Azərbaycan neft emalı müəsisələrinin perspektiv inkişaf istiqamətləri




Yüklə 270.69 Kb.
tarix10.04.2016
ölçüsü270.69 Kb.
Azərbaycan neft emalı müəsisələrinin

perspektiv inkişaf istiqamətləri.

1.Azərbaycan neft emalı sənayesinin iqtisadi göstəricilərinin

şərhi............................................................................................. 5

2.Azərbaycan neft emalı sənayesinin digər ölkələrin NEZ-ləri

ilə müqaisəsi............................................................................... 13

3. Neft emalı müəsisələrinin perspektiv istiqamətləri və onların

inkişaf etdirilməsi yolları............................................................. 17

Azərbaycan neft emalı sənayesinin iqtisadi

göstəricilərinin şərhi (2004-2006-cı illər).

Azerbaycan neft emalı sənayesinin inkişaf perspektivlərini müəyyən etmək üçün ilk növbədə ayrı-ayrı müəsisələrin istehsal-təsərrüfat fəaliyyətini müxtəlif təhlil metodlarının köməyilə qiymətləndirərək, ehtiyat imkanları aşkar etmək lazımdır. Başqa sözlə müəsisələrin mövcud texniki-iqtisadi potensiallarını qiymətləndirmədən perspektiv xarakterli konkret təklif formalaşdırmaq mümkün deyildir. Ölkəmizdə fəaliyyət göstərən neft emalı müəsisələrinin spesifik xüsusiyyətlərini, çoxçeşidli məhsul istesalını, müxtəlif maddi-texniki təhcizat mənbələrini nəzərə alaraq fəaliyyətini ayrılıqda qiymətləndirmək daha düzgün olardı.
ARDNŞ-nin tərkibində 2 neft emalı zavdou fəaliyyət göstərir: Heydər Əliyev adına BNEZ və “Azərneftyağ” NEZ. İki zavodun ümumi ishtesal gücü 20 mln ton xam neft təşkil edir.(7)

2006-cı ildə ARDNŞ-nin neft emalı zavodları 7450.7min ton neft emal etmişdir. Bu da 2005-ci ilə nisbətən 0.8% və ya 58.4 min ton çoxdur. Şirkət üzrə 1223.8 mln manat dəyərində (zavodlar arası dövriyyə çıxılmadan) əmtəəlik məhsul istehsal edilmişdir.



Heydər Əliyev adına BNEZ. Heydər Əliyev adına BNEZ-in yarandığı tarix 20-ci əsrin 40-cı illərinin sonlarına təsadüf edir. Yarım əsrdən çox bir müddət ərzində BNEZ-də 280 mln tondan çox neft emal edilmişdir. Hazırda neftin 24 çeşidindən 21-i BNEZ-də emal olunur ki, bunlardan da öz növbəsində 15 adda neft məhsulu o, cümlədən avtobenzin, kerosin, dizel, mazut, neft koksu və s istehsal olunur.

Cədvəl 1. BNEZ-də iqtisadi göstəricilər.




Neft məhsullarının

adları


Ölçü

va-


hidi


2006-cı il

2005-ci

il


Artım(2005-ə nisbətən)

tonla

%-lə

Fakt

Fərq

Fakt







Cəmi neft emalı

Min

ton


4871.7

141.7

4559

312.7

6.4

Nefti qəbulu

-:-

4280.2













Avtobenzin (cəmi)

-:-

1042.3




906.2







Dizel yanacağı

“-“

1184.4




1087.4







Soba mazutu

(əmtəəlik)



-:-

1045.2




986.9

58.3

5.9

Maye qaz

-:-

148




132.7

15.3

11.5

Neft koksu

-:-

67.2




11.6

55.6

82.7

Açıq rəngli məhsullar

-:-

2596




2310.4

285.6

11

Təkrar emala verilən mazut

-:-

593.4

0

636.2

-42.8

-6.7

Əmtəəlık məhsul

Mln

man


748.5

36

491

257.5

34.4

Əmtəəlık məhsu-

lun maya dəyərı



mln

man


341.2

-9.5

311


30.2

8.8

1 man əmtəəlik

məhsula düş xərc



Man

0.46

-0.03

0.63

-0.17

-27

Mənfəət


















Heydər Əliyev adına BNEZ-in hesabat materialı (2006-cı ilə) (1).

Zavodda istehsal olunan əmtəəlik məhsulun miqdarı illər üzrə artmağa başlamışdır. Bu bir tərəfdən alınan yarımfabrikatların səmərəli istifadəsi digər tərəfdən isə emal dərinliyinin artırılması ilə bağlıdır. 2006-cı ildə əmtəəlik məhsulun maya dəyəri 341.2 mln manat olmuşdur. 1manatlıq əmtəəyə düşən xərclər 0.46 manat, yəni proqnoz göstəricisinə nisbətən 0.03 manat az təşkil etmişdir. Maya dəyərinin tərkibində kənardan alınan yarımfabrikatların da payı az deyil.Təkcə “Azərneftyağ” NEZ-dən 593.4min ton təkrar emala verilmək üçün soba mazutu, 71.3 min ton ilkin emal benzini gətirilmişdir. Gətrilmiş yarımfabrikatlar zavodun qurğularının faydalı iş əmsalını artırmış, səmərəli istifadə nəticəsində 129.6minton yüksək oktanlı avtomobil benzini, 33.0 min ton dizel yanacağı, 29.0 min ton maye qaz, 319.6 min ton soba mazutu istehsal edilmişdir. Bundan əlavə yarımfabrikatların açıq rəngli neft məhsulu istehsalına sərfi proqnoza nisbətən 2.1% və ya 0.04 ton azalmışdır. 2005-ci ilə nisbətən maya dəyəri 9.5 mln manat aşağı düşmüşdür. Bu təkcə xammal və yarımfabrikatlardan səmərəli istifadə və əmtəəlık məhsulun artırılması istiqamətində görülən tədbirlərlə deyil, həm də itkilərin qarşısının nisbətən alınması və enerji xərcləri ilə bağlıdır (8).

Belə ki əvvəlki illərə nisbətən 2006-cı ildə yanacaq və enrji ehtiyyatlarının hər növü üzrə qənaətə nail olunmuşdur. BNEZ-də istehsal olunmuş istilik enerjisinin 88.3%-i qurğuların utilizator qazanlarında istehsal olunmuş aşağı qiymətli su buxarıdır. Hesablamalar göstərir ki, bütün enerji resurslarının emal edilmiş neftə sərfi 2006-cı ildə proqnoza nisbətən 0.03 tyş və ya 1.9% azalmışdır.

Cədvəl 1-dən göründüyü kimi 2006-cı ildə əksər məhsulların istehsalı üzrə irəlləyişə nail olunmuşdur. Neftin qəbulu ilə emalı arasındakı fərq bir sıra itkilərlə və açıq rəngli neft məhsullarının istehsalında isütifadə olunan xam neftlə əlaqədardır. Keçən illərə nisbətən təkrar istehsala verilən soba mazutunun miqdarının azalması zavodun daxili enerji ehtiyyatı kimi istifadə olunması ilə bağlıdır. Bununla belə maye qaz istesalında 11.7%, neft koksunda 82.7%, açıq rəngli neft məhsullarında 11% artım müşahidə olunmuşdur (1).

İşçi heyyəti 2800 nəfərdən çox olan zavodda neftin ilkin emalı üzrə ELOU-AVT-6 (gücü ildə 6mln ton ), katalitik riforminq, tədrici kokslaşdırma, katalitik krekinq texnoloji gücləri fəaliyyət göstərir. Zavodun nəzdində Mədəniyyət evi ,Nabran sağlamlıq zonası, 448 nəfərlik 2 ailəvi yataqxana fəaliyyət göstərir. BNEZ-in balansında pirşağı istirahət evində və Mərdəkan uşaq düşərgəsində 500-dən artıq qaçqın saxlayır.

Son illərdə zavodda aparılan bir sıra yeniliklərin tətbiqi artıq yaxın vaxtlarda “TS-1”markalı aviasiya kerosini istehsalı, aviasiya yanacaqları üzrə dünya standartlarına cavab verən “YET A-1” markalı kerosin istehsalı üçün yenidən təhciz etməyə bu isə perspektivdə Heydər Əliyev Beynəlxalq Aeroportunu Qərb-Şərq transregional yanacaqdoldurma və əlavəetmə mərkəzinə çevirəcəkdir.

“Azərneftyağ” NEZ.

Zavodun əsası 1879-cu ildə Şibayev və Nobel qardaşlarının “Yoldaşlıq” firması tərəfindən qoyulmuşdur. 1981-ci ildə Heydər Əliyevin şəxsi təşəbbüsü ilə “Azərneftyağ” zavodunun neftin ilkin emalı üzrə ELOU-AVT-6 kompleksi istifadəyə verilmişdir.(gücü ildə 6mln ton)

1994-95-ci illərdə ABŞ-ın “PETROFAKS” və Koreyanın “Lani injirinq” şirkəti zavod ərazisində 2 ədəd ELOU-AVT-2 texnoloji qurğularını tikərək, zavodun pasport gücünü ildə 10 mln tona çatdırmışlar. Bu qurğularda açıq rəngli neft məhsulları, yağ distilyatları, mazut və qudron alırlar. Yağ distilyatları zavodun yağ blokunda texnoloji prosesdən keçirilir və müxtəlif çeşidli sürtgü yağları alınır. Qudron bitum istehsal edən “BİTUROKS” qurğusuna ötrülür (gücü ildə 250 min ton) və hazır məhsul kimi yol və tikinti bitumu buraxılır.(9)

Xammalın və hazır məhsulların saxlanması üçün iri çənlər parkı zavodun ərazisində yerləşdirlmişdir. İstismarda olan müxtəlif həcmli 440 ədəd metal çənlərin və digər tutumların yerləşmə gücü 750 min tondan çoxdur. Məhsullar xüsusi estakadalarda yüklənilir və daşınması avtomobil, dəmiryol, gəmi tankerləri və boru nəqliyyatı vasitəsilə həyata keçrilir. Texnoloji sxemdəki bütün proseslər avtomatlaşdırılmış cihazlar və kompüterlərlə təhciz olunmuşdur.

Cədvəl 2-dən göründüyü kimi zavod 2006-cı ildə 550 min tondan çox müxtəlif çeşidli neft məhsulu 475.3 min ton əmtəəlik məhsul istehsal edərək, ili 475.8 mln manat mənfəətlə başa vurmuşdur ki, bu da ötən ilə nisbətən 2.5 dəfə çoxdur. Əmtəəlık məhsulun maya dəyəri 2005-ci ildə 235.5 mln manat olmuşdursa bu göstərici 2006-cı ildə 475 mln manata qalxmışdır. Buna səbəb maya dəyərinin əsas tərkib hissəsi olan neft xammalının qiymətinin dəyişməsi və 2006-cı ildə buraxılan məhsulun qurluşunun dəyişməsidir. Cədvələ baxsaq görərik ki, bəzi məhsulların istehsalı faktik olaraq dayandırılmış bəzillərində isə yalnız ötən illərdə anbarda qalan əmtəəlik məhsullar satışa çıxarılmışdır. Əvəzində isə bəzi məhsulların (motor yağları, sürtgü yağları, neft bitumu kimi ) istehsalı artırılmışdır. Bu və digər səbəbdən 1 manatlıq məhsul istehsalına çəkilən xərclərin təxminən 7 dəfəyə yaxın artmasına baxmayaraq məhsulun buraxılışının qurluşunun dəyişməsi və buna uyğun olaraq məhsulun satış qiymətinin artması 2006-cı ili ötən ilə nisbətən təxminən 1.4 dəfə çox mənfəətlə başa vurmağa imkan vermişdir. Sösüz ki burada kənardan alınan yarımfabrikatların və enerji xərclərinin rolu az deyil. Faktik olaraq 2006-cı ildə

zavodda xammal və yarımfabrikatların açıq rəngli məhsul istehsalına sərfi proqnoza nisbətən 2.3% azalmışdır. Bu azalma özünü enerji ehtiyyatlarından istifadə sahəsində də göstəərmişdir. Ötən il BNEZ kimi “Azərneftyağ” zavodu da ili enerji ehtiyyatlarından qənaətlə başa vurmuşdur. Bu xüsusilə özünü istilik enejisi sahəsində göstərmişdir. Bu da BNEZ-in istehsal gücünü artırmaq məqsədilə mazutun bir hissəsinin təkrar emal üçün göndərilməsinə imkan vermişdir. Cədvəldən görünüyü kimi təkcə mazut deyil istehsal olunan ilkin emal benzinin də bir hissəsi Heydər Əliyev adına BNEZ-ə və sair müəsisələrə göndərilmişdir.

“Azərneftyağ” NEZ-nin pasport gücü ildə 10 mln ton neft emal etməyə imkan versə də göründüyü kimi bu son 5 ildə 3-4 mln ton arasında dəyişir. Hal hazırda neft emalı müəsisələrində xammal çatışmamazlığı günün ən aktual problemlərindən biridir. Əgər net emalı məhsullarının keyfiyyəti yüksəldilərək dünya bazarında satışı təmin olunsa bəlkə bu problem də aradan qalxar. Bu və digər məsələlərin həlli baxımından qəbul edilmiş “Azərbaycan respublikası yanacaq-enerji kompleksinin (2005-2015-ci illərdə) inkişafı proqramı” mühüm əhəmiyyət kəsb edir.

Yaxın perspektivdə zavodda bir neçə layihənin reallaşdırılması gözlənilir.

Bunlardan biri “Azərneftyağ” NEZ-də dizel və reaktiv yanacaqların qələvi ilə təmizlənməsi, eləcə də distilə olunmuş naften turşularının alınması prosesinin “fiber-film” texnologiyası əsasında yenidən qurulmasıdır. Digər bir layihə isə dünya standartlarına cavab verən sürtgü yağlarının istehsalı ilə bağlıdır. Bir neçə qurğudan ibarət olacaq yağ istehsalı kompleksinin inşası üçün “SHELL” şirkəti ilə danışıqlar davam etdirilir.

“Azərneftyağ” NEZ-in texniki - iqtisadi göstəriciləri. (2005-2006 cı illər üzrə).




Neft məhsullarının adları

Ölçü

Vahidi


2006-cı il

Plan yerinə

yetril.


%-lə

2005- ci il

Artım

Fakt

Fərq

Fakt

Fərq

Tonla

%-lə

Neftin qəbulu

Min ton

3205.6

634

124.7

3453

69.66

-247.36

92.8

Neftin emalı

“-“

3171.93

600.35

123.3

3469.2

85.9

-297.27

91.4

Mazut M-40

“-“

1186.32

135.11

112.9

1434.7

40.37

-248.35

82.7


Cəmi ilkin emal benzini

“-“

34.418

82.118

131.3

356.55

12.05

-12.033

96.6

“Etilen poletilen zavoduna”

“-“

243.25

43.849

122

246.99

-3.01

-3.738

98.5

Heydər Əliyev adına BNEZ-ə

“-“

71.304

8.304

113.2

95.573

1.073

-24.269

74.6

Sair müəsisələrə

“-“

29.965

29.965




13.991

13.99

15.975

214.2

TC-1 reaktiv mühərrik yanacağı

“-“

278.63

51.328

122.6

227.39

-11.21

51.237

122.5

KO-20 kerosini

“-“

43.902

13.902

146.3

117.071

17.07

-73.169

37.5

Dizel yanacağı PO.0-62

“-“

910.738

169.74

122.9

1011.21

36.708

-100.47

40.1

Açıq rəngli məhsullar

“-“

1577.79

317.09

125.2

1712.22

54.621

-134.44

92.1

Çıxım faizi

%

49.7

0.7

101.5

49.4

0.4

0.4

100.8

Sürtgü yağları

Min ton

-

-

-

-

-

-

-

Cəmi motor yağları

“-“

1.8244

-1.175

60.8

-3.0439

-7.044

4.8683

-59.9

M-12B6 “-“

“-“

3.252

0.752

130.1

1.878

-2.122

1.374

173.1

M-8VB1”-“

“-“

-142.8

-1.928

-286

-465.8

-465.5

323.0

30.7

M-14B2”-“

“-“

0

0

-

257.3

-657.3

257.3

0

Cəmi sənaye yağları

“-“

43.0659

24.266

229.1

23.2076

-5.392

19.858

085.6

İ-8V “-“ “-“

“-“

0

0




0

0

0




İ-8A”-“ “-“

“-“

20.1133

14.113

335.2

12.705

-0.995

7.4081

158.3

İ-12A”-“ “-“

“-“

0

0

-

257.3

-657.3

257.3

0

Sürtgülərin ist-si üç. 20 distilyat yağı

“-“

9.1925

7.893

707.1

1.2315

-1.268

7.961

746.4



İ-4A “-“ “-“

“-“

13.76

2.260

119.7

10.018

-1.982

3.742

137.3

İ-30V”-“ “-“

“-“

0

0

-

-4.904

4.944

4.904

0

Cəmi turbin yağları

“-“

4.2897

2.79

286.0

2.2965

6.965

1.9932

186.8

T 30 “-“

“-“

0.7949

0.2949

0.159

0.483

-0.116

0.3115

164.4

T-1500 transfamator yağı

“-“

2.923.1

0.9231

146.2

-0.8141

-4.814

3.7372

-359

BM-4 yağı

“-“

0.4685

0.0685

0.117

0.5596

0.1596

-0.0911

83.7

AK-15 avtotraktor yağı

“-“

14.065

7.265

260.8

9.5486

-0.451

4.5164

147.3

K19 kompressor yağı

“-“

0.7944

0.2944

158.9

0.394

-0.806

0.4004

201.6

Silindir 11 yağı

“-“

8.203

7.203

0

4.670

4.470

3.533

175.7

Cəmi sürtgü yağı

“-“

75.634

41.634

0.223

36.818

-13.181

38.816

205.4

Cəmi Bitumlar

“-“

161.945

58.449

156

128.34

26.338

33.607

126.2

Neft bitumu BHB 60/70

“-“

161.684

591.85

158

127.85

26.854

33.831

126.5

Qudron

“-“

3.285

3.285




2.0324

2.0324

1.2526

161.6

Neft bitumu BHB 70/30

“-“

0.26

-0.74

26

0.484

-0.516

0.2242

53.7


Qələvi tullantısı

“-“

2.4352

2.4352




2.44

2.44

-0.0047

99.8

Orta.döv və az dövr.müh DT motor yağı (OKP 0252210101

“-“

70.015

27.315

164

60.046

0.046

9.968

111.6

Əmtəəlik məh



Min man

475.26

92.6

124.2

335.14

42.208

140.119

141.8

Əmtəəlik məh-un maya dəyəri

Mln man

475.3

36.8




235.5










1 man-lıq əmtəlik məh-a düşən xərc

Man

0.47

-0.03




0.7










Mənfəət

Mln man

475.85

282.85

2.5 dəfə

327.156

257.156

148.693

145.5

* “Azərneftyağ”NEZ-ın 2006-cı il hesabatı.

( 1)
Emal zavodlarında istehsal olunmuş neft məhsullarının 2993 min tonu və ya 39.2%-i xarici ölkələrə ixrac olunub. 2005-ci ildə bu göstərici müvafiq olaraq 2237 min ton və ya 32.6% olmuşdur. 2006-cı ildə ötən ilə nisbətən neft məhsullarının ixracı 756 min ton olmuşdur.Bundan əlavə açıq rəngli neft məhsullarının 70%-dən çoxu bu gün xaricə o cümlədən İran, İspaniya, İsrail, Rusiya və Gürcüstan kimi ölkələrə ixrac edilir.

Azərbaycan neft məhsullarının ixracı (2004-2006-cı illər).



Məhsullar (min ton)

2004

2005

2006

Avtomobil benzini

389

323

334

Mazut yanacağı

338

392

925

Dizel yanacağı

1140

1407

1415

Ağ neft

323

202

212

Neft bitumu

21

32

18

Azərbaycan dövlət statistika komitəsi (2).

Azərbaycan neft emalı sənayesinin digər ölkələrin

NEZ-ləri ilə müqaisəsi.

Dünya üzrə neft emalı zavodlarının ümumi sayı 800 –dən çoxdur. Lakin bunların cəmi 152 ədədi xam neft ixrac edən ölkələrin payına düşür. Digər ölkələr isə neft emalı zavodlarını idxal olunan neft hesabına fəaliyyət göstərməsinə baxmayaraq, Qərbi Avropa, Şimali Amerika və Uzaq Şərq ölkələrində nəinki emal olunan məhsulun keyfiyyəti, həm də həcmi çox yüksəkdir. Lakin qeyd etmək lazımdır ki, bir sıra inkişaf etmiş belə ölkələrin daxili resurs ehtiyyatları olmasa da, bu onlara öz sənayelərini inkişaf etdirməyə mane olmur. Buna görə də xarici ölkələrdə NEZ-larının respublikamızın neft emalı sənayesi ilə müqaisəli öyrənilməsi vacibdir. Neft emalı sənayesinin inkişafı üçün əsas istiqamətlərdən biri neftin emal dərinliyinin artırılmasıdır. Dünya neft emalı zavodlarında neftin emal dərinliyi 80-85%-dən yuxarıdır. Azərbaycanda isə bu göstərici orta hesabla 57-62% təşkil edir. Emal dərinliyini 75% -ə çatdırdıqda bir ton neft məhsuluna xam neftin sərfi 1.5 dəfə azalır. Tədqiqatlar göstərir ki, Azərbaycanda neft qalıqlarının hesabına neftin emal dərinliyinin 1% artırılması 500 min ton neftə ekvivalentdir. Deməli əgər neftin emal dərinliyinin 4-5% yüksəldilsə respublikamızın illik neftə olan tələbatını ödəmək mümkündür. Bir sıra dünya ölkələrində texniki və texnoloji səviyyənin müxtəlifliyi ilə əlaqədar olaraq neftin emal dərinliyi də müxtəlifdir. Müqaisə üçün MDB məkanında yerləşən ölkələrin NEZ-lərində emal dərinliyi aşğıdakı cədvəldə verilmişdir.

MDB ölkələrində NEZ-lər.

Ölkələr

Zavodların sayı

Zavodların orta gücü mln.bar/gün

Emal dərinliyi

%-lə


Rusiya

27

6.4

64.7

Ukrayna

7

1.2

77

Qazaxıstan

3

0.4

62

Azərbaycan

2

0.4

62

Belarusiya

2

0.8

57

Türkmənistan

2

0.2

76

Özbəkistan

1

0.2

79

Gürcüstan

1

0.1

62.3

vv vv vv.referatcollection.ru (10).

Neftin emal dərinliyinin artırılmasında əsas məsələ yüngül fraksiyaların və açıq neft məhsullarının çıxım faizinin artırılmasıdır. Persrektiv dövrlərdə dünya miqyasında yüksək keyfiyyətli benzinə olan tələbatın artmasını nəzərə alaraq texnoloji sxemlərdə aşağıdakı bir sıra xüsusiyyətlərə diqqət yetirmək lazımdır. Hal hazırda bir sıra dünya ölkələrində qiymətli yüngül fraksiyaların hər bir texnoloji prosesdə çıxım faizinin artırılması istiqamətində işlər görülür. Buna görə də bir sıra texnoloji sxemlərin kompleks istifadəsi labüddür. məs: hidrokrkinq, katalitik krekinq və kokslaşma qurğusunun birgə tətbiqi xam neftin 75-80%-ni benzin və reaktiv yanacağa çevirir. Bu cür sxemlərdə hətta bu vəya digər məhsula tələbatdan asılı olaraq çıxım faizini dəyişmək olar.*

Perspektiv dövrlərdə neft emalı məhsullarının keyfiyyətinə tələbatın daha da yüksələcəyi gözlənilir. Belə ki, bir sıra neft məhsulları istehsal edən inkişaf etmiş ölkələrdə kükürdsüz dizel, oktan ədədi yüksək olan aromatiksizləşdirilmiş benzinlərin və s məhsullarının istehsalına nail olunur. Bunu nəzərə alaraq neft məhsullarının keyfiyyət göstəricilərinin şərhini vermədən onların emal sənayemizdəki səviyyəsini müəyyən etmək olmaz. Onlar əsasən aşağıdakı göstəricilər sistemi üzrə qruplaşdırılır.

Sıxlıq - vahid həcmdə maddənin (fraksiyanın) kütləsi ilə müəyyən olunur. Neft və neft məhsullarının sıxlığını adətən 20 S –də 4 S suyun sıxlığına görə təyin edirlər. Xarici ölkələrdə sıxlığı 15.5 S tempraturda müəyyən edilməsi qəbul olunmuşdur.

Özlülük - maye və qazların elə xassəsidir ki, onun bir hissəsinin digər hissəsinə nəzərən yerdəyişməsi müqavimətini əks etdirir.

Səthi gərilmə-neft məhsullarının termodinamiki xüsusiyyətlərini əks etdirir. Avtomobil benzini üçün =21.60; Dizel yanacağı üçün 

uxarlanma istiliyi-1 kq fraksiyanın ayrılmasına sərf olunnan istilik miqdarıdır.

Yanma istiliyi - neft məhsullarının istilikvermə qabiliyyətini xarakterizə edir.

Bundan başqa neft emalının texnoloji proseslərini xarakterizə edən digər göstəricilər də vardır: istilik keçirmə, istilik reaksiyası, doymuş buxar təzyiqi, faza müvazinətinin əmsalları, böhran parametrləri və s.

Oktan ədədi-avtomobil və aviasiya benzinlərinin detonasiya davamlılığını müəyyən edir. Oktan ədədini müəyyən etmək üçün bir neçə üsul vardır: motor, tədqiqat, yol.

Setan ədədi - dizel yanacaqlarının alovlanma xüsusiyyətlərini xarakterizə edir (12).

Qeyd edək ki, bu göstəricilərdən başqa əmtəəlik məhsulun tərkibində ayrı-ayrı komponentlərin xüsusi çəkisinə görə də keyfiyyət fərqləndirilir. Müqaisə üçün Rusiya, ABŞ və Qərbi Avropa ölkələrində benzin və dizel yanacaqlarına olan tələb göstərilmişdir.



Avtomobil benzini və dizel yanacaqlarının tərkib normaları.

Göstəricilər

Azərbaycan

Rusiya

ABŞ

Qərbi Avropa

Avtomobil benzini













Tərkibi (yüksək deyil)













Olefinlər %-lə




Normallaşdırılmır/20

6.5

14

Cəmi aromatik KH-lər %-lə




Normallaşdırılmır/45

25

30

Benzol %-lə




Normallaşdırılmır/3

1

1

Kükürd, %-lə

0.02-0.12

0.1/0.03

0.017

0.01

Qurğuşunlu aşqar,q/l

0.17-0.37




0.013




Dizel yanacağı













Setan ədədi




45/50

51

51

Tərkibi (yüksək deyil),%-lə













Politsikloarenlər




Normallaşdırılmır/10

10

11

Kükürd




0.2/0.05

0.0015

0.005

(11)

Məlumdur ki, respublikamız şərqlə-qərbin astanasında ən əlverişli coğrafi mövqedə yerləşmişdir. Zəngin təbii qiymətli resurs ehtiyyatımız olan neft də keyfiyyət tərkibinə görə (kükürdün miqdarına, parafinin miqdarına) görə digər ölkələrin bir çoxundan üstündür. Belə olan halda niyə emal məhsullarımız realizasiya problemində çətinlik çəkir? Buna əsasən məhsulların keyfiyyət normalarına cavab verməməsi əsas gətirilir. Lakin avropa ölkələri xam neft ixrac edən ölkələrin emal məhsullarının idxalında maraqlı olmadıqları üçün hər dəfə respublikamız keyfiyyətin yeni bir səviyyəsinə nail olduqda, burdakı NEZ-lərin texnoloji balansı daha da modernləşdirilir. Rusiya təcrübəsindən Kiriş NEZ-i ilk dəfə olaraq qərbə yeni reaktiv yanacaq-YET-A1 ixrac edəndə, idxalçı ölkələr bu növ məhsula elə bir gömrük rüsumu qoydular ki, onun ixracı praktik olaraq səmərəsiz oldu (11). Məsələ ondadır ki, qərbdəki emal zavodlarının potensial gücləri daha böyükdür və onlar daha çox xam neft idxalının marağındadırlar. Azərbaycan da xam neft ixrac edən ölkələrdəndir. Son illər neftin qiymətinin 2 dəfəyə yaxın artması və emal dərinliyinin artması ilə qənaət edilən neft hesabına (o cümlədən neft hasilatının artım tempinin) ölkəmizə daxil olan və səmərəli tətbiq sahəsini tapmaqda çətinlik çəkən valyuta ehtiyyatlarını avropa bazarına yaxın və okeana birbaşa çıxışı olan ölkələrdə milli NEZ-zın yaradılmasına yönəltmək mümkündür. Qeyd edək ki, bu NEZ-lərin tikilməsində emal məhsullarına tələbata, neft boru kəmərinə (və ya digər nəqliyyat vasitələrinə), su hövzəsinə və s, yaxın olması prinsipləri gözlənilməlidir. Bunun üçün Türkiyənin ərazisi seçilə bilər. Yuxarıdakı şərtlər daxilində xarici ölkələrdə NEZ-lərin tikilməsinin bir sıra üstünlükləri vardır:

-Bu və ya digər məhsula tələbatı mövsümü xarakterini nəzərə alaraq istehsalı intensiv olaraq artırıb və ya azaltmaq olar.

-Məhsulu daha tez istehlakçıya çatdırmaq mümkündür (digər tərəfdən zaman və nəqliyyat xərclərini azaltmaqla).

-Xam nefti xaricdəki NEZ-lərimizə göndərməklə bir boru daxilində bütün neft emalı məhsullarımızı göndərmiş oluruq.

-Ağır neft emalı məhsullarının (mazut, bitum və s) daşınması üçün də əlavə nəqliyyat növünə ehtiyac qalmır.

-Xam nefti istehlakçıya yaxın yerdə emal etməklə, emal məhsullarının yüklənməsi, daşınması və boşaldılması zamanı yaranan itkilərin qarşısını almış oluruq.

Xalq təsərrüfatının hərtərəfli inkişafı üçün yalnız bir sahənin inkişafı üzərində düşünmək olmaz. Bunun üçün xammal ehtiyyatımızdan səmərəli istifadə etmək lazımdır. Neft xammalından kompleks istifadə bir növ xammal əsasında bir neçə növ çoxməqsədli məhsul almağa imkan verir. Neft xammalının kompleks istifadəsi yalnız emal sənayesini deyil, həm də kimya sənayesini əhatə etməlidir. Bunun üçün belə yaxın sahələrin perspektivdə kombinələşdirilməsi vacibdir. Məs: Emal və kimyəvi proseslərdə piroliz, riforminq və son emal proseslərinin kombinə olunması emal zamanı neft xammalından alınan olefinlər, arenlər, butadien, bitum və s. elə burada müxtəlif məsullar (etilbenzol, striol, fenol, aseton, etilenoksid və s) alınır ki bunlardan da sonda sintetik liflər, kauçuk, plastmass və s məhsullar istehsal olunur. Texniki-iqtisadi göstəriciləri kombinələşdirilmiş istehsalların aşağıdakı üstünlükləri vardır.

-Sənayenin (o cümlədən kimya) xammala tələbatı təmin edilir.

-Xammalın nəqli və istehsalında itkilərin qarşısı alınır.

-Regionda ekoloji durum yaxşılaşır.

-Əmək məhsuldarlığı və texnoloji qurğulardan istifadə səviyyəsi artır.

-Vahid məhsul istehsalına kapital qoyuluşunu azaltmağa imkan verir və s.

(3)

Azərbaycan neft emalı müəsisələrinin perspsktivləri

və onların inkişaf etdirlməsi yolları.


Respublikamız müstəqillik illərinə qədəm qoyduqdan sonra qarşısında bir sıra vacib problemlərin həlli dururdu. Neft emalı sənayesi də xarici iqtisadi əlaqələrin inkişafında mühüm rol oynadığından bu sahənin də perspektivləri öyrənilməli və konkret istiqamətlər müəyyənləşdirilməlidir.

Bazar iqtisadiyyatı şəraitində neft emalı sənayesinin inkişafı aşağıdakı mərhələləri əhatə edir:

-İlk növbədə texniki və texnoloji proseslərin istifadə səviyyəsi öyrənilməklə proqnozlaşdırmanın natural və dəyər göstəriciləri təyin edilməlidir.Bunun üçün müxtəlif strateji varantlara baxılmalıdır. Burada neft kəmərləri keçən respublikanın uzaq regionlarında mini neftayırma zavodlarının tikilməsi layihəsinə də baxılmalıdır.

-ikinci mərhələdə müəsisələrin normal iş rejiminə təsir göstərən təhlükəli istehsal situasiyaları öyrənilərək ona qarşı tədbirlər planı işlənib hazırlanmalıdır.

-Üçüncü mərhələdə neft məhsullarının optimal həcminin müəyyən edilməsidir.

-Dördüncü mərhələdə strateji idarəetmə prinsipləri əsasında neftayırma müəsisələrinin çoxtərəfli fəaliyyətini müqaisə edərək ümumi inkişaf strategiyası işlənilib hazırlanmalıdır ( 5).

Deyilənləri ümumi şəkildə aşağıdakı kimi şərh edək.

Problemin həllinə qurğuların modernizasiya işlərindən başlamaq olar. Məlumdur ki, emal müəsisələrindəki qurğuların çoxunun istismar müddəti 20-30 il təşkil edir (4). Bu qurğularda istehsal olunan məhsulların keyfiyyəti dünya standartlarından aşağı, maya dəyəri isə yüksəkdir. Digər tərəfdən isə istehsal olunan məhsulların istehlakçıya çatdırılana qədər müəyyən itkilərlə üzləşir. Buna görə də yuxarıda göstərilən təklifin həyata keçirilməsi məqsədəuyğun hesab edilə bilər. Bu zaman aparılacaq rekonstruksiya işlərində emal qurğularının istehsal həcminin çox olmasına deyil, digər texniki parametrlərin (enerji xərcləri, emal dərinliyi, çıxım faizi və s.) və keyfiyyət göstəricilərinin artırılması məsələlərinə önəm verilməlidir.

Дейилянляри нязяря алараг нефтин комплекс емал моделинин игтисади цстцнлцклярини якс етдирян ашаьыдакы тядбирляр схемини сюйлямяк олар:

- ачыг нефт мящсулларынын чыхым фаизини дцнйа стандартларына чатдырмаг (ян азы 75%-я);

- майа дяйяринин ашаьы салынмасы цчцн гябул едилмиш гайдалара ямял етмяк;

- техноложи режимлярин тякмилляшдирилмяси щесабына кейфиййяти артырмаг;

- маркетинг тядгигатларыны эениш тятбиг етмяк;

- гиймят вя верэи сийасятини тякмилляшдирмяк;

- стратежи идаряетмя програмында юзялляшдирмянин цстцнлцкляриндян истифадя етмяк;

- нязарят функсийаларыны сивил гайдалара мцвафиг олараг щяйата кечирмяк вя с.

Бу схемя дахил ола биляъяк диэяр тядбирляри дя бурада садаламаг олар. Ясас мягсяд одур ки, бцтцн эюрцлян ишляр мювъуд сийаси вя ъоьрафи дурумда Азярбайъанын енержи мцстягиллийинин итирилмямясиня хидмят етмялидир.

a=75 % олдугда Азярбайъанын ясас нефтемалы мящсулларынын 2005-2010-ъу илляр цзря прогноз гиймятляри (мин тон)




(i)Мящсулларын адлары


Илляр

2005

2006

2008

2010

Ы.

Нефт щасилаты

18000

32000

42000

50000

1.

Нефтемалы

7000

9000

12000

18000

2.

Автомобил бензини

1120

1450

1940

3000

3.

Кимйа цчцн бензин

385

520

700

1000

4.

Реактив йанаъаг

910

1180

1620

2450

5.

Дизел йанаъаьы

2310

3000

4210

6100

6.

Соба мазуту

1610

2025

2750

4100

7.

Сцрткц йаьлары

72

94

130

140

ЫЫ.

Газ щасилаты млрд.кубм.

9

11

15

18

ЫЫЫ.

Енержи щасилаты, млн. кВт/саат

19000

20000

23000

25000

1.

ИЕС

16900

178000

20500

21800

2.

СЕС

2100

2200

2200

2200

3.

Кцляк турбо енержи гурьулары

-

-

300

1000

Базар игтисадиййатынын тялябляриня мцвафиг олараг нефтин комплекс емалы сащянин идаряетмя структурунун да тякмилляшдирилмясини тяляб едир. Беля ки, игтисади ислащатлар щяр бир мцяссисянин сямяряли идаря олунмасыны, енержи ещтийатларыны, йатагларын вязиййятини вя с. амиллярин даим дярин тящлилини нязярдя тутур. Сащянин тясяррцфат фяалиййятини йенидян гурмаг цчцн илк нювбядя игтисадиййатын дювлят тянзимлянмясиндя онун ролуну, игтисади програмларын характерини вя с-ни мцяййянляшдирмяк лазымдыр.


Neft emalı zavodlarında nefti ötürməyə hazırlayarkən texnoloji cəhətdən bioayrıcı deemulqatorun, kooroziya inqibitorunun və s-nin yaradılması və tətbiqi

əsas perspektiv istiqamət sayılır. Azərbaycanda neftin ilkin emal qurğusuna verilməsi zamanı hələlik ənənəvi üsullardan (duzsuzlaşdırma, ayrılma, çökmə və s) istifadə olunur (12).

Məlumdur ki, neft emalı müəsisələrimizin istehsal səviyyəsi potensial güc ehtiyyatlarından azdır. Bu çox zaman xammal çatışmamazlığı ilə əlaqələndirilir. Perspektiv dövrlərdə hasilatın həcminin artacağını nəzərə alsaq bu problemin həllinə nail olmaq mümkündür. Lakin yaxın perspektiv üçün təkrar emal qurğularının istifadə səviyyəsini yaxşılaşdırmaq lazımdır.

Emal sənayesinin səmərəli fəaliyyəti üçün məhsulun optimal həcminin müəyyən ediməsi vacibdir. Belə ki perspektivdə benzin, dizel və aviakerosinlərə tələbatın artacağınını nəzərə alaraq, bu və ya digər məhsul arasında nisbətin gözlənilməsi vacibdir.

Azərbaycanda yüksək keyfiyyətli dizel və reaktiv yanacaqların alınması texnologiyalarının seçilməsində aşağıdakı istiqamətlərə baxılmalıdır :

- kerosin və dizel distilyatlarının hidroizomerləşməsini və hidroəsilləşdirmə prosesinin vəhdəti ;

- təkrar emal məhsullarının (qazoylun, katalitik krekinqin, visbrekinqin) hidroəsilləşdirilməsi, başqa sözlə hidroaromatsızlaşdırılması, kükürdsüzləşdirilməsi, arotsuzlaşdırılması ;

- bərk politsiklik aromatik karbohidrogenlərin kənarlaşdırılması üçün yeni qurğu inşa etməklə vakuum qazoylun və təkrar emal xammallarının hidrokrekinqi ;

- birbaşa qovulmuş distilyatların hidrokükürdsüzləşmə sxemi ilə hidrotəmizləməsi və s (12).

NEZ-lərimizin xarici iqtisadi fəaliyyəti genişləndirmək üçün xarici ölkələrin müəsisələrinin fəaliyyət mexanizmi üzrə təcrübələrindən istifadə etmək olar. Bu zaman istehsal prosesi elə təşkil olunmalıdır ki, bu və ya digər xarici təsirlərə çevik manevr etməyi bacarsın .



Perspektiv inkişaf qarşısında bir sıra problemlərin olmasına baxmayaraq iqtisadi inkişaf proqramının həyata keçirilməsi daxili və xarici bazarlarda neft məhsullarının həcmini genişləndirə biləcəkdir. Beləliklə Azərbaycan neft sənayesi qarşısında belə bir məsələ durur: - hər şeydən əvvəl müqaisə edilən dərəcədə az istehsal xərclərini, bazarın payı və şirkətin malik olduğu milli və beynəlxalq rəqabət üstünlüklərini qoruyub saxlamaq.

qiymətləndirilməsi.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə