Azərbaycan Respublikasi Təhsil Nazirliyi




Yüklə 344.25 Kb.
səhifə1/6
tarix25.04.2016
ölçüsü344.25 Kb.
  1   2   3   4   5   6

Azərbaycan Respublikasi Təhsil Nazirliyi

Azərbaycan Dövlət İqtisad Universiteti

KURS İŞİ


Fakültə: BİM

Kurs: III

Qrup: 872

Tələbə: Məmmədov Müşfiq

Rəhbər: Hacıyev Şəmsəddin

Mövzu: “ BİM sistemində Beynəlxalq Əmək Təşkilatı”

Bakı – 2007



Plan


Giriş

1. BƏT BMT-nin ixtisaslaşmış bir qurumu kimi

2. BİM sistemində BƏT-in rolu, onun əsas məqsədi, vəzifələri və fəaliyyəti

3. BƏT-in strukturu və idarəetmə mexanizmi

4. BƏT tərəfindən qəbul olunmuş konvensiyalar və tövsiyyələr

5. Azərbaycanın BƏT ilə əlaqələri

Nəticə

Giriş


Beynəlxalq Əmək Təşkilatı çoxtərəfli təşkilatlardan biridir, onun 80 illik tarixində öz mandatını müvəffəqiyyətlə yerinə yetirməsi nəticə çixarmağa əsas verir ki, bu müvəffəqiyyətin əsasını baş verən dəyişikliklərə cavab olaraq yeniliklərə cəhd etməsi təşkil edir. Çox çətin günlərdə yaranan BƏT böyük depressiya və dünya müharibəsi illərini keçmişdir. BƏT 1919-cu ildə sənaye cahətdən inkişaf etmiş ölkələr tərəfindən onların ümumi problemlərinin həlli üçün yaradılmışdı, lakin onun inkişafı və yaradıcı yanaşmaları ikinci dünya müharibəsindən sonrakı iki onillikdə çoxlu yeni üzvlər təşkilata cəlb etmişdir.

“Soyuq müharibə” dövründə təşkilat öz universal xarakterini qoruyub saxlamişdır və eyni zamanda kompramissiz olaraq öz əsas dəyərlərini müdafiə edirdi. Soyuq müharibənin sonu və dünya iqtisadiyyatının sürətlə qloballaşması növbəti dəfə BƏT-i öz məqsəd, proqram və iş metodlarına yenidən baxmaq məcburiyyətində qoydu.

Dünya müharibəsinin xaosundan yaranan, demək olar ki, bütün yüzilliyin sınaqları ilə möhkəmlənən BƏT ümumi və möhkəm sülhün yalnız sosial ədalətlilik əsasında qurulmasının mümkünlüyünü bəyan edən nizamnamə prinsipi əsasında qurulmuşdur.

BƏT sənaye cəmiyyətinin əməyin müdafiəsinə və yaxşı əmək münasibətlərinə müsbət təsir göstərən səkkiz saatlıq iş günü, məşğulluq siyasəti, analığın müdafiəsi, uşaq əməyi haqqında qanunlar və s. kimi nailiyyətinin əsasında dururdu. Heç bir ölkə və yaxud sahə digərləri tərəfindən bu istiqamətdə eyni vaxtda fəaliyyət göstərilmədən bunları həyata keçirə bilməzdilər.Bu yalniz onların birgə fəaliyyəti zamanı mümkün olmuşdur.

Bu işdə mən yalnız təşkilat haqqında ümumi təsəvvür yaratmağa deyil, həm də onun bu gün üçün mühüm və aktual olan problem və məsələlərini işıqlandırmağa çalışmışam ki, bunlar da ümumilikdə dünya iqtisadiyyatının yenidən qurulması nəticəsində son illərdə fərqli keyfiyyətlər qazanmışlar və bu da təbii olaraq bir çox ölkələrin zəhmətkeşlərində heç də yaxşı olmayan bir formada öz əksini tapmışdır. Mənim fikrimcə BƏT sosial ədalətə nail olunması naminə bütün bəşəriyyətin xeyirinə işləyən təşkilatlardan biridir və bu da bizim dünyamızı daha sivilizasiyalı və mədəni edir.

1. BƏT BMT-nin ixtisaslaşmış bir qurumu kimi


Beynəlxalq siyasi prosesi səciyyələndirən və siyasətşünaslıqda xüsusi qeyd olunan əsas elementlərdən biri beynəlxalq siyasi fəaliyyətin və münasibətlərin subyektləridir. Beynəlxalq münasibətlərin və siyasi prosesin xüsusiyyətləri ilk növbədə bu subyektlərin dərin politoloji təhlili prosesində aşkarlanır. Dövlətlər arası təşkilatlar beynəlxalq siyasi prosesin dövlətdən sonrakı əsas subyektlərdir. Bu baxımdan beynəlxalq təşkilatların, xüsusilə də Beynəlxalq Əmək Təşkilatının öyrənilməsi xüsusi əhəmiyyət daşıyır. BƏT BMT-nin ixtisaslaşmış qurumu olduğundan ilk əvvəl BMT-nin ixtisaslaşmış qurumlarının ümumi səciyyəsinə nəzər salmaq daha yaxşı olardı.

Elmi-siyasi ədəbiyyatlarda ixtisaslaşmış qrumlar belə tə'yin olunur: BMT-nin ixtisaslaşmış qrumları xüsusi sahələrdə əməkdaşlıqı həyata keçirən, BMT ilə Iqtisadi və Sosial şura xətti ilə bağlanan universal xarakterli dövlətlərarası təşkilatdır.

Beynəlxalq əlaqələr sisteminin müxtəlif sahələrində istifadə olunan vasitələrin eyniliyini, yə'ni onların vahid standarta uyğun gəlməsini tə'min etmək lazım gəlirdi. Aydındır ki, bu funksiyaların dövlətlərarası təşkilatlar səviyyəsində həyata keçirilməsi daha düzgün idi. Məsələn, poçt rabitəsində istifadə edilən markaların, zərflərin, aparat və avadanlıqların, xidmətlərin beynəlxalq səviyyədə tənzimlənməsi, yaxud mülkü aviasiya xidmətlərinin həyata keçirilməsində əlaqləndirmə və s. Buradan belə nəticə çıxır ki, ixtisaslaşma anlayışı müəyyən bir sahəyə aidliklə və məhz bu sahədə beynəlxalq əlaqələrin yaradılmasında iştirakla əsaslandırıla bilər.

BMT-nin ixtisalaşmış qrumlarından bə'zilərinin BMT-dən əvvəl inzibati təşkilatlar kimi fəaliyyət göstərməsi faktı yuxarıdakı fikri bir daha sübut edir. Beynəlxalq Əmək Təşkilatı (BƏT) Versal müqaviləsinin XIII hissəsinə əsasən hələ 1919-cu ildə yaradılmışdı və dövlətləri, sahibkarları, habelə əməkçiləri bərabər hüquqlar zəminində tərkibində birləşdirir, iş gününün uzunluğu əmək haqqının ödənilməsi, əməyin mühafizəsi kimi məsələlərə aid qanunların yaradılması sahəsində iş görürdü. Beynəlxalq Telekomunikasiya Ittifaqı 1865-ci ildə yaradılmış Beynəlxalq Teleqraf Ittifaqının varisidir. Ümumdünya Poçt Ittifaqı 1874-cü ildə Bern konven­si­ya­sına əsasən yaradılmışdır. Intellektual Mülkiyyətin Ümumdünya Təşkila­tı­nın əsası isə, əslində Paris (1883-cüil) və Bern (1886-cı il) konvensiyaları ilə qoyulmuşdur. Göründüyü kimi, BMT-nin dörd ixtisaslaşmış qurumu dövlətlərarası inzibati orqan kimi əvvəllər də fəaliyyət göstərmişdir. BMT-nin yaranması inzibati ittifaqların işinin dünya dövlətləri səviyyəsində qurulmasına imkan vermişdir. BMT Nizamnaməsinin hazırlanması prosesində dünya dövlətlərinin müəyyən sahələr üzrə əlaqələrinin mərkəzləşdirilməsi də diqqət mərkəzinə çevrilmişdir. Məhz bu cəhət, ixtisaslaşmış qurumlar haqqında maddələrin nizamnaməyə daxil edilməsini vacibləşdirmişdir. Əgər müəyyən sahə üzrə beynəlxalq münasibətləri BMT sisteminə daxil olan bir təşkilat tənzimləyə bilirsə, bu halda həmin işin dar çərçivədə beynəlxalq inzibati ittifaqlarda (məsələn, Beynəlxalq poçt ittifaqı, Ölçü və çəki üzrə Beynəlxalq Komitə, Ədəbiyyat və Bədii Mülkiyyətin Müdafiəsi üçün Beynəlxalq Ittifaq və s.) ixtisaslaşmış qurumlara çevrilməsinə gətirib çıxarmışdı.

BMT-nin ixtisaslaşmış qurumlarından bə'zilərinin əvvəl mövcud olmuş dövlətlərarası inzibati ittifaqların bazasında yaranması onların hüquqi va­rislik məsələsinin həllini tələb edirdi. Meydana çıxmasından və təşkila­tın yaranmasından asılı olaraq bu cür problemlər müxtəlif şəkil­lərdə həll edil­mişdir.

Ixtisaslaşmış qurumların yaradılması, fəaliyyəti və onların BMT ilə əlaqələrinin ümumi hüquqi mexanizminin tə'yin etmək üçün xüsusi əsas tələb olunurdu. Bu əsaslar BMT Nizamnaməsinin 57-ci maddəsində ixtisaslaşmış qurumların əsas səciyyəvi cəhətləri qeyd olunur: a) belə təşkilatların yaranması haqqında sazişlərin dövlətlərarası mahiyyət daşıması; b) onların öz tə'sis aktları çərçivəsində geniş beynəlxalq məs'uliyyət daşıması; c) BMT ilə bağlılığı ; d) müəyyən sahələrdə (iqtisadi, sosial, elmi-texniki, mədəni, humanitar və s.) fəaliyyət göstərməsi, yə'ni ixtisaslaşması.

BMT ixtisaslaşmış qurumlarının fəaliyyət sahələri, onların funksiyaları və səlahiyyətləri çoxtərəfli beynəlxalq müqavilə ilə tə'yin olunur. Bu beynəlxalq müqavilə tə'sis aktı sayılır və iştirakçı dövlətlər tərəfindən qəbul olunur. İxtisaslaşmış qurumun yaradılmasının hüquqi əsasını beynəlxalq çoxtərəfli saziş təşkil edir. Məhz bu cəhət onun avtonomluğunu tə'min edir. Yə'ni ixtisaslaşmış qurumu BMT yaratmır, o, suveren dövlətlərin qarşılıqlı razılığı əsasında tə'sis olunur. Ixtisaslaşmış qurumlara bağlı funksiyaların yerinə yetirilməsinə görə BMT Baş Məclisi mə'suliyyət daşıyır. Eyni zamanda, Baş Məclisin rəhbərliyi, Iqtisadi və Sosial Şura göstərilən funksiyaların həyata keçirilməsində bilavasitə iştirak edir.

BMT-nin ixtisaslaşmış qurumlarının sayı haqqındakı fikirlərdə mübahisəli cəhətlər vardır. Elmi ədəbiyyatlarda müxtəlif rəqəmlərin göstərilməsi ilə yanaşı, bə'zi təşkilatların gah ixtisaslaşmış qurum, gah da müstəqil təşkilat kimi qeydə alınması faktları rast gəlir. Məsələn Y. Şibayevin, Ə. Əsgərovun əsərlərində 13, beynəlxalq hüquqa aid bir dərslikdə 14, digərində 16, 1990-cı ildə çapdan çıxmış mə'lumat kitabında 16, ixti­saslaşmış qurumun olması göstərilir. BMT-nin son nəşrlərindən birinə istinadla qeyd etmək olar ki, ixtisaslaşmış qurumlar on dörddür: Beynəlxalq Əmək Təşkilatı (BƏT), Ərzaq və Kənd Təsərrüfatı təşkilatı (FAO), BMT Təhsil, Elm və Mədəniyyət Təşkilatı (YUNESKO), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Ümumdünya Bankı Qrupu (ÜB), Beynəlxalq Valyuta Fondu (BVF), Beynəlxalq Mülkü Aviasiya Təşkilatı (BMAT),Universal Poçt Ittifaqı (UPI),Beynəlxalq Telekomunikasiya Ittifaqı (BTI), Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT), Beynəlxalq Dənizçilik Təşkilatı (BDT), Beynəlxalq Intellektual Dəyərlər Təşkilatı (BIDT), Beynəlxalq Kənd Təsərüfatının Inkişaf Fondu (BKIF), BMT Sənaye Inkişaf Təşkilatı (YUNIDO).

Sadalanmış ixtisaslaşmış qurumlardan biri olan Ümumdünya Bankı Qurupu dörd təşkilatdan ibarətdir: Beynəlxalq Yenidənqurma və Inkişaf Bankı (BYIB), Beynəlxalq Inkişaf Assosiasiyası (BIA), Beynəlxalq Maliyyə Korparasiyası (BMK), Investisiya Tə'minatları Üzrə Çoxtərəfli Agentlik (ITÇA).

İxtisaslaşmış qurumların fəaliyyət sahələri üzrə qruplaşdırılması da fərqləndirilir. Aşağıda verilmiş bölgüdə ixtisaslaşmış qurumlar 8 sahə üzrə qruplaşdırılmışdır:

Ixtisaslaşmış qurumlar



  1   2   3   4   5   6


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə