Avropa və Asiyanın kəsişməsində yerləşir. Dibində okean




Yüklə 18.46 Kb.
tarix22.04.2016
ölçüsü18.46 Kb.
Xəzər dənizi. Xəzər dəninin ekoloji problemləri
Xəzər yer kürəsində mövcud olan ən böyük axmaz göldür. Avropa və Asiyanın kəsişməsində yerləşir. Dibində okean tipli yer qatı yerləşdiyinə görə dəniz adlanır. Onu dünyanın başqa iri su hövzələrindən əsas fərqi Dünya Okeanı ilə heç bir birbaşa əlaqəsinin olmamasıdır Xəzərin sahəsi 380 min km²-dir.
Xəzər dənizi haqqında ən qədim məlumatlara Assuriya gil qablarının üzərindəki yazılarda rast gəlinir və o Cənub dənizi adlanır. Yunan tarix və coğrafiyaçısı Hekatey Miletskinin əsərlərində bu dəniz Kaspiy və Hirkan kimi adlanır. Qədim xəritələrdə Xəzər Dənizi Gilan dənizi kimi də adlandırılırdı. Lakin, əsasən, Xəzər dənizinin adı onun sahillərində məskunlaşmış Xəzərlərdən götürülmüşdür.

Xəzər dənizinin fauna və florasının özünəməxsus zənginliyi var. O başqa dəniz və göllərdən seçilir. Xəzərin faunası tipik dəniz faunasından ciddi fərqlənir. Xəzərin sahil zonasında üç qoruq yaradılmışdır: Azərbaycanda Qızılağac, Rusiyada Həştərxan, Türkmənistanda - Xəzər . Xəzərdə 920-ə yaxın heyvan növü yaşayır.

Xəzər dənizində 101 müxtəlif balıq növü və forması yaşayır. Bunlara nərəkimi balıqlardan olan 5m-lik nəhəng bölgədən tutmuş 45 mm uzunluqda olan hirkanobus xul balığı da daxildir. Onlar başlıca olaraq çayların dənizlərə töküldüyü yerlərdən yuxarıda və nadir hallarda dənizdə rast gəlirlər.

Hal-hazırda Xəzər dənizinin aşağıdakı problemləri vardır:



  • Ekoloji problem (şərait) – Hazırda Xəzərin ekoloji vəziyyəti olduqca gərgindir. Dənizin şelf zonasında problem daha kəskindir, artıq bu ərazilərdə ölü zonalar yaranmışıdr. Bəzi yerlərdə çirkləndiricilərin qiyməti normanı 10-20 dəfə artır. Xəzərin çirklənmə mənbələri olduqca müxtəlifdir. Bununla birlikdə onları aşağıdakı kimi qruplaşdırmaq olar:

    1. Xəzərə axan çaylar vasitəsi ilə gələn çirkləndiricilər

    2. Sahil zonasında yerləşən şəhərlərdən və sənaye obyektlərindən çirklənmə

    3. Dənizdə neft hasilatı və nəqli ilə əlaqədar çirklənmə

    4. Xəzər dənizi səviyyəsinin qalxması nəticəsində sahil zonasında su altında qalmış mənbələrdən çirklənmə.

Bu çirklənmə mənbələri içərisində birinci yeri Xəzərə axan çaylar vasitəsi ilə gətirilən çirkləndirmə tutur. Misal üçün, son məlumatlara görə çaylar vasitəsi ilə Xəzər dənizinə ildə 75 mln. tonn neft məhsulları gətirilir və bunun 95% Volqa çayının payına düşür. Xəzərətrafı ölkələr arasında dənizin mühafizəsi üçün yekdil saziş olmadığından brakonyerlik vüsət almışıdır. Çirklənmənin və brakonyerliyin artması, Xəzər ətrafındakı balıqartırma zavodlarının əvvəlki güclə işləməməsi dənizdə bir çox növlərin, xüsusən nərə balığının ehtiyatının tükənməsi problemini yaratmışdır.

Unutmayaq ki, neft-qaz ehtiyatı potensialına görə, Xәzәr dәnizi dünyanın ən iri karbohidrogen xammalı mərkəzlərindən biridir. Dənizdə aparılan qazma işləri zamanı təmizləyici qurğulardan qazma məhsulları və çirkab suları çox vaxt dənizə axıdılır. Neft quyularının yaxınlığında suyun üzərində neft ləkələrinin olması adi haldı. Dalğalar isə onları sahilə gətirir və sahil zolağının torpaq qatının çiriklənməsinə səbəb olur.Bundan başqa, uzun illərdi neft-qaz yataqlarının kəşfi, həmçinin yataqların istifadəsi nəticəsində dənizdə neft quyularının, eskadalarının tikindisi və boru kəmərlərinin çəkilməsi həyata keçirilib. Artiq bu qurğularin çox hissəsinin istifadə müddəti başa çatib. Köhnəlmiş texniki qurğular korroziyaya uğruyaraq dənizi çirkləndirir. Dənizdə fəaliyyət göstərən müəssisələrin balansında olan özüllərin əksəriyyəti istismara yararsız vəziyyətdə dəniz akvatoriyasında atılaraq qalmaqdadır. Xəzər dənizinin çiriklənməsində neft emalı müəssilərində neftlə çiriklənmiş suların tam təmizlənmədən dənizə axıdılması da rol oynayır.

Su mühitinin Xәzәrsaһili ölkәlәrin neft һasilatını artırması nәticәsindә ifrat çirklənməsi balıq sənayesinə ciddi ziyan vurur. Xəzər dənizi üçün ən təhlükəli çirklənmə tərkibində zərərli kimyəvi maddələr olan tullantılarla çirklənmədir. Bunlardan neft karbohidrogenlərini, karbonukleidləri, xlor üzvi birləşmələri və ağır metalları göstərmək olar. Kimyəvi maddələr suyun və qruntun tərkibini dəyişdirir. Bu da öz növbəsində Xəzər dənizinin flora və faunasına öldürücü təsir göstərir


  • Səviyyəsinin dəyişməsi problemi - Xəzər dənizi səviyyəsinin dəyişməsi sahil zonasında həmişə sosial-iqtisadi və ekoloji problemlər yaratmışdır. Məsələn, səviyyənin endiyi hallarda bütün hidrotexniki qurğuların, o çümlədən limanların, yenidən tikilməsinə ehtiyac yaranır. Xəzər faunasının məskunlaşdığı və inkişaf etdiyi şelf zonasının sahəsi azalır, balıqların kürü tökmək üçün çaylara keçməsinə əngəl yaranır. Bu zonanın hidrometeoroloji rejimində də mənfi dəyişikliklər baş verir. Səviyyənin qalxdığı hallarda da sahil zonasının sosial-iqtisadi həyatına külli miqdarda ziyan dəyir, ekoloji şərait pisləşir, bataqlıqlar yaranır, evlər və torpaqlar su altında qalır.

  • Status problemi - Əvvəllər Xəzər dənizi iki dövlətin sərhədlərində yerləşmişdir. 1991-ci ildə SSRİ-nin dağılması Xəzər ətrafında beş müstəqil dövlət və yeni geosiyasi şəraitin yaranması ilə nəticələndi. Yeni geosiyasi şəraitlə əlaqədər Xəzərin statusu problemi meydana gəldi. Xəzərətrafı ölkələrin mövqelərinin müxtəlifliyindən bu problem hələ də həll olunmamış qalır. Azərbaycan Respubliksının fikrincə Xəzər beynəlxalq daxili göldür və onun suları mediana prinsipi ilə beş sektora bölünməlidr.

  • Seysmik şərait - Xəzər dənizi olduqca seysmoaktiv regionda yerləmişdir. Mütəxəssislərin fikirincə intensiv neft kəşfiyyatı və hasilatı Xəzərdə tektonik plitaların hərəkitini sürətləndirməklə seysmik şəraiti aktivləşdirir. Bunlardan əlavə Xəzərdə tez-tez palçıq vulkanlarının püskürməsi müşahidə olunur. Palçıq vulkanlarının ən çox sayı Bakı arxipelaqı rayonundadır. Burada ada və sayların çoxu vulkan mənşəlidir.

Son illərdə Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün bir çox tədbirlər görülmüşdür. Bu qəbildən olan tədbirlərdən bir də 2006-cı ildə Aktauda açılan «Xəzər-dostluq dənizi» beynəlxalq festivalınındır. Onun əsas mövzusu Xəzərin mövcud ekoloji vəziyyəti və onun problemlərinin həll yollarıdır. Bu festivalda Qazaxıstan tərəfindən başqa, festivala bütün Xəzəryanı dövlətlərin – Azərbaycan, İran, Rusiya və Türkmənistanın nümayəndə heyətləri iştirak etmişdir və Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün bir çox sənədlər qəbul olunmuşdur.

Unutmaq olmaz ki, Xəzər onun sahilində yerləşən 5 ölkənin, həmçini Azərbaycanında da ekoloji vəziyyətində müstəsna rola malikdir. Xəzərin ekoloji vəziyyətinin yaxşılaşması, bütün regiona öz töhvələrini verəcəkdir.


İstifadə olunmuş ədəbiyyat:

  1. www.trend.az – “Xəzər-dostluq dənizi” barəsində məlumat

  2. www.mct.gov.az – Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytı

  3. az.wikipedia.org – Xəzər haqda ümumi məlumat.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə