu

2302500

4. Hüquq mühafizə orqanlarının maliyyələşdirilməsi

7665631

5. Dövlət hakimiyyəti və idarəetmə orqanlarının maliyyələşdirilməsi

804235

6. Kapital qoyuluşu

3829830

7. Qaçqınlara maddi yardım

1698480

8. Şəhid olmuş hərbi qulluqçuların ailələrinə verilən birdəfəlik yardım

58080

9. İxrac əməliyyatları üçün valyuta xərcləri

1253498

10. Nəzərdə tutulmayan və fövqəladə hallar üçün ehtiyat fondu

704573

11. Konversiya proqramı

94220

12. Naxçıvan Muxtar Respublikasının, respublika tabeli şəhərlərin və rayonların büdcələrinə verilən subsidiyalar

3208387

13. Sair xərclər

81192

Maddə 6

Dövlət hakimiyyəti, idarəetmə və hüquq mühafizə orqanlarının saxlanması üçün Azərbaycan Respublikasının respublika büdcəsində nəzərdə tutulmuş təxsisatın ümumi məbləği hüdudlarında aşağıdakı xərclər təsdiq edilsin:



(min manat)

Azərbaycan Respublikasının Ali Soveti

34928

Azərbaycan Respublikası Prezidentinin Aparatı

102233

Azərbaycan Respublikasının Nazirlər Kabineti

74321

Azərbaycan Respublikasının Ali Məhkəməsi

10951

Azərbaycan Respublikasının Ali Arbitraj Məhkəməsi

4153

digər məhkəmələr

19958

Azərbaycan Respublikasının prokurorluq orqanları

85464

Azərbaycan Respublikasının Baş Dövlət Vergi Müfəttişliyi

61496

Maddə 7

Xərclərini öz gəlirləri ilə təmin etməyən Naxçıvan Muxtar Respublikasının, respublika tabeli şəhər və rayonların büdcələrinə Azərbaycan Respublikasının respublika büdcəsindən 1993-cü ildə aşağıdakı məbləğlərdə subsidiya verilsin:



(min manat)

Naxçıvan Muxtar Respublikası

411459

Şəhərlər:

 

Lənkəran

52002

Naftalan

4188

Rayonlar:

 

Abşeron

7705

Ağdam

85144

Ağdaş

39054

Ağstafa

51336

Ağsu

17227

Ağcabədi

38013

Astara

74861

Beyləqan

26195

Bərdə

2185

Biləsuvar

28004

Qazax

65676

Qax

9851

Qəbələ

40293

Qobustan

26924

Quba

98245

Qubadlı

55844

Qusar

61371

Daşkəsən

49470

Dəvəçi

12902

Zəngilan

45972

Zərdab

37907

İmişli

29012

İsmayıllı

72595

Yardımlı

65095

Kəlbəcər

113223

Kürdəmir

30007

Gədəbəy

100301

Goranboy

98557

Göyçay

53257

Laçın

102926

Lerik

87479

Masallı

109667

Neftçala

1612

Oğuz

28069

Tərtər

64944

Tovuz

119152

Ucar

42974

Füzuli

100943

Xanlar

22642

Xaçmaz

85024

Xocavənd

56452

Xocalı

38969

Xızı

15194

Hacıqabul

32306

Cəbrayıl

72596

Cəlilabad

101279

Şamaxı

37828

Şəmkir

135150

Şuşa

49304

Maddə 8

Azərbaycan Respublikasının xarici dövlət borcu limiti ABŞ pulu ilə 1.125.000 min dollar və daxili dövlət borcu limiti 5.930.000 min manat məbləğlərində təsdiq edilsin.



Maddə 9

Azərbaycan Respublikasının Milli Bankına icazə verilsin ki, büdcə sistemi kəsirinin ödənilməsi üçün 3.476.303 min manat məbləğində kredit ayırsın.



Maddə 10

Müəyyən edilsin ki, 1993-cü ildə Azərbaycan Respublikasının Ali Soveti yanında humanitar Tədqiqatlar və Proqnozlaşdırma Mərkəzinin, habelə büdcənin icrası dövründə yeni yaradılan büdcə təşkilatlarının xərcləri büdcənin ehtiyat fondu, yaxud əlaə gəliri və məxaric zamanı qənaət edilmiş vəsaiti hesabına maliyyələşdirilir.



Maddə 11

Müəyyən edilsin ki, Azərbaycan Respublikasının 1993-cü il respublika büdcəsinin aşağıdakı müdafiə olunmuş xərcləri ixtisar edilmir:



    • sosial sığortaya və məşğulluq fonduna ayırmalar nəzərə alınmaqla əmək haqqı (təminat xərcliyi);

    • pensiyalar;

    • təqaüdlər;

    • dövlət müavinətləri, əhaliyə verilən digər sosial ödənclər və kompensasiya ödəncləri;

    • yeyinti (ərzaq təminatı);

    • dava-dərmanın və sarğı vasitələrinin alınması.

Maddə 12

Azərbaycan Reepublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, büdcə kəsirinin maksimum azaldılması məqsədilə büdcə vəsaitinin xərclənməsinin ciddi iqtisadi rejimini tətbiq etsin, yerli büdcələrə subsidiya verərkən onların gəlirlərinin və xərclərinin icrası vəziyyətini nəzərə alsın.



Maddə 13

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, inflyasiya sürətini nəzərə almaqla, hər rüb üçün büdcənin mədaxilində və məxaricində müvafiq dəyişikliklər edib zəruri hallarda Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim etsin.



Maddə 14

Bu Qanun qəbul edildiyi gündən qüvvəyə minib.



Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri

620



Qeyd: Bu Qanun 1993-cü il iyunun 2-dən qüvvəyə minsin.

«Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir (31 iyul 1994-cü il, № 13 — 14 (914 — 915), maddə 159)


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə