Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası




Yüklə 13.31 Kb.
tarix24.04.2016
ölçüsü13.31 Kb.
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası

Mövzu: Ailə hüququnun məqsədi

BAKI 2012

Ailə hüququnun əsas və başlıca məqsədi ailəni möhləmləndirməkdən ibarətdir.Bundan əlavə ,ailə hüquqlarının maneəsiz olaraq həyata keçirilməsini və müdafiəsini təmin etmək də ailə hüququnun məqsədini təşkil edir.

Ailə hüququ nikahın hüquqi əsaslarına tənzimləyən,ərlə-arvad ,valideynlərə uşaqlar,övladlığa götürənlərlə övladlığa götürülənlər və ailəni digər üzvüləri arasında şəxsi və əmlak münasibətlərini tənzimləyən Azərbaycan Respubliaksının hüquqi sahəsidir.

Azərbaycan Respubliaksının ailə qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından,Ailə Məcəlləsindən,bu məcəlləyə uyğun olaraq qəbul edilmiş digər müvafiq qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrədən ibarətdir.Ailə hüququnun mənbəyinin əsasını və bazasını Azərbaycan Respublikası Konstitusiyası təşkil edir.Konstitusiya vətəndaşların nikah hüququnu təsbit edir və ailə hüququ üçün mühüm əhəmiyyətə malik olan bir sıra normalar müəyyənləşdirir.


Ailə Məcəlləsi Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulan əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına uyğun olaraq ailə münasibətlərinin yaranmasının və möhkəmlənməsinin,onlara xitam verilməsinin prinsiplərini,ailə münasibətləri iştirakçılarının hüquq və vəzufələrini ,dövlət orqanlarının bu sahədə vəzifələrini,habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması qaydalarını tənzimləyən normaları müəyyən edir.

Nikah ailənin əsasıdır.Nikaha daxil olmaq insan həyatında baş verən ən vacib və əlamətdar hadisələrdən biridir.Ər-arvadın,habelə onların gələcək uşaqlarının xoşbəxt həyatı məhz nikah məsələsindən asılıdır.Möhkəm və məhəbbətə əsaslanan nikah ər-arvadın birlikdə uzun ömür sürmələrini,onların firavan və mehriban yaşamalarını təmin edir.

Kişi ilə qadını ailə qurması nikahın əsas məqsədini təşkil edir.Ailə möhkəm olmalıdır.Ailə Məcəlləsinin müəyyənləşdirdiyi nikahın bağlanma şərtləri də məhz möhkəm ailə qurulmasına yönəlir.Nikahın dövlət qeydiyyatı qadınla kişi arasında münasibətlərin stabilliyinin,ər-arvadın,onların uşaqlarının hüquq və maraqlarının,həmçinin dövlət mənafeyi və ictimai mənafeyin qorunmasının təmin edilməsi məqsədilə müəyyən edilmişdir.

Ailə Məcəlləsinə əsasən ,nikaha daxil olan şəxslərin tibbi müayinəsi,habelə tibbi-genetik,tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi onların razılığı ilə yaşayış yerindəki dövlət və bələdiyyə tibb müəssisələrində pulsuz həyata keçirilir.Nikaha daxil olan şəxslərin tibbi müayinəsinin nəticələri həkim sirridir.Nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyin və insanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə,digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər.

Ailə hüququ elmində ailə(hüquqi mənada)nikahdan,qohumluqdan,övladlığa götürmə və uşaqların tərbiyəyə götürülməsinin digər formalarından irəli gələn qarşılıqlı hüquq və vəzifələrlə bağlı şəxslər dairəsi kimi müəyyən edilir.

Ailə hüququnda hüquq və vəzifələr yalnız aşağıdakı ailə üzvləri arasında yaranır:ərlə arvad,valideynlərlə uşaqlar,qardaşlarla bacılar,baba(nənə) ilə nəvələr,ögey ata(ana) ilə ögey oğullar(qızlar),habelə uşaqları tərbiyə etmək üçün götürülmüş şəxslərlə(övladlığa götürənlərlə,qəyyumlarka,himayədarlarla,faktiki tərbiyəçilərlə) onların ailəsinə təbiyə olunmaq üçün götürülmüş uşaqlar arasında.Ailə üzvlərinin hüquq və vəzifələri Ailə Məcəlləsində göstərilən şərtlərdə yaranır və bir qayda olaraq(digər hüquq sahələrindən-mənzil hüququndan,sosial təminat hüququndan və.s.fərqli olaraq),birgə yaxud başqasının hesabına yaşamaqdan asılı deyil.



Ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zəruriyyətindən,ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından,ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən,ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən,onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanından irəli gəlir.Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə