Azərbaycan Respublikasında turizmin inkişafı Bakı-Abşeron turizm bölgəsi




Yüklə 12.62 Kb.
tarix23.04.2016
ölçüsü12.62 Kb.
Azərbaycan Respublikasında turizmin inkişafı
Bakı-Abşeron turizm bölgəsi Azərbaycan Respublikasının şərqində, Xəzər dənizi sahilində yerləşir və əlverişli coğrafi mövqeyə malikdir. Bölgə dərketmə, müalicə-sağlamlıq, idman, işgüzar turizm növləri üzrə ixtisaslaşmışdır. Xəzərin Bilgəh, Nardaran, Pirşağı, Buzovna, Zuğulba, Novxanı sahillərindəki qumlu çimərliklər turizmin inkişafı baxımından əlverişlidir. Balneoloji iqlimə malik bölgədə "Gənclik", Beynəlxalq Turizm Məkəzi, "Neptun" turist bazası və sanatoriya-kurort mərkəzləri (Bilgəh, Mərdəkan, Buzovna) fəaliyyət göstərir. Bakıda İçərişəhərin tarixi-memarlıq abidələrindən olan Buxara və Multani karvansaralarından müasir dövrdə turist obyektləri kimi istifadə olunur. Bakı Əyləncə Mərkəzi, "Akva-park", "Lunapark", "Lido" istirahət və əyləncə mərkəzlərində turistlərə yüksək xidmət göstərilir. Dərketmə turizminin mərkəzi olan Bakıda gəlmə və getmə turizmi inkişaf etdirilir. Bakı şəhərində 5462 yerlik 40 TYO (30 mehmanxana və 10 digər TYO) fəaliyyət göstərir. Bakıda İçərişəhər kompleksi (Şirvanşahlar sarayı, Qız qalası, qədim məscidlər, karvansara və b.), Bibi-Heybət məscidi, "Atəşgah" məbədi, Xəzəryanı müdafiə qurğuları, qalalar, karvansaralar və ovdanlar kompleksi (Mərdəkan qalası və qüllələri, Nardaran və Ramana qalaları) və b. maraqlı tarixi abidələrdir. Şəhərdən 70 km cənubda Qobustan Dövlət Tarix-Bədii Qoruğu, Altıağac Milli Parkı, Abşeron Milli Parkı, "Cənnət bağı" istirahət zonası (Xızı) yerləşir. Bakının cənub-qərbində "Şıx" kurort kompleksi fəaliyyət göstərir. Turistlər Bakıdan 4 istiqamətdə: respublikanın qərb, şimal-qərb, şimal və cənub bölgələrinə səyahətə çıxırlar. Müasir Olimpiya (Bakı, Maştağa) və digər idman kompleksləri idman turizminin inkişafına imkan yaradır.

Quba-Xaçmaz turizm bölgəsi Azərbaycanın şimal-şərqində, Bakı-Xaçmaz turist marşrutunun üstündədir. Turizmin ixtisaslaşması istirahət-əyləncə, dərketmə və idman istiqamətindədir. Landşaftın rəngarəngliyi, iqlimin saflığı, mineral suları və qumlu dəniz sahilləri bölgənin səciyyəvi xüsusiyyətidir. Böyük Qafqazın yüksək dağlarından Bazardüzü, Şahdağ, Tufandağ və b. bu bölgədədir. Bölgənin Bakıya yaxın olması, aqroiqlim şəraiti turizmin inkişafına geniş imkanlar açır. Şahdağ Milli Parkı, Təngəaltı dərəsi, Afurca şəlaləsi, "Quba" istirahət mərkəzi, "Balbulaq", "Cənnət bağı" istirahət zonaları (Quba), Yalama və Nabranın qumlu çimərlikləri təbiətsevərləri istirahətə cəlb edir. Beşbarmaq qayası və müdafiə səddinin qalıqları, türbələr (Siyəzən), Şabran, Gilgilçay istehkamlar kompleksi, Çıraqqala (Dəvəçi), Cümə məscidi (Quba) və b. maraqlı tarixi-memarlıq abidələridir.

Bölgədə turizm istirahət müəssisələrinin şəbəkəsi genişləndirilir. "Xəzər", "Dostluq", "Palermo", "Şəms" turist bazaları, "Malibu","Atlant", "Qreen-vill", "Palma" istirahət mərkəzləri (Yalama-Nabran sahil zonası), Suvar dağ turizm istirahət zonası (Qusar), Qalaaltı sanatoriyası və müalicə pansionatı (Dəvəçi) fəaliyyət göstərir. Nabranda beynəlxalq əhəmiyyətli turizm mərkəzi yaradılmışdır. Bu bölgəyə istirahət və əyləncə məqsədilə gələn turistlərin sayı ildən-ilə artır. Bölgənin turizm ehtiyatları zəngin və perspektivlidir. Xəzər sahili boyu dağlıq ərazilərdə turizm inkişaf etdirilir.



Qərb istiqaməti Bu istiqamətə Gəncə-Qazax turizm bölgəsi daxildir.

Gəncə-Qazax turizm bölgəsi Azərbaycanın qərbində, Bakı-Qazax turist marşrutunun üstündə yerləşir. Turizm ixtisaslaşması istirahət-müalicə, dərketmə istiqamətindədir. Əlverişli iqlim şəraitinə malik dağ-meşə landşaftı, mineral su ehtiyatları ilə zəngin bölgə turizmin inkişafı baxımından perspektivlidir. Nizami Gəncəvinin məqbərəsi, Cümə məscidi, İmamzadə tikililər kompleksi, Şeyx İbrahim məqbərəsi, karvansara və s. Gəncənin maraqlı turizm obyektləridir. Böyüklüyünə və iqtisadi əhəmiyyətinə görə respublikanın ikinci şəhəri olan Gəncənin cənubunda dəniz səviyyəsindən 1556 m yüksəklikdə yerləşən Göygölün ətrafında Göygöl və Hacıkənd istirahət zonaları, Göygöl DTQ yaradılmışdır. Beynəlxalq əhəmiyyətli Naftalan kurortu bu bölgədə yerləşir. Qazax rayonu tarixi-memarlıq abidələri ilə zəngindir. İbtidai insanların yaşayış məskənləri olan Aveyadağ mağaraları maraqlı təbiət abidələridir. Mingəçevir şəhərinin yaxınlığında qədim arxeoloji kompleks yerləşir. Şəhərdə respublika əhəmiyyətli avarçəkmə bazası var.


Milli Aviasiya Akademiyası
“Azərbaycan Hava Yolları”QSC
Sərbəst iş №5

Mövzu: Azərbaycan Respublikasında turizmin inkişafı
Fakültə : HNUTİ

Kafedra:Aviasiya Meteorologiyası

İxtisas : Hidrometeorologiya

Qrup : 1121a

Fənn : Azərbaycan Coğrafiyası

Müəllim : Paşayev Nəriman

Tələbə : Məmmədov Nurəddin

Bakı - 2012


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə