Avstriya-Prussiya müharibəsində III napoleonun mövqeyi




Yüklə 32.13 Kb.
tarix26.04.2016
ölçüsü32.13 Kb.
Avstriya-Prussiya müharibəsində III Napoleonun mövqeyi
Alman birliyinin yaradılmasında ən güclü namizəd Prussiya idi. Bu dövlət 19-cu əsrin ortalarına nəzər saldıqda parlamentli idarə üsuluna və Avropada kifayət qədər nüfuza malik bir dövlət halına gəlmişdi. Ancaq 1861-ci ildə Prussiya Kralı olan I Vilhelm (1797-1881) ölkəsinin bəzi iqtisadi və hərbi problemlərinin həllində çətinliklərlə qarşılaşmışdı. Bunları aradan qaldırmaq üçün Döyüş Naziri Roonun tövsiyəsiylə 1862-ci ildə baş nazirliyə Otto fon Bismarkı gətirdi.

Alman birliyinin qurulmasında birinci dərəcədə rol oynayan Şahzadə Otto fon Bismark (1815-1898) Brandenburqda doğulmuşdur. Klassik orta təhsilini bitirdikdən sonra 1832-ci ildə hüquq təhsili almaq üçün universitetə daxil olmuş və 1835-ci ildə bitirmişdir. Bir müddət dövlət məmuru kimi çalışmış, sonra da könüllü əsgərliyə getmişdir. Daha sonra öz torpaqlarında əkinçiliklə məşğul olmuşdur. 1847-ci ildə Diyet Məclisinə üzv seçilmiş, 1854-cü ildə Prussiyanın Peterburq elçiliyinə, 1857-ci ildə də Paris elçiliyinə təyin edilmişdir. Bu vəzifələri ona Avropa siyasi mühitini yaxından tanımaq fürsəti vermişdir Bismark iqtidarda olduğu dövrə (1862-1890) adını verdirəcək və damğasını vuracaq dərəcədə güclü bir dövlət adamı idi. Şəxsiyyət olaraq inadçı, tərs biriydi.Daxili siyasətdə parlamentar rəhbərliyə, demokratiyaya və azadlıqlara qarşı idi. Bu baxımdan mühafizəkar və antiliberalist bir siyasət yeritmişdir. Xarici siyasətində isə Alman birliyinin qurulmasını, 1871-ci ildən sonra da bu birliyin davamlılığını təmin etmək istəmişdir. Bu məqsədlə də əvvəl müharibə, sonra da sülh yönümlü bir siyasət yeritmişdir. Bu səbəblə də onun üçün daimi düşmən və ya dost yox idi, əhəmiyyətli olan Almaniyanın maraqları idi Bismark Alman birliyinin siyasət yoluyla deyil, "dəmir və qanla" yəni hərbi yolla qurula biləcəyi düşünürdü. Bunu reallaşdıra bilmək üçün də xarici siyasəti, əvvəl Avstriyanı Almaniyanın siyasi quruluşundan çıxardıb və daha sonra Prussiyanın liderliyi altında Alman dövlətlərinin birliyini təmin etməyə söykənirdi. Bunun üçün güclü bir ordu qurmağa çalışmışdır. Bu vəzifəni də Roon və Moltke kimi generallara vermişdir. Hazırlığını tamamladıqdan sonra hədəfinə doğru irəliləməyə başlamışdır. İlk addım olaraq da Danimarka ilə müharibəyə başlamışdır. Bismark, Alman birliyini qurmaq üçün silah və diplomatiya yoluyla döyüşə hazırlanırdı. Bu baxımdan, Avropa böyük dövlətlərinin köməklərini, heç olmazsa bitərəfliyini təmin etməyə çalışırdı. Bunları təmin etdikdən sonra Danimarka ilə döyüşə qərar vermişdir Danimarka ilə qarşı-qarşıya qalan Bismark döyüşü başlatdı və qısa müddətdə də danimarkalıları məğlub etdi. Bundan sonra Prussiya, Avstriya və Danimarka arasında 30 Oktyabr 1864də Vyana müqaviləsi imzalandı. Buna görə Danimarka Schleswig, Holstein və Lauenburq hersoqluqlarını Prussiya ilə Avstriyaya güzəştə getdi.

Beləcə Bismarkın ilk hədəfi müvəffəqiyyət ilə nəticələndi. Bu qələbə ilə həm qərbə doğru genişləmə imkanını əldə etdi, həm də Alman dövlətləri üzərində təsirini artıra bildi.

Ancaq dərhal sonra, əldə edilən bu hersoqluqların rəhbərliyi Prussiya ilə Avstriyanın arasını açdı. Az qala döyüş çıxacaqdı. Belə bir fürsəti gözləyən Bismarka qarşılıq, Avstriya, hazırlıqsız olduğundan döyüşdən qaçındı. Bundan ötəri, iki dövlət arasında uzun görüşmələrdən sonra, 14 Avqust 1865də Qastein Razılaşması imzalandı. Buna görə Prussiya Şlezviqi, Avstriya da Holşteini idarə edəcəkdi. Lauenburq hersoqluğunu da Prussiya Avstriyadan satın alırdı.

Bismark Qasteyn Razılaşması, daha geniş mənada Danimarka problemi ilə Alman birliyinin yaradılması üçün ilk addımını müvəffəqiyyətlə atdıqdan sonra, birliyin qurulmasına ən böyük maneələrdən biri olan Avstriyaya qarşı döyüş hazırlıqlarına başladı.

Əvvəl Avropa dövlətlərinin dostluğunu qazanmağa, bu olmadığı təqdirdə bitərəfliklərini əldə etməyə çalışdı. Bu vaxt özü kimi birliyini qurmağa çalışan İtalyanın köməyiylə, Avstriyanı iki cəbhəli bir döyüşə cəlb etməyi planlaşdırırdı . Ancaq İtaliya üzərində ən çox təsirə sahib olan dövlət Fransa idi. Bu dövlətin təsdiqi olmadan İtaliya ilə bir müqavilə bağlamaq çətin idi. Prussiya-Avstriya müharibəsi baş verdiyi təqdirdə, Fransa, Reyn sahillərinə hücum edə bilər və ya Avstriyanın tərəfində ola bilərdi. Bu səbəbdən heç olmazsa III Napoleonun bitərəfliyinin təmin edilməsi vacib idi. Bu məqsədi reallaşdıra bilmək üçün Bismark 1865-ci ilin oktyabrında Biarritzə gedərək III Napoleonla ilə görüşdü. Ona Prussiyanın birliyini qurmaqdan başqa bir şey düşünmədiyini, Avstriya ilə aparılacaq müharibədə Fransanın da bəzi torpaqlar əldə edə biləcəyini, İtalyanların da Venesiyanı ala biləcəyini söylədi. III Napoleon Bismarkın bu sözlərinə hardasa inanmışdı. Gerçəkdə isə, onun da özünə görə hesabları vardı. Bir dəfə İtaliya Venesiyanı alsa, Roma üzərindəki iddiasından imtina edə bilərdi. Bu da İtalyanın 1860-cı ildən bəri Fransaya qarşı olan soyuq münasibətinə son verə bilər və Fransanın İtaliya üzərindəki nüfuzunu daha da çoxalda bilərdi. Digər tərəfdən isə, uzun müddət davam edəcək Prussiya-Avustriya müharibəsində iki Alman dövləti zəifləyə bilər, bu da Fransanın işinə yaraya bilərdi. Bu səbəbdən III Napoleon bitərəf qalmağı qəbul etdi.



Bismark Fransanın köməyilə İtaliya ilə 8 Aprel 1866-cı ildə Berlində bir razılaşma imzaladı. Bu razılaşmanın əsası iki dövlətin Avstriyaya qarşı birlikdə döyüşə girməsinə və bunun nəticəsində İtalyanın Venesiyanı almasına söykənirdi. Beləcə Avstriya, iki cəbhəli bir döyüşə məcbur edilmiş oldu İngiltərə Prussiyanın diqqətinin qərbdən cənuba və şərqə doğru çevrilməsinə, habelə Orta Avropa ilə məşğul olmasından məmnun olduğundan tərəfsiz qalacağını bildirdi. Rusiya da Krım müharibəsi və 1863-cü il Polşa Qiyamı əsnasında Prussiyanın etdiyi köməklərdən ötrü ona minnətdar idi. Bundan başqa Orta Avropa və Balkanlardakı ən böyük rəqibi olan Avstriyanın zəifləməsi maraqlarına uyğun gəlirdi. Bu səbəbdən Rusiya da bitərəfliyinə söz vermişdi.

Bismark digər dövlətlərlə danışıqlardan sonra Avstriyanı Qasteyn Razılaşmasına əməl etməməkdə günahlandıraraq, onu döyüşə sürükləməyə başladı. Bu da iki dövlət arasındakı əlaqələri sürətlə gərginləşdirdi. Bundan sonra Prussiya və İtaliya Avstriya sərhədlərinə əsgərlərini yerləşdirməyə başladılar. Bismark Avstriyadan Holşteynin idarə olunması ilə bağlı bəzi tələbləri oldu. Avstriya Prussiyanın digər Alman dövlətləri üzərindəki vəziyyətini daha da gücləndirəcək bu tələbləri qəbul etmədi. Bundan sonra Prussiya hersoqluğa qoşun göndərərək, buranı işğal etdi. Beləcə 1866-ci ilin iyun ayında Prussiya - Avstriya müharibəsi başlamış oldu.

Prussiya döyüşə çox yaxşı hazırlaşmışdı və iki cəbhədə döyüşmək vəziyyətində olan Avstriyaya qarşı qısa müddətdə üstünlük təmin etdi. Bismark orduları 3 İyul 1866-cı ildə Savoyya (Königgraetz) döyüşündə Avstriyanı məğlubiyyətə uğratdı. Prussiya ordusu qazandığı bu qələbədən sonra 15 iyulda Vyanaya qədər gəldi. Prussiya Kralı I Vilhelm ilə alman komandirlərindən Moltke, Vyananı işğal etmək istəyirdilər. Lakin Bismark bu düşüncəyə şiddətlə qarşı çıxdı. Prussiya baş naziri bu döyüşdən sonra Prussiya - Fransa müharibəsinin başlayacağından əmin idi.

Alman dövləti olan Avstriyanın qürur və prestijini artırmaq üçün Vyananın işğalına razı olmadı. Hətta bu səbəblərlə Avstriyaya ağır sülh şərtləri belə yükləmək fikrində deyildi. Nəticədə, Bismarkın fikirləri əsas qəbul edilərək, Prussiya ilə Avstriya arasında 23 Avqust 1866-cı ildə Praqa müqaviləsi imzalandı. Buna görə:

1) Alman Konfederasiyası ləğv olunur, bunun yerinə Avstriya istisna olmaqla, Almaniya yenidən təşkilatlanırdı.

2) Bu yeni təşkilatlanmaya görə, Main çayının şimalında və cənubunda iki

Alman Konfederasiyası qurulurdu. Şimaldakı Prussiyanın tabeliyində olacaqdı.

3) Şlezviq və Holşteyni Prussiyaya verilirdi.

4) Avstriya Venesiyanı İtaliyaya verirdi.

Savoyya döyüşü təkcə Prussiya-Avstriya arasındakı əlaqələri deyil, Almaniyanın gələcəyini də təyin etmişdir. Necə ki, bu döyüş və onun nəticəsində imzalanan müqavilə ilə Alman birliyinin qurulmasında iki böyük maneədən biri ortadan qalxmış oldu. Avstriya Alman dövlətləri üzərindəki, əsrlərdən bəri sürən vəzifə və səlahiyyətlərini Prussiyaya buraxmaqla, Almaniya üzərindəki bu dövlətin üstünlüyünü qəbul etdi və özü də bundan sonra yalnız Avstriya-Macarıstan İmperatorluğu halına gəldi. Həm də bundan sonra daha çox Şərq yönümlü xarici siyasət yeritməyə başladı

Prussiya dövləti, Praqa andlaşmasından və Elba sahillərindəki hersoqluqların özünə birləşdiriməsindən sonra fövqəladə dərəcədə gücləndi. Bismark bundan sonra andlaşma şərtlərinə görə, Şimal Almaniya Konfederasiyasını qurdu. Bu quruluşa daxil olan dövlətlər öz müstəqilliklərini və konstitusiyalarını qorumaqda idilər. Lakin xarici siyasətlərində və hərbi məsələlərdə ortaq bir hökumətə (federal hökumətə) bağlı idilər. Bu hökumətin başçısı da Prussiya kralı idi. Ayrıca, Konfederasiyanın nümayəndələrindən ibarət Federal Məclis, bir də millət vəkillərindən ibarət Millət Məclisi (Reichstag) quruldu. 1867-ci ildə də Şimal Almaniya üçün bir konstitusiya qəbul olundu

Beləcə Bismark Şimal Almaniya Konfederasiyasını Prussiyanın başçılığında qurmaqla, milli birliyin təxminən olaraq yarısını reallaşdırmış oldu. Bundan sonra növbə digər Alman dövlətlərini bu birliyə qatmağa gəldi. Ancaq bu dəfə də qarşısına mane olaraq Fransa çıxdı. Fransa, Reyn çayının şərqində güclü bir Alman dövlətinin yaradıldığını görərək, bundan narahatlıq duymağa başladı. III Napoleon Prussiya-Avstriyaya döyüşünün uzun sürəcəyini düşünmüş, buna görə də tərəfsiz qalmışdı. Halbuki döyüş çox qısa sürmüş və Prussiyanın qəti qələbəsi ilə nəticələnmişdi. Bu isə Avropada güc tarazlığını müəyyən dərəcədə pozmuş və özünə yeni güclü bir rəqib çıxarmışdı. Halbuki əsrlərdən bəri Fransız xarici siyasətində Almaniyada güclü bir dövlətin ortaya çıxmasına imkan verməmək əsas məqsədlərdən biri idi. Bu səbəblərlə Prussiya Alman birliyinin qurulmasını təmin etmək, Fransa isə Prussiya liderliyindəki Almaniyanı gücdən salmaq üzrə işlərə başladı. Bu da iki dövlət arasındakı əlaqələrdə gərginliyin getdikcə çoxalmasına gətirib çıxardı.

Bir müddət sonra III Napoleon vaxtilə özünə bitərəf qalması halında veriləcəyi vəd edilən Reyn sahillərindəki torpaqları Bismarkdan istədi. Ancaq bu istəyi Prussiya baş naziri rədd etdi. Bundan sonra III Napoleon Belçika və Lüksemburqu öz torpaqlarına qatmaq istədiyini və bu məqsədlə Fransa ilə Prussiyanın bir müqavilə bağlamasını təklif etdi. Bismark, bu təklifin yazılı olaraq edilməsini istədi. Məqsədi isə bunu Cənub Alman dövlətlərini Fransaya qarşı qaldırmaq üçün bir vasitə olaraq istifadə etmək idi. Təklif yazılı olaraq gəlində, bu problemə Prussiyanın qarışmadığını bildirərək, Fransanı tək buraxdı.

Bismarkın bu şəkildə siyasi bir oyun oynamasının səbəbi, Fransaya simpatiya bəsləyən, əslində isə gömrük birliyinə daxil olan Cənub Alman dövlətlərini, siyasi cəhətdən də özünə tabe etmək idi. Lakin III Napoleondan belə bir şeyə razı olması gözlənilə bilməzdi. Çünki O, Fransanın geopolitik cəhətdən ən zəif olduğu bu bölgədə birliyə qovuşmuş güclü bir Almaniyanın nə böyük bir təhlükə olacağını görməyə başlamışdı. Bu vəziyyətdə isə, Bismark üçün problemi döyüşlə həll etməkdən başqa çarə qalmamışdı. Necə ki hər iki dövlət döyüş hazırlıqlarını sürətləndirməyə başlamışdı.

Fransa ilk olaraq, özünə kömək edə biləcək dövlətləri diplomatiya yoluyla qazanmağa çalışdı. Ancaq bunda müvəffəqiyyət qazana bilmədi. Buna qarşılıq Prussiya, digər Avropa böyük dövlətlərinin bitərəfliyini əldə etdi.

Prussiya - Fransa müharibəsinin əsas səbəbi isə, İspaniya Krallığı seçimi problemi oldu. 1868-ci ildə İspaniya Kraliçası Izabella, liberalların zərbəsiylə taxtdan uzaqlaşdırılmış, yerinə yeni bir kral axtarılmağa başlanmışdı. 1869-cu ildə Prussiya Kral ailəsi olan Hohenzollemlərin Katolik qolundan Leopold İspaniya taxtına namizəd seçildi. Bu isə Parisdə böyük bir reaksiyaya səbəb oldu. Çünki, İspaniyanın başına bir Hohenzollernin keçməsiylə Fransa, şimaldan və cənubdan Almanlar tərəfindən əhatə edilmiş olacaqdı. Fransa, bu vəziyyətin Avropa güclər tarazlığını pozacağını bildirərək, Prussiyadan buna mane olmasını istədi. Bismark bu istəyin qəbul edilməməsini təklif etdi. Lakin I Vilhelm, Fransa ilə problem yaratmaqdan yana deyildi. Bu səbəblə, Fransanın təzyiqi ilə Leopold İspaniya krallığından imtina etdi. Ancaq Fransa 13 İyul 1870-ci ildə Prussiyadan bundan sonra da Hohenzollern şahzadələrinin İspaniya taxtına çıxarılamayacağına dair zəmanət istədi. Prussiya Bismarkın təsiriylə bu zəmanəti verməyəndə Fransa 19 İyul 1870-ci ildə Prussiyaya müharibə elan etdi.

Bismark bu müharibəyə diplomatik və hərbi cəhətdən yaxşı hazırlaşmışdı. Prussiyalılar casusları vasitəsi ilə Fransızların hərbi və coğrafi vəziyyətlərini çox yaxşı öyrənmişdilər. Fransız ordusunun vəziyyəti isə heç də yaxşı deyildi. Üstəlik Avropa ictimaiyyət də Prussiyanın tərəfində idi.

Prussya ilə Fransanın bu şərtlər altında baş-başa qaldığı sırada, döyüş 2 Avqust 1870-ci ildə başladı və başlanğıcdan etibarən Prussiya lehinə davam etdi İmperator III Napoleon şəxsən cəbhəyə gəldi. Lakin bu da vəziyyəti Fransız ordusunun lehinə çevirməyə yetmədi. Nəticədə, 1 Sentyabr 1870-ci ildə Sədanda iki dövlətin orduları arasında böyük bir meydan döyüşü baş verdi. Fransızlar qəti məğlubiyyətə uğradılar, 2 sentyabrda III Napoleon 80.000 nəfər əsgəri ilə Prussiya qüvvələrinə əsir düştü Bu xəbərin eşidilməsi üzərinə Parisdə qiyama səbə oldu. 4 Sentyabr 1870-ci ildə toplanan Məclis III. Napoleonu taxtdan endirərək, Respublika elan etdi. Beləcə Fransada Üçüncü Respublika qurulmuş oldu. Digər tərəfdən, qələbə qazanan Prussiya ordusu Fransa torpaqlarına girərək irəliləməyə başladı.

Fransada Gambetta başçılığında qurulan keçici hökumət, Parisə doğru irəliləməkdə olan düşməni dayandırmağa çalışdı, lakin müvəffəqiyyət qazana bilmədi. Prussiya orduları 19 Sentyabrda Parisi mühasirəyə almağa başladı. Fransızlar çətinliklə müdafiə olunurdular. Ancaq sonunda 28 Yanvar 1871-ci ildə məğlubiyyəti qəbul edərək atəşkəs razılaşması imzalamağa məcbur oldular. Almaniya ilə Fransa arasında 26 Fevral 1871-ci ildə Versaillesdə ilkin sülh, ardından da 10 May 1871-ci ildə Frankfurtda əsl sülh müqaviləsi imzalandı Buna görə

1) Fransa, Alsace-Lorrainesi Almaniyaya verdi.

2) Fransa, müharibə təzminatı olaraq Almaniyaya 5 milyard Fransız frankı verməyi və bu ödənənə qədər Fransanın şimal torpaqları Almaniyanın işğalı altında qalmasını qəbul etdi. (Fransızlar bu pulu ümid ediləndən daha tez ödədiklərindən, son Alman birlikləri 1873-cü ildə Fransanı tərk etdilər)

Sədan qələbəsi və onun nəticəsində imzalanan müqavilə ilə Bismark Fransanın Avropadakı üstünlüyünə son vermiş, həm də Alman birliyinin qurulmasına qarşı olan son və böyük maneəni ortadan qaldırmış oldu.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə