AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu




Yüklə 252.73 Kb.
səhifə3/4
tarix27.04.2016
ölçüsü252.73 Kb.
1   2   3   4

Muxtar Kazımoğlu: Kamran Əliyevin romantizmlə bağ­lı tədqiqatlarından bir detal yadıma düşür. O deyir ki, Ab­bas Səhhət heç də hər əsəri tərcümə etməyib. Bu əsər yax­şıdır, o əsər yaxşıdır – bu prinsiplə tərcümə etməyib. Ab­bas Səh­hət o əsəri tərcümə edib ki, onun ədəbi məramına, ro­man­tizm prin­siplərinə uyğundur. Bu mənada, Qəzənfər müəllimin tərcümə etdiyi əsərlərin də mətləblə, məramla, məsləklə bağ­lılığı var. Məsələn, Qəzənfər müəllim Dümanın başqa əsər­lə­ri­ni bir tərəfə qoyub, ancaq «Qafqaz səfəri»ni tərcümə edib. Ame­rika alimi var-Benet, onun Azərbaycanla və bütövlükdə Qafqazla bağlı etnoqrafik etüdlərlə dolu bir kitabını tərcümə edib. Yəni Qəzənfər müəllimin dilçi, folklorşünas, ədəbiy­yat­şü­nas, tərcü­məçi kimi fəaliyyəti bir mərama, bir məcraya yö­nəl­miş fəaliy­yətdir. İstəyirəm, tərcüməçilik işinin nəzəriyyəsi ilə məşğul olan Şahin müəllimə – Şahin Xəlilliyə də qulaq asaq.
Şahin Xəlilli: Mən 11-ci sinifdə oxuyanda seçim qar­şı­sında qalmışdım ki, hansı sahəyə gedim: milli filologiyamıza, yoxsa xarici ədəbiyyata. Hörmətli yazıçılarımızdan biri olan Nəriman Süleymanov dedi ki, xarici dillərə getməyin məslə­hət­dir. Dedim, orda kim var? Dedi, Qəzənfər müəllim Paşa­yev var. Mən bu sahəyə getdim və Qəzənfər müəllimin tələ­bəsi oldum. Mən indi də müəllim kimi «dərsdən qaçıb» gəl­mi­şəm, amma tələbə də olanda bəzən başqa dərslərdən qaçıb Qəzənfər müəllimi mühazirələrinə qulaq asmışam.

Qəzənfər müəllimlə bağlı ürəyimdə yer tutan yaxşı an­lar, sözlər var. Bir dəfə mənə dedi ki, filan müdafiyəyə gəl­mə­din, görmədim səni. İzah vermək istəyəndə dedi, yox, ürə­yim səni istəyirdi. Mən də dedim, istəkli olasan, Qəzənfər müəllim.

Qəzənfər müəllim ingilis və Amerika ədəbiyyatının bi­li­cisidir. Mən bunu nəyə görə deyirəm? Çünki o, bizim tər­cümə ədəbiyyatında, ingilis dilindən Azərbaycan türkcəsinə tər­cü­mə sahəsində də külüng vuran fədai, cəfakeş alimimizdir. Qə­zənfər müəllimin Amerika alimindən tərcümə etdiyi “Necə yaşayasan, yüzü haqlayasan” kitabının rəyçilərindən biri də mən olmuşam. Qəzənfər Paşayev təkcə tərcümələrlə yox, eyni zamanda ingilis və Amerika ədəbiyyatının tədqiqi ilə məşğul olan gənc tədqiqatçıların ən yaxın məsləhətçisi və oppo­nent­lərindən biridir. Elə mənim öz seçimimdə də, Oldriclə bağlı mövzunun axtarışında da mən Qəzənfər müəllimin xidmətini xü­susi qeyd etmək istərdim. Təkcə mənim yox, onlarla insan­ların ədəbiyyata gəlişində, xarici ədəbiyyat sahəsində araş­dır­malarında, məncə, böyük xidmətləri olub. Çinlilərin bir sözü var. Deyir, bir balığı yesən, bir günə bəs edər. Amma adam var ki, onunla bircə gün görüşsən, ömrün boyu sənin bəsindir. Qəzənfər müəllimdə də belə bir ecazkarlıq, belə bir tilsim var. Mən bu gün elə ona görə gəlmişəm ki, bir daha Qəzənfər müəllimi ürəkdən təbrik edim.
Paşa Kərimli: Mənim əzizlərim, hörmətli qonaqlar. Si­zin hamınızı burda salamlayıram. Mən bilirəm ki, burdakı qo­naqların əksəriyyəti Folklor İnstitutundandır, eyni zamanda baş­qa yerdən gələnləri də, bir sözlə – hamını səmimi qəlbdən sa­lamlayıram. Muxtar müəllimə də demişəm ki, belə gözəl məclislər olanda bizi yaddan çıxartmayın. Belə məclislərdə can-dildən iştirak etməyə hazırıq.

Müxtəlif səbəblərdən bura gələ bilməyən çox adamlar mənə dedilər ki, biz necə edək ki, Qəzənfər müəllimi təbrik edə bilək. Onlardan biri Yazıçılar Birliyinin katibi Arif Əm­rahoğlu idi. Qəzənfər müəllimə yubleyində təbii bir səmi­miy­yətlə onu bircə kəlmə sözlə də olsa təbrik etmək istəyən adam­ların sayı çoxdur. Bu faktın özü Qəzənfər müəllimin şəx­siyyəti haqqında çox söz deməyə imkan verir. Muxtar müəllim sözü başlayanda, haqlı olaraq, Fizuli ilə başladı. Fizulinin belə bir sözü var ki, «Məndə Məcnundan fizun aşiq­lik istedadı var, // Aşiqi sadiq mənəm Məcnunun ancaq adı var». Burdakı «aşıqlik isdedadı» ifadəsinə diqqət yönəlt­mək is­tə­yirəm. «Aşiqlik istedadı» bəlli məsələdir: bizim bütün ədə­biyyatımız, lirikamız bunun üzərində qurulub. Ancaq hə­yat­da bir yaşamaq istedadı da var. İnsanlarla ünsiyyət qur­maq, əlaqə saxlamaq istedadı da var ki, bu istedad Qəzənfər müəllimin boyuna biçilmişdir.

Muxtar müəllim məsələni çox düzgün qoydu ki, hərə Qəzənfər müəllimin çoxyönlü fəaliyyətinin bir tərəfindən da­nışsın və bununla onun şəxsiyyətinin, yaradıcılığının müxtəlif tə­rəfləri əhatə olunsun. Mən də çalışıb qısa danışacağam ki, başqaların da söz qalsın.

Qəzənfər müəllimi bir şəxsiyyət kimi belə xarakterizə etmək istərdim: onun səmimiyyəti çox cəlbedicidir. Şəxsən mən özümə görə deyirəm; Muxtar müəllim təklif edəndə ki, gə­lin Qəzənfər müəllimin yubileyini keçirək, üzüm güldü. Mən inanıram ki, burda oturanların çoxu, elə burda olma­yan­lar da hamısı eyni hissləri keçirirlər. Hamı özünə borc hiss edir ki, Qəzənfər müəllimi, heç olmasa, bircə kəlmə xoş sözlə təbrik etsin. Böyük alimlərimiz var. Bəyəm onların hamısını belə səmimiyyətlə təbrik etmək istəyirikmi, onların yubi­ley­ləri bizim yadımıza düşürmü? Rəsmi təbriklə səmimi təbrik et­məyin arasında bir fərq yoxdurmu? Bu, elə hissiyatdır ki, o dəqiqə bilinir. Təbriki min cür demək olar, amma səsdən baş­qa adamın üzünün ifadəsi də var. Bu, ancaq böyük adam­lara, böyük şəxsiyyətlərə, xoşbəxt adamlara nəsib ola bilər. Mən bu xoşbəxtliyi Qəzənfər müəllimdə görürəm.

Bir də o cəhəti demək istərdim ki, Qəzənfər müəllim həm də bizim çox görkəmli yazıçımızdır. Onun “Altı il Dəclə-Fərat sahillərində” əsərini yadınıza salmaq istəyirəm. Onda biz cavan idik. O vaxt həmin əsər camaat arasında elə bir ma­raq­la qar­şılanmışdı ki... İndi məgər belə bir əsər varmı? On­dan sonra Məmməd Aslanın ondan təsirlənərək “Ərzu­ru­mun gədiyinə varanda” əsəri çıxdı, amma o ləzzəti vermədi. O əsər, doğrudan da, böyük ədəbiyyat nümunəsi idi. Bizim ço­xu­muz yazmağı Qəzənfər müəllimdən öyrənmişik. Bütün bun­ların hamısının yanında bir cəhəti də demək istəyirəm. Bi­zim gənclərə bir şeyi nümunə gətirmək istəyirəm. Bizdə tez-tez verilmiş plan işlə­rinin müzakirəsi olur. Birinə başqa isti­qamətdən iş verəndə deyir, yox, mən bunu bacarmaram, mən bunu görə bilmərəm. Onda cavanlara Qəzənfər müəllimi nü­munə gətirirəm. Deyi­rəm, sən tutduğun istiqamətdən bir ba­laca kənara çıxmaq istə­mirsən, amma Qəzənfər müəllim in­gilis dilini öyrəndi, ingilis dili mütəxəssisi oldu, Azər­baycan klassik ədəbiyyatını öyrəndi, Azərbaycanın folklorunu öyrən­di, tədqiq elədi. Ərəb dilini öyrəndi, bizim ədəbiyyatımızın nəhəng bir qolunu qoşdu bizim ədəbiyyata. Bütün bunların ha­mısını bir adam elədi. Siz isə bir tədqiqatdan bir balaca kə­nara çıxmaq istəmirsiniz. Sovet döv­ründə bir ifadə vardı: “nə­sil­lərə hörmət”. Mən bu ifadəni tam mənası ilə Qəzənfər müəl­­limə aid edirəm.

Qəzənfər müəllim. Mən inanıram ki, bu qədər məhəb­bətdən sonra siz yüz il yaşamasanız, böyük haqsızlıq olar. Çün­­ki siz bizim hamımıza lazımsınız.


Kamran Əliyev: Professor Qəzənfər Paşayevin adı nəin­ki bizə, bu coğrafiyaya, şübhəsiz ki, bir az da böyük coğ­ra­fiyaya – Şərq coğrafiyasına bəlli bir isimdir. Qəzənfər müəl­lim haqqında danışmaq, əslində, bizim müasir dövrü­müzün ən yax­şı, ən zəhmətkeş ziyalısı və şəxsiyyəti haqqında, yaradıcısı haq­­qında danışmaq deməkdir. Burada Seyfəddin Al­taylı pro­fes­sor Abbas Zamanovun adını çəkdi. Mən ilk dəfə Qəzənfər müəllimlə Abbas müəllimin evində görüşmüşəm. Qə­zənfər müəl­limlə Abbas müəllimin çox yaxşı ünsiyyəti və yaradıcılıq təmasları vardı. Həmin vaxt Abbas müəllim Qə­zənfər müəllimi yola salandan sonra mənə bir cümlə söz dedi. Dedi ki, çox iş­lək adamdır. O söz indi də mənim yaddaşımda qalıb. Qəzən­fər müəllim bütün həyatını yalnız və yalnız sə­mərəli fəaliyyətə yö­nəl­dibdir. Yəni onun bütün kitabları fay­da­lı əsərlərdir. Heç biri qırağa qoyulası əsər deyil. Əslində, Qəzənfər müəllim haq­qında danışmaq müasir ədəbiyyatın, müasir folklorun problem­lərindən danışmaq deməkdir. Məsə­lən, Qəzənfər müəllim Nə­simidən də yazır, folklor material­la­rından da yazır. Folklor və yazılı ədəbiyyat prizmasından El­çinin yaradıcılığı ilə bağlı silsilə məqalələr yazdı. Bunlar çox yaxşı qarşılanır. Yəni Qə­zənfər müəllim bu sahədə sözün hə­qi­qi mənasında peşəkar ki­mi çıxış edir və peşəkar olmaqda bizə nümunədir.

Qəzənfər müəllim həyatı və şəxsiyyəti ilə monolit bir in­sandır. Məsələn, mən istəyirəm ki, yüngülvarı sizə nümunə gə­tirəm. Bir neçə il bundan qabaq yayda dincələndə təsadüfən Qəzənfər müəllimlə üz-üzə gəldim. Əhvalımız da yaxşı idi. Mən Qəzənfər müəllimə dedim ki, tək gəlmisiniz? Qəzənfər müəllim o dəqiqə mənə dedi ki, xeyr, mən həyat yoldaşımla gəlmişəm. Bir az da durdum baxdım Qəzənfər müəllimə diq­qətnən. O, bir cümlə də əlavə elədi, dedi: “Mən hara gedi­rəm­sə, həyat yoldaşımla gedirəm”. Sonra gördüm ki, məni qına­maq istəyir, dedim ki, mən də həyat yoldaşımla gəlmişəm. Yə­ni bu şəkildə Qəzənfər müəllim sözün həqiqi mənasında ünsiyyətcil bir insandır. Mən dönə-dönə özümə deyirəm ki, in­sanlar gərək bir-biriylə ünsiyyətdə olsunlar, bir-birini başa düşə bilsinlər. Əgər, doğrudan da, insanlar bir-birini başa dü­şə bilsələr, bizim heç bir problemimiz ola bilməz. Bizim prob­lemimiz ədəbiy­yat­da da, elmdə də, sosial həyatda da bir-birimizi başa düşməyi­miz­dən irəli gələn məsələdir. Əgər biz başa düşsək, heç bir problem çıxmaz. Qəzənfər müəllimin ün­siy­yətcil olmağı onun bütün yaradıcılığına axıb gedibdir. Siz danışanda yadıma Qə­zən­fər müəllimin hansısa məqaləsində bir məktubu yadıma düşdü. Bu, təxminən, səksəninci illərdə olan məktub idi, Mi­ka­yıl Azaflıya yazılmış bir məktubdur. Orda çox maraqlı bir mə­sələyə toxunur. Qəzənfər müəllim yazır ki, biz sənin üçün te­leviziyadan əlli dəqiqəlik vaxt aldıq (Bunu sevincnən deyir.). Çox gözəl bir veriliş olacaqdır. Son­ra əlavə edib deyir ki, Zül­fiy­yəni və bir də Nizamini də gəti­rər­siniz. Nizaminin adının qa­bağında mötərizə arasında yazır: «şəyird». «Şəyird» sözündən mən başa düşdüm ki, Qəzənfər müəllim aşıq sənətinin mahiy­yətini düzgün bilir, yəni aşığın özünü onun şəyirdinnən kənarda təsəvvür eləmək olmaz, düz­gün deyil. Biz sadəcə olaraq de­yi­rik, amma onun mahiyyətini ortaya qoymuruq. Ustad aşığın gə­rək şəyirdləri olsun, onları yetişdirə bilsin. Məktubunda mötə­rizədə yazır ki, şəyirdini də gətirərsən, camaat görsün ki, necə olur bu məsələlər. Bir-iki cümlədən sonra yazır ki, Qurbanı da tapıb gətirərsiz. Bir qə­dər sonra yenə yazır ki, aşıq İmranla Ək­bəri də, qazaxlı Aşıq Hüseyni tapıb gətirərsiz. Yəni Qəzənfər müəllim bir məktubla hamını bir yerə yığmağı bacarır. Bu, böyük bir ürək sahibi deməkdir. Bəzən olur ki, bir insan üçün müəyyən imkan yara­nar, o, bu imkandan özü üçün istifadə edər. Amma imkan ya­ra­nıbsa, adamlar üçün istifadə etmək böyük ürək tələb edir. Qəzənfər müəllim belə bir ürək sahibidir.

Hamımız Kərkük haqqında danışırıq. Hamımız da yaxşı bilirik ki, o bayatıları, o dünyanı birinci dəfə Qəzənfər müəl­lim elan elədi. “Altı il Dəclə-Fərat sahillərində”. Biz o dövrdə Sır-Dəryaynan Amu-Dəryanı tanıyırdıq ki, bir yerdən axıb gəlsin, eyni yerə də tökülsün. Qəzənfər müəllimin təqdima­tın­da Azər­baycan ziyalısı, Azərbaycan gəncliyi təzə bir çayı kəşf elədi. Yəni Dəclə və Fəratı kəşf elədi ki, belə bir çay arası var, qədim insan yaşadığı ərazi var, Şumer, Mesopotamiya, Babi­listan var. Eyni zamanda o bayatıların ki, natamam mis­ra­sı var idi, o, qə­ribliyin simvolu kimi gəldi bizim təsəv­vü­rü­müzə.

Mən Qəzənfər müəllimin Kərkükü kəşfini Kolumbun Ame­­rikanı kəşf etməsinə bənzədirəm. Amma Kolumb o kəşfi edəndə təmannalı eləmişdi. Kraldan pul alıb getmişdi ki, mən onu kəşfi edərəm. Amma Qəzənfər müəllim Kərkükü təman­na­sız kəşf edib bizə gətirdi, adı ilə onları tanıdıb və bu gün də tanıdır.

Mən belə düşünürəm ki, Qəzənfər müəllim xeyirxah bir insandır. İstəyirəm, bir cümlə ilə onu deyim ki, Qəzənfər müəl­lim Abbas müəllimin qəbirüstü abidəsini, eyni zamanda akademik Məmmədəli Şirəliyevin qəbirüstü abidəsini öz im­kan­ları hesabına düzəltdi. Əlbəttə, Prezidentin fərmanı ilə on­lar yenidən düzəldilibdi, amma Qəzənfər müəllim heç kəsin o qəbirlərə yaxın düşmədiyi bir vaxtda səssiz, küysüz o abi­də­ləri düzəldib, onların ailəsinə bir töhfə kimi verdi.

Mən bu gün Qəzənfər müəllimi belə təsəvvür edirəm. Qə­zənfər müəllim bu gün ziyalılığın klassik nümunəsidir. Yəni klassik bir şəxsiyyət nümunəsidir. Qəzənfər müəllim, bu gün biz sizə minnətdarıq ki, siz 75 yaş yaşayıbsınız və bu­günkü bu tədbir baş tutubdur. Allahdan arzu edirik ki, sizə 100-dən yuxarı ömür versin. Sağ olun. Hamınıza təşəkkür edi­­rəm.


Əlirza Xələfli: Baxıram ki, Azərbaycanın elmi elitası Qəzənfər müəllim haqqında necə ürək dolusu, böyük sevgi ilə danışır. İnsanlar hər şeyi bölüşməyə razı ola bilirlər, amma sev­­gini bölüşməyə çox çətinliklə razı olurlar və yaxud heç razı olmurlar. Ümumiyyətlə, ürəkdən, yəqin ki, heç barış­mır­lar da. Mən, açığı, əvvəllər elə bilirdim ki, Qəzənfər müəllim bircə məni sevir, mən də Qəzənfər müəllimi sevirəm. Sonra gördüm ki, Qəzənfər müəllim bütün Azərbaycan cəmiyyəti üçün qiy­mətli insandır. Üzü Kərkükdən bəri mənəvi dünya­mızın hər tərəfindən Qəzənfər müəllimə əllər uzanır və Qə­zən­fər müəl­lim də o əlləri tutmağı bacarır; buna qüdrəti, gücü çatır, o əlləri çox böyük sevgi ilə sıxır, onları yüksək qiy­mət­ləndirir.

Muxtar müəllimin dəyərli bir sözünü yadımda saxladım ki, burda əsas məqsəd odur ki, biz yubilyarın xarakterik cə­hət­lərini, portretini kifayət qədər cıza bilək. Bir vaxt bu təd­birin xronikası bir yüz ildən sonra, iki yüz ildən sonra hansısa bir rəssamın əlinə düşəndə qoy o, bizim müasirimiz olan klas­si­ki kifayət qədər görə bilsin. Mən, doğrudan da, böyük duy­ğu ilə deyirəm ki, Qəzənfər müəllimin portreti müxtəlif insan­ların görüşlərində, obyektivində aydın görünür. Burdakı müəl­­lim­lərin bir çoxu ilə yaxından şəxsi tanışlığımız olmasa da, mən bu alimlərin hər birinin təfəkkürünü çox yaxşı bili­rəm; kim necə düşünür, o məsələlər mənə çox aydındır. Ən azı, ona görə ki, onlar həm də mənim təmsil etdiyim qəzetin təkcə oxucuları yox, həm də müəllifləridir.

Qəzənfər müəllim, sizin İraqla, Kəlküklə bağlı müntə­xa­bat xarakterli kitablarınızın hamısını oxumuşam. Əslinə qalsa, mənim bu gün ayaq üstə durmağımda, deyərdim ki, əziz müəllimlərimlə birlikdə sizin kitablarınızın da çox böyük rolu və əhəmiyyəti olub. Mən Qəzənfər müəllimə zəng eləyəndə de­yirəm ki, eşq olsun Azərbaycan ədəbiyyatının Şərqə körpü­sü­nə. Amma bu gün artıq mən inamla deyə bilərəm ki, Qəzən­fər müəllim təkcə Şərqə yox, dünyaya körpüdür, Qərbə kör­pü­dür.

Əlbəttə, biz onun tərcümə əsərlərinin hamısını oxumu­şuq. Aleksandr Düma dünyanı gəzən adam idi. Xüsusi ilə Şər­qi də, Qafqazı da gəzmişdi. Çox dəyərli bir əsər yazıb və bu­ra­da çox haqlı vurğulandı ki, Qəzənfər Paşayev nə üçün məx­su­si olaraq “Qafqaza səfər” və yaxud da “Necə yaşayasan, yü­zü haqlayasan» əsərlərini Azərbaycan dilinə tərcümə edib. “Necə yaşıyasan, yüzü haqlayasan” əsəri nəhəng bir ensik­lo­pediyadır. Bu günün özündə də kifayət qədər tədqiqata cəlb olunmalı bir ensiklopediyadır həmin əsər.

Yeri gəlmişkən, təklif olaraq belə bir fikir də deyirəm ki, müasirlərimiz olan klassiklərin yaradıcılığını öz zamanla­rın­da sistemli şəklidə, akademiya xəttiylə, müxtəlif elmi təd­qiqat institutlarının xəttilə tədqiqata cəlb etmək məsələsi, elə bil ki, bir qədər arxa palandadır, ya da çox nadir hallarda bu məsələlər diqqətə çəkilir. Mən səmimiyyətlə deyirəm ki, iki böyük Qəzənfər (yubilyar Q.Paşayev və dilçi prof. Q.Kazımov – tərtibçi) mənim dostlarım, müəllimlərim, ustadlarımdır. Dost­luq xatirinə demirəm, Azərbaycanın qüdrətli bir alimini öz sağlığında bir institut səviyyəsində, elmi tədqiqat səviy­yə­sin­də araşdırma niyə gecikməlidir, niyə olmamalıdır? Rəh­mət­lik Çingiz Aytmatov deyirdi ki, biz çox vaxt klassikləri keçmişdə axtarırıq. Mən fəxr eləyirəm ki, bu gün Azərbaycan elminin nəhəglərilə, klassiklərilə bir zəmanədə yaşayıram, bir dövrdə yaşayıram. Onlar mənim müəllimim olub, ustadım olub. İndi bu alimlərin, mənə belə gəlir ki, artıq sistemli şəkil­də tədqiqata cəlb olunma vaxtıdır. Mən əsərlərimdə təkrar-təkrar Qəzənfərlərin adını çəkirəm. Orda belə bir beyt də var:
İki Qəzənfərin sözü bir olsa,

Vətənə gün doğar, aydınlıq gələr.


İndi iki Qəzənfərin sözü bir ola bilər. Şaha, şirə və şairə güvənsən, günün alnına doğar. Ən müxtəlif şəkildə Qəzənfər müəllim bizim mənəvi qida mənbəyimizdir, ruhumuzdur.

Qəzənfər müəllim çox böyük humanistdir. Özü də nadir adamlardandır ki, həm siyasi elita dairələrində, həm də elmi və ədəbi aləmdə çox böyük sevgiyə sahibdir. Mən hesab edi­rəm ki, bu. özü də böyük missiyadır.

Türkün çətinliyi atın belinə qalxanacandır. Qəzənfər müəl­lim atlı türkdür. Eşq olsun ona.
Muxtar Kazımoğlu: Əziz dostlar, bayaq qeyd elədik ki, Qəzənfər müəllim aşıq musiqisini çox sevir və onun ya­ra­dı­cılığında aşıq sənəti xüsusi yer tutur. Qəzənfər müəllim yazır ki, Kərkük folklorunda aşıq sənəti öləziməkdədir. Qə­zən­­fər müəllim bunun iki səbəbini göstərir. Səbəblərdən biri, Qə­zənfər müəllimin fikrincə, budur ki, Kərkük Azər­bay­can­la, Azərbaycan türkləri ilə tarixi əlaqələrini itirir, ona görə bu sənət orada yavaş-yavaş öləziməyə başlayır. Qəzənfər müəl­­limə görə, ikinci səbəb də budur ki, Kərkükdə aşıqlar qərib­sə­yib yavaş-yavaş şəhərlərdən kəndlərə köçürlər, belə­lik­lə, audi­­toriya zəifləyir və sənət tədricən zəifləməyə başla­yır. Bu modeli biz Azərbaycanın bəzi bölgələrinə də tətbiq edib o cür nəticələr çıxara bilərik. Məsələn, Naxçıvan o silsi­li­yə daxil olan bölgələrimizdən biridir. Aşıq mühitləri ilə əla­qə­lər kəsil­diyinə, aşıq sənətinə maraq göstərən auditoriya zəif­lədiyinə görə Naxçıvan bölgəsində də bu sənət öləziməyə başlayıb. Hal­buki otuzuncu illərdə Naxçıvanda aşıqların qurultayı keçirilib.

Qəzənfər müəllim aşıq mühiti ilə bağlı olan konkret coğ­rafi əraziləri diqqət mərkəzinə çevirir. Məsələn, Tovuzun Bozalqanlı kəndini. Məlumdur ki, o kənddən neçə-neçə nə­həng aşıq çıxıb. O aşıqların, zarafatla desək, ən balacası Aşıq Əkbərdir. Qəzənfər müəllim o kəndi xarakterizə etmək istə­yir. Yazır ki, kolxozlaşma, kollektivləşmə dövrüdür. Gəlirlər, adamları kolxoza yazsınlar. O deyir, mən sənətkaram, məni kolxoza yazmaq olmaz, bu deyir, mən sənətkaram, məni kol­xoza yazmaq olmaz. Sənətkarlara da böyük hörmət, ehtiram ol­duğu üçün onları kolxoza yazmırlar. Axırı, deyirlər, bu kənd­də kolxoza yazılası bir adam yoxdumu? Deyirlər, burda bir rus var – Fedya, gedin onu yazın kolxoza. Gedirlər Fedya­nın yanına. Fedya dərhal deyir, arvad, o sazı gətir bura. Fedya sazı götürüb deyir:

Vurulmuşam telli saza,

Öz adımdı Fedya mənim.

Ustadımdı Aşıq Mirzə,

Şəyirdimdi Nadya mənim.

Qəzənfər müəllim bu məzəli əhvalatla göstərmək istəyir ki, kənd uşaqdan böyüyə bir auditoriyadır. Aşıq orda özünü dəryada balıq kimi hiss edir. O auditoriya yoxdursa, aşıq da yox­dur. Mən istəyərdim ki, sözü Elxan Məmmədli davam elət­dirsin. Elxan müəllim aşıq mühitinin canlı şahidi və təd­qi­qatçısıdır.
Elxan Məmmədi: Əvvəla, qeyd etmək istəyirəm ki, bur­da çox gözəl məruzə və çıxışlar oldu. İstər Muxtar müəlli­min, istər İsrafil müəllimin, Paşa müəllimin, elə dostum Əlir­za müəllimin, Kamran müəllimin cıxışları əməlli bir məruzəni xatırladır. Elə bil ki, bir elmi konfransdır. Bu mənada mən təklif edirəm ki, burdakı bu çıxışlar yazıya köçürülsün və “Qəzənfər Paşayev: 75” adlı bir gözəl kitabca hazırlansın, elə bilirəm, alınar. Burda hamı Qəzənfər müəllimi eyni dərəcədə istəyir. Qəzənfər müəllim də fərq qoymadan özünə yaxın bil­di­yi adamları toplayıb bura və hətta hər bir kəsin ürək sözləri ona qarşı ürək sözləri məhəbbətin çoxluğundan olduqca təbii alınır. Mən çalışacam, Qəzənfər müəllimlə bağlı xoş sözlə­ri­mi bir qədər ixtisar edim, reqlamentə əməl edim. O vaxt Qə­zən­fər müəllimin dissertasiyası bizim şöbədə müzakirə olun­du, biz hamımız oxuduq, xüsusən də Bəhlul Abdulla ilə bir yer­də. Bizim üçün bir örnək oldu, gözəl də müdafiə elədi. Ona qədərki işləri məlumdur. “Altı il Dəclə-Fərat sahillə­rin­də” əsəri də bir örnək oldu. Biz, demək olar ki, cavanlıqdan, gənclikdən Qəzənfər müəllimdən öyrənə-öyrənə gəlirik və bu gün də təmkinli olmağı, ağır olmağı, hər şeyə reaksiya verməməyi Qəzənfər müəllimdən öyrənməkdə davam edirik.

Bizim onunla aşıq yaradıcılığı ilə bağlı çox sıx əlaqəmiz olubdur. Bayaq adı çəkilən Azaflı Mikayılın külliyatını Qə­zən­fər müəllim hazırlamışdı. Bir gün zəng elədi ki, Elxan, orada təcnislər var, sənin də bu sahədən yazıların, disserta­si­yan var. Mən istəyirəm ki, təcnis yaradıcılığını sən özün oxu­ya­san, rəyçi olasan. Elə oldu ki, mən kitabı təmiz oxuyası ol­dum və fikrimi dedim. Dedi, onda səni redaktor qoyuruq. De­dim, o məsuliyyəti mən üzərimə götürmürəm Qəzənfər müəl­lim. Qoy redaktor başqası olsun, mən rəyçi olaram. Ki­tab da səkkiz yüz səhifə idi. Qəzənfər müəllimin və onun qar­daşı qı­zı, millət vəkili Qənirə xanımın çoxuna görünməyən tə­rəf­ləri var ki, el şairlərinin və aşıqlarının külliyatını nəşr etdir­mək­də çox böyük fəallıq göstərirlər. O vaxt mən Sadıxlı İs­ma­yılın külliyatını nəşrə hazırlayanda Qəzənfər müəllimdən məslə­hət­lər alırdım. Demək istəyirəm ki, itib-batmış insan­lara, sahibi olmayan aşıqlara arxa durmağın özü də böyük iş­dir, böyük insanlıqdır. Qəzənfər müəllim bu xeyirxah işi bu gün də davam etdirir.

Mən bir məqamı istəyirəm diqqətinizə çatdırım. Bəhlul Abdulla ömrünün son günlərini ağır keçirtdi və İrana getmək qərarına gəldi. Mən onda Qəzənfər müəllimin necə xeyirxah bir insan olduğunu bir daha gördüm. İrandakı dostlarıma zəng elədim, Bəhlulu qarşıladılar, bir ay onun nazını çəkdilər və bü­tün maddi haqq-hesabın əksəriyyətini, mən deyərdim ki, Qə­zənfər müəllim ödədi. Yəni xəstəxananın hər bir şeyi, sə­fi­ri­mizlə danışmaq və s. Qəzənfər müəllimin hesabına başa gəl­di. Onun ruhu, elə bilirəm ki, həmişə Qəzənfər müəllimə duaçıdır.

Qəzənfər müəllim, dünyadan köçənlərin ruhu duaçı ol­sun və əl tutduğunuz insanların alqışı həmişə Sizi uca sax­la­sın. Sağ olun. Borçalı Aşıq Aslanın repertuarı əsasında hazır­lan­mış bu kitabı sizə hədiyyə edirəm (Kitab təqdim edilir).


Qəzənfər Paşayev: Bəhlul müəllimdən söhbət düşdü. O, yaxşı folklorşünas idi. Təkcə Quzey Azərbaycanın yox, həm də Güney Azərbaycanın folklorunu yaxşı tədqiq elə­miş­di. İndi onun bir biblioqrafiyası çıxır. Onu mən təşkil elə­mi­şəm və bir xatirə kimi qalsın. Çoxumuz o məxəzləri bil­mirik, onun hamısı həmin biblioqrafiyada var.
Rafiq İmrani: Muxtar müəllim, çox sağ olun ki, bu gün fürsət yaratdınız, biz çox istədiyimiz bir insanın haqqında iki kəlmə də olsa öz ürək sözümüzü deyək. Qəzənfər müəllim haqda saatlarla danışmaq olar, ürək doludur.

Qəzənfər Paşayev – bu ad həm televiziya ekranlarından, həm də elmi ədəbiyyatdan, gündəlik mətbuatdan bütün xalq kütləsinə yaxından tanışdır, bizim cərgədə olan alim dost­la­rımız üçün bu ad əzizdir və doğmadır. Qəzənfər müəllimin ya­radıcılığı haqqında çox ətraflı söhbət oldu və elmin ayrı-ayrı sahələri üzrə Qəzənfər müəllimin gördüyü çox önəmli iş­lər haqqında müəyyən informasiyalar verildi bizə. Mən isə Qəzənfər müəllimin Kərküklə bağlı bir ideyasını istəyirəm bu gün yoldaşlara çatdıram. Vaxtı ilə, bilirsiniz, sərhədlər bağlı idi, İraq haqqında bizim heç bir məlumatımız yox idi. İraq eli­nə ilk qapını açan, sözsüz ki, Qəzənfər müəllim oldu. Qəzən­fər müəllim oradan qayıdanda biz onda gənc idik, tədqiqata təzə başlayırdıq. Mən də musiqiçi olduğum üçün elə ilk gö­rüş­lərimizdə Qəzənfər müəllimdən Kərkük musiqisi, xalq mah­nı­ları, xoyratlar və digər məlumatları almaq istəyirdim. Dəfələrlə bizim Qəzənfər müəllimlə görüşlərimiz oldu. Hər dəfə onun çox mənalı və elmi əsaslı söhbətləri, Bəndəroğ­lu­nun yaradıcılığı haqqında dediyi fikirləri biz bir örnək olaraq götürdük. Sonradan mən bu sahəyə baş vuranda gördüm ki, bizim yazdıqlarımız bir qırağa, Qəzənfər müəllimin bizə söy­lə­diyi, bizə anlatdığı məsələlər yeni bir coğrafiyanı açır bizim üçün. Yəni Azərbaycanın qədim musiqi tarixi, o cüm­lə­dən et­no­musiqişünaslıq sahəsində biz çox işlər görə bilərik. Mən bu gün çox minnətdarlıq hissi ilə bildirmək istəyirəm ki, məhz Qəzənfər müəllimlə olan söhbətlərimizin əsasında Azərbay­can musiqi tarixinin dörd cildliyini nəzərdə tutmuşam hazır­lı­yam. Onun ən qədim dövrləri, bilavasitə şumer mədəniyyəti ilə bağlı olan hissələri məhz sizlə olan söhbətlərimizin əsa­sında formalaşıb.

Şumer dövrü çox qədimdir. O vaxtlar 80-cı illərdə biz Azərbaycanın Şumerlə bağlılıq məsələlərini ortaya atanda İq­rar Əliyev və onun ətrafında olan bəzi yoldaşdar bizə qarşı, ne­cə deyərlər, çox mübarizələr apardılar. Dedilər ki, Bakı ha­ra, İraq hara. Qəzənfər müəllimin böyük köməkliyi onda ol­du ki, o qapını açandan sonra, o varlığı bütün xalqa tanıt­dı­ran­dan sonra biz artıq daha böyük ürəknən bu sahədə işləməyə baş­ladıq. Qəzənfər müəllim, sizin bilavasitə zəhmətinizin he­sa­bı­nadır ki, biz İraq kərkükləri haqqında müəyyən məlu­mat­ları toplayandan sonra mən İsveçdə yaşayan bir kərküklü ilə əlaqə saxladım və o mənə qucaq dolusu iki böyük banderol gön­dər­di. Həm videolent yazıları, həm də audiodisk yazıları. Kərkük muğamlarına, xalq mahnılarına diqqət yetirəndə gördüm ki, on­lar da bizim kimi segahı oxuyanda və yaxud muğamı oxu­yanda zildən bir neçə ağız oxuyur, sonra keçir xalq mahnı­larının ifasına. Bu, onu göstərdi ki, bu ənənə o xalq tərəfindən də qorunub saxlanılıb. Biz indi sizin o yazıların əsasında Ur­mi­ya aşıq sənətini çox dərinliklərini çalışdıq öyrənək. Çünki dağın bir tərəfi kərküklərdirsə, bir tərəfində də Urmiya aşıq mühitidir. Bu da bizə yardımçı oldu ki, öz tədqiqatlarımızda sizin bizim üçün açdıgınız o qapıların izi ilə gedək.

Mən vaxtınızı çox almaq istəmirəm. Bu gün uzun il­lər­dən bəri işlədiyim “Muğam fəlsəfəsi” əsərini istəyirəm disk­lərlə bir yerdə sizə təqdim edəm. Ürəyiniz istədiyi mu­ğam­lar burda var. Onu da qeyd edim ki, burada dilçilik və musiqi dili məsələsi də qoyulub. İnanın ki, bunların hər bir cümləsində si­zin bizə göstərdiyiniz yolun izləri vardır (Kitab və disk təq­dim edilir).

1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə