Azerbaijan Business Assistance Азярбайъанда Бизнеся Дястяк and Development Project вя Инкишаф Лайищяси




Yüklə 17.02 Kb.
tarix20.04.2016
ölçüsü17.02 Kb.

Azerbaijan Business Assistance Азярбайъанда Бизнеся Дястяк

and Development Project вя Инкишаф Лайищяси

18, Uzeyir Hajibeyov St., apt. 86 Üzeyir Hacıbəyov küç. 18 mən. 86,

Baku AZ1000, Azerbaijan Бакы АЗ1000, Azərbaycan

Tel: (99412) 598 41 36, 493 52 78 Tel: (99412) 598 41 36, 493 52 78

Fax: (99412) 598 32 73 Fax: (99412) 598 32 73

E-mail: office@abad.az E-mail: office@abad.az






Lənkəran rayonunda süd soyuducu və saxlama kameralarının iş mexanizmi üzrə təcrübəli mütəxəssis tələb olunur.


Vəzifə: Qısamüddətli məsləhətçi.
Ümumi məlumat: Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşən Azərbaycanda Biznesə Dəstək və İnkişaf (ABAD) Proqramının məqsədi hədəf iqtisadi dəhlizlər daxilində kənd təsərrüfatının inkişafını dəstəkləməkdir.
Proqram məqsədlərini həyata keçirmək üçün ABAD-ın iki İqtisadi Zonada (Cəlilabad və Quba) Marketinq Mərkəzləri fəaliyyət göstərir və bu mərkəzlərin əsas məqsədi müəssisələrə və istehsal fəaliyyətlərinə qeyri-maliyyə yardımı və köməklik göstərməkdir.

Məqsəd: Məsləhətçinin məqsədi Lənkəran rayonunda yerləşən süd emalı zavoduna süd soyuducu və saxlama kameraları vasitəsi ilə süd təhvil verən icmalara, fermerlərə və fərdi sahibkarlara südün tədarükü, saxlaması və ilkin süd soyutma kameralarının istismar qaydaları haqqında məsləhətlər verməkdir.
Xüsusi Tapşırığın təsviri:

  • İcmalardan, fermerlərdən və fərdi sahibkarlardan südün tədarükü barədə mövcud şəraiti araşdırmaq;

  • Süd saxlama və soyutma kameralarının ( tankların ) iş prinsipi barədə məlumatı hazırlamaq;

  • Yerli icmalara, fermerlərə və fərdi sahibkarlara südün tədarük etmə qaydaları haqqında şifahi və yazılı (əyani vasitələrlə ) məlumatlar vermək;

  • İcmalara, fermerlərə və fərdi sahibkarlara südü tədarük edən zaman, keyfiyyətli süd (yağlılıq və s.) tədarükü üçün istifadə olunacaq avadanlıqlar haqqında məlumatlar verməklə avadanlıqların iş prinsipini nümayiş etmək;

  • Süd tədarükü ilə məşğul olan icmalara, fermerlərə və fərdi sahibkarlara südün keyfiyyətinə uyğun qiymət və ödəmə tarifləri barədə məlumat vermək;

  • Süd tədarükü, ilkin saxlanması və soyudulması sahəsində yerli məsul şəxsə bu sahədə ilkin biliklər aşılamaq;

  • Südverən mal-qaranın yem rasionu, qida tərkibinin yoxlanılması (zərərli qatqıların olub-olmamağını müəyyən etmək), və keyfiyyətinə nəzarəti həyata keçirmə haqda məlumatlar vermək;

  • Müvafiq gigiyenik və sanitar qaydalara riayət edilməsini izah etmək.


Təqdim olunmalıdır:

Məsləhətçi aşağıdakı hesabatları təqdim etməlidir:



  • İcmalardan, fermerlərdən və fərdi sahibkarlardan südün tədarük etmə texnologiyası;

  • Süd soyuducu və saxlama kameralarının ( tankların ) istifadə texnologiyası.

  • Yerli icmalara, fermerlərə və fərdi sahibkarlara südün tədarük etmə, süd saxlama-soyutma kameralarının (tanklar) texnologiyasının aşılanması üçün xərclərin südün qiymətinə təsiri barədə məlumat hazırlamaq.

  • Fermerlərə və fərdi sahibkarlara yuxarıda qeyd olunan məsələlərlə bağlı yazılı məlumat və izahat təqdim etmək.


Texniki Əlaqələndirmə: Məsləhətçi bir başa olaraq Lənkəran rayonunda yerləşən süd emalı zavodunun sahibinə hesabat verməli və fəaliyyətini onunla əlaqələndirməlidir. Hesabatın nüsxəsini ABAD baş ofisinə təqdim etməlidir.

Fəaliyyət Müddəti: Fəaliyyət iki təqvim ayı ərzində iki icmada həyata keçirilməli və tamamlanmalıdır.

Yerləşmə: Fəaliyyət əsasən Lənkəran rayonunda yerləşən Boladı və Cil icmalarında süd tədarükü və saxlanması ilə məşğul olan fermer və fərdi sahibkarların təsərrüfatlarında olacaqdır; eyni zamanda layihə tərəfindən müvafiq hesab edilərsə məsləhətçi ölkənin digər cənub regionlarına səfərlər edə bilər.
Tələb olunan bacarıqlar:

  • İcmalardan emala yararlı süd tədarük etmə, südün ilkin saxlama və soyutma sahəsində və südün emalı sahəsində ali təhsil;

  • Südün tədarükü, saxlanması, soyudulması və emalı sahəsində ən azı 5 il iş təcrübə;

  • Lənkəran rayonuna səfər edib orada tələb olunduğu müddət ərzində qalma imkanı.



Maraqlanan şəxslərdən xahiş olunur 30 mart 2007-ci il, saat 18.00-dək şəxsi tərcümeyi halını (CV) office@abad.az elektron poçtuna vəzifənin adını qeyd etməklə göndərsinlər və yaxud ABAD ofisinə, Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi 18, mənzil 86 ünvanına gətirsinlər (“Sahil” metrosunun yaxınlığında).


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə