Azərbaycan, Bakı şəhəri, Azadlıq pr. 132/3, az 1106




Yüklə 17.46 Kb.
tarix29.02.2016
ölçüsü17.46 Kb.

Azərbaycan, Bakı şəhəri,

Azadlıq pr.132/3, AZ 1106

Tel:(994 12) 440-17-67

e-mail:ldemocracy@yahoo.com







Azerbaijan, Bakı city

132/3 Azadlıq ave, AZ 1106,

Tel: (994 12)440-17-67

e-mail:ldemocracy@yahoo.com




DEMOKRATİYANI ÖYRƏNMƏ” İCTİMAİ BİRLİYİ


PRESS-RELİZ

30 noyabr 2011-ci il.

(saat 17.00-a olan məlumat)
Demokratiyanı Öyrənmə” İctimai Birliyi (DÖİB) 30 noyabr bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərdə 33 bələdiyyədə (seçki keçiriləək bələdiyyələrin 10 faizi) seçkilərin monitorinqini həyata keçirir. Bu Press-Relizə daxil edilən məlumatlar həmin bələdiyyələr üzrə müşahidəçilərin verdikləri məlumata əsaslanır.
Daxil olan ilkin məlumatlara görə, müşahidə edilən əksər seçki məntəqələri kiçik istisnalarla qanunla müəyyən edilmiş vaxtda açılıb, səslərin sayılmasınadək hazırlıq işləri aparılıb və səsvermə saat 8:00-da başlayıb.
Səsvermə mərhələsində aşağıdakı pozuntu faktları müşahidə edilib:


  1. Seçki məntəqələrinin vəziyyəti




  • 37 saylı Nizami birinci seçki dairəsinin 15 saylı məntəqələrində müşahidəçilərin seçki qutularını görməsi və ümumiyyətlə müşahidə aparması imkanları məhduddur. 13 və 14 saylı seçki məntəqələrinə giriş 15 saylı məntəqənin səsvermə otağından keçir.



  1. MnSK üzvlərinin fəaliyyəti




  • 79 saylı seçki dairəsi 33 saylı seçki məntəqəsində seçicilərin barmaqlarında mürəkkəbin olub-olmaması yoxlanılmır;

  • 79 saylı SD 34 saylı seçki məntəqəsində və 80 saylı SD-nin 32 saylı seçki məntəqələrində MnSK 4 üzvdən ibarət tərkibdə fəaliyyət göstərir. Bu məntəqələrdə komissiya üzvləri seçicilərə kömək adı ilə təsir edir.

  • 79 saylı SD 41 saylı seçki məntəqsində komissiya üzvü seçki qutusuna topa bülleten atarkən müşahidəçi ona mane olmağa cəhd göstərib. Seçki məntəqəsində səsvermə müvəqəti olaraq dayandırılıb.

  • 80 saylı SD 32 saylı seçki məntəqəsində MnSK 4, 20 saylı seçki məntəqəsində isə 5 nəfərdən ibarət tərkibdə fəaliyyət göstərir.

  • 80 saylı SD 20 saylı seçki məntəqəsində MnSK üzvləri köməyə ehtiyacı olan seçicilərə kömək edir.

  • 80 saylı SD 3 saylı seçki məntəqəsində MnSK nahar vaxtı seçki məntəqəsini bağlayıb. Komissiya üzvlərinin kömək adı ilə seçicilərə təsir halları qeydə alınıb.

  • 37 saylı Nizami birinci seçki dairəsinin 10, 13, 14 və 15 saylı məntəqələrində komissiya üzvləri tərəfindən seçki qutularına topa bülletenlər atılıb. Bu məntəqələrdə seçicilərin barmaqlarında mürəkkəbin yoxlanması aparılmır və bir nəfərə bir neçə bülleten verilməsi müşahidə olunur

  • 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsinin 25 saylı məntəqəsində seçki qutusuna komissiya üzvləri tərəfindən topa bülletenlər atılıb.

  • 98 saylı Şəmkir şəhər seçki dairəsinin 3 saylı seçki məntəqəsində MnSK sədri və üzvləri tərəfindən seçki qutularına topa bületenlər atılıb.



  1. Başqa seçicilərin əvəzinə səsvermə

  • 79 saylı SD 33 saylı seçki məntəqəsində, 80 saylı SD 20 saylı seçki məntəqəsində, 81 saylı SD 25 saylı seçki məntəqəsində, 99 saylı Şəmkir kənd seçki dairəsinin 3 saylı seçki məntəqəsində başqa seçicilərin əvəzinə səs verimə halları müşahidə olunub.

  • 80 saylı SD 3, 20 saylı seçki məntəqələrində, 81 saylı SD 27 saylı seçki məntəqəsində ailə səsverməsi müşahidə edilib.



  1. Səsvermənin gizliliyinin pozulması

  • 79 saylı SD 33 saylı, 80 saylı SD 3, 20 saylı seçki məntəqələrində səsvermə kabinəsinə eyni vaxtda bir neçə seçici daxil olub.



  1. Seçici fəallığı

  • 98 saylı Şəmkir şəhər seçki dairəsinin 3 saylı məntəqəsində saat 10-dək cəmi 2 seçici səs verib.

  • 99 saylı Şəmkir kənd seçki dairəsində eyni binada yerləşən 1 və 2 saylı məntəqələrdə müşahidəçi məntəqədə olduğu 1 saat ərzində cəmi 4 seçicinin səsverdiyini qeydə alıb.

  • 100 saylı Şəmkir-Daşkəsən seçki dairəsinin 25 saylı məntəqəsində müşahidəçilər saat 12-dək yalnız 3 nəfərin səsverdiyini müşahidə ediblər. Saat 16-ya olan məlumata görə isə 10, 11, 15, 16, 18 saylı seçki məntəqələrində hər bir məntəqə üzrə 10-15 seçici səs verib.

  • 98 saylı Şəmkir şəhər seçki dairəsi üzrə bütün seçki məntəqələrində seçki iştirakçılığı 3-5% həddində olub.

  • Gəncə Dövlət Universitetinin tələbələrinə universitet rəhbərliyi tərəfindən səsvermədə iştirakla bağlı göstərişlər verilib. Gəncə Dəmir Yolu Xəstəxanasının baş həkimi tərəfindən də tabeçiliyində olan işçilərə bu cür göstərişlər verilib. İş günü olmamasına rəğmən işçilər günün birinci yarısında işə çağırılıb və onların səsvermədə iştirakı təmin edilib.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə