Azərbaycan Güləş Federasiyasının Bakıda keçiriləcək Avropa çempionatı üçün logo müsabiqəsi




Yüklə 7.37 Kb.
tarix18.04.2016
ölçüsü7.37 Kb.
Azərbaycan Güləş Federasiyasının

Bakıda keçiriləcək Avropa çempionatı üçün

LOGO müsabiqəsi

Məlum olduğu kimi, bu il ölkəmizdə daha bir mötəbər beynəlxalq turnir keçiriləcək. Paytaxtımız 13-18 aprel 2010-cu il tarixdə sərbəst, yunan-Roma və qadın güləşi üzrə Avropa çempionatına ev sahibliyi edəcək.

Artıq Azərbaycan Güləş Federasiyası Bakıda keçiriləcək Avropa çempionatına hazırlıqlara start verib. Turnirə marağın həddindən artıq çox olmasını nəzərə alaraq təşkilati işlərin yüksək səviyyədə həyata keçirilməsi vacibdir. Çempionatın fərqli və yenilikçi məqamlarla yaddaşlara həkk olunması məqsədilə Azərbaycan Güləş Federasiyası dizaynerlər arasında Bakıda keçiriləcək Avropa çempionatı üçün LOGO müsabiqəsi elan edib.
Müsabiqədə iştirak etmək istəyən dizaynerlər 15 fevral 2010-cu il tarixədək hazırladıqları loqonu Azərbaycan Güləş Federasiyasına təqdim etməlidirlər.
Seçilmiş loqo Bakıda keçiriləcək Avropa çempionatının rəsmi LOGOsu kimi təsdiqlənəcək və qalibə 500 AZN mükafat veriləcək.
Loqonun üzərində yazılmalıdır:
Azərbaycan dilində:

Güləş üzrə Avropa çempionatı, 13-18 aprel 2010, Bakı
İngilis dilində:

Senior Wrestling European Championships, 13-18 April 2010, Baku

Ünvan:
Tel. (+99412) 498 68 64

(+99450) 245 99 06

Azərbaycan, Bakı AZ 1010, Z.Əliyeva 55

E-mail: press@awf-az.org



Web: www.awf-az.org


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə