Azərbaycan Respublikası Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti




Yüklə 174.64 Kb.
səhifə1/2
tarix24.04.2016
ölçüsü174.64 Kb.
  1   2


Azərbaycan Respublikası Təhsil Nazirliyi

Sumqayıt Dövlət Universiteti

Kafedra:Dünya iqtisadiyyatı

İxtisaslaşma:Dünya iqtisadiyyatı

İxtisasın şifri və adı:060501-Beynəlxalq İqtisadi Münasibətlər



Kurs işi


MÖVZU: Azərbaycanın xarici ticarətinin müasir vəziyyəti

Kurs: II


Qrup: 721

Magistr: Abdullayev E.Ə

Rəhbər: i.e.n. dos. Pənahəliyeva M.Ö
Sumqayıt 2013

MÜNDƏRİCAT


GİRİŞ

I Fəsil. Azərbaycanın ixrac və idxal siyasəti




1.1 Azərbaycanın xarici ticarət əlaqələrinin dinamikası, strukturu və coğrafiyası

1.2 Azərbaycanın ixrac siyasəti və onun əsas istiqamətləri

1.3 Azərbaycanın idxal siyasəti və onun əsas istiqamətləri






II Fəsil. Müasir dövrdə Azərbaycanın xarici ticarət əlaqələri və onların tənzimlənməsi xüsusiyyətləri.




2.1 Azərbaycanın xarici ticarətinin dinamikası, əmtəə və coğrafi strukturunun əsas xüsusiyyətləri.




2.2 Azərbaycanın xarici ticarət siyasətinin mahiyyəti və əsas prinsipləri.




2.3 Azərbaycanın xarici ticarət tənzimlənməsinin inkişaf istiqamətləri.




NƏTİCƏ




ƏDƏBİYYAT SİYAHISI





Giriş
Ticarət insan əməyi ilə bağlı iqtisadi fəaliyyətdir. Beynəlxalq ticarət fəaliyyəti əsasən ya müstəqil, ya da iri şirkətlərin tərkibində firma və s. təsərrüfat vahidləri səviyyəsində həyata keçirilir.Beynəlxalq praktikada firmanın istehlakçılarla iqtisadi münasibətləri məhz ticarət fəaliyyəti vasitəsilə reallaşdırır.Həmin münasibətlər xarici kontragentlər arasında baş verdikdə,bu tip fəaliyyət firmanın xarici iqtisadi fəaliyyəti kimi qiymətləndirilir və firmanın həm ixrac-idxal əməliyyatlarına, həm də istehsal və satış fəaliyyətinə yönəldilir.

Xarici ticarət geniş mənada ölkə hökümətinin istehsal amillərinin hərəkəti və istiqamətinə, ticarətin həcmi , strukturu və coğrafi yönümünə və s. müdaxilə məqsədi güdən tədbirlər kompleksi kimi başa düşülür.Bu yanaşmadan göründüyü kimi , bu halda söhbət təkcə gömrük siyasətindən deyil , eyni zamanda pul, valyuta və ümumiyyətlə maliyyə siyasətində əhatə olunduğundan gedir.

Dar mənada isə xarici ticarət siyasəti xarici ticarətlə investisiyaların məhdudlaşdırılması ,stimullaşdırıcı və tənzimlənməsi istiqamətində dialektik vəhdətə söykənir.

Azərbaycanın xarici ticarət siyasəti bütövlükdə ölkənin iqtisadi təhlükəsizlik sisteminin əsas tərkib hissələrindən biri olmaqla ilk növbədə milli rəqabət üstünlüklərinin formalaşması və inkişafına əsaslanmalıdır.

Respublikanın xarici ticarət əlaqələrinin tənzimlənməsi istiqamətində sistemliliyə nail olunmuş , ölkənin ÜTT-yə üzv olmaq istiqamətində bir çox maneələr dəf edilmiş, ölkənin milli mənafelərinin qorunması yönümündə qismən də olsa irəliləyiş müşahidə olunmuşdur.

Ümumdünya Ticarət Təşkilatı getdikcə genişlənməkdə və daha çox dövlətləri əhatə etməkdədir.Hal-hazırda ÜTT-nin tam səlahiyyətli üzvlərinin sayı 150-yə çatmışdır. Tədqiqatın materialları göstərir ki, bir sıra ziddiyyətli məqamlarına baxmayaraq tədqiqatçıların böyük əksəriyyəti ÜTT-yə üzvlüyün keçid iqtisadiyyatlı ölkələr üçün mühüm əhəmiyyət kəsb etməsində yekdildirlər. Söhbət ondan gedir ki , bu halda qarşılıqlı ticarət məhdudiyyətlərinin azalması, iqtisadiyyatın hüquqi tənzimlənməsinin təkmilləşdirilməsi , ölkənin investisiya reytinqinin yüksəlməsi gözlənilənlər sırasına daxil edilir. Eyni zamanda , yəni bununla bağlı olmayan digər problemlərin həllinə dolayısı ilə müsbət təsir göstərdiyi xüsusi olaraq vurğulanır



1.1 Azərbaycanın xarici ticarət əlaqələrinin dinamikası,strukturu və coğrafiyası.

Dünya ölkələrinin iqtisadi inkişaf tarixi göstərir ki, xarici ticarət siyasəti müxtəlif tarixi mərhələrdə fərqli məzmun daşımaqla , həmin dövrün konkret xüsusiyyətlərindən və bunların əsasında formalaşan situasiyadan asılı olmuşdur.

Qərb iqtisadçıları da xarici ticarət siyasətinin mahiyyətinə vahid mövqedən yanaşmamışlar. Belə ki, Q.Haberlerə görə ,xarici ticarət siyasəti hər hansı bir ölkənin bütövlükdə xarici iqtisadi əlaqələrini tənzimləyən tədbirlər sistemidir. C.Mid isə xarici ticarət siyasətini tədiyyə balansında əks olunan əməliyyatlara birbaşa nəzarət məqsədi daşıyan tədbirlər sistemi kimi səciyyələndirirdi.B.Belaxankinin verdiyi tərif isə sadəcə olaraq , xarici ticarət siyasətini idxal-ixrac tarifləri, miqdar məhdudiyyətləri və s. ilə xarakterizə olunur.

Tarixi materialların tədqiqi göstərir ki, xarici ticarət siyasəti sferasında ilkin konseptual baxışlar real bazar münasibətlərinin formalaşdığı və milli bazarın meydana çıxdığı dövrə təsadüf edir.Tarixi-xronoloji nöqteyi nəzərdən xarici ticarət siyasətinin baza konsepsiyalarını aşağıdakı kimi qruplaşdırmaq olar :

1.Merkantilzm

2.Azad ticarət siyasəti

3.Proteksionizm

Merkantilzm dövründə başlıca rol ticarət kapitalına məxsus olmuşdur və buna müvafiq surətdə də sərvətin sinonimi kimi pul vəsaitləri qəbul edilirdi. Xarici ticarət qiymətli metalların yığımına istiqamətlənməklə, dövlət nəzarəti və dövlət müdaxiləsi vasitəsilə idxalın məhdudlaşdırılması və ixracın genişləndirilməsi siyasətinə xidmət etməli idi. Əcnəbi mənşəli əmtəələrin daxili bazara girişində əsas məhdudlaşdırıcı vasitə idxal rüsumları olmuşdur. Eyni zamanda , müstəmləkərə idxal malları yalnız metropoliyadan daxil ola bilərdi. Onların fikrincə , bir ölkənin zənginliyi digərinin yaxşılaşması hesabına ola bilər. Xarici ticarətin merkantilist siyasəti belə hesab edirdi ki,milli mövqelərin möhkəmlənməsi üçün dövlət :

Müsbət ticarət balansını dəstəkləməli

Tariflər, kvotalar və ticarət siyasətinin digər vasitələrilə müsbət ticarət saldosuna malik olmaq üçün xarici ticarəti tənzimləməli

Xammal ixracını qadağan etməli və ya ciddi məhdudlaşdırmalı,ölkə daxilində hasil olunmayan və qızıl ehtiyatının toplanmasına imkan verən xammalın rüsumsuz idxalına icazə verməlidir və s.

Manufaktura istehsalına keçid və ümumiyyətlə, kapitalit istehsal münasibətlərinin formalaşması nəticəsində merkantilzm tədricən proteksionist siyasətlə əvəz olunmağa başladı və bununla da, xarici ticarət siyasətində konseptual bazanın keyfiyyətcə dəyişməsi prosesi start götürdü. Bele ki , artıq maksimum səviyyədə pul yığımı deyil , milli iqtisadiyyatda (gömrük rüsumları və qeyri-tarif vasitələrin köməyi ilə ) himayədarlıq siyasəti həyata keçirilməyə başlandı. Əmək məhsuldarlığının böyük surətlə artımı nəticəsində istehsalçı-istehlakçı yönümlü birbaşa əlaqələr qırılır , standartlaşdırılmış kütləvi istehsal məhsulları xarici bazarlara axmaqda idi. Belə bir şəraitdə proteksionist siyasət sonunc etibarilə iqtisadi inkişaf tempinin əhəmiyyətli dərəcədə azaldılmasına , normal biznes mühitinin təşəkkülünə mənfi təsir göstərirdi.Yığcam şəkildə qeyd etdiyimiz cəhətlər və ümumiyyətlə iqtisadi stuasiyanın mahiyyətində baş vermiş keyfiyyət dəyişiklikləri tam obyektiv olaraq xarici ticarət siyasətində yeni konseptual istiqaməti ortalığa çıxardı.Klassik iqtisadçılar-A.Smit və D.Rikardo tərəfindən “azad ticarət” nəzəriyyəsi formalaşdırıldı. Bu nəzəriyyədə əsas ideya ondan ibarətdir ki, istehsal xərcləri , yaxud onların ifadə etdikləri kimi,əmək məsrəfləri (A.Smitdə - mütləq üstünlüklər , D.Rikardoda müqayisəli üstünlüklər ) əsasında beynəlxalq əmək bölgüsündə aktiv iştirak edən ölkələr çox ucuz əldə edirlər. Azad ticarət modeli ideal məzmun daşıyır və bütövlükdə , xarici ticarət siyasətinin birmənalı olaraq yönəldilməsi istənilən başlıca məqsədlərdən biridir. Göstərilən sərfedici yanaşma əsasən , aşağıdakı səbəblərlə şərtlənir:

1)Proteksionist tədbirlərə əsaslanan effektivlik itkisindən yaxa qurtarmaq yalnız azad ticarət rejiminin tətbiqi ilə mümkündür.

2)Azad ticarət siyasəti , itehsal və istehlakın təhrif olunmuş stimullarını aradan qaldırmaqla bahəm , əlavə fayda əldə etməyə imkan verir.

3)Müasir qloballaşma şəraitində azad ticarət xarici ticarət siyasətinin ən optimal variantıdır.

Proteksionizm xarici ticarət siyasətini bir forması olmaq etibarı ilə öz təkamül prosesində üç mərhələdən keçmişdir:

1.”azad”rəqabət dövrü

2.İnhisar dövrü

3.Müasir dövr

Hal-hazırda proteksionizmin 4 növü mövcuddur:

1)Selektiv proteksionizm bu halda himayədarlıq məzmunu daşıyan ticarət siyasəti ya ayrıca götürülmüş bir ölkəyə , ya da bir məhsula istiqamətlənir.

2)Sahə proteksionizmi konkret bir sahənin , məsələn , kənd təsərrüfatı sferasının (aqrar proteksionizm )xarici rəqabətdən mühafizəsi.

3)Kollektiv proteksionizm iqtisadi inteqrasiya bloku , yaxud çoxtərəfli müqavilələr əsasında yaradılmış ölkələr birliyi tərəfindən üzv-olmayan ölkəyə istiqamətlənir

4)Gizli proteksionizm daxili iqtisadi siyasət metodlarından istifadə etməklə həyata keçirilir.Müasir xarici ticarət siyasəti əslində bütövlükdə beynəlxalq iqtisadi münasibətlər kompleksində baş verən proseslərin daxili məntiqinə uyğun şəkildə milli iqtisadi və siyasi amillərin qarşılıqlı təsirindən formalaşan mürəkkəb sistemdir.Dünya ölkələrinin təcrübəsi göstərir ki , dövlətin xarici ticarət sferasındakı fəaliyyəti üç aspektdə nəzərdən keçirilə bilər:

1)Dövlət xarici sferasını öz inhisarına alır. Məsələn , Xalq Komissarları sovetinin 25 aprel 1918-ci il tarixli sərəncamı ilə tətbiq edilən dövlət orqanları (47 xarici ticarət birliyi ) yerinə yetirirdi. Qeyd etmək lazımdırki , hal-hazırda xarici ticarət üzərində dövlət inhisarı çox sayda ölkələrdə - Şimali koreya , Kuba və s. qalmaqdadır.

2)Dövlət səhmlərin nəzarət paketinə ,yaxud böyük paya sahib olduğu firmalar vasitəsilə xarici ticarətdə iştirak edə bilər.

3)İxracatın stimullaşdırılması.

Hal-hazırda , dünya ölkələri tərəfindən həyata keçirilən xarici ticarət siyasətinin əsasında başlıca olaraq üç mövqe dayanır:

1)Xarici ticarət siyasətinin üfiqi modeli ;Bu model əsasən inkişaf etmiş ölkələr arsında həyata keçirilən qarşılıqlı ticarəti özündə əks edir.Onu çox vaxt xarici ticarətdə “Şimal-Şimal” istiqaməti də adlandırırlar.qeyd edilən modeldə dövlət ticarət axınlarına məqsədyönlü təsir göstərir.

2)Xarici ticarət siasətinin şaquli modeli; əksər iqtisadi ədəbiyyatlarda “Şimali-Cənub” istiqaməti kimi səciyyələndirilən bu model inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasıda qarşılıqlı ticarəti özündə əks etdirir.Əslində, bütövlükdə beynəlxalq əmək bölgüsünün modeli kimi təzahür edən qarşılıqlı ticari münasibətlər sistemi inkişaf etməkdə olan ölkələr dinamik tərəqqisi yolunda əngələ çevrilmişdir.Belə ki, bu model çərçivəsində inkişaf etməkdə olan ölkələr xammal və yarımfabrikatlar ixrac etməklə hazır sənaye məhsullarının idalına istinadla xarici ticarət münasibətlərini formalaşdırır.Yəni həmin ölkə qrupunun inkişaf etmiş ölkələrin xammal əlaqəsi statusuna çevrilməsi qaçılmazdır ki, bu da perspektiv planda ümummilli mənafelərin ödənilməsi prosesinə güclü əks təsir göstərəcəkdir.Eyni zamanda , sözü gedən modeldə ölkə qruplarının (əsas inkişaf etmiş ) kollektiv mənafeləri , müxtəlif səpkili inhisarçı biliklərin , maliyyə-ticarət və digər qruplaşmaların marağı ön plana çıxır. Başqa sözlə həmin münasibətlər sistemində uduzan , yalnız inkişaf etməkdə olan ölkələr olurlar.

3) Xarici ticarət siyasətinin konqlomerat modeli; Bu modeli çox vaxt xarici ticarət siyasətində “Cənub-Cənub” istiqaməti adlandırırlar.Əsasən inkişaf etməkdə olan ölkələri təcəssüm etdirən “Cənub-Cənub” istiqamətində həm üfiqi, həm də şaquli modellər , yaxud onların “sintezi” mövcud olur.

Müasir dünya təsərrüfatının qloballaşması prosesinə paralel olaraq beynəlxalq ticarət surətlə inkişaf etməkdədir. Bazar iqtisadiyyatına keçidin start vəziyyətinin sistemli şəkildə qiymətləndirilməsi və əldə olunan məntiqlərin inteqrasiyası göstərir ki , Şərqi avropa ölkələri ilə müqayisədə sabiq SSRİ respublikaları daha az əlverişli mövbqedə olmuşdur.Bu hər şeydən əvvəl onunla izah olunur ki , sözügedən ölkələr qrupunun , o cümlədən Azərbaycan respublikasının dünya bazarı ilə əlaqələri son dərəcə zəif və əhəmiyyətsiz formada təşəkkül tapmışdır.Ən böyük problemlərdən biri xarici ticarət sferasında hər bir təcrübənin , yaxud müəyyən zaman intervalı çərçivəsinidə formalaşmış ənənələrin yoxluğu , kadr kasadlığı və s. tipli məsələlərin qabarıq şəkildə ortalığa çıxmasında idi.

SSRİ-nin süqutu və sabiq müttəfiqlərin dövlət müstəqilliyi əldə etməsi nəticəsində qarşılıqlı ticarət əlaqələrinin kəskin tənəzzülü dövrü başladı. Qeyd edilən prosesin start götürməsi təkcə imperiyanın dağılması ilə əlaqələndirilə bilməz.Belə ki , qarşılıqlı ticarət bağlılığının qırılmasında əsas səbəblərdən biri “sosialist” bazarının spesifikası ilə bağlı idi.

Keçid dövrünün ilkin vaxtlarında mövcud və yaranmış problemlərin kəskinlik dərəcəsini azaltmaq üçün sözügedən ölkələr qrupu ixracın artımına nail olmağa çalışırdı və bu artım əsasən və başlıca olaraq onun fiziki həcminin yüksəldilməsi çərçivəsində həyata keçirilir, ixracın orta qiymətinin aşağı düşməsi və ölkənin ticarət şəraitinin pisləşməsinə fikir verilmirdi.



Keçid dövrünün ilkin vaxtlarında əksər postsosialist ölkələrində müşahidə olunan situasiya Azərbaycan Respublikasında da anolji məzmun daşıyırdı.Bu hal özünü xarici ticarət dövriyyəsinin kəskin şəkildə aşağı düşməsində, onun coğrafiyasının daralmasında daha aydın formada təzahür etdirirdi.Qeyd etmək lazımdır ki, yalnız makroiqtisadi sabitliyə nail olunduqdan sonra xarici ticarət əlaqələrinin dəyərcə həcminin artımı , onun coğrafiyasının genişləndirilməsi müşahidə olunur.

1.2 Azərbaycanın ixrac siyasəti və onun əsas istiqamətləri

Azərbaycann xarici ticarət siyasəti bütövlükdə ölkənin iqtisadi təhlükəsizlik sisteminin əsastərkib hissələrindən biri olmaqla ilk növbədə rəqabət üstünlüklərinin formalaşması və inkişafına əsaslanmalıdır.Keçid iqtisadiyyatlı ölkələrdə ixrac siyasəti özündə bunları əks etdirir:

1.İstehsal sahələrinin ixrac yönümlülüyünün təminatı.

2.İxracat yönümlü istehsalat sferaları üçün əlverişli şəraitin yaradılması.

3.Bu və ya digər sahələrin məqsədyönlülüyününqiymətləndirilməsi və idxalatda rəqabət apara bilməyən sahələrdə fəaliyyətin dayandırılması.

4.Gömrük mühaizəsi , maliyyə və fiskal istiqamətli stimullaşdırma.

İxrac-idxal siyasətində metodiki vasitələrin seçilməsi bir sıra amillərdən birbaşa asılılıqdadır.Onların inkar edilməsi yalnız mənfi cəhətlərə gətirib çıxara bilər.Belə ki, bu halda konkret mal ,onun istehsalında formalaşmış situasiya, həmin malın daxili bazarda və ixracatda payı;beynəlxalq əmək bökgüsü sistemində perspektivləri mütləq nəzərə alınmalıdır.

Xarici ticarət siyasətinin qeyri-tarif xarakterli maliyyə metodu dempinqlə bağlıdır.DEMPİNQ-ixrac mallarının normal qiymələrdən aşağı səviyyədə satışı deməkdir.Xarici bazarlarda dempinqdən istifadə imkanlarına yalnız o ölkə sahib ola bilər ki, əvvəla böyük ölkə olsun .yəni onun məcmu tələbində baş verən dəyişikliklər dünya qiymətlərinə təsir göstərsin; standartlaşdırılmış kütləvi istehsalı (hər hansı bir məhsul üzrə ) həyata keçirmək iqtidarında olsun; üçüncüsü , həmin məhsul növü üzrə xarici bazarlarda mal təklifinin formalaşdırılmasına təsir göstərə bilsin; dördüncüsü , sözügedən məmulatın orta və uzunmüddətli dövr ərzində istehsalını təmin edə bilsin və s.

Keçid iqtisadiyyatı şəraitində xarici ticarət siyasətinin real gerçəkliyə adekvatlılığının təminatında mühüm məsələlərdən biri də ixrac siyasətinin ümumiqtisadi inkişafın tələblərinə uyğunlaşdırılması problemidir.Belə ki , ixrac potensialının sabitqədəmli artımı gec ya tez investisiya siyasətinin həmin istiqamətdə təkmilləşdirilməsi zərurətini ortaya qoyacaqdır.Bu mənada ki, ixrac sferası investisiya suyasətinin prioritet istiqamətinə çevrilməklə ölkənin inkişaf səviyyəsindən asılı olmayaraq proteksionist tədbirlərə əl atmaq labüdlüyünü yaradacaqdır ki, bu da sonda beynəlxalq iqtisadi təşkilatlar , yaxud inkişaf etmiş ölkələr tərəfindən əks təsirlə qarşılaşacaqdır.Beləliklə də , investisiya rejiminin liberallaşma dərəcəsindən asılı olmayaraq ölkəyə xarici investisiyaların axın intensivliyi aşağı düşəcəkdir.
Keçid iqtisadiyyatı şəraitində ticarət siyasətilə iqtisadi inkişaf arasında bağlılığın məntiqi sxemi


Onu da qeyd edim ki , xarici ticarət siyasətində mühüm əhəmiyyət kəsb edən vasitələrdən biri – ixracın stimullaşdırılması keçid iqtisadiyyatlı ölkələrdə elə bir rol oynaya bilmir.Belə ki ,əvvəla bu ölkələr qrupuna ixracın stimullaşdırılması üçün zəruri olan iqtisadi və siyasi resurslar kifayət edici əviyyədə deyildir;

İkincisi,Ümumdünya ticarət təşkilatının normaları ixracın stimullaşdırılmasını rədd edir. Bu təşkilata üzv olmaq istəyən keçid iqtisadiyyatlı ölkələr , sözsüz ki , qeyd olunan halı mütləq nəzərə almalıdırlar.

Keçid dövrünün ilkin vaxtlarında mövcud və yaranmış problemlərin kəskinlik dərəcəsini azaltmaq üçün sözügedən ölkələr qrupu ixracın artımına çalışırdı və bu artım əsasən və başlıca olaraq onun fiziki həcminin yüksəldilməsi çərçivəsində həyata keçirilir,ixracın orta qiymətlərinin aşağı düşməsi və ölkənin ticarət şəraitinin pisləşməsinə fikir verilmirdi.Bu situasiya Azərbaycan respublikasında da analoji məzmun daşıyırdı.Yalnız makroiqtisadi sabitliyə nail olduqdan sonra xarici ticarət əlaqələrinin dəyərcə həcminin artımı , onun coğrafiyasının genişlənməsi müşahidə olunur.



2013-ci ilin 1-ci rübündə Respublikanın rezident və qeyri-rezidentləri xarici ölkələrə (MDB-dən başqa) 1235537,5 min ABŞ dolları dəyərində əmtəə (ümumi ixraca nisbətən 80,02%) çıxarmışlar, o cümlədən, 1229123,3 min ABŞ dolları dəyərində əmtəə sərbəst dönərli valyuta ilə (ixraca nisbətən 99,48%) və 6394,4 min ABŞ dolları dəyərində əmtəə digər sazişlər hesabına (ixraca nisbətən 0,52%) çıxarılmışdır. Respublikadan xarici ölkələrə (MDB-dən başqa) əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 92,28%); alüminium və alüminium məmulatları (2,75%); polimer materiallar və onlardan hazırlanan məmulatlar (1,75%); qara metallar (1,18%); üzvi kimyəvi birləşmələr (0,28%) ixrac edilmişdir. Respublikadan MDB ölkələrinə əsasən mineral yanacaq, neft və onların emal məhsulları, bitumlu minerallar (ixraca nisbətən 48,69%); heyvan və ya bitki mənşəli piylər və yağlar (9,68%); meyvə (5,69%); gəmilər, qayıqlar və digər üzən vasitələr (5,58%); qeyri-üzvi kimya məhsulları (4,58%) ixrac edilmişdir.


İxracda

    Ölkənin adı

Dəyəri (min ABŞ dol.)

Ümumi ixraca nisb.%-lə

ABŞ

272622,50

17,66

İsrail

174018,10

11,27

Rusiya

108371,24

7,02

İran

101292,17

6,56

Çili

97900,61

6,34

İtaliya

94544,01

6,12

Hindistan

94266,62

6,11

Türkiyə

88944,42

5,76

Yunanistan

86316,10

5,59

Gürcüstan

84674,07

5,48

Cədvəldən də göründüyü kimi , ixracda 2013-ci ilin 1-ci rübündə əsas yeri ABŞ tutur.İsrailin isə payı 11,27%-dir.Rusiya ,İran ,Çili ,İtaliya ,Hindistan ,Türkiyə ,Yunanıstan və Gürcüstan tutur.



Təhlillərdən də göründüyü kimi ,müasir dövrdə ölkənin xarici ticarətinin coğrafiyası getdikcə daha geniş ərazilərə əhatə edir.
1.3 Azərbaycanın idxal siyasəti və onun əsas istiqamətləri

Xarici ticarət əlaqələrinin inkişafı xarici bazara çıxışa şərait yaradır ki, bunsuz da respublika iqtisadiyyatının inkişafı sadəcə olaraq qeyri-mümkündür.Xarici ticarət idxal asılılığının yüksək səviyyədə olduğu və keçid dövrünün bir sıra spesifik problemlərinin mövcudluğu şəraitində getdikcə pisləşən həyat şəraitini qismən də olsa sabit saxlamağa imkan verir.Qloballaşma şəraitində elm və texnalogiya tutumlu məmulatların üstün mövqelərə keçməsi ilə əlaqədar olaraq rəqabət mübarizəsinin ifrat dərəcədə kəskinləşməsi xarici ticarət siyasətinin dinamikliyi və çevikliyinin obyektiv xarakter kəsb etməsinə səbəb olmuşdur.

Dünya ölkələrinin müvafiq təcrübəsinin sistemli təhlili göstərir ki , idxal tarifi ölkənin iqtisadi rifah dərəcəsini aşağı salır , istehsalçıların vergi yükünü artırır , ticarət müharibələrinə səbəb olur , məşğulluğun səviyyəsini azaldır və s. Maraqlıdır ki , idxal tarifi demək olar ki , əksər hallarda gəlirlərin istehlakçılardan rəqabət qabiliyyətli məhsul buraxa bilməyən yerli istehsalçılara və dövlət büdcəsinə doğru yenidən bölgüsünə səbəb olur.Dünya ölkələrinin əksəriyyətində idxalatın yalnız o hissəsi tam liberallaşdırılır ki ,onun bu və ya digər dərəcədə prioritet sektorlara aidiyyəti olsun. İdxal siyasətindədə ixrac siyasətində olduğu kimi əsasən investisiya ,rəqabət ,valyuta ,kredit ,gömrük və s. siyasətləri var.

Bəzi araşdırmaların nəticəsində beynəlxalq standartların tətbiqi sahəsində irəliləyişlər, statistic məlumatlar, sertifikatlaşdırma firmalarının Azərbaycanda fəaliyyətinin mövcud vəziyyəti, nöqsanlar, bu sahənin inkişafı üçün dövlətin, sertifikatlaşdırma firmalarının, standartı tətbiq edən müəssisələrin və ictimai təşkilatların görə biləcəkləri işlər, tövsiyə və təkliflər müəyyənləşdirilmişdir. Sorğunun nəticələri Azərbaycanda beynəlxalq sertifikatlaşdırmanın son illərdə sürətli inkişafının olduğunu müşahidə olunmuşdur. Belə ki, artıq yerli firmalar beynəlxalq standartların tətbiqini öz biznes strategiyalarının tərkib hissəsi kimi qəbul edirlər. Məhz bu səbəbdən son 4 il ərzində beynəlxalq menecment sistemi standartları tətbiq edən firmaların sayı xeyli artmışdır. Belə ki, 2003-cü ilə qədər beynəlxalq standart tətbiq edən firmaların sayı təxminən 5, 2003-cü ildə 30, 2004-də 42, 2005-ci ildə 85, 2006-cı ilin oktyabr ayına qədər 68 firma, ümumilikdə isə 230 firma beynəlxalq standart tətbiq etmişdir. Göstərilən statistik məlumatları qonşu ölkələrlə müqayisədə qənaətbəxş qəbul etmək olar. Lakin inkişaf etmiş və ÜTT-nin üzvü olan ölkələrlə müqayisədə bu rəqəmlər qənaətbəxş deyil. Bunun səbəbi isə bir çox obyektiv və subyektiv problemlərin mövcud olmağı və öz həllini tapmamağıdır. Azərbaycanda tətbiq olunan beynəlxalq standartların demək olar hamısı tanınmış menecment sistemi standartlarıdır. Lakin bu o qədər də yaxşı hal deyil. Çünki, menecment sistemi standartlarının tətbiqinin səbəbi müəssisələrin həmin standartların həqiqi üstünlüklərini dərk etmələri deyil, bu standartların digərləri tərəfindən tətbiqi və məşhur olmasıdır. Azərbaycanda fəaliyyət göstərən sertifikatlaşdırma firmalarının əksəriyyəti bu sahədə böyük təcrübəyə malikdir və dünyanın bir çox ölkələrində fəaliyyət göstərirlər. Baxmayaraq ki, bu firmalar arasında yerli firma yoxdur, onlarda çalışan mütəxəssislərin əksəriyyəti yerli mütəxəssislərdir və bu da ümumilikdə xeyli Azərbaycan vətəndaşının işlə təmin olunması deməkdir. hər bir sertifikatlaşdırma firması gəlir əldə etmək istəyir, lakin gəlir əldə etmək üçün vəsait xərcləmək istəmir. Bu isə sivil metodlar əvəzinə rəqiblərin bir birini qarşılıqlı ittiham etməklə müştəri cəlbi kimi praktikanın formalaşmasına gətirib çıxarır. Onlar bir məsələyə diqqət yetirməlidirlər ki, bazarda müştəri qıtlığı probleminin həlli yolu ayrı-ayrı sahibkarlarla görüş vasitəsilə deyil, makro səviyyədə reklam etməklə (televiziya, radio və s. vasitəsilə) və göstərdikləri xidmətin üstünlüklərini təbliğ etməklə bütün müəssisələrin sertifikatlaşdırmaya axınını təmin etmək lazımdır. Beynəlxalq standart tətbiq edən firmalarda əsas problemlərdən biri də standartların tələblərinə yetərincə əməl olunmaması və standartın effektivliyini düzgün qiymətləndirilməməsidir. Bunun da səbəbi yuxarıda qeyd olunan yanlış yanaşmalar və standartın tətbiqinin bəzən formal xarakter daşımasıdır. Müəssisələrdə standartlarının tətbiqinin genişləndirilməsində dövlətin də xüsusi rolu var. Yeri gəlmişkən qeyd edək ki, sertifikatlaşdırma firmalarının əksəriyyəti Azərbaycanda müvafiq sahədə mövcud olan qanunvericiliyin vəziyyətindən və müvafiq dövlət qurumunun fəaliyyətində narazı olduqlarını bildirmişlər. Müvafiq dövlət qurumu beynəlxalq

standartların tətbiqinin genişləndirilməsində bir çox işlər görə bilər ki, bu da ölkəmizin ÜTT-yə üzvlüyü üçün götürülmüş öhdəliyin tərkib hissəsi kimi qəbul edilməlidir. Azərbaycan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmaq ərəfəsindədir. Bu baxımdan ölkəmizdə mövcud olan standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi sistemi beynəlxalq təcrübəyə uyğunlaşdırılmalıdır. Uyğunlaşdırma yalnız ÜTT-yə üzvlük aspektindən deyil, ümumiyyətlə standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi sisteminin standartlaşdırma üzrə beynəlxalq (İSO, BEK) və regional təşkilatların tələblərinə uyğunlaşdırılmalıdır. ÜTT standartlarla bağlı iki yanaşmanın formalaşdırılmasını təklif edir. Birinci, mümkün olduğu qədər üzv ölkələr beynəlxalq standartların tətbiqini təmin etməlidir. Çünki, beynəlxalq standartların tətbiqi ticarətdə mövcud olan texniki maneələri daha çox aradan qaldırmaqla məhsul ixracını asanlaşdırır. İkinci, milli standartlar hazırlanarkən həm mövcud beynəlxalq

standartlara uyğun olmalı, həm də digər üzv ölkələr üçün diskriminasiya yaratmamalıdır. Eləcədə standartların işlənməsi üçün üzv ölkələr çox tərəfli sazişlərə qoşulmalı və standartların harmonizasiyasını təmin etməlidir. Uyğunluğun qiymətləndirilməsi nəticələrinin qarşılıqlı tanınması da ÜTT-nin əsas tələblərindəndir. Çünki, ticarətə maneə yaradan əsas vasitələrdən biri məhsulların idxal ixracı zamanı təkrar sınaqlara məruz qalmasıdır ki, bu da əlavə xərclərin yaranmasına səbəb olur. Bunu aradan qaldırmaq üçün üzv ölkələr uyğunluğun qiymətləndirilməsi nəticələrinin qarşılıqlı tanınması üzrə beynəlxalq və regional ikitərəfli və çoxtərəfli sazişlərə qoşulmalı və standartlaşdırma üzrə beynəlxalq təşkilatların tövsiyələrininəzərə almalıdır. Azərbaycanın standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi sistemi Sovet idarəetmə sisteminə məxsus struktura malikdir və bu istiqamətdə aparılan işlərin çoxu məcburi xarakter daşıyır. Odur ki, bu sistem yeniləşdirilərək beynəlxalq təcrübəyə uyğunlaşdırılmalıdır. Yeniləşmənin aparılması istiqamətində son illər ərzində xeyli irəliləyişlər əldə edilmişdir. Lakin görüləsi işlər də çoxdur. Qlobal İqtisadi Araşdırmalar Mərkəzi Azərbaycanda ÜTT-yə üzvlüklə və beynəlxalq sistemə inteqrasiya baxımından standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində əlavə olaraq aşağıdakı tədbirlərin də görülməsini təklif edir:

1. Azərbaycan Standartlar İnstitutunun yaradılması. İnstitut vasitəsilə ilk növbədə beynəlxalq standartların milli standart kimi qəbul olunması və ya onlar əsasında yeni standartların işlənməsi təmin olunmalıdır və bu instituta elmi tədqiqat institutu kimi yanaşılmamalıdır.

2. Məcburi standartların sayının azaldılması və köhnəlmiş standartların istifadədən

çıxarılması.

3. Milli standartların işlənməsi zamanı onların iqtisadiyyat üçün zəruriliyinin

qiymətləndirilməsi və bazarın maraqlarına xidmət edən standartların işlənməsi.

Standartlar işlənərkən ÜTT-nin digər üzv ölkələrinin, eləcədə həmin standartla əlaqəsi

olan yerli müəssisələrin standarta rəy verməsi təmin olunmalıdır.

4.İstehlakçılarla əlaqələrin gücləndirilməsi və istehlakçı sorğu mərkəzinin yaradılması.

Bununla istehlakçıların məhsullara, standartlara olan irad və təklifləri öyrənilərək

gələcək işlərdə nəzərə alına bilər.

5.Standartın tələblərinə nəzarət funksiyalarının bir orqanda cəmləşdirilməsi və nəzarətin

şəffaflığının təmin olunması üçün qanunvericilik bazasının təkmilləşdirilməsi,

6.Beynəlxalq standartlar üzrə biliklərə malik yeni mütəxəssislərin hazırlanması və onların

xarici ölkələrdə təcrübədən keçməsinin təmin olunması.

7.Standartlara dair Sorğu-məlumat mərkəzlərinin yaradılması yolu ilə istər digər ölkələr

tərəfindən, istərsə də ölkəmizin müəssisələri və istehlakçıları tərəfindən yeni

informasiyaların əldə olunmasının asanlaşdırılması.

8.Milli Standartlaşdırma Strategiyasının işlənməsi və icrası.

9.Konfransların, seminarların və digər tədbirlərin təşkil edilməsi, eləcədə jurnalların,

qəzetlərin çap edilməsi yolu ilə ictimai məlumatlılığın artırılması.

10.Məhsul standartları ilə yanaşı turizm, konsaltinq, bank və sığorta işi, təmir və s. xidmət

sahələrinə, eləcədə menecment sistemlərinə aid də milli standartların hazırlanması və könüllü əsasda tətbiq edilməsi və s.

  1   2


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə