Azərbaycan Respublikası




Yüklə 147.83 Kb.
tarix20.04.2016
ölçüsü147.83 Kb.
Azərbaycan Respublikası

Təhsil Nazirliyi Bakı Dövlət Universiteti

Fakultə:Sosial elmlər və psixologiya

İxtisas:İqtisadi nəzəriyyə

Qrup:1544

Tələbə:Paşayev Fərid

Fənn:Makroiqtisadiyyat

Təbii işsizlik və onun müəyyən edilməsi

Mövzusunda kurs işi

Elmi rəhbər: İ.E.N. X.Kərimov

Plan:

Giriş


1.Təbii işsizlik və onun mahiyyəti

2.Təbii işsizliyə təsir edən amillər

3.Təbii işsizlik səviyyəsi.Beveric əyrisi

Nəticə


Giriş

Artıq məlum olduğu kimi işsizlik mürəkkəb iqtisadi hadisədir, iqtisadiyyatın tənəzzül mərhələsinə təsadüf edir.Başqa sözlə iqtisadiyyatda tarazlığın pozulmasını göstərir.Ölkədə ÜMM artmırsa,istehsalın azalması baş verirsə,bu zaman sahibkarlıq riski artır və bu da istehsal etmək imkanlarını azaldır.Nəticədə qeyri-stabillik şəraiti şəraiti,işsizlik yaranır.İşsizlik öz növbəsində həyat səviyyəsinin pisləşməsinə səbəb olur,eyni zamanda həm işsizlərin ,həm də işləyənlərin vəziyyəti pisləşir.Bu da sosial gərginlik yaradır,kapital daha təhlükəsiz yerə can atır,investisiya imkanları azalır.İstehsalın azalmasından yaranan işsizlik bu azalmanı daha da kəskinləşdirir.Beləliklə görünür ki,işsizlik sanki qeyri stabilliyi artıran bir reaktiv rolunu oynayır.Ona görə də işsizliyi azaltmağa yönəlmiş nəzəriyyələrə ehtiyac yaranır.Bunu etmək üçün işsizliyi dərindən analiz etmək lazımdır.İşsizliyə dair nəzəriyyələr işsizliyin səbəbləri üzərində qurulan nəzəriyyələrdir.Bunlardan ən geniş yayılanları Maltusçuluq,Marksizm ,Keynizm ,A.Piqu və digərilərinin nəzəriyyələridir.İşsizliyə dair müasir monetarist nəzəriyyədə inflyasiya amili də nəzərə alınır və bu faktor əsasında işsizliyə dair mübarizə tədbirləri müəyyənləşdirir.

1.Büdcə kəsrinin aradan qaldırılması

2.Bazar rəqabətinə dözməyən istehsalçılardan can qurtarmaq

3.Faiz dərəcələrini azaltmaq

Bütün bunlar müflisləşmənin təbii dalğasını genişləndirəcək ,bazarda yalnız güclü sahibkarlar qalmaqla istehsal genişlənəcək.

İşsizlik problemindən danışarkən Oyken qanununa da diqqət yetirmək lazımdır.Nəzəriyyəyə görə istehsalın real həcminin onun təbii səviyyəsindən hər iki faiz artımı işsizliyin onun təbii səviyyəsinə nisbətən 1 % aşağı salır və əksinə .Milli istehsalın həcminin özünün təbii səviyyəsindən 2 % azalması işsizliyin 1% artmasına səbəb olur.

İşsizlik problemini daha dərindən dərk etmək üçün onun növlərini bilmək lazımdır: friksion,struktur,institutsional,tsiklik,könüllü və təbii işsizlik

Təbii işsizlik müxtəlif ölkələrdə müxtəlif səviyyələrdə mövcüd olur.

Təbii işsizlik və onun mahiyyəti


İşsizlik həm iqtisadi,həm də sosial problemdir.İşsizlik iqtisadi problem olmaqla resursların artıq məsrəflərini yaradır,sosial bir problem kimi isə həyat tərzini,yaşayış imkanlarını zəiflədir və çətinləşdirir.İşsizlik o deməkdir ki,iş qabiliyyətinə malik olan insanların bir qismi iş tapa bilmirlər və bunun nəticəsində işsiz qalırlar.

İşsizlik ən çox iqtisadi böhranlar və tsikllər dövrü baş verir.İqtisadiyyatın geri qalmasının,tənəzzülə uğramasının səbəblərindən biri də kütləvi surətdə işsizlər ordusunun formalaşmasıdır.İşçi qüvvəsi bazarında əmək qabiliyyətli insanları işlə təmin etmək,bu prosesi nəzarət altına almaq və tənzimləmək mühüm iqtisadi problemlərdən biridir.

İşsizlik bazarda işçi qüvvəsinə olan tələblə işçi qüvvəsi arasında olan təklifin nəticəsində təzahür edir.Elmi-texniki tərəqqinin istehsala tətbiqi,daha məhsuldar maşın və avadanlıqlardan geniş istifadə edilməsi insan əməyinə olan tələbi azaldır.

Yeni texnika və texnologiya əməyin keyfiyyətinə təsir edir.İstehsala tətbiq edilən istehsal vasitələrinin kütləsi artır,işçi qüvvəsindən istifadə nisbəti azalır.İşçi qüvvəsinə olan tələb nisbətən istehsalın canlanma və yüksəlişi dövrü çoxalır.

İşsizlik haqqında müxtəlif təlimlər mövcudur.Bunlardan Maltusçuların əhali artıqlığı nəzəriyyəsi,texniki tərəqqi ilə əlaqədar texnoloji nəzəriyyə,Keynsçilərin Yaratdığı bazar tələbinin çatışmazlığı nəzəriyyəsi və s. göstərmək olar.Maltusa görə əhalinin artım surəti istehlak şeyləri istehsalını üstələyir və nəticədə əhali artıqlığı,nəticədə də işsizlər ordusu yaranır.Onun fikrincə istehlak şeyləri ədədi silsilə,əhali artımı isə həndəsi silsilə yolu ilə çoxalır.Buna görə də hər 25-30 ildən bir artıq əhali yaranır və işsizlik də artır.

Elmi-texniki tərəqqi nəticəsində yaranan yeni texnologiya yeni ixtisaslar tələb etdiyinə görə texnoloji işsizlik yaranır.

Keynsin nəzəriyyəsi isə müasir Qərb iqtisadi fikrində daha geniş yayılmışdır. Keyns işsizliyi işçi qüvvəsinə olan tələbin çatışmamazlığı ilə əlaqələndirir.Məşğullun həcmi tam mənası ilə tələbin səmərəli həcmindən asılıdır,işsizliyin səbəbi isə əmtəələrə olan tələbin azlığından irəli gəlir,yəni gəlirlər artdıqca əhalinin Istehlaka olan meyli azalır,əhali qənaətcil olmağa çalışır.

Iqtisadiyyatın inkişafını əldə olan resursların effektiv istifadəsi və ən başlıcası isə işçi qüvvəsi xarakterizə edir.Məşğulluğun müəyyən səviyyədə qorunması iqtisadiyyatın əsas məqsədlərindən hesab olunur.Bazar iqtisadiyyatı dövründə işsizliyin müəyyən bir norması var,buna baxmayaraq məşğulluğun səviyyəsi ildən-ilə dəyişir.Keyns belə hesab edirdi ki,kapitalizm şəraitində tam məşğulluğu xarakterizə edən heç bir mexanizm yoxdur,iqtisadiyyat müəyyən olunmuş işsizliyin səviyyəsi ilə tarazlaşa bilər.

Əmək bazarı cəmiyyətin sosial və iqtisadi həyatının əsas və çoxplanlı sferasıdır.

Əmək bazarında işçi qüvvəsi qiymətləndirilir,onun muzdla işə qəbul edilmə şərtləri bununla yanaşı-onun məvacibinin miqdarı,iş şəraiti,təhsil almaq imkanı, professional inkişafı,məşğulluğun sığortası və s. müəyyən edilir.

Əmək bazarı məşğulluq dinamikasında onun əsas strukturunu,yəni əməyin ictimai bölüşdürülməsini,iş qüvvəsinin sərbəstliyi,işsizliyin masştabı və dinamikasını əks etdirir.

Natamam məşğulluq bu elə haldır ki,görülən iş şəxsin tam professionallığını və təhsilinin tam istifadəsini tələb etmir,onun tam işdə aldığı məvacibi o bu işdən gözləyə bilməz.

Tam məşğulluq-bu professional əməklə təmin olunmaqdır,hansı ki,şəxsin bu iş yerindən aldığı məvacib onun ailəsinin layiqlimövcudluğunu təmin edir.Tam məşğulluq hər bir əmək qabiliyyətli insanın işli və ya işsiz olmaq arzusu üçün imkan yaradır.Tam məşğulluq o demək deyil ki,əmək qabiliyyəti olan əhali əmək qabiliyyəti yaşına çatanda tam məşğul olsun.Bir sıra səbəblərdən asılı olaraq xüsusi əmək qabiliyyəti olan insanlar əmək prosesində iştirak etməyə bilərlər(uşağına qulluq edən qadınlar,peşəsini dəyişmək arzusunda olan insanlar və s).Tam məşğulluq işçi qüvvəsinə tələbin onun təklifi ilə üst-üstə düşəndə yüksəkliyə çatır,belə hal bazar iqtisadiyyati şəraitində nadir hallarda olur.İqtisadi və sosial ədəbiyyatlarda işsizlik anlayışının müəyyən olunması üçün müxtəlif terminlərdən istifadə olunur.İşsizlik bu sosial iqtisadi haldır,belə ki iqtisadi fəal əhalinin bir hissəsi məhsulların və xidmətlərin istehsalında məşğul deyillər.

Işi olan insanlarla yanaşı ölkənin işçi qüvvəsini formalaşdırır.İşsizlik iqtisadyyatda elə haldır ki,işləmək arzusunda olan iqtisadi fəal əhalinin bir hissəsi,öz iş potensialından istifadə edə bilmir.

BƏT (Beynəlxalq Əmək Təşkilatı) görə işsizliyə aid olan şəxslər bunlardır:

1)Hal-hazırda işi olmayanlar;

2)İş tapmaq üçün fəal və konkret səy göstərənlər;

3)Hal-hazırda işə qəbula hazırlaşanlar.

Real iqtisadi həyatda işsizlik işçi qüvvəsinə tələbi üstələyir.İşsizliyə,bir çox inkişaf etmiş ölkələrin statistikasına görə aid olan insanlar:məşğulluq statusunun sorğusu aparılan zaman onları işsiz olması,dörd həftə ərzində iş tapmağa səy göstərənlər və əmək birjasında qeydiyyatda olanlar.

İşsizliyin davamlığı – işsiz statusu olan şəxslərin,analizi olan dövrdə,iş axtarmaq müddətinin göstəricisi ilə xarakterizə olunur.İşsizlik davamlığı ilə fərqlənir – müvəqqəti (4aya qədər) və xroniki (1 ildən artıq).İşsizliyin dərəcəsi – işsizlərin sayı,fəal iqtisadiyyatı olan əhalinin sayı ilə münasibəti(faizlə)

Qeydiyyatda olan işsizliyindərəcəsi-qeydiyyatda olan işsizlərin sayını fəal iqtisadiyyatı olan əhalinin sayı ilə münasibəti(faizlə).

Fəal iqtisadiyyatı olan əhali (işçi qüvvə)-fəal iqtisadiyyatı olan əhali sayının ümumi əhali sayı ilə münasibəti(faizlə) Müasir qərb iqtisadiyyat elmi işsizliyin 4 formasını müəyyən edib.

Friksion işsizlik-iş axtarışı və ya gözləməsi ilə bağlıdır.Bəzi insanlar könüllü iş yerlərini dəyişirlər(peşələrini dəyişməsi ilə əlaqədar),yaşayış yerinin dəyişilməsi ilə əlaqədar və ya bu və ya digər firmalarda yaxşı vəzifəyə keçməsi ilə əlaqədar.

Digərləri isə firmaların müflisləşməsi və yaxud işdən qovulmaları ilə əlaqədar olaraq yeni iş yerləri axtarırlar.3-lər isə müvəqqəti olaraq mövsüm işini itirirlər.

4-lər isə(gənclər)ilk dəfə olaraq iş axtarırlar.Bu insanlar işə başlayan zaman aydan-aya işsizliyin bu növünü qoruyaraq,onların yerinə yeniləri gəlir.

Friksion işsizlik arzu olunandır,çünki işçilərə iş səviyyəsini yaxşılaşdırmaq və yüksək məvacibi olan iş axtarmaq imkanı verir.

Mənə elə gəlir ki,işsizliyin bu tipi könüllülərə daxil ola bilər.Prinsipial olaraq odemokratik dövlətə daxil deyil,harada ki,məcburi iş və qeydiyyat rejimi yoxdur.

Işsizliyin strukturu,əmək sahələrindəki sturuktur təlabatındakı dəyişiklərlə əlaqədədir,müəyyən vaxtın vacibliyi işçi qüvvəsinin strukturu ilə yanaşı quraşdırılır , işsizləri müəyyən olunmuş keyfiyyəti və hərtərəfli tələblərin boş yerlərilə bağlıdır.Texnoloji dəyişikliklərin gedişatı zamanı bir peşəyə təlabat azalır və ya sona yetir, digərlərinə isə təlabat çoxalır.İş yerlərinin coğrafi bölümü dəyişir.Məsələn kompü-

terlərin işə daxil olması çap maşınına təlabatı azaltdı,hansı ki,müəssələrdə çap maşınlarının istehsalını aşağı saldı.Eyni zamanda elektron sənayesində işə təlabat çoxaldı.Müxtəlif regionlar müxtəlif məhsullar istehsal edirlər.Əməyə təlabat eyni

zamanda bir regionda azala bilər,digər regionda arta bilər.Əgər fruksional işsizliyin öz adətləri varsa hansı ki,struktur işsizlər hazırlıqsız zamanı istifadə edə bilərlər,əlavə təhsil yaşayış yerinin dəyişdirilməsi ilə əlaqədar iş tapa bilmirlər.Struktur irəliləyişlər daima baş verdiyi üçün işçilərə işinin dəyişilməsi üçün müəyyən vaxt tələb olunur,bu halda işsizliyin strukturu ciddi xarakter daşıyır.

Struktur işsizlər iş tapan zaman kifayət qədər yüksək təhsilin olmaması üçün çətinliklərlə üzləşirlər,cinsiyyətə görə ayrımlar,etnik mənsublarına görə,yaş və əlil- liyə görə.Hətta məşğulluğun yüksək dərəcəsi dövründə də,struktur işsizlər arasında yüksək işsizlik qorunub saxlanılır.İşsizliyin dövrü düşüklük ilə müəyyən olunur,yəni iqtisadi dövrün elə fazasıdır ki,ümumi çıxarı kifayət olmaması ilə xarakterizə

olunur.Xidmətlərə və məhsula olan tələbat azalanda işsizlik artır,məşğulluq azalır.Düşüklük-bu iş fəallığının aşağı düşməsidir,hansıki,nəticədə insanlar iş yerlərini itirirlər,bu dövr iş fəallığının canlanmasına qədər və təlabatın artmasına qədər bu davam edir.

Işsizliyin bir növü də-mövsüm işsizliyidir,hansı ki,təsərrüfatın yaradıcılıq və funksionar sahələrində müvəqqəti xarakter doğurur.Bunlara kənd təsərrüfatı,meşələrin təmizlənməsi,ovçuluq,tikinti və yaradıcılığın digər növləri daxildir.Bu halda ayrı-ayrı vətəndaşlar və hətta bütün müəssələr bir neçə həftə və yaxud ilin bir neçə ayı işləyə bilərlər,digər vaxtlarda öz yaradıcılıqlarını kəskin azaldaraq.Gərgin iş dövründə kadrların kütləvi yığımı baş verir.İş qurtaran dövrdə isə kütləvi işdən çıxarılmalar.İşsizliyin bu növü öz xüsusiyyətinə görə işsizlik dövrünə aid olur,başqa sözlə frksion.Çünki bu könüllü xarakter daşıyır.Mövsüm işsizliyinin göstəricilərinin məlumatını çox böyük dəqiqliklə müəyyən etmək olar,çünki o,ildən-ilə tək-rar olunur və əmələ gələn problemlərin həlli üçün imkanlar var.

Gizli işsizlik daxili iqtisadiyyat üçün xarakterikdir.Burada məqsəd odur ki,müəssələrdə ehtiyatların natamam istifadəsi zamanı,hansı ki,işçilər müəssisələrdən qovulmurlar,(iqtisadi krizislə əlaqədar olaraq) iş saatının qısaldılması ilə kifayətlənirlər.(tam olmayan iş həftəsi və ya iş günü və yaxud da məcburi ödənilməyən məzuniyyətə yollanırlar.Formal olaraq belə işçiləri işsiz saymaq olmaz.Ancaq faktiki olaraq onlar belədirlər.

Könüllü işsizlik-bu işləməmək istəyi ilə bağlıdır,bu da boş iş yerlərinin olması ilə əlaqədardır,hansı ki,potensial işçiləri məvaciblərinin miqdarı qane etmir və ya işin Öz xarakteri qane etmir.

Məcburi işsizlik məhsulun,enerjinin olmaması ilə əlaqədar yaranır,müəssisənin

Dayanmasına gətirib çıxarır və yeni funksional müəssisələrin şəraitini yaradır,bununla yanaşı məcburi mühacirlik də yaranır.

İşsizliyin təbii səviyyəsində əmək haqqlarını və qiymətləri azaldan,yaxud artıran faktorlar tarazlıqda olur.Müasir iqtisadiyyatda,yüksək inflyasiya şəraitində işsizliyin səviyyəsi kifayət qədər aşağıdır.Struktur və friksion işsizliyi onun təbii səviyyəsi müəyyən edir.Bu şəraitdə inflyasiyanın ölçüləri məhduddur.Dövri faktorlar isə işsizliyin səviyyəsini təbii həddən yuxarı qaldırır.

Tam məşğulluq şəraitində işsizlik səviyyəsini də işsizliyin təbii səviyyəsi adlandırırlar.İşsizliyin təbii səviyyəsi-verilmiş ölkədə çox illər ərzində müşahidə olunmuş səviyyənin orta həddi kimi götürülür.İşsizlik səviyyəsini tarazlaşdırarkən Iş axtaranlarla boş iş yerləri arasında nisbət əsas götürülür.İşsizliyin təbii səviyyəsi Müsbət kəmiyyətdir.Belə ki,friksion işsizlərə iş kvalifikasiyası qazandırmaq üçün və yaxud başqa yerə köçmək üçün vaxt tələb olunur.Əgər iş axtaranların sayı mövcud olan vakansiyaları üstələyirsə,deməli işçi qüvvəsi bazarı balanslaşdırıl mayıb.Bu zaman müştərək tələb çatışmamazlığı və dövri işsizlik yaranır.Başqa tərəfdən çoxsaylı müştərək tələblər zamanı işçi qüvvəsinin çatışmamazlığı hiss olunur.Yəni boş yerlərin sayı iş axtaran işçilərin sayından çox olur.Belə şəraitdə işsizliyin faktiki səviyyəsi təbii səviyyədən xeyli aşağı olur.İşçi qüvvəsi bazarında buna oxşar qeyri adi “defisit” infilyasiyaya gətirib çıxarır.

“İşsizliyin təbii səviyyəsi”anlayışı iki dəqiqləşdirilmə tələb edir:

1.Avtomatizmin olmaması.”Təbii” termini heç də iqtisadiyyatın işsizliyin təbii səviyyəsi üzərində qurulduğunu göstərmir və bununla öz istehsal potensialını həyata keçirir.Başqa bir tərəfdən,bəzən iqtisadiyyat elə bir rejimdə işləyir ki,işsizlik səviyyəsi təbii səviyyədən də aşağı düşür.

2.Dəyişkənlik.İşsizliyin təbii səviyyəsi-qeyri sabit kəmiyyətdir. O,periodik (vaxtaşırı) olaraq işçi qüvvəsi tərkibində demoqrafik yerdəyişmələrə,ölkə qanunları və adətlərinin dəyişməsi proseslərinə məruz qalır.

Tam məşğulluq zamanı işsizliyin səviyyəsinin təyin edilməsi praktik olaraq çətindir.Çünki,işsizliyin faktiki səviyyəsini təyin etmək də asan deyil.Bütün əhali üç böyük qrupa bölünür:

Birinci qrupa 16 yaşına çatmayanlar və yaxud xüsusi müəssisələrdə,məsələn,psixiatrik xəstəxanalarda,yaxud cəza-islah yerlərində olan şəxsləraiddir.Bu kateqoriyadan olan şəxslər işçi qüvvəsinin potensial hissəsi sayılmır.

İkinci qrupu “işçi qüvvəsi” tərkibinə daxil olmayanlartəşkil edir.Bu şəxslər işləmək qabiliyyəti olan halda,hər hansı bir səbəbdən işləməyənlərdir.Səbəb olaraq evlərdə məşğulluq,təhsil,təqaüdə çıxmahalları götürülür.Bu şəxslər işləməyən və iş axtarmayanlardır.

Üçüncü qrup-xüsusi işçi qüvvəsidir.Bu kateqoriya işləmək qabiliyyəti olan və işləməyə hazır olan adamlardır.İşçi qüvvəsinin tərkibinə həm işləyənlə,həm işsizlər,həm də fəal iş axtaranlar aiddir.

Işsizliyin səviyyəsi –işsizlərin sayının əməkqabiliyyətli insanların sayına nisbəti kimi götürülür.
İşsizliyin səviyyəsi=(İşsizlərin sayı/İşçi qüvvəsinin sayı)*100%

İşsizləri hesablamaq üçün aşağıdakı düsturdan istifadə olunur:

İşçi qüvvəsi – məşğul olanların sayı=işsizlər.İşçi qüvvəsi ölkənin bütün əhalisinin bir hissəsi olan əməkqabiliyyətli şəxslərin müəyyən hissəsidir.

Işsizliyin daha yüksək səviyyəsi qadınlar,gənclər və milli azlıqlar arasında daha çox nəzərə çarpır.İrqi mənsubiyyətə görə də diskriminasiya mövcuddur.İşsizlik səviyyəsini təyin edərkən insanlara aşağıdakı suallara cavab vermək təklif olunur:ailə üzvlərindən kimin işləməsi,kimin işləməməsi,kimin iş axtarması və yaxud da iş axtarmaması soruşulur.Seçim çox diqqətlə yerinə yetirildiyinə və etibarlı sorğu

metodlarından istifadə olunduğuna baxmayaraq,alınmış nəticələr daima tənqid olunur.

1.Qismən məşğulluq.Rəsmi statistika natamam iş gününə malik olan işçilərin ha- mısını tam məşğul olanlar kateqoriyasına aid edir.

Bəzi işçilər öz arzusuna görə natamam iş gününə malikdir,bəziləri bütöv iş günü işləmək istəyən ,ancaq uyğun iş tapa bilməyənlərdir,yaxud müvəqqəti olaraq ehtiyac olmadığından natamam iş gününə malik olanlardır.Faktiki olaraq bu axırıncı qruplar qismən məşğul olanlardan və qismən işsizlərdən ibarətdir.

Rəsmi statistika bu şəxslərə tam məşğul olanlar kimi baxaraq,işsizlik səviyyəsini az göstərir.

2.İşə düzəlməyə ümidini itirmiş işçilər.İşsiz kimi qeyd olunmaq üçün fəal iş axtar- maq lazımdır.İş axtarmayan işsizləri “işçi qüvvəsinin tərkibinə daxil olmayanlar”

Kateqoriyasına daxil edirlər.Problem ondadır ki,bir çox işçilər müəyyən vaxt ərzində iş tapa bilməyəndə tədricən iş tapmağa ümidlərini itirərək,işçi qüvvəsinin tərkibindən çıxarırlar.Tənəzzül zamanı iş tapmaqda ümidini itirən insanların sayı

tərəqqi zamanındakından daha çox olur.Belə işçiləri ümumi işsizlərin tərkibinə daxil etmədən rəsmi statistika işsizliyin səviyyəsinin aşağı olduğunu göstərir.

3.Yanlış informasiya.Digər tərəfdən işsizlərin say səviyyəsi həqiqətdə olduğundan çox da göstərilə bilər.Bəzi işləməyən respondentlər təsdiq edirlər ki,onlar iş axta- rırlar,lakin bu həqiqətə uyğun deyil.Bu şəxslər yanlış olaraq”işsizlər”qrupuna daxil edilir,halbuki onlar”işçi qüvvəsinin tərkibinə daxil olmayan” vətəndaşlardır. Res- pondentlər yanlış informasiya verir.Çünki işsizliyə və yaxud sosial təminata görə təqaüdlər belə yalançı iş axtaranlardan asılı olur.Əlbəttə,qanunsuz bizneslə məşğul olan şəxs özünü işsiz adlandırır.İşsizliyin səviyyəsinin öyrənilməsi iqtisadi siyasət üçün əsas faktor sayılır,lakin onun müəyyən çatışmayan cəhətləri var.İşsizliyin səviyyəsi ölkənin iqtisadi vəziyyətininən yaxşı göstəricisi olmağına baxmayaraq,onu səhvsiz barometr hesab etmək olmaz

İqtisadi ədəbiyyatlarda göstərildiyi kimi,kəmiyyət xarakteristikası baxımından işsizlik səviyyəsi üç cür ; təbii,məqbul və kütləvi xarakter daşıya bilər.Hər bir ölkə coğrafi böyüklüyü,kommunikasiya sistemi və iqtisadi inkişaf vəziyyəti ilə şərtlənən özünəməxsus təbii işsizlik səviyyəsinə malikdir.Məşğulluq dairəsində yaranmış real vəziyyətin təhlil edilib qiymətləndirilməsinə və beynəlxalq təcrübəyə əsasən müəyyən edilmişdir ki,hər bir ölkədə iqtisadi fəal əhalinin 5-7 faizinin işsiz olması nəinki zəruridir,həm də ölkənin sosial-iqtisadi həyatının normal inkişafı ilə üzləşən məqbul haldır.Kütləvi işsizliyin yaranmasına gəldikdə isə bu mənfi hal olub,ölkədə sosial –iqtisadi vəziyyətin qeyri –sabitliyinə,sosial partlayışa gətirib çıxara bilər.İctimai cəhətdən məqbul işsizliyin müəyyən edilməsində onun səbəbləri və xarakteri mühüm rol oynayır.Bu səbəbdən də ayrı-Ayrı işsizlik formaları onların ixtisarı və aradan qaldırılması üçün müxtəlif tədbirlər görülməsinin tələb edir.
Təbii işsizliyə təsir edən amillər
Təbii işsizliyə təsir edən amillər arasında demoqrafik problemlər,gender məsələləri, pensiyaçı və gənc yaşlıları misal göstərmək olar.Təbii işsizliyi və ümumiyyətlə işsizliyi tənzim etmək üçün dövlət bu məsələləri kompleks həll etməlidir.Bunlardan başlıcalarından biri əhalisakinliyidir. Əhalisakinliyi dedikdə-Cəmiyyətin başlıca məhsuldar qüvvələrini və ictimai istehsalın subyektlərini təşkil edən ,əhalinin kəmiyyət və keyfiyyətcə istehsalı və təkrar istehsalın nizamlanmasına yönəldilmiş kompleks sosial-iqtisadi,hüquqi,siyasi və təşkilati tədbirlər sistemi başa düşülür.

Ölkəmizdə həyata keçirilən sosial siyasətin mühüm istiqamətlərindən biri də gənclərin və pensiyaçıların əməyinin düzgün təşkil edilməsi və onların səmərəli məşğulluğunun təmin olunmasına dövlət qayğısının artırılmasından ibarətdir.Bu kateqoriyaya daxil olan əhali qruplarının birincisinə - ölkə əhalisinin təbii təkrar istehsalının və onun mühüm tərkib hissəsi olan əmək ehtiyatlarının formalaşması və inkişafının təbii əsasını təşkil edən gənclər daxildirlərsə, ikincisinə-daha mükəmməl əmək və peşə vərdişlərinə ,yüksək təcrübəyə və təhsil səviyyəsinə malik olan pensiyaçılar daxildirlər.Buna görə də həmin əhali qruplarının əməklərinin düzgün təşkil edilməsi və səmərəli məşğulluqlarının təmin olunması ilə bağlı məsələlərin tədqiqinə onların hər birinin özünəməxsus xüsusiyyətləri və problemləri baxımından yanaşmağı zəruri edir.

Respublikamızın istər şəhər və istərsə də kənd yerlərində məşğul olan bütün əhali arasında,eləcə də gənclər arasında qadınların xüsusi çəkisinin xeyli aşağı olması,əvvəla,respublikamızda ailənin maddi cəhətdən təmin edilməsi işinin milli adət- ənənələrə əsasən ilk növbədə ailədəki kişilərin funksiyası ilə;ikincisi kənd və şəhər yerlərində yaşayan oğlan və qızların şəhər yerlərində yaşayan oğlan və qızlara nisbətən peşə-ixtisas və təhsil səviyyələrinin xeyli aşağı olması ilə əlaqədar olaraq,onların xüsusi təhsil səviyyəsi və peşə əməyi tətbiq edilən iş proseslərinə geniş cəlb edilə bilməməsi və nəhayət,üçüncüsü,kənd yerlərində doğum səviyyəsinin nisbətən yüksək olması və bunun əksinə olaraq,burada əhaliyə göstərilən ictimai xidmət sahələrinin şəhər yerlərinə nisbətən xeyli aşağı olması üzündən kənd yerlərində gənc ana-qadınların bir qisminin ictimai istehsaldan ayrı düşüb ev təsərrüfatı ilə məşğul olması və sairə bu kimi bir sıra sosial-iqtisadi və demoqrafik xarakterli səbəblərlə əlaqədardır.

Kənd yerlərində çalışan gənclər arasında qızların xüsusi çəkisinin nisbətən yüksək olmasının əsas səbəbi ondan ibarətdir ki,buradan gənc oğlanlrın xeyli bir qisminin iş axtarmaq və təhsil almaq üçün şəhər yerlərinə çıxıb getmələri və qadın əməyinin geniş tətbiq edildiyi kənd təsərrüfatı istehsalı sahələrinin (pambıqçılıq,üzümçülük, tütünçülük,baramaçılıq,bağçılıq,heyvandarlıq) inkişafı ilə bağlıdır.Kənd yerlərində yaşayan qızların əsas hissəsinin kənd təsərrüfatında çalışmasının başlıca səbəbi isə onların kənd həyat tərzini üstün tutması və çoxuşaqlılıq ənənəsinin qorunub saxlanması ilə əlaqədar olaraq miqrasiya prosesində zəif iştirak etməsi və qeyri- kənd təsərrüfatı əməyinə lazımi dərəcədə yiyələnməmələridir.Bu isə,öz növbəsində,bir tərəfdən,kənd yerlərində xeyli sayda əmək qabiliyyətli əhalinin,xüsusilə də gənc-lərin işsiz qalmasına,digər tərəfdən isə bəzi istehsal sahələrində ixtisaslı iş qüvvəsi çatışmamazlığına səbəb olur.Çünki müvafiq peşə hazırlığına malik olmayan gəncləri həmin sahələrə cəlb etmək işi çətinləşir.Nəticədə ümumorta təhsil səviy-yəsinə malik olan gənclərin əhəmiyyətli bir hissəsi peşə-ixtisas təhsilinə malik olmadıqlarından xalq təsərrüfatının müxtəlif sahələrində ixtisassız əmək tətbiq edilən işlərdə məşğul olmağa məcbur olur.Bu isə obyektiv olaraq gənclərin aldığı ümumorta təhsilin qiymətini aşağı salır və onların peşə-ixtisas səviyyəsinin yüksəldilməsi imkanlarını məhdudlaşdırır.Həmin vəziyyətin aradan qaldırılması gənclərin ümumtəhsil və peşə hazırlığının artırılmasını tələb edir.Nəzərə almaq lazımdır ki,məşğulluq xidməti orqanlarının məlumatlarına əsasən,2004-cü ilin yanvar ayının əvvəlinə respublikada qeydə alınmış 53.4 min nəfər işsiz əhalinin 24.6 min nəfərini və ya 46.1 faizini 35 yaşdan aşağı olan gənclər təşkil etmişlər.

İqtisadi formasından və sosial-iqtisadi məzmunundan asılı olmayaraq,bütün cəmiyyətlərdə ölkənin başlıca məhsuldar qüvvələrinin mühüm tərkib hissəsi olan və analıq kimi çox mürəkkəb,çətin və şərəfli bir funksiyanı yerinə yetirən qadınların əməyinin cəmiyyət və ailə miqyasında necə və hansı dərəcədə səmərəli təşkil edilməsinin hər bir sivil dövlətin sosial siyasət sahəsində ,ilk növbədə ,yerinə yetirməli olduğu vəzifələrdəndir.

Ölkəmizdə qadın azadlığının həyata keçirilməsi,onların ictimai istehsala cəlb edilməsi,qadın əməyinin tətbiqi xarakterinin dəyişilməsi,onların iş şəraitinin yaxşılaşdırılması,bərabər əmək üçün bərabər haqq verilməsi,ana və uşaqların əməyinin mühafizəsi və mədəniyyət səviyyəsinin yüksəldilməsi yolu ilə mümkün- dür və bütün sahələrdə buna ciddi əməl edilməsi tələb olunur.

Təsadüfü deyildir ki,hazırda qadın məşğulluğu sahəsində dövlət siyasətinin və qadın əmək potensialının səmərəli məşğulluğunun təmin edilməsi istiqamətlərinin müəyyən edilməsi iqtisad elmi qarşısında duran vahid bir problemin iki tərəfi olub, qarşılıqlı surətdə həll edilməsi tələb edilən sosial-iqtisadi və siyasi vəzifədir.

Əmək bazarında iştirak etmək qadınların iqtisadi müstəqilliyinin mənbəyini təşkil edərək,onların sosial və pensiya təminatı,habelə səhiyyə xidmətlərindən istifadə etmək hüquqlarının təmin olunması,ictimai vəziyyətinin və şəxsiyyətlərinin inkişafı üçün geniş imkan və şərait yaradır.

Məlum olduğu kimi,keçmiş sosialist ölkələrində olduğu kimi,Azərbaycanda da sosializm cəmiyyəti şəraitdə kostutisiya ilə bütün əmək qabiliyyətli qadın və kişilərə əmək hüququ və qadınlara kişilərlə bərabər əmək üçün,bərabər əmək haqqı

almaq hüququ verilmişdir.O zaman ölkədə rəsmi qeydə alınmış işsizlər olmamış və əmək qabiliyyətli yaşında olan qadınlar bütün həyatı boyu evdən kənar əməkdə tam iş günündə məşğul olurdular.Əhali iqtisadiyyatda hakim mövqe tutan dövlət sektoru hesabına qeyri-məhdud dərəcədə iş yerləri ilə təmin edilirdi.Lakin SSRİ-nin dağılması nəticəsində öz müstəqilliyinə qovuşmuş respublikamızın bazar iqtisadiyyatı sisteminə keçməsi bu sahədə yeni münasibətlərin yaranıb inkişaf etməsinə və onlara uyğun yeni məşğulluq prinsiplərinin formalaşmasına səbəb olmuşdur.

Ölkə iqtisadiyyatının bazar münasibətləri sisteminə küçməsi qadın və kişilər arasında işsizliyin yaranıb artmasını labüd edərək,məşğulluq probleminin kəskinləşməsinə səbəb olmuş və onun həllini xeyli çətinləşdirmişdir.

Hazırda respublikamızda qadın əmək ehtiyatlarının iqtisadi fəallığına mənfi təsir göstərən ən başlıca amillərdən biri məhz doğum səviyyəsi və ailədəki uşaqların sayıdır.Təsadüfi deyildir ki,hazırda iqtisadiyyatda məşğul olmayan qadınların əksəriyyəti körpə uşaqların tərbiyəsi ilə məşğul olan çoxuşaqlı analardır.Nəzərə alsaq ki,əvvəla,qadınların geniş miqyasda ictimai istehsala cəlb edilməsi müasir cəmiyyətin mühüm qanunauyğunluqlarından biridir və geri qaytarılması mümkün olmayan bir prosesdir;ikincisi,qadınların səmərəli məşğulluğu təkcə onun iqtisadi tərəfi deyil,həm də sosial tərəfi ilə müəyyən edilir və nəhayət üçüncüsü,qadınların əmək haqqı ailənin yaşayış fondunun formalaşmasının mühüm tərkib hissəsini təşkil edir,onda onların ictimai istehsalda iştirakının təmin edilməsinin nə kimi mühüm iqtisadi və siyasi əhəmiyyət kəsb etməsini sübut etməyə ehtiyac qalmır. Burada belə bir həqiqəti də unutmaq olmaz ki,qadınların ictimai istehsala cəlb edilməsi həm də onların bir şəxsiyyət kimi inkişaf edib formalaşmasına təsir edən əsas amillərdən biridir.

Aparılan sosialoji tədqiqatların nəticələri göstərir ki,bir qayda olaraq,qadınlar istər istirahət günləri olsun,istərsə də adi iş günləri,fərqi yoxdur,hər iki halda ailəyə xidmət edilməsinə kişilərə nisbətən 3.1-4.3 dəfə çox vaxt sərf edirlər.

Onu da nəzərə almaq lazımdır ki,qadınların ev təsərrüfatı ilə yanaşı,ictimai istehsalda da iştirak etməsi onların üzərinə eyni vaxtda həm iqtisadiyyatda işləmək və həm də analıq funksiyası kimi mühüm bir vəzifənin yerinə yetirilməsini qoyur.

Dünyanın bütün ölkələrində olduğu kimi,Azərbaycanda da qadın əmək potensialının bir qisminin ictimai əmək dairəsindən kənarda qalması və ictimai istehsalda çalışan qadınların çoxunun az ixtisaslı işlərdə işləməsinin əsas səbəblərindən biri də kişilərə nisbətən onların mədəni-texniki səviyyəsinin hələlik aşağı olmasıdır.Elmi-texniki tərəqqinin inkişafı ilə əlaqədar olaraq ,fiziki qüvvələrin yerini daha çox zehni qüvvələrin tutması müvafiq ixtisas,peşə və təhsilsəviyyəsinə malik olmayan adamların müxtəlif əmək fəaliyyəti dairələrinə cəlb olunması işini get-gedə çətinləşdirir və onun həllini mühüm problemə çevirir.

Elmi-texniki tərəqqi iş qüvvəsinin quruluşu və onun keyfiyyətinin dəyişilməsi ilə üzvi şəkildə bağlıdır.Çünki istehsalın inkişafı və burada yeni texnika və texnologiyanın tətbiqi əl əməyinə,habelə qurğular və alətlərə əsaslanan peşələrin əvəzinə müasir texnikaya uyğun yeni və yüksək ixtisaslı peşələrin meydana gəlməsinə ,işçilərin yaş-cins,peşə -ixtisas tərkibinə ciddi dəyişikliklərin meydana gəlməsinəsəbəb olur və onların mədəni-texniki səviyyəsinin yüksəldilməsini tələb edir.Müasir cəmiyyətdə əhalinin mədəni –texniki səviyyəsinin yüksəldilməsi tələbi təkcə iqtisadi və ictimai tərəqqinin inkişafı üçün zərurət təşkil edən bir prosesdir.Buna görə də müstəqil Azərbaycan dövlətində texniki və ictimai tərəqqinin iş qüvvəsinin,o cümlədən də qadın iş qüvvəsinin peşə ixtisas tərkibinin dəyişilməsinə təsirinin öyrənilməsinə də məhz bu səpkidən yanaşılmalıdır.

Əvvəllərdə olduğu kimi,bu gün də MDB ölkələrinin iqtisadçıları (həm də təkcə onlar yox) “tam,məhsuldar və səmərəli məşğulluq” anlayışlarına dair tam fikir birliyinə nail olmamışlar.Belə bir vəhdətlik Qərb iqtisadçıları arasında da yoxdur. Belə ki,neoklassik istiqamətli iqtisadi fikir tərəfdarlarına görə tam məşğulluq dedikdə-iqtisadiyyatın elə vəziyyətdə olması nəzərdə tutulur ki,əmək haqqının mövcud səviyyəsində işləmək arzusunda olan bütün əmək qabiliyyətli əhalinin ictimai istehsalda işi vardır.Bu cür məşğulluğu onlar həm optimal və həm də sə- mərəli hesab edilirlər.Neoklassik iqtisadçılardan fərqli olaraq,Keyns belə hesab edirdi ki,iqtisadiyyatda səmərəli təklifi təmin etmək üçün eyni real əmək şəraitində

hər vaxt faktiki məşğul olan əhaliyə nisbətən daha çox əhali işləyə bilər.Bu cür yüksək məşğulluğu o,səmərəli hesab edirdi.

Monetaristlərin fikrincə isə (M.Fridmen və başqaları) “təbii işsizliyin” müəyyən səviyyəsi mövcuddur (onların fikrincə,bu səviyyə ABŞ-da 5-6 faizdir) və iqtisadiyyat özü-özünü nizamlamaqla bu həddə gəlib çıxır.Məhz buna görə də dövlət bu prosesə müdaxilə etməməlidir,çünki onun müdaxiləsi iqtisadiyyatda inflyasiyanın yaranmasına gətirib çıxarır.Dövlət yalnız pul kütləsinin nizamlanması ilə məşğul olmalıdır.Bu,hər il istehsalın artım səviyyəsindən çox olmayaraq artmalıdır.(ABŞ üçün bu artım təqribən 3-5 faiz təşkil edir).Bu prosesə dair başqa nöqteyi-nəzərlər də vardır.Başqa sözlə desək,bu problem indiyədək kəskin xarakter daşımaqdadır və həll edilməmiş qalmışdır.Sual oluna bilər ki,tam məşğulluğa nail olmaq olarmı və o hansı şəraitdə əldə edilə bilər? Əlbəttə,burada söhbət heç də ümumiyyətlə iş yerindən deyil,əhalinin təlabatını ödəyə bilən,iqtisadi cəhətdən səmərəli olan iş yerlərindən gedir.İqtisadi cəhətdən səmərəli iş yeri dedikdə isə-dövriyyə vasitələri ilə (əmək predmeti,enerji,əmək haqqı və s.) təmin edilmiş elə fiziki iş yerləri nəzər- də tutulur ki,bu zəhmət adamına öz marağını həyata keçirməyə,yüksək əmək məhsuldarlığına nail olmağa və işçinin özünün və ailəsinin normal qaydada yaşamasına imkan vermiş olsun.

Beləliklə,əgər iqtisadi cəhətdən səmərəli olan belə iş yerlərinə tələb müvafiq peşə-ixtisas quruluşu üzrə iş qüvvəsinə olan tələbatı ödəyirsə,onda bu vəziyyətdə tam məşğulluq haqqında söhbət aparmaq olar.Həm də bu iqtisadi cəhətdən səmərəli iş yerləri ictimai səmərəli və haqqı ödənilən,başqa sözlə desək,məhsuldar olmalıdır.Yalnız bu əsasda tələb və təklifin tarazlığı iqtisadiyyatda yüksək nəticələrin əldə edilməsinə imkan verə bilər.Nəzərə almaq lazımdır ki,tam məşğulluğun təmin edilməsinə təkcə bazar mexanizmi vasitəsilə nail olmaq qeyri mümkündür.Bunun üçün dövlətin iqtisadi cəhətdən səmərəli iş yerlərinin yaradılmasına,daha çox isə elmin,təhsilin,səhiyyənin,ekoloji təhlükəsizliyin inkişafına,iş qüvvəsinin ixtisas səviyyəsinin yüksəldilməsinə,iqtisadiyyatın yeni və daha yüksək inkişaf səviyyəsinə imkan verən fəal iqtisadi siyasət yeridilməsinə böyük ehtiyac duyulur.Bu vəzifə isə yalnız sosial yönümlü iqtisadiyyatın yaradılması şəraitində həyata keçirilə bilər.Burada qarşıda duran vəzifə təkcə məhsuldar məşğulluğa deyil,həm də iqtisadi cəhətdən səmərəli məşğulluğa nail olmaqdan ibarətdir.

Səmərəli məşğulluq dedikdə isə-elə məşğulluq başa düşülür ki,o,layiqli gəlir,sağlamlıq,şəxsiyyətin təkmilləşdirilməsi,ictimai əmək məhsuldarlığının yüksəldilməsi əsasında cəmiyyətin hər bir üzvü üçün təhsil və peşə səviyyəsinin yüksəldilməsinin təmin edilməsinə imkan versin.Keyfiyyət cəhətdən həmin anlayışın müəyyən edilməsi üçün bu deyilənlər kifayətdir.Bunun üçün çoxlu göstəricilər sistemi lazımdır.

Təbii işsizlik səviyyəsi


Tam məşğulluğun bir vəzifə kimi qarşıya qoyulduğu şəraitdə belə işsizliyin tamamilə aradan qaldırılmasına nail olmaq qeyri-mümkündür.Çünki bir çox iqtisadçıların fikrincə,bütün normal cəmiyyətlərdə friksion və struktur işsizliyin mövcüd olması məqbul hesab edilməli və hətta cəmiyyətin inkişafı üçün zəruri sayılmalıdır.Deməli,onlar tam məşğulluq dedikdə-iş qüvvəsinin 100 faizdən az bir hissəsinin məşğul olmasını nəzərdə tuturlar.Daha doğrusu,tam məşğulluq səviyyəsindəki işsizliyin səviyyəsi dedikdə-friksion və struktur işsizlik səviyyələrinin məzmununa bərabər bir kəmiyyət başa düşülür.Başqa sözlə,tam məşğulluq şəraitində işsizliyin normal səviyyəsinə ancaq tsiklik işsizliyin səviyyəsi sıfra bərabər olduqda nail olmaq mümkündür.İqtisadi ədəbiyyatlarda işsizliyin bu formasına bəzən də təbii işsizlik də deyilir.İşsizliyin təbii səviyyəsinə əmək bazarının balanslaşdırılması şəraitində,yəni iş axtaranların sayı ilə boş olan iş yerlərinin sayı üst-üstə düşdüyü şəraitdə meydana çıxır.

Ümumiyyətlə götürüldükdə isə işsizliyin təbii səviyyəsi anlayışı iki aspektdən dəqiqləşdirilməlidir:

Birincisi, bu anlayış heç də iqtisadiyyatın həmişə işsizliyin təbii səviyyəsi şəraitində fəaliyyət göstərdiyini və nəticədə istehsal potensialının tam reallaşdırılmasını əks etdirmir.Çünki iqtisadi tsikllərin təhlili göstərir ki,işsizliyin səviyyəsi tez-tez onun təbii səviyyəsini üstələyir.Digər tərəfdən isə çox nadir hallarda iqtisadiyyatda belə bir hal ola bilər ki,işsizliyin səviyyəsi onun təbii səviyyəsindən aşağı olsun.

İkincisi, işsizliyin təbii səviyyəsi öz-özlüyündə sabit qalmır və institutsional dəyişikliklər nəticəsində (cəmiyyətdəki adət-ənənələr və qanun dəyişiklikləri) bu səviyyə də yenidən müəyyən edilir.Məsələn,60-cı illərdə çoxları belə hesab edirdilər ki,friksion və struktur işsizliyin minimum labüd səviyyəsi iş qüvvəsinin 4

Faizini təşkil etməlidir.Başqa sözlə desək,etiraf olunur ki,mövcüd iş qüvvəsinin 96 faizi məşğul olduqda, tam məşğulluq yaranır.Hazırda isə dünyanın əksər iqtisadçıları belə hesab edirlər ki, işsizliyin təbii səviyyəsi 5-7 faizə bərabərdir.Belə olan halda indi işsizliyin təbii səviyyəsinin 60-cı illərdən nə üçün yüksək olduğunun səbəbləri iqtisadi ədəbiyyatlarda aşağıdakı kimi izah olunur.

Əvvəla, iş qüvvəsinin demoqrafik tərkibi dəyişilmiş və işsizlərin əksəriyyətini təşkil edən qadınlar və gənclər artıq müəyyən mənada iş qüvvəsinin mühüm komponentlərinə çevrilmişlər;

İkincisi,institutsional dəyişikliklər baş vermişdir.Yeni işsizliyə görə müəyyən müavinət verilməsi haqqında proqramlar hazırlanmış və həyata keçirilməyə başlanmışdır.İşsizliyə görə verilən bu müavinətlər işsizlərin iqtisadiyyata təsirini zəiflədir və onların daha sakit və arxayın tərzdə iş axtarmalarına şərait yaradır.Bu isə eyni zamanda həm friksion işsizliyin və həm də ümumilikdə götürüldükdə,işsizliyin səviyyəsinin artmasına səbəb olur.

Qeyd edildiyi kimi, tam məşğulluq anlayışı dedikdə belə başa düşülməməlidir ki,əmək qabiliyyətli bütün insanlar ictimai istehsalla məşğuldurlar.Məsələ heç də insanların (əmək qabiliyyətli) müəyyən edilmiş məvacib qarşılığında işləməmək istəməyində də deyil.Əhalinin bütün bu qruplarından da başqa (75-ci şəkil) tam məşğulluq şəraitində həmişə elə bir qrup insanlar da var ki,onlar daha yaxşı iş tapmaq ümidi ilə gözləmə mövqeyi tuturlar.Həmin bu insanlar da təbii işsizliyi əmələ gətirirlər ki, bu da sərbəst iş yeri və məqsədəuyğun iş vaxtına görə iş tapmaq arzusunun qaçılmaz nəticəsidir.

Əmək qabiliyyətli əhali qrupunun hərəkətini sxem şəklində göstərək. (şəkil 7.7)

Bütün əmək qabiliyyətli əhali istənilən an ərzində 3 yerə bölünmüş olur:

a) işləyənlər

b) işsizlər,lakin daim iş axtaranlar (U)

c) işsizlər,hansı ki, heç də iş axtarmırlar

Insanlar daimi olaraq bir qrupdan digərinə və əksinə hərəkət edərək yerlərini dəyişirlər (Bu hərəkətlər sxemdə oxlarla işarələnib) Bu insanlardan bir qrupu öz iş fəaliyyətlərini demək olar ki,dayandırmadan iş yerlərini dəyişirlər.


Digəriləri isə başqa bir məqbul iş arzusu ilə öz hazırki iş yerlərindən ayrılırlar , halbuki onların bir anlıq iş tapmaları mümkün deyil.(2) Digər bir qrup isə artıq işləmək istəmirlər və öz iş yerlərini tərk edirlər,lakin onlar işsiz sayılmırlar (3)

Eyni anda elə də ola bilər ki, könüllü işləməyənlərin elə bir arzusu meydana çıxa bilər ki, onlar ya həmin an (7), ya da bir müddət iş axtardıqdan sonra (5) işləmək istəsinlər.Öz növbəsində bir qrup işsizlər həmin an iş tapıb işləyirlər(3). Digər bir hissəsi isə aktiv iş axtarmaqdan əl çəkərək artıq könüllü işsizlər sırasına daxil olmuş olurlar (4)

İşçi qüvvəsinin ümumi həcmi (R) istənilən hər bir halda iki qrupdan ibarət olur: R=N+U . Üçüncü qrup (H) işçi qüvvəsi kütləsinə daxil olmur,çünki hazırki şərtlərlə o öz əməyini satmaq istəmir.

İşçi qüvvəsinin strukturu daim dəyişikliklərə uğrayır: hər anda müəyyən qrup əhali işdən azad olunur,digər bir qrup isə işə təyinat alır.Belə hərəkətin,yerdəyişməsinin intensivliyi bir çox səbəblərdən asılıdır, məsələn iqtisadi konyekturadan..Hətta xalq təsərrüfatında vəziyyət tam məşğulluq şəraitindəki şərtlərə uyğun olanda əməyin maksimal istehsalı real əmək haqqı stavkasına bərabərdir, şəkil 7.7 də 2 və 3 dalğalar kəsişmirlər.

İş yerlərini itirmişləri işləyənlərin ümumi sayı ilə nisbətdə V ilə müqayisə edək,işə düzəlmişləri isə g ilə işarə edək.V və g parametrləri doğum və ölüm faizləri , və ya böyük şəhərlərdə nəqliyyat qəzalarının orta kəmiyyəti ilə uyğundur.Misal kimi 1991-2000 –ci illər ərzində Almaniya Federativ Respublikası timsalında V və g əmsalları göstərilib.



Şəkil


Illər

İşləyənlər

İşləməyənlər

V %

İşdən Qovulanlar

İşə yeni qəbul edilənlər

g %

1991

38454

2145

6.31

3 660


3 713


1,73


1992

37 878


2 283


6,63


3 961


3 667


1,61


1993

37 365

2 864


8,20


4 549


4 061

1,42


1994

37 304


3 354


9,20


4 514


4 483


1.54

1995

37 382


3 393


9,30


4 655



4 522


1,33


1996

37 270


3 696


10,10


4 967



4 684


1,27


1997

37 208


4 078


11,00


4 926



4 823


1,18


1998

37 611


3 937


10,50


4 943


5 123


1.3

1999

38 081



3 719

9,90


4 835


5 030


1.35

2000

38 706


3 413


8,70


4 650


4 882


1.43

İşləyənlərin sayının iş qüvvəsinin 2 kateqoriyasının dalğaları arasında dəyişməsi N=gU –N formulu ilə müəyyən edilir.Tam məşğulluğa N=0 olduqda nail olmaq mümkün olacaq.Bu isə gU=N və ya gU=R-U olduqda mümkündür.(7.2) formulu ümumi işsizlərin sayını tam məşğulluq şəraitində müəyyən edir.(N=0) onların nisbətini bütün iş qüvvəsi kütləsindən çıxırıq.(7.3) formulu işsizliyin təbii səviyyəsini ümumi iş qüvvəsi ilə müqayisədə təyin edər.(7.1) vasitəsilə təbii işsizliyin səviyyəsini dəqiq müəyyən edək.

“Təbii işsizlik səviyyəsi” termini M.Fridmen tərəfindən işsizliyin səviyyəsini uzunmüddətli tarazlı dövrdə xarakterizə etmək üçün işsizlik səviyyəsidir,hansı ki,Valras sistemində ümumi tarazlıq nəzərə alınmamışdır.O əmək və əmtəəbazarında real strukturu,quruluşu əks etdirir,tələb və təklifin stoxastik dəyişkənliklərini,boş iş yerləri və onların mümkün potensialı haqqında informasiya xərcləri,iş qüvvəsinin hərəkəti və başqalarını açıq şəkildə nümayiş etdirir.

V və g parametrlərinin mahiyyətini izah edən faktorlar siyahısına ölkə vətəndaşlarının sosial-iqtisadi təhlükəsizliyi səviyyəsi (əmək haqqının minimal stavkası,işsizlik və yoxsulluğa görə dövlət yardımlarının miqdarı və s.),həmkarlar ittifaqlarının nüfuzu,əhalinin işləməyə meyli və s. göstərmək olar.Bu faktların hər biri dəyişkən olduğundan təbii işsizliyin səviyyəsi də zaman-zaman dəyişir.Təbii işsizliyin normasının dinamikası qərb ölkələrinin timsalında 7.3 cədvəlində göstərilmişdir.


Təbii işsizliyin səviyyəsi,%




Almaniya

İtaliya

İspaniya

ABŞ

1966-1975

1.2

5.9

2.9

5.2

1976-1985

4.9

8.9

11.6

7.5

1986-1995

7.1

11.3

20.1

6.3

Təbii işsizliyin inkişafı sadalanan amillərlə yanaşı faktiki işsizliyin dinamikası daha təsir edir.

Davamlı olaraq istehsalın eniş dövründə müşahidə edilən işsizliyin artması işsizliyin təbii səviyyəsini daha yüksək səviyyəyə çatması ilə başa çatır.Bu onunla izah olunur ki,bu müddət ərzində(yüksək işsizlik səviyyəsi)insan kvalifikasiyasının

enişi baş verir,bir növ insan kapitalı paslaşır.İşsizlər bu dövrdə əmək haqları səviyyəsinin sabit qalmasını istəyirlər,çünki belə olduqda əməyə tələb artacaq,lakin işsizlər əmək haqqının miqdarı barəsində danışıqlarda iştirak edə bilmirlər. İşləyənlər işə onda maraqlıdırlar ki,əməyə çoxalan tələb özü ilə birgə artan iş qüvvəsi deyil əmək məvaciblərinin artımını gətirsin.Bununla da onlar öz məqsədlərinə həmkarlar ittifaqları və sahibkarlar arasında gedən danışıqlarda nail ola biləcəklər.

Beveric Əyrisi.

Necə ki,işsiz şəxsə yeni iş yeri tapmağa bir müddət vaxt lazımdır,eləcə də sahib- kar əlində olan vakant yerləri doldurmaq üçün zamana ehtiyac var.Buna görə də təbii işsizlik şəraitində həmişə vakant iş yerləri olur.İşsizlərin sayı ilə boş yerlərin sayı arasında münasibət Beveric Əyrisi adlanır,hansı ki,ingilis iqtisadçısı Uilyam Beverecin adı ilə bağlıdır.Bu əyrinin standart vəziyyəti 7.8 cədvəlində göstərilib. Absis oxunda işsizliyin ümumi səviyyəsi (u)%,ordinat oxunda isə işləyənlər timsalında vakant yerlər göstərilib(v)%.Təbii ki,vakant yerlərin sayı çox olduqca işsizliyin səviyyəsi azalacaq və əksinə.Beveric Əyrisi azalan funksiya hesab olunur.



Çünki vakant yerlərin sayının artması işsizliyi yumşaldır.Lakin statistik müşahidələr bunun heç də həmişə belə olduğunu göstərmir.Növbəti cədvəldə MDB

Ölkələri (1995-2000)illərdə təsvir olunub.Belə anomal halı mütəxəssislər belə hesab edirlər ki, işə götürənlərlə iş axtaranlar arasında yeni anlaşılmamazlıqlar

yaranır.

Tam məşğulluq işsizliyin heç olmadığını nümayiş etdirmir.İqtisadçılar friksion və struktur işsizliyi qaçılmaz hesab edirlər.Təqribən tam məşğulluq 100% aşağı işsizlik hesab olunur.Dəqiq desək, tam məşğulluq səviyyəsində işsizlik friksion və struktur işsizlik arasında orta kəmiyyətə bərabərdir.Başqa sözlə desək,tam məşğulluğa tsiklik işsizlik səviyyəsi sıfra bərabər olanda nail olunur.Bu elə təbii işsizlik səviyyəsi deməkdir.

Tam məşğulluq və ya təbii işsizlik əmək bazarında balanslı şəkildə ,iş axtaranlarla boş yerlər arasında bərəbərlik olanda yaranır.Təbii işsizlik səviyyəsi özü-özlüyündə müsbət bir göstərici kimi xarakterizə olunur.Çünki,friksion işsizlərə müvafiq vakant iş yerləri tapmağa vaxt lazımdır,struktur işsizlərə isə kvalifikasiya qazanmağa və ya yeni iş yeri tapmaq üçün yeni mənzilə köçməyə müəyyən zaman tələb olunur.Əgər iş axtaranların sayı hazırda olan vakant iş yerlərinin sayından çoxdursa,belə hesab olunur ki,əmək bazarı balanslaşdırılmayıb.Bu şəraitdə tsiklik işsizlik müşahidə olunur.Digər tərəfdən iş qüvvəsinə çatışmamazlıq hiss edilərsə,(vakant iş yerlərinin sayı işsizlərin sayından çoxdursa) bu da müsbət qarşılanmır.Bu şəraitdə işsizliyin faktiki səviyyəsi özünün təbii səviyyəsindən aşağıdır.Əmək bazarında qeyri-adi gərgin vəziyyət isə inflyasiya ilə bağlıdır.

Nəticə


İşsizlik bazar iqtisadiyyatının xarakterik cəhətidir.Odur ki,tam işsizlik bazar iqtisadiyyatının inkişafı ilə həməhənglik təşkil etmir.Buna görə də işsizlik müəyyən bir çərçivəyə alınmalıdır.Bu çərçivə daxilində səmərəli artım təmin olunmalıdır və iqtisadi sabitlik vəziyyəti bu artıma uyğun olmalıdır.Belə bir ideal səviyyəyə uyğun gələn işsizlik artıq məlum olduğu kimi təbii işsizlikdir.Təbii işsizlik səviyyəsi anlayışının iki tərəfi var.Əvvəla,iqtisadiyyat həmişə təbii işsizlik səviyyəsində fəaliyyət göstərmir və öz istehsal potensialından tam istifadə edə bilmir.Digər tərəfdən isə işsizlik səviyyəsi əksər hallarda təbii işsizlik səviyyəsini üstələyir,təsadüfi hallarda işsizlik səviyyəsi təbii işsizlik səviyyəsindən aşağı ola bilər.Lakin təbii işsizlik səviyyəsi də daimi sabit deyil, o da dəyişir.Məsələn ,hər bir ölkənin daxili qanunları,adətləri ,iş qüvvəsinin demoqrafik tərkibi, o cümlədən qadınlar və gənclər təbii işsizliyə təsir edən amillərdir.Müasir şəraitdə ,xüsusilə bazar iqtisadiyyatına keçid şəraitini yaşayan ölkələrdə ,o cümlədən Azərbaycan Respublikasında işsizlik problemi getdikcə aktuallaşır.Bu da onunla əlaqədardır ki,ümumiyyətlə bazar iqtisadiyyatına keçid şəraitində istər-istəməz işsizlik yaranır.

Struktur dəyişikliklərlə əlaqədar olaraq obyektiv bir proses kimi istehsalınhəcmi aşağı düşür.İstehsalın aşağı enməsi işsizliyə səbəb olur və işçi qüvvəsinin yenidən bölüşdürülməsi problemi ortaya çıxır.Lakin gözlənilən hal həyata keçirilmir.İşçi qüvvəsinin ixtisar olunmasını hiss edən müəssisələr böhran şəraitində öz işçilərinin ixtisara düşməsini arzu etmirlər.Odur ki, uzunmüddətli inzibati məzuniyyətlərdən istifadə edilir.Məhz buna görə də keçid iqtisadiyyatı ölkələrində gizli işsizlik yaranmışdır.Məlum məsələdir ki,ixtisaslaşdırılmış işçilər belə müəssisələrdən gedirlər,bu da öz növbəsində ixtisaslaşdırılmış işçi qüvvəsinin azalmasına səbəb olur.Bu çox böyük problemdir.

Hər bir ictimai-iqtisadi formasiyada mövcüd əhali ilə onun ictimai istehsalda iştirakı dərəcəsi arasında müəyyən əlaqə vardır və məşğulluq həmişə müəyyən sosial-iqtisadi formada çıxış edir.O,ictimai istehsalda insanlar arasında cəmiyyətdə mövcüd olan iş yerləri üzərində münasibətləri əks etdirən iqtisadi,ümumtarixi bir kateqoriya olmaqla istehsal vasitələri üzərində mülkiyyət forması və hakim istehsal münasibətlərinin xarakteri ilə müəyyən olunur.Cəmiyyətin başlıca məhsuldar qüvvələrini təşkil etməklə əmək qabiliyyətli əhalinin tam və səmərəli məşğulluğunun təmin edilməsi bütün sivil ölkələrdə dövlətin qarşısında duran ən mühüm vəzifələrdən biri hesab edilir.

Istifadə olunmuş ədəbiyyatlar:

1.İqtisadi nəzəriyyə ( Dövlət İqtisad Universiteti)

2.İnsan potensialı:əsas meyllər,reallıqlar,problemlər ( Şahbaz Muradov)



3.Əhalinin səmərəli məşğulluğun təmin edilməsinin regional problemləri (Respublika elmi konfransının tezisləri)

4.İnternet


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə