Azərbaycan Hava Yolları” qapali səhmdar cəMİYYƏTİ MİLLİ aviASİya akademiyasi




Yüklə 113.81 Kb.
tarix29.04.2016
ölçüsü113.81 Kb.


Azərbaycan Hava Yolları”



QAPALI SƏHMDAR CƏMİYYƏTİ

MİLLİ AVİASİYA AKADEMİYASI
Fakultə: İqtisadiyyat və Hüquq

Kafedra: Menecment

İxtisas: Dünya iqtisadiyyatı

Qrup: 1311a

Fənn: Maliyyə
KURS İŞİ

Mövzu: Maliyyə menecmenti

Qrup: 1311a

Kurs: 3


Tələbə:

Rəhbər:


BAKI-2014
Plan

Giriş...............................................................................................

1.Maliyyə menecmentinin mahiyyəti ..............................................................

2. Maliyyə menecmentinin nəzarəti ..............................................................

3. maliyyə menecmentinin planlaşdırılması....................................

4. Mənfəətin bölüşdürülməsi .........................................................................

5. Dividend siyasəti .......................................................................................

Nəticə...........................................................................................................

İstifadə edilmiş ədəbiyyatlar ...............................................................

GiRiŞ
1920-ci illərdən başlayaraq bizim ölkəmizdə təsərrüfat fəaliyyətinin təhlil (bəzən də bu iqtisadi təhlil adlandırılırdı) kursu geniş öyrənilməyə başlanmışdı. Bütün iqtisadi ali məktəblərində kafedralar yaranır, böyük tirajlarla ədəbiyyat çap edilirdi. Lakin təsərrüfat fəaliyyətinin təhlili, müəssisənin maliyyə fəaliyyətinin idarəedilməsi ilə əlaqədar məsələləri demək olar ki, öyrənmirdi. Odur ki, məhz maliyyə təhlili sahəsində iqtisadi inkişaf etmiş ölkələrin təcrübəsini öyrənmək çox vacib hesab edilir .

Maliyyə təhlili, həm ayrıca götürülmüş müəssisə, kompaniya, həm də bütünlükdə ölkə iqtisadiyyatında maddi, əmək və maliyyə ehtiyatlarının əlverişli bölüşdürülməsini təmin edir. Aydındır ki, hər bir ehtiyat məhduddur və maksimum səmərə, təkcə onların həcmlərinin tənzimlənməsi hesabına deyil, həm də müxtəlif ehtiyatların səmərəli nisbəti yolu ilə alına bilər.

Maliyyə təhlili üzrə ədəbiyyat müəssisə və kompaniya rəhbərləri, investorlar və mühasiblər, statistiklər və iqtisadçılara, ən başlıcası isə maliyyə direktorlarına lazımdır.

Müasir kompaniyanın inkişafında maliyyə direktorunun rolu artmaqdadır. Əgər XX əsrin birinci yarısında maliyyə direktoru əsasən fondların artırılması və maliyyə hesabatları ilə məşğul olurdularsa, 50-ci illərdə cari dəyər konsepsiyasının (fondların müasir qiymətləndirilməsi) kapital qoyuluşlarının layihəsinin seçilməsi üzrə həllərin qəbulu hesabına yayılması maliyyə direktorunun cavabdehlik dairəsini genişləndirdi.

Xarici amillərin, rəqabət, texnoloji dəyişikliklər, böhran və faiz stavkaların dəyişkənliyi, iqtisadi vəziyyətin qeyri-müəyyənliyi gündəlik məlumatların təhlilini tələb edir. Maliyyə direktoru bu dəyişilən vəziyyətə həmişə uyğunlaşmalıdır, çünki istənilən firmanın yaşaması bunu tələb edir.

Müasir maliyyə menecmenti, aktivlərin alınması, birləşməsi, maliyyələşməsi və idarəedilməsilə əlaqədar olan fəaliyyəti öyrənir. Buna uyğun olaraq, maliyyə menecmentinin əsas funksiyaları üç istiqamətdə həllərin qəbuluna yönəldilir: investisiyalar, maliyyə qərarları və aktivlərin idarəedilməsilə əlaqədar qərarlar. Beləliklə o, aktivlərin quruluşunun nə cür olması sualına cavablar axtarır: pul resursları və əmtəə material qiymətlərinin nisbəti, onların firma bölmələri arasında bölüşdürülməsi qaydaları, divident siyasətinin müəyyən edilməsi, dövriyyə vəsaitləri və pul aktivləri ilə işləməyin xüsusi metodlarının formalaşması, firma və banklar arasındakı münasibətlər.

Maliyyə menecmenti həm nəzəriyyə, həm də təcrübədə tez dəyişilir. Vergi qanunçuluğundakı dəyişikliklər korporasiyanın fəaliyyətindən əmələ gələn maliyyə xəbərdarlığı səmərəli, bazara, korporasiyalar tərəfindən nəzarət edilməsi mümkünlüyü, böhranın davametməsi şəraitində faiz normaları və valyuta kurslarının dəyişilməsi, bazardakı fasiləsiz maliyyə yenilikləri, qiymətləndirmənin yeni metodikası, işgüzar riskin azaldılması və ya bölüşdürülməsinin yeni üsulları və başqa hallar belə dəyişikliklərə səbəb olur.

Maliyyə menecmentinin mahiyyəti

Maliyyə müasir cəmiyyətin inkişafının mühüm elementlərindən biridir. Soruşulan hər yüz nəfərin doxsan doqquzu «Maliyyə nədir?» sualına «Puldur» deyə cavab verəcəkdir. Doğrudan da maliyyənin tarixi adı pul münasibətlərini ifadə edir. Bu anlayış qədim latın sözü olan “financia”sözündən götürülüb, hərfi mənası pul tədiyyəsi deməkdir. Maliyyə ilk dəfə olaraq pul tədiyyəsi anlayışı kimi XIII-XV əsrlərdə İtaliyada tətbiq olunmağa başlanmışdır. Sonralar bu istifadə olunmağa başlamış və beynəlxalq status almışdır. Maliyyə anlayışı pul münsibətlərini əhatə etmir. Pul münasibətləri maliyyə münasibətlərinə nisbətən daha geniş anlayışdır. Hazırkı şəraitdə hər bir cəmiyyətdə bir sıra pul münasibətləri fəaliyyət göstərir. Bunlara aiddir: dövlətlə müəssisələr, dövlətlə əhali, ayrı-ayrı müəssisələr, müəssisələrlə əhali arasında olan münasibətlər. Maliyyə münasibətlərini fərqləndirən bir sıra xüsusi elementlər vardır:

1. Maliyyə münasibətləri bölgü xarakteri daşıyır, yəni ÜMM və milli gəlirin bölgüsü və yenidən bölgüsü ilə əlaqədardır.

2. Maliyyə münasibətləri bilavasitə dövlətlə əlaqədardır.

3. Maliyyə münasibətləri pul fondlarının yaradılması və istifadəsi ilə əlaqədardır. Onlar bu və ya digər səviyyələrdə (dövlət, müəssə, təşkilat) pul fondlarının yaradılması iqtisadi münasibətlər sistemini ifadə edir. Bu münasibətlərin hər üçünə uyğun olan pul münasibətləri maliyyə münasibətlərinə aiddir. Yuxarıdakı təhlil göstərir ki, maliyyə iqtisadi münasibətləri ifadə edir və deməli, iqtisadi bazisin tərkibinə daxildir. Bazis dedikdə üst qurumun əsasında duran istehsal münasibətlərinin məcmusu başa düşülür. Maliyyə iqtisadi bazisin elementidir və iqtisadi kateqoriya kimi çıxış edir. Çünki hər şeydən əvvəl o, istehsal münasibətlərinin müəyyən tərəflərini universal və mücərrəd formada ifadə edir, tarixi səciyyə daşıyır. Maliyyənin mahiyyətinin müəyyən olunması zamanı da iqtisadçılar arasında böyük fikir ayrılığı yaranır. Onlardan bəziləri maliyyənin bölgü kateqoriyası, digərləri istehsal kateqoriyası, üçüncü qrup isə geniş təkrar istehsal kateqoriyası kimi qiymətləndirirlər. Məlum olduğu kimi geniş təkrar istehsal 4 mərhələdən ibarətdir: istehsal – bölgü – mübadilə – istehlak. Beləliklə maliyyəyə belə tərif vermək olar: Maliyyə pul fondlarının yaradılması və istifadəsi ilə əlaqədar olan pul-bölgü münasibətlərinin məcmusuna deyilir.

Ümumiyyətlə, mаliyyə bir еlmi аnlаyış кimi аdətən еlə prоsеslərin məcmusudur кi, ictimаi həyаtdа müхtəlif fоrmаlаrdа təzаhür еtsə də höкmən pul vəsаitlərinin hərəкəti ilə müşаyiət оlunur. Müəssisələrdə təsərrüfаt dахili təyinаtа mаliк оlаn fоndlаrın yаrаdılmаsı üçün mənfəətin bölüşdürülməsi, vеrgilərin dövlət büdcəsinə ödənilməsi, büdcədən кənаr fоndlаrа və хеyriyyə fоndlаrınа vəsаit кöçürülməsi zаmаnı höкmən pul vəsаitinin hərəкəti mü­şа­hidə оlunur. Nə qədər nəzərə çаrpаn оlsа dа, pul vəsаitinin hərə­кəti özlüyündə mаliyyənin mаhiyyətini аçа bilmir. Mа­liy­yənin mаhiyyətinin öyrənilməsi üçün bütün mаliyyə ünsürlərinin dахili təbiətini хаrакtеrizə еdən хüsu­siyyətləri bilməк lаzımdır.

“Maliyyə” anlayaşı  pul  və əmtəə-pul  münasibətlərilə qırılmaz surətdə əlaqədardır. Əmtəə-pul münasibətləri şəraitində pulun hərəkətinin fasiləsiz prosesində onların bir sahibkardan digərinə keçidi baş verir. Pul maliyyənin mövcudluğunun mütləq şərtidir.

   Mаliyyəni digər bölgü каtеqоriyаlаrındаn fərqlən­dirən mühüm хüsusi əlаmət оndаn ibаrətdir кi, mаliyyə münаsibətləri mаliyyə rеsurslаrı fоrmаsındа оlаn pul gəlirləri və pul yığımlаrı fоndlаrının təşкili ilə əlаqədаr­dır. Bu şərt bütün ictimаi-iqtisаdi fоrmаsiyаlаr üçün ümumidir. Аncаq ictimаi-iqtisаdi fоrmаsiyаnın sоsiаl təbiətinin dəyişməsindən аsılı оlаrаq mаliyyə rеsurslаrının təşкili və istifаdəsinin fоrmа və mеtоdlаrı dəyişilir və təкmilləşdirilir.

Bеləliкlə, mаliyyə - məcmu ictimаi məhsulun (ümu­mi dахili məhsulun) və milli vаridаtın bir hissəsinin, təsərrüfаt subyекtlərinə və dövlətdə pul gəlirləri fоndlаrının yаrаdılmаsı, həmçinin gеniş təкrаr istеhsаlın və əhаlinin dаim аrtаn tələbаtının ödənilməsi məqsədilə bölgüsü və yеnidən bölgüsü prоsеsində mеydаnа çıхаn pul münаsibətlər sistеmidir.

Maliyyənin başlıca təyinatı pul gəlirləri və pul fondlarının yaradılması yolu ilə nəinki dövlətin və müəssisələrin pul vəsaitlərinə olan tələbatlarını təmin etmək və habelə maliyyə resurslarının xərclənməsi üzərində nəzarət etməkdən ibarətdir. Maliyyə pul vəsaitlərinin özü deyil, pul vəsaitləri fondlarının yaradılması, bölüşdürülməsi və istifadəsinə dair insanlar arasındakı münasibətlərdir. Maliyyə mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş pul vəsaitləri fondlarının yenidən bölgüsü və istifadəsi prosesində ictimai-iqtisadi münasibətlərin fəaliyyəti ilə bilavasitə əlaqədardır. Bir elm kimi maliyyənin predmeti ümumi daxili məhsulun və milli gəlirin bölgüsü və yenidən bölgüsü, pul vəsaitləri fondlarının yaradılması və istifadəsi ilə əlaqədar iqtisadi münasibətlər sistemindən ibarətdir.

Maliyyə dövlətlə müəssisələr, təşkilatlar və vətəndaşlar arasında qarşılıqlı əlaqələrin konkret forma və metodlarını özündə əks etdirir. Maliyyənin mahiyyəti və məzmunu onun funksiyalarında daha aydın görünür.

Maliyyənin funksiyası dedikdə, ona məxsus olan xassələrin (təyinatı, vəzifələri, icrası, rolu) təzahürü, yəni onun iqtisadi münasibətlər sistemində yerinə yetirdiyi rol başa düşülür. Maliyyənin funksiyası onun mahiyyətini açıqlayır. İqtisadi kateqoriya kimi maliyyəyə 3 funksiya: bölüşdürücü, tənzimləyici və nəzarət funksiyaları xarakterikdir.

Maliyyənin bölüşdürücü funksiyası ÜDM-in, milli gəlirin bölüşdürülməsi və yenidən bölüşdürülməsini həyata keçirir. Dövlətin milli gəlirinin yaradılmasının maddi əsasını ictimai məhsulun təkrar istehsalı təşkil edir. ÜDM-in təkrar istehsalı və onun bölgüsünün bütün mərhələlərində (istehsal, bölgü, mübadilə və son istehlak) maliyyədən bilavasitə istifadə edilir. Maliyyənin vasitəsilə həyata keçirilən milli gəlirin və ÜDM-in bölgüsü və yenidən bölgüsünün son məqsədi məhsuldar qüvvələrin inkişafından, dövlətçiliyin möhkəmləndirilməsindən, geniş əhali kütləsinin yüksək həyat səviyyəsinə nail olunmasından ibarətdir. Maliyyə öz bölgü funksiyasını, habelə müəssisələrin gəlirlərinin formalaşması və bölgüsü prosesində yerinə yetirir.

Maliyyənin digər mühüm funksiyası – nəzarət funksiyasıdır. Nəzarət funksiyası bölgü funksiyasından törəyir və hər şeydən əvvəl ümumi daxili məhsulun və milli gəlirin pul fondlarına bölgüsü və onların öz məqsədlərinə xərclənməsi üzərində nəzarətdə təzahür edir. Maliyyənin nəzarət funksiyası 2 cür həyata keçirilir: birincisi, manatla nəzarət vasitəsilə, ikincisi, maliyyə orqanlarının həyata keçirdikləri nəzarət vasitəsilə. Maliyyə nəzarətinin gələcək inkişafı, onun səmərəliliyi xeyli dərəcədə dövlətin qanunvericilik bazasının, zamanın tələbinə uyğun təkmilləşdirilməsindən bilavasitə asılıdır. Maliyyə nəzarətini tənzimləyən normativ-hüquqi baza bu nəzarəti demokratik dövlətə xas olan keyfiyyətcə yeni səviyyədə keçirməyi təmin etməlidir. Maliyyə nəzarətinin obyekti mərkəzləşdirilmiş, yəni ümumdövlət və bələdiyyə fondlarının və mərkəzləşdirilməmiş, yəni xüsusi sektorun pul fondlarının qanunvericilikdə müəyyən edilmiş qaydalarda təşkili, bölgüsü və istifadəsini nəzərdə tutan fəaliyyət təşkil edir.

Maliyyənin bölgü və nəzarət funksiyaları təsərrüfat mexanizminin tərkib hissəsi olan maliyyə mexanizmi vasitəsilə reallaşdırılır. Maliyyə mexanizmi - maliyyə münasibətlərinin idarə edilməsi üsullarının məcmusudur. Maliyyə mexanizmi özünə - dövlətdə maliyyə münasibətləri formalarını, mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş pul vəsaitləri fondlarının formalaşması və istifadəsi qaydalarını, maliyyə planlaşdırılması metodlarını, maliyyənin  idarə edilməsi formalarını və maliyyə qanunvericiliyini daxil edir.

Müasir dövrdə xüsusilə bazar iqtisadiyyatı şəraitində maliyyənin daha bir funksiyası da özünü qabarıq şəkildə göstərməkdədir. Maliyyənin tənzimləyici funksiyası, onun cəmiyyətdə mövcud ictimai münasibətlərə - iqtisadi, sosial, siyasi, ailə, mənəvi, əxlaq və s. münasibətlərin inkişafına təsir etməsində təzahür edir. Bu o deməkdir ki, ölkənin maliyyə vəziyyətindən asılı olaraq, adı çəkilən münasibətlərin pozitiv inkişafı və ya əksinə, tənəzzülü baş verə bilər. Lakin maliyyə ehtiyatlarının səviyyəsinə və onun xərc istiqamətlərinin müəyyən edilməsinə də mənfi təsir göstərən amillər vardır. Bunlar büdcə kəsiri, iqtisadi böhran, pul kütləsinin əsassız artımı, təsərrüfat fəaliyyətinin inkişafına vergi və kredit mexanizmlərinin əngəllər törətməsi və ya onların qeyri-səmərəliliyinə, nəhayət, cəmiyyətdə qeyri-stabillik və s. ola bilər.



Maliyyə menecmenti – maliyyə resurslarının idarə edilməsi sistemidir. Maliyyə siyasətini, metodlarını, vasitələrini, eləcə də maliyyə sabitliyini və artımının təmin edilməsi sahəsində qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün idarəetmə qərarlarını qəbul edən və bu qərarları praktikada həyata keçirən insanları əlaqələndirən maliyyə resurslarının idarə edilməsi sistemidir.

Maliyyə menecmenti maliyyə sisteminin bütün elementlərinə nüfuz edir və bazar iqtisadiyyatı şəraitində idarəetmə strukturunun ən mühüm tərkib hissəsi kimi çıxış edir. Maliyyə menecmentinin əsası qısamüddətli və uzunmüddətli perspektivdə maliyyə resurslarından səmərəli istifadə edilməsi amillərinin təhlilinə əsaslanan və maliyyə xidmətlərinin fəaliyyət istiqamətlərini müəyyənləşdirən maliyyə siyasətidir. Müvafiq siyasətin işlənib hazırlanması üçün maliyyə təhlilinin mənbələri dövlət maliyyə orqanlarının rəsmi hesabatları, institusional bazar strukturlarının (banklar, investisiya şirkətləri, əmtəə, fond və valyuta birjaları) informasiyası, statistik məlumatlar, sahələrarası və ölkələrarası məlumatların müqayisə edilməsi, şirkətlərin kənar istifadəsi üçün hazırlanmış maliyyə-mühasibat hesabatlarıdır. Müəssisələr səviyyəsində müvafiq maliyyə siyasətinin işlənib hazırlanması və qərarlar qəbul edilməsi üçün təsərrüfatdaxili prosesləri daha ətraflı açıqlayan daxili idarəetmə informasiyasından da istifadə edilir. Maliyyə menecmentinin məqsədləri aşağıdakılardır: şirkətin fəaliyyətinin faydalı iqtisadi nəticəsinin maksimallaşdırılması, məsrəflər minimallaşdırılmaqla mənfəətin maksimallaşdırılması, şirkətin iqtisadi potensialının artırılması, bazarda rəqabət qabiliyyətinin təmin edilməsi, mövcud maliyyələşdirmə mənbələrindən daha yaxşı istifadə edilməsi və qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün yeni maliyyələşdirmə mənbələrinin cəlb edilməsi, şirkətin aktivlərinin strukturunun optimallaşdırılması, yaxın gələcəkdə şirkətin maliyyə sabitliyinin təmin edilməsi. Maliyyə menecmenti məqsədlərinə nail olmaq müvafiq idarəetmə metodlarının tətbiq edilməsi sayəsində mümkündür. Maliyyənin idarə edilməsi metodları konkret tarixi xarakter daşıyır, makro və mikro səviyyələrdə iqtisadi münasibətlər inkişaf etdikcə bu metodlar da inkişaf edir. İnkişaf etmiş bazar münasibətləri şəraitində maliyyənin idarə edilməsinin əsas metodları aşağıdakılardır: prnoqnozlaşdırma və planlaşdırma, maliyyələşdirmə və kreditləşdirmə, özünümaliyyələşdirmə, vergitutma, sığorta, lizinq, trast, faktorinq, girov, maddi həvəsləndirmə, sanksiyaların tətbiq edilməsi. Maliyyə menecmenti müəyyən maliyyə vasitələri toplusunun köməyi ilə həyata keçirilir: ilkin vasitələr – pul vəsaitləri, debitor və kreditor borcları, qısamüddətli maliyyə qoyuluşları – səhmlər və istiqrazlar; təkrar vasitələr – opsionlar, fyuçerslər, forvard kontraktları.

Şirkətdə maliyyə fəaliyyətinin idarə edilməsi xüsusi olaraq bu məqsədlə yaradılmış xidmətlər tərəfindən həyata keçirilir. Bir qayda olaraq həmin xidmətlərə maliyyə üzrə vitse-prezident və ya maliyyə direktoru rəhbərlik edir. Maliyyə xidmətinin strukturuna daxil olan bölmələr maliyyə təhlili, proqnozlaşdırma və planlaşdırma, kredit siyasəti, pul vəsaitlərinin və qısamüddətli maliyyə qoyuluşlarının idarə edilməsi, vergitutma və dövlət tənzimləmə orqanları ilə qarşılıqlı münasibətlər, investisiya fəaliyyəti, eləcə də şirkətin mühasibat hesabatının tərtib edilməsi ilə məşğul olurlar.


Maliyyə menecmentinin planlaşdırılması
Bazar iqtisadiyyatı şəraitində biznesin idarə edilməsi xeyli mürəkkəbləşir. İstehsal fondlarının genişlənməkdə olan dövriyyəsinin maliyyə ehtiyatları ilə fasiləsiz və tam təminatı üçün planlaşdırma son dərəcə vacib bir işdir. Biznesin planlaşdırılması sistemində maliyyə planlaşdırması mühüm yer tutur, lakin bu, köhnə iqtisadi sistemdəki planlaşdırmadan köklü surətdə fərqlənir. Burada söhbət mərkəzləşdirilmiş qaydada müəyyən olunan planlardan deyil, demokratik prinsiplərə əsaslanan, çoxukladlı mülkiyyət formaları şəraitində fəaliyyət göstərən müəssisələrin özlərinin müəyyən müddət üçün sərbəst tərtib etdikləri planlardan gedir.

İnkişaf etmiş ölkələrdə biznes planı əhatə dairəsindən asılı olmayaraq bütün müəssisələrdə tutulur və onların fəaliyyət istiqamətlərini müəyyənləşdirir. İqtisadi inkişaf səviyyələri nə qədər yüksək olsa da, həmin ölkələrdə maliyyə planlaşdırması öz əhəmiyyətini itirmir və daim təkmilləşməkdə davam edir.

Maliyyə və təsərrüfat azadlığı şəraitində müəssisələr planlaşdırmadan öz fəaliyyətlərinin səmərəsini daha da yüksəltmək məqsədilə istifadə edirlər. Buna görə də maliyyə planlaşdırması prosesində müəssisənin daxili ehtiyatlarının daha da çoxaldılmasına, istehsal güclərindən daha yüksək məhsuldarlıqla istifadə olunmasına, material, əmək və pul ehtiyatlarının daha rentabelli şəkildə işlədilməsinə, istehsalın ən yaxşı təşkilinə və s. xüsusi diqqət yetirilir.

Bazar münasibətlərinə keçid maliyyə planlaşdırılması metoduna əsaslanır. Xatırladaq ki, keçid dövründə mülkiyyət münasibətləri dəyişir, istehsal prosesində çətinliklər yaranır. Bazarın yaxın gələcəkdəki vəziyyəti və müəssisənin fəaliyətinin bazar dinamikasına uyğunluğu yetərincə dəqiq hesablanarsa, onda daha uzaq perspektivdə baş verə biləcək prosesləri də proqnozlaşdırmaq olar. Buna görə də maliyyə planlaşdırması bir tərəfdən müəssisənin yaxın gələcək üçün maliyyə göstəricilərinin dəqiq hesablanmasını, digər tərəfdən isə inandırıcı və çoxtərəfli xarakter daşıyan proqnoz hesablamalarını əhatə edir.

Birillik müddəti əhatə edən maliyyə prosesləri müəssisənin gəlirlər və xərclər balansı formasında əvvəlcədən pul hesabı ilə qurulan maliyyə planında göstərilir. Bu balans müəssisənin maliyyə-təsərrüfat fəaliyyəti nəticəsində əldə etdiyi bütün gəlirləri, yığımları və məsrəfləri əks etdirir. Belə bir planın tərtib edilməsi müəssisənin fəaliyyətinin bütün tərəflərinin nəzərə alınmasını, bu zaman istehsal, məişət, investisiya, sosial sahə və s. ilə bağlı olan müvafiq göstəricilərdən istifadə olunmasını tələb edir.

Ümumi maliyyə nəticələrini, mənfəət və zərərləri, həmçinin buraya daxil olan büdcəyə və büdcədənkənar fondlara ödənişləri, ehtiyat fondunun böyüklüyünü, xalis mənfəəti, maliyyə bazarında toplanmış maliyyə ehtiyatlarını və onlardan istifadə istiqamətlərini yalnız bu məlumatlar əsasında dəqiq hesablamaq mümkündür.

Bu balansı hazırlayarkən müəssisələrin maliyyə xidmətləri bir sıra prinsiplərə, göstəricilərə və maliyyə normalarına əməl etməlidirlər. İlk növbədə maliyyə göstəriciləri və normaları hesablanır, onlar başqa plan göstəriciləri ilə əlaqələndirilir. Məsələ burasındadır ki, iqtisadiyyatın mərkəzləşdirilmiş amirlik sistemi ilə idarə olunduğu keçmiş dövrdən fərqli olaraq bazar iqtisadiyyatı şəraitində əsas maliyyə göstəricilərini və normalarını araşdırmağa yardımçı ola biləcək konkret və dəqiq göstəriciləri müəyyənləşdirmək mümkün deyil. Bir çox göstəricilər bazarın diktəsi ilə müəyyənləşdirilir. Maliyyə planlaşdırılması zamanı cari dəyər, gələcək dəyər, inflyasiya səviyyəsi kimi göstəricilər böyük önəm kəsb etsə də, onlar bazar səviyyəsinin təsiri ilə tez-tez dəyişilir. Borc vəsaitləri norması (leverage ratio), likvidlik, rentabellilik və gəlirlilik normaları, bazar dəyəri norması kimi maliyyə normalarını bilmədən korporasiyalarda maliyyə planlaşdırmasını səmərəli şəkildə həyata keçirmək mümkün deyil. Borc vəsaitləri norması şirkətin börc yükünün nə qədər olduğunu bildirir. Bu norma uzunmüddətli borcların və lizinq dəyərinin uzunmüddətli borcların məbləğinə, lizinqin və səhmin (yaxud uzunmüddətli borcların) dəyərlərinin səhmin dəyərinə olan nisbəti ilə müəyyən edilir. Likvidlik norması şirkətin mövcud aktivləri hansı tezliklə nağdlaşdıra biləcəyini göstərir. Bu göstərici xalis cari aktivlərin ümumi aktivlərə, yaxud cari aktivlərin cari öhdəliklərə nisbəti ilə tapılır. Rentabellilik və gəlirlilik norması müəssisə aktivlərinin səmərəliliyini və gəlirlilik səviyyəsini göstərir. Bu istiqamət üzrə müxtəlif göstəricilər hesablanır. Bazar dəyəri norması investorların müəssisə aktivlərini qiymətləndirmə səviyyəsini əks etdirir. Bu norma bir səhm dividendinin aksiyanın dəyərinə, yaxud səhmin dəyərinin bir səhmin balans dəyərinə nisbəti ilə ölçülür. Maliyyə göstəricilərinə və normalarına dair məlumatların hesablanması üçün müxtəlif iqtisadçılar bu istiqamətdə maliyyə planının ayrı-ayrı göstəricilərinin səviyyəsini müxtəlif bucaqlardan əks etdirən müxtəlif norma və göstəricilər təklif edirlər.

Maliyyə göstəriciləri haqq-hesaba vurulandan sonra bütövlükdə bir neçə istiqamət əsasında tərtib olunan maliyyə planının layihəsi hazırlanır:



  1. Gəlirlər və vəsaitlərin daxil olması. Buraya banklardan və dövlətdən alınmış vəsaitlərdən başqa, müəssisənin bütün maliyyə ehtiyatları daxildir.

  2. Xərclər və vəsaitlərin ayrılması. Bu bölmədə istehsalın genişləndirilməsində, iqtisadi stimullaşdırmada, əməliyyat və digər xərclərdə maliyyə ehtiyatlarından istifadə olunması əks etdirilir.

  3. Müəssisənin bank idarələri ilə kredit münasibətləri. Burada banklardan alınmış ssuda, onların qaytarılması, kreditlərdən istifadəyə görə faizlərin ödənilməsi əks etdirilir.

  4. Müəssisənin büdcə və büdcədənkənar fondlarla münasibətləri. Bu bölməyə göstərilən fondlara vergi ödənişləri, müəssisənin aldığı maliyyə yardımı və başqa məlumatlar daxil edilir.

  5. Ayrı-ayrı maliyyə normalarının və göstəricilərinin hesabları, inflyasiyanı, şirkətin gələcək dəyər səviyyəsini nəzərə almaqla adı çəkilən norma və göstəricilərin plan ilinin şərtlərinə uyğunlaşması.

Biznes planı uzunmüddətli və qısamüddətli olur. Uzunmüddətli maliyyə planlaşdırılması kapitala tələbin, daha doğrusu, kredit mənbələrinin müəyyən edilməsini, kapitala tələbin həcminə təsir edən amillərin və maya dəyərinin təhlilini, həmçinin investisiya planını (istehsal xərclərinin və mənfəətin müqayisəli təhlili, rentabellilik və öz xərclərini ödəmə müddətləri) və balansın likvidlik göstəricilərini əhatə edir. Qısamüddətli maliyyə planlaşdırılması ümumi gəlirləri, xərcləri, xalis mənfəəti, kredit planını, investisiya və likvidlikliyin təmin olunması planlarını özündə əks etdirir.

Həm uzunmüddətli, həm də qısamüddətli maliyyə planlarının tərtibi zamanı müəyyən prinsiplərin gözlənilməsi tələb olunur. Buraya ödəmələrin və daxilolmaların müddətlərinin uyğunluğu (buna «qızıl bank qaydası» deyilir), daimi ödəmə qabiliyyəti, investisiyaların rentabelliyi, riskin tarazlığı, bazar şəraitinə uyğunlaşma və rentabelliliyin məhdud səviyyəsi prinsipləri aiddir.

Biznes planı, bundan əlavə, digər konkret planları da əhatə edir. Bu planlar müəssisələrin maliyyə-təsərrüfat fəaliyyətinin bütün sahələri ilə əlaqəli şəkildə tərtib oluna bilər. Belə planlar kommersiya və istehsal müəssisələrində bir qədər fərqli tərtib olunsa da, bütövlükdə onların hamısı gəliri proqnozlaşdırmaqla gəlir və xərcləri müəyyən etmək məqsədi daşıyır. Bundan sonra maliyyə planının bölmələri uzlaşdırılır və şirkət rəhbərinin təsdiqinə verilir.

Maliyyə planlaşdırılması maliyyənin idarə edilməsinin mühüm elementi kimi çıxış edir. Maliyyə planlaşdırılmasının obyekti dövlətin və təsərrüfat subyektlərinin maliyyə fəaliyyətidir. Onun nəticəsi isə maliyyə planlarının (ayrı-ayrı idarələrin smetalarından başlamış dövlətin icmal maliyyə balansınadək) tərtibidir. Hər bir planda müəyyən dövrə gəlir və xərclər, bütün maliyyə və kredit sisteminin həlqələri ilə ödəniş və hesablaşmalar üzrə qarşılıqlı əlaqələr müəyyən edilir.

Maliyyə sisteminin bütün həlqələri maliyyə planına malikdir. Maliyyə planının formaları, onun göstəricilərinin tərkibi maliyyə sisteminin müvafiq həlqəsinin spesifikliyini əks etdirir. Belə ki, kommersiya əsasında fəaliyyət göstərən müəssisələr gəlirlər və xərclər balansı; qeyri-kommersiya fəaliyyətini həyata keçirən idarələr smeta; kooperativ təşkilatları, ictimai birliklər və sığorta şirkətləri maliyyə planları, dövlət hakimiyyəti orqanları büdcələr tərtib edirlər.

Maliyyə planlaşdırılmasında iqtisadi inkişafın bu və ya digər mərhələsində həyata keçirilən maliyyə siyasətinin tələbləri əsas götürülür. Bu halda plan tapşırıqlarını yerinə yetirmək üçün pul vəsaitinin həcmi və onun mənbələri müəyyən edilir, gəlirlərin artırılması və xərclərə qənaət aşkar edilir, mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş fondlar arasında vəsaitin bölgüsünün optimal nisbətləri müəyyən edilir.

Maliyyə göstəricilərinin proqnoz və plan hesablamaları müxtəlif metodlardan istifadə etməklə həyata keçirilir. Onlardan ən əhəmiyyətlisi ekstrapolyasiya, normativ, riyazi modelləşdirmə metodlarından ibarətdir. Ekstrapolyasiya metodunda maliyyə göstəriciləri onların dinamikasını aşkar etmək əsasında müəyyən edilir, hesablamada hesabat dövrünün göstəricilərindən istifadə olunur. Normativ metod müəyyən edilmiş norma və normativlərdən istifadəyə əsaslanır. Riyazi modelləşmə metodu real iqtisadi-sosial proseslərdə maliyyə modelinin qurulmasından ibarətdir.

Maliyyə resurslarının formalaşması mənbələri ilə birlikdə onların istifadəsi istiqamətlərini uyğunlaşdırmaq, maliyyə planının bütün bölmələrini öz aralarında ələqələndirmək üçün balans metodu tətbiq edilir.

Maddi istehsal sahələrində planlaşdırma zamanı geniş forma ilə birlikdə gəlir və xərclər balansı – ixtisar edilmiş forma da (kiçik və orta müəssisələr üçün) maliyyə planı tərtib edilir.

Maliyyə planının tərtib olunmasının məqsədi maliyyə göstəricilərinin qısa, orta və uzun müddətə proqnozlaşdırılması əsasında maliyyə vəsaitlərinin, kapital və ehtiyatların mümkün həcminin müəyyən olunmasıdır. Maliyyə planının əsas strategiyası təsərrüfatçılıqla məşğul olan subyektlərdə mənfəətin mənbələrinin və məsrəflərin istiqamətlərinin müəyyənləşdirilməsidir. Müasir dövrdə firma maliyyə planından istifadə edərək sərəncamında qalan xalis mənfəətdən necə istifadə olunmasını özü müəyyənləşdirir.

Qoyulan məqsəddən asılı olaraq müəssisələrdə maliyyə planları bir qayda olaraq 5 illik, 1 illik və rüblük hazırlanır. Lakin bəzi hallarda uzun müddətli strateji maliyyə planları da işlənib hazırlanır. Buna müvafiq olaraq perspektiv, cari və operativ planlar mövcuddur.

Maliyyə planı işlənib hazırlanarkən əvvəlki dövrün maliyyə hesabatları məlumatlarından istifadə edilir. Bu kompaniyanın maliyyə vəziyyətini təhlil etmək üçün zəruridir. Çünki, belə təhlil arzuolunmaz kənarlaşdırmaları arzu etməyə və planda analitik ümumiləşdirmələrin nəticələrini uçota almağa imkan verir.

Maliyyə planlaşdırılmasının müasir praktikasında fərqlənən digər mühüm cəhət illik planların və operativ göstəricilərin eyniyyat təşkil etməsidir. Daha doğrusunu desək illik planlar vaxta görə də daha qısa müddətli planlara bölünür.

Planı işləyib hazırlayarkən fəaliyyət istiqamətlərini, təsərrüfat, investisiya, maliyyə istiqamətlərinin dəqiq hüdudunu müəyyən etmək lazımdır. Bu, pul axılarının idarə edilməsinin səmərəliliyini yüksəldir. Həmçinin konkret təsərrüfatçılıq şəraitindən (rüblük, illik və ya daha çox) asılı olaraq planlaşdırma intervalını qabaqcadan müəyyən etmək də lazımdır.



Maliyyə menecmentinin nəzarəti
Sosial-iqtisadi proseslərin inkişaf etdikləri bir şəraitdə xalq təsərrüfatının idarə edilməsində, xüsusən bazar iqtisadiyyatı şəraitində nəzarət etmək əsas məsələlərdən biridir.

Hazırda nəzarət respublikamızın qanunverici və icra orqanları, maliyyə orqanları, vergi idarələri, Milli Bankı, Nazirlik və idarələrin ixtisaslaşdırılmış inspeksiyaları, Dövlət Statistika komitəsi və digər dövlət idarəetmə orqanları tərəfindən həyata keçirilir.

Nəzarət sistemi içərisində əsas yeri maliyyə nəzarəti tutur. Maliyyə nəzarətinin dövlətin maliyyə siyasətinin müvəffəqiyyətlə reallaşdırılmasında, maliyyə ehtiyatlarından xalq təsərrüfatının bütün sahələrində effektli istifadə edilməsini təmin etmək prosesində əhəmiyyəti böyükdür. Bazar iqtisadiyyatına keçid dövründə maliyyə nəzarətinin rolu daha da artır.

Maliyyənin nəzarət funksiyasının reallaşması forması maliyyə nəzarəti hesab edilir. O, maliyyə nəzarətinin məzmununu və təyinatını müəyyən edir. Nəzarətin məzmunu, istiqaməti məhsuldar qüvvələrin inkişaf səviyyəsindən və cəmiyyətin istehsal münasibətlərindən asılı olaraq dəyişir. Maliyyə nəzarəti - xüsusi forma və üsul tətbiq etməklə təsərrüfat və idarəetmə obyektlərinin maliyyə fəaliyyətinin və onunla bağlı əməliyyatların yoxlanılması məcmusundan ibarətdir. Maliyyə nəzarəti həyata keçirmək üçün yüksək ixtisaslı mütəxəssislərdən ibarət kompletləşdirilmiş xüsusi nəzarət təşkilatları və ya qrupları yaradılır. Onların hüquq və vəzifələri qüvvədə olan qanunlara uyğun olaraq müəyyən edilir.

Maliyyə nəzarəti - nəzarətin xüsusi sahəsi olub dəyər dərəcəsində istifadəsi ilə əlaqəli, məqsədəuyğun istiqamətdə müəyyən tətbiq sahəsinə malikdir.

İqtisadi idarəetmənin ən vacib ünsürlərindən sayılan nəzarət və uçot bazar münasibətlərində daha aktiv xarakter daşıyır. İnzibati qaydada tətbiq edilən, ümumi nəzarətdən imtina etməyə səy edən hər bir firma və təsərrüfat rəhbəri sərbəst təsərrüfatçılıq şəraitində ayrı-ayrılıqda təsərrüfatdaxili idarəetmə nəzarətindən necə istifadə etməyin yollarını axtarır. Bu zaman uçot və hesabat məlumatlarının öyrənilməsi və hesabat məlumatlarının öyrənilməsi, balans rəqəmlərindən istifadə edilməsi mühüm əhəmiyyət kəsb edir. Belə şəraitdə auditor xidmətinə istinad edilməsi vacibdir. Audit fəaliyyətinin zəruriliyi bir sıra nəzəri prinsiplərə əsaslanır və dərin köklərə malikdir. Azad bazar iqtisadiyyatında dövlətlə sahibkar arasında, sahibkarlarla idarəedici (menecer) arasında təsərrüfat- maliyyə prosesi üzrə etibar və məsuliyyət zəmanəti olmalıdır ki, bu məsul işi də yalnız audit vasitəsilə icra etmək mümkündür.

Maraqlı işgüzar tərəflərin manafeyini təmin edən audit (ekspert) yekun arayışının hazırlanmasında müxtəlif test sistemindən və yoxlama metodologiyasından istifadə edir. Bu və ya digər sistemin tətbiqi və yaxud onun elementlərindən istifadə edilməsi verilən sifarişdən və tərəflərin maraq dairəsindən asılıdır.

Audit müstəqil təftiş keyfiyyətinə malik olsa da, onun fəaliyyəti yalnız mühasibat və maliyyə hesablarının yoxlanılması ilə məhdudlaşa bilməz. Audit fəaliyyətin inkişafı tarixinə nəzər saldıqda, onun dərin tarixi köklərə və böyük inkişaf yoluna malik olduğunu müşahidə etmək olar. Qeyd etmək lazımdır ki, onun mövcudluğu hər şeydən əvvəl mülkiyyət münasibətləri ilə bağlıdır. Audit latın sözü olub avdio-sözündən götürülmüşdür, mənaca isə eşidirəm deməkdir. Lakin bu gün ETT-nin inkişafı ilə əlaqədar olaraq audit təkcə eşidirəm yox, həm də görmək, dərin iqtisadi təhlil aparmaq, analitik nəticələr əldə etmək və ümumiləşdirmək qabiliyyətinə malik olmalıdır.

Tədqiqatçıların fikrinə görə audit fəaliyyəti XII - XIII əsrlərə təsadüf edir və bu peşəkar fəaliyyət növünün birinci dəfə İngiltərədə rəsmən elan edilməsi qeyd olunur. Audit fəaliyyətinin struktur formalaşması XVIII əsrin sonundan başlamışdır. Bu forma İEÖ-də geniş yayılmışdır (ABŞ, AFR, İngiltərə). Dünyada “Artur Anderson”, ”Mak Kinzi”, ”Kuperz End Laybrand” və s. auditor təşkilatları ən məşhurdur. MDB ölkələrində ilk dəfə 1987-ci ildə yaradılıb.

Audit - əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesablarının müstəqil yoxlanılmasıdır. Audit yoxlanılması məcburi və ya könüllü ola bilər. Audit 2 formaya ayrılır: firmadaxili və kənar.



Firmadaxili audit - firma daxilində və eyni zamanda filiallarında audit xidmətlərini həyata keçirərəkən firmanın mərkəzi rəhbər kimi fəaliyyət göstərir.

Kənar audit - xüsusi audit firması dövlət vergi idarəsi, idarə və müəssisələr ilə və s. Mənfəətbərdar olanlar, banklar, xarici partnyorlarla səhmdar və sığorta cəmiyyətləri ilə bağlanmış müqavilələr əsasında həyata keçirilir. Əsas vəzifələri yoxlanılan obyektlərdə maliyyə hesabatlarının düzgünlüyünü təyin etmək və həmçinin təsərrüfat fəaliyyəti və kommersiya nəticələrinin yaxşılaşdırılması üçün tövsiyyələr işləyib hazırlamaqdan ibarətdir.

Mənfəətin bölüşdürülməsi
Müəssisənin sərəncamında qalan mənfəətin bölüşdürülməsi sisteminə hazırda qoyulan başlıca tələb ondan ibarətdir ki, o, istehlak və yığıma yönəldilən vəsaitlər arasında optimal nisbətlərin müəyyən edilməsi əsasında geniş təkrar istehsalın maliyyə resurslarına tələbatı təmin etməlidir.

Mənfəətin bölüşdürülməsi və ondan istifadənin əsas istiqamətlərinin müəyyən edilməsi zamanı hər şeydən əvvəl rəqabət mühitinin vəziyyəti nəzərə alınmalıdır. Çünki bu, müəssisənin istehsal potensialının əhəmiyyətli dərəcədə genişləndirilməsi və yeniləşdirilməsi zərurətini diqtə edir. Buna uyğun olaraq mənfəətdən istehsalın inkişafı fondlarına ayırmaların miqyası müəyyən edilir. Bu fondun resurslarından kapital qoyuluşlarının maliyyələşdirilməsi, dövriyyə vəsaitlərinin artırılması, elmi-tədqiqat fəaliyyətinin təmin edilməsi, yeni texnalogiyaların tətbiqi, əməyin mütərəqqi metodlarına keçilməsi və s. üçün istifadə olunur. Müəssisənin mənfəətinin bölüşdürülməsinin ümumi sxemi aşağıdakı kimidir:


Müəssisənin xalis mənfəətinin bölüşdürülməsi



Ehtiyat fondu – təbii fəlakətlər nəticəsində baş vermiş itkilərin və balans zərərlərinin ödənilməsi üçün istifadə olunur.

Yığım fondu – istehsal və qeyri-istehsal təyinatlı əsas fondların alınması və inşası, habelə digər əsaslı vəsait qoyuluşu (qaytarılacaq) üçün istifadə olunur. Eyni zamanda bu fond hesabına qaytarılmamaq şərtilə aşağıdakı xərclər maliyyələşdirilir:

  • elmi-tədqiqat işlərinin aparılması;

  • təbiəti mühafizə tədbirləri;

  • vergi ödənişi üçün maya dəyərinə daxil edilməsi normalarından artıq xərclərin ödənilməsi (ixisasın artırılması, ezamiyyət xərcləri, kredit üçün faizlər və s.)

  • qiymətli kağızların buraxılışı üçün xərclər;

  • başqa müəssisələrin yaradılması üçün xərclər;

  • mənfəətin gizlədilməsi üçün cərimə sanksiyalarınin ödənilməsi və s.

İstehlak fondu – işçilərin sosial ehtiyaclarının ödənilməsinin və maddi həvəsləndirilməsinin maliyyələşdirilməsi üçün sərf olunur. Buraya istehsal göstəriciləri ilə əlaqədar olmayan (çoxillik əmək, yubiley və s.) mükafatların verilməsi; maddi yardımın göstərilməsi; putyovkaların, müalicənin, işçilər və onların ailə üzvləri üçün dərmanların dəyərinin, faizlərin və s. ödənilməsi daxildir. İstehlak fondundan çəkilən xərclər qaytarılmır.

Müəssisənin hər bir təşkilati-hüquqi forması üçün onun sərəncamında qalan mənfəətin bölüşdürülməsinin qanuna müvafiq mexanizmi müəyyən edilmişdir. Hər bir müəssisədə bölüşdürmə obyekti müəssisənin balans mənfəətidir. Mənfəətin bölüşdürülməsi dedikdə, mənfəətin büdcəyə yönəldilməsi və müəssisədə istifadənin maddələr üzrə paylaşdırılması başa düşülür. Mənfəətin yalnız vergilər şəklində müxtəlif səviyyəli büdcələrə daxil olan və digər məcburi tədiyyələrin ödənilməsinə yönəldilən hissəsinin bölüşdürülməsi qanunla tənzimlənir. Müəssisənin sərəncamında qalan mənfəətin xərclənməsi istiqamətləri, ondan istifadə maddələrinin strukturu müəssisənin səlahiyyətindədir.

Mənfəətin bölüşdürülməsi üzrə dövlət heç bir normativ müəyyən etmir, lakin vergi güzəştlərinin verilməsi qaydası mənfəətin istehsal və qeyri-istehsal xarakterli kapital qoyuluşlarına, xeyriyyəçilik məqsədlərinə, təbiəti mühafizə tədbirlərinin maliyyələşdirilməsinə, qeyri-istehsal sferası obyektlərinin və təşkilatlarının saxlanması xərclərinin ödənilməsinə və s. yönəldilməsini stimullaşdırır. Qanunvericilik müəssisənin ehtiyat fondunu məhdudlaşdırır, şübhəli borclar üzrə ehtiyatın formalaşması qaydasını tənzimləyir.

Mənfəətin bölüşdürülməsi və istifadəsi qaydası müəssisənin nizamnaməsində qeyd olunur, iqtisadi və maliyyə xidmətlərinin müvafiq bölmələrinin hazırladıqları əsasnamə ilə müəyyən edilir və müəssisənin rəhbər orqanları tərəfindən təsdiq olunur.


Mənfəət bölgüsü strategiyaları

Müəssisənin mənfəətin bölgüsündə izləyəcəyi siyasətin də bazar dəyərinin müəyyənləşdirilməsində əhəmiyyəti böyükdür. Ortaqlara ödəcəyi mənfəət payının illərə görə artımı onun bazar dəyərini də artıracaqdır.

Mənfəət bölgüsü sahəsində tətbiq olunan başlıca strateji qərarlar isə aşağıdakı kimi təhlil olunur:

* Sabit miqdarda mənfəət bölgüsü siyasəti;

* Sabit nisbətdə mənfəət bölgüsü siyasəti;

* Sabit miqdarda əlavə olaraq müəyyən bir miqdarın da ödənilməsi siyasəti.



Sabit miqdarda mənfəət bölgüsü siyasəti:

Bu sistemdə müəssisənin gəlirləri illərə görə artıb-azalma ilə müşayiət olunsa da, o, ortaqlara hər il sabit miqdarda pay verməkdədir. Bu cür siyasət müəssisə səhmlərinin bazar dəyərini də uzun müddət qoruyub saxlaya bilir. Xüsusilə qoyulan investisiyaları artırmaqla daha çox mənfəət əldə etmək istəyən müəssisələr bu siyasətin tətbiqinə xüsusi əhəmiyyət verirlər.



Sabit nisbətdə mənfəət bölgüsü siyasəti:

Bu sistemdə isə müəssisə rəhbərliyi ilin yekunlarına görə əldə etdiyi mənfəətin sadəcə müəyyən bir nisbətini (faizini) ortaqlara paylamaqdadır. Mənfəət payları isə hər il ümumi gəlirlərin səviyyəsindən asılı olaraq dəyişə bilər.



Sabit miqdarda əlavə olaraq müəyyən bir miqdarın da ödənilməsi siyasəti:

Bu mənfəət bölgüsündə müəssisə rəhbərliyi ümumi mənfəətdən ortaqlara paylayacağı minimum həddi müəyyənləşdirir və əlavə olaraq mənfəət artımlarından da bir miqdar pay ödəyir.

Müəssisənin rəhbərliyinin bu sahadə alacağı hər hansı bir qərar, mümkün qədər müəssisənin bazar dəyərinə və yaxud səhmlərin satış qiymətinə təsir etməməlidir.

Divident siyasəti
Korporasiyanın, yəni səhmdar cəmiyyətlərin səhmdarlar arasında bölüşdürülən mənfəəti dividend adlanır. Dividendlər səhmdarların müəyyən səhmdar cəmiyyətə qoyduqları kapitaldan gələn yeganə gəlir bazasıdır. Bu gəlir ya pul, ya da səhm formasında ödənilə bilər. Dividendlərin ödənmə mənbəyi heç bir halda investisiya kapitalı yox, yalnız və yalnız bölüşdürülməmiş mənfəətdir.

Göstərdiyimiz kimi, müəssisə səhmdarları konkret müəssisəyə qoyduqları kapitalın gəlirini dividendlər şəklində alırlar. Səhmdar cəmiyyətlərdə dividendlər faktiki olaraq müəssisə sahiblərinin maraqlarını ifadə edən bir vasitədir. Şirkətin gəlirliliyi nə qədər yüksək və stabildirsə, dividendlər də bir o qədər müntəzəm ödənilir. Məlum olduğu kimi, şirkətin mənfəətindən ilk növbədə korporativ vergilər ödənilir, yerdə qalan hissədən şirkət istədiyi kimi istifadə edir. Səhmdarların qərarı ilə qalan hissənin bir qismini yeni investisiyaların maliyyələşdirilməsinə yönəltmək olar. Bundan sonra isə dividendlər ödənilir. Dividendlərin müəyyən edilməsi və ödənilməsi tədbirlərinin cəmi dividend siyasətini təşkil edir. Şirkətin inkişafında dividend siyasəti mühüm rol oynayır. Səhmdarlar dividendləri azaldan şirkətlərə pis baxdıqları üçün dividend siyasəti investorlarla münasibətlərə birbaşa təsir edir. Dividend siyasətini seçərkən maliyyə menecerləri, hər şeydən əvvəl, səhm sahiblərininin arzularını nəzərə almalıdırlar. Əks halda onlar öz səhmlərini satmaqla səhmlərin bazar qiymətini endirə bilərlər. Dividend siyasətinin səviyyəsi şirkətin maliyyə proqramı və kapital qoyuluşu büdcəsi ilə, eləcə də pul vəsaitinin hərəkəti və səhm kapitalının ölçüsü ilə bağlıdır.

Dividend siyasəti seçimi müəssisələrin strategiyasında da mühüm əhəmiyyət kəsb edir. Pul vəsaitinin hərəkəti və investisiya tələbatı daimi deyilsə, şirkət yüksək müntəzəm dividendlər ödəməməlidir. Bu zaman aşağı müntəzəm dividend təyin etmək daha yaxşıdır. Onlar artırılsa, həmişə bu səviyyəni saxlamaq lazım gələcək, çünki yüksək səviyyəyə vərdiş edən səhmdarlar sonralar dividendlərin həcmi azaldılanda buna etiraz edəcəklər.

Təcrübədə dividend siyasətinin müxtəlif növlərindən istifadə olunur. Ən geniş yayılmışları bunlardır:



Səhmə sabit gəlir siyasəti bir səhmin gətirdiyi gəlirlərin sabitliyi ilə ifadə olunur. Bir çox səhmdarlar üçün dividend daimi gəlir mənbəyi olduğundan investorlar, adətən, siyasətin bu növünü dəstəkləyirlər. Bundan əlavə, səhmə sabit gəlir siyasəti müəssisələrə özlərini aşağı riskli şirkət kimi səciyyələndirmək imkanı verir. Hətta zərərə düşsələr belə, şirkətlər öz dividendlərinin miqdarını qoruyub saxlamalıdırlar. Bu, sığorta şirkətləri və pensiya fondları kimi maliyyə vasitəçiləri ilə işləyən şirkətlərə kömək ola bilər.

Gəlirlərin daimi pay siyasəti mənfəətin bir hissəsindən səhmdarlara dividend şəklində daimi faiz ödənməsi deməkdir. Mənfəətin həcmi daimi olmadığına görə bu halda dividendlərin mütləq həcmi tez-tez dəyişilə bilər. Mənfəət azaldıqca müvafiq olaraq dividendlərin həcmi də azalır, şirkət zərərə düşdükdə isə dividendin ümumiyyətlə kəsilməsi mümkündür.

Güzəşt siyasətində dividend siyasətinin bu növündən istifadə edilərkən səhmlərə aşağı məbləğdə sabit dividend ödənilməsi və uğurlu illərdə faizlərin artırılması nəzərdə tutulur. Faiz ödəmələri müntəzəm aparılmır. Belə siyasət bütövlükdə şirkətin fəaliyyət çevikliyini müəyyən etsə də, investorlarda dividendləri gözlədikləri məbləğdə ala biləcəklərinə şübhə yaradır. Səhmdarlar belə qeyri-müəyyənliyi xoşlamırlar. Bu siyasət yalnız gəlirlər dəyişkən olanda səmərə verə bilir.

Qalıq dividend siyasətindən şirkətin investisiya imkanları qeyri-sabit olanda istifadə edilir. Bu zaman şirkət mənfəət hesabına ilk növbədə özünün investisiyaya ehtiyacını ödəyir, yerdə qalan hissə dividendlərin verilməsinə yönəldilir.

Ümumiyyətlə dividendlərin ödənilməsinə bəzi amillər təsir göstərir ki, onların əsasları bunlardır:



  • şirkətdə istehsal və ya xidmətin artım sürəti, onların keyfiyyəti. Şirkətin artım səviyyəsi nə qədər yüksəkdirsə, dividendlərin ödənilməsi ehtimalı da bir o qədər çoxdur;

  • məhdudlaşdırıcı müqavilələr. Bəzi şirkətlərdə dividendlərin ödənilməsini limitləşdirən məhdudlaşdırıcı kredit və ya sığorta müqavilələri olur;

  • şirkətdə rentabellilik. Dividendlərin bölüşdürülməsi və ödənilməsi şirkətlərin gəlirliliyindən birbaşa asılıdır;

  • gəlirlərin sabitliyi;

  • şirkətlərin kredit sazişlərinin şərtləri;

  • ölkədə vergiqoymanın və borc öhdəliklərinin səviyyəsi və s.

Mənfəətdən dividendlərin ödənilməsi üçün istifadə olunması mühüm əhəmiyyət kəsb edir, bir çox səhmdar cəmiyyətlərin strategiyasının önəmli probleminə çevrilir. Çünki dividend siyasəti firmanın maliyyə durumuna önəmli təsir göstərir.




NƏTİCƏ

Bazar münasibətlərinə keçidlə əlaqədar həyata keçirilən təşkilati və iqtisadi tədbirlər ölkədə yeni bank və maliyyə sisteminin yaradılmasına, iqtisadiyyatın qeyri dövlət bölməsinin formalaşmasına, əmtəə, xidmət və kapital bazarının fəaliyyətinə şərait yaratdı.

Müasir dövrdə müəssisələrin sahibkarlıq fəaliyyətinin əsas məqsədi mənfəət əldə etməkdir. Mənfəət müəssisədə istehsalın genişləndirilməsinin, iqtisadi həvəsləndirmə fondlarının təşkilinin və büdcə gəlirlərinin formalaşmasının əsas mənbələrindən biridir. Bütün bunlar isə müəssisələrdə maliyyə münasibətlərinin daha da təkmilləşdirilməsini tələb edir.

Artıq müəssisələr öz maliyyə-təsərrüfat fəaliyyətini bazarın diqqətinə uyğun şəkildə təşkil etmək məcburiyyətində qalmışdır.

Müəssisənin maddi-texniki bazarının möhkəmlənməsi, işçilərin maddi marağının təmin olunması müəssisənin istehsal etdiyi və yaxud göstərdiyi xidmətlərin alıcılar tərəfindən necə qarşılamasından, həmin fəaliyyət növünə olan tələbatın səviyyəsindən asılıdır. Buna görə də müəssisə fəaliyyətini helə qurmalıdır ki, bu həm onlarla geniş təkrar istehsal prosesinin normal gedişinin təmin olunması, həm dövlət qarşısındakı öhdəliklərin yerinə yetirilməsi, həm də müəssisədə çalışanların mənafeyinin qorunmasına imkan vermiş olsun. Bütün bu yuxarıda qeyd olunan vəzifələrin yerinə yetirilməsi müəssisədə maliyyə münasibətlərinin düzgün təşkil edilməsindən, maliyyə xidmətlərinə, maliyyə menecmenti və maliyyə planlaşdırılmasının daha da təkmilləşdirilməsindən, onların bazar münasibətlərinə keçid müasir tələblərinə uyğunlaşdırılmasından asılıdır.

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYATLAR


  • Maliyyə – Saleh Məmmədov, Bakı-1997

  • Maliyyə – A.N.Kərimov, Bakı-2001

  • Koвaлeв В.В. "Введениев финaнсовый менеджмент"

  • Koвaлeв В.В. "Упрaвлениями  финaнсaми"

  • Джеймс К. Ван Хорн "Основы упрaвлениями финaнсaми"

www.google.az

www.firststeps.az

www.banker.az





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə