Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin «Azərbaycan Milli Elmlər Akademiyasında əmək münasibətlərinin tənzimlənməsinə dair bəzi tədbirlər haqqında»




Yüklə 45.58 Kb.
tarix18.04.2016
ölçüsü45.58 Kb.
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin

«Azərbaycan Milli Elmlər Akademiyasında əmək münasibətlərinin tənzimlənməsinə dair bəzi tədbirlər haqqında» 25 dekabr 2013-cü il tarixli,

25/4 nömrəli Qərarının icrası ilə bağlı Fəlsəfə və Hüquq İnstitutunda

yaradılmış Attestasiya komissiyasının
HESABATI
AMEA-nın RH-nin 25/4 saylı 25 dekabr 2013-cü il tarixli «Azərbaycan Milli Elmlər Akademiyasında əmək münasibətlərinini tənzimlənməsinə dair bəzi tədbirlər haqqında» Qərarına uyğun olaraq, AR-nın ƏM-nin 64-67-ci maddələrinə əsasən və Nazirlər Kabinetinin 16 iyul 2013-cü il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş «AR-da elmi işçilərin attestasiyasının keçirilməsi qaydaları»nı rəhbər tutaraq Fəlsəfə və Hüquq İnstitutunda 2014-cü ilin fevral ayının 1-dən aprel ayının 30-dək olan müddətdə əməkdaşların attestasiyası keçirilmişdir.

2014-cü il fevral ayının 1-nə olan məlumata əsasən İnstitutun 295 əməkdaşından 85 nəfərin attestasiya, 8 nəfərin isə əmrlə nəzərdə tutulmuş müddəti başa çatmışdır.

Attestasiyadan keçən 85 nəfərdən – 38-i elmi işçi, 47-si elmi-yardımçı və texniki işçi olmuşdur.

Qanunvericiliyin tələblərinə uyğun olaraq direktorun əmri ilə İnstitutda 2 - attestasiya komissiyası yaradılmışdır – biri elmi işçilər, digəri isə texniki işçilər üçün.

Hər biri 7 nəfərdən ibarət olan komissiyanın tərkibinə yüksək ixtisaslı elmi işçilər, Elmi Şura üzvləri, habelə Həmkarlar İttifaqı və kadrlar şöbəsini təmsil edən şəxslər daxil edilmişdir. (Əlavə olunur).

Attestasiyanın keçirilmə qrafiki və attestasiyadan keçəcək əməkdaşların siyahısı (85 nəfər) təqvim ili başlayana qədər direktor tərəfindən təsdiq edilmiş (27 dekabr 2013-cü il, Əmr № 243) və attestasiyanın başlamasına 1 ay qalmış attestasiyadan keçəcək işçilərin nəzərinə çatdırılmışdır. (Əlavə olunur).

Attestasiyadan keçirilmə qrafikində attestasiyadan keçəcək şəxsin adı, soyadı, atasının adı, vəzifəsi, attestasiyanın tarixi, vaxtı və yeri qeyd edilmişdir. (Əlavə olunur).

Attestasiyanın keçirilməsinə iki həftə qalmış attestasiya olunan işçilərin sonuncu attestasiyadan sonrakı dövrə aid bütün materialları attestasiya komissiyasına təqdim edilmişdir.

Attestasiya komissiyası əvvəlcədən müəyyən edilmiş tarixlərdə iclaslar keçirmişdir ( 31 mart, 2, 3, 4, 7, 10,16 aprel).

Attestasiya olunan işçiyə komissiya üzvləri tərəfindən yalnız tutduğu vəzifəyə, əmək funksiyasına, ixtisasına dair, yerinə yetirdiyi işlər barədə, habelə tutduğu vəzifəyə uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsində suallar verilmişdir.

Attestasiya komissiyasının işi tam aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmışdır.

Attestasiya komissiyası hər bir işçi haqqında qərarı açıq səsvermə yolu ilə qəbul etmişdir.

Attestasiya komissiyasının nəticələrinə görə attestasiyadan keçən 85 nəfərdən 10 nəfərinə (1 - a.e.i. – S.Həsənzadə, 2 - b.e.i. – T.Ağakişiyeva, M.Aslanov, 6 - e.i. – F.Məmmədzadə, M.Cəbrayılov, İ.Cəfərov, İ.Əliyev, M.Əkbərov, K.Məmmədov, 1 – k.e.i. – K.Qafarov) daha yüksək vəzifə tutmaq tövsiyyəsi verilmişdir, 5 nəfərə (b.e.i. Ş.Həsənova, elmi işçilər – H.İbrahimov, G.Süleymanov, K.Qasımova, F.Fəttahlı) daha yüksək vəzifə tutmaq üçün elmi əsərlərinin kifayət etmədiyi nəzərlərinə çatdırılmışdır, 3 nəfərə (M.Qarayeva, X.Əliyeva, A.Tağıyeva) dərəcə artımı, 3 nəfər - k.e.i. Fikrət İsmayılov, k.e.i. Elnur Rüstəmov və böyük laborant Ülvi Məmmədov şərti olaraq (işlərində dönüş yaratmaq üçün 6 ay vaxt verilmişdir) attestasiyadan keçirilmişlər, 1 nəfər- «Fəlsəfə və ictimai fikir tarixi» şöbəsinin elmi işçisi Nazim Hüseynov attestasiya üçün tələb olunan sənədləri vaxtında təqdim etmədiyinə görə attestasiyadan keçməmişdir və bu haqda o, məlumatlandırılmışdır.

Əmr əsasında işləyən 8 nəfərin tutduqları vəzifələri haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq elan verilmiş, elanın müddəti (1 ay) başa çatdıqdan sonra İnstitutda daimi fəaliyyət göstərən müsabiqə komissiyasında hər bir namizədin ayrı-ayrılıqda fəaliyyəti müzakirə edilmiş və müvafiq qərar qəbul edilmişdir.

Attestasiya komissiyası eyni zamanda attestasiya olunanların İnstitut haqqında fikirləri ilə maraqlanmış və onların təkliflərini İnstitutun Elmi Şurası qarşısında qaldırılmasını nəzərdə tutmuşdur.

Bu təkliflər, əsasən, xaricdə nəşr olunan nüfuzlu elmi jurnallarda məqalələrin dərc edilməsi məsələsi və İnstitutda Tərcümə mərkəzinin yaradılmasının zəruriliyi ilə bağlı olmuşdur.




Sədr: f.ü.f.d. S.G.Əliyeva
Katib: F.Ə.Məmmədzadə


29.04.2014


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə