Atalar deyir




Yüklə 0.7 Mb.
səhifə1/7
tarix21.04.2016
ölçüsü0.7 Mb.
  1   2   3   4   5   6   7

Işləyən-Bey Hadi Atalar Deyir-Atalarsözü- 2050 Turuz-Tebriz-02-2015

ATALAR DEYIR

Atalarsözü

2050

Işləyən:Bey Hadi

Turuz-Tebriz-02-2015

Atalarsözü

Atasözləri-Deyimlər Toplusu
ac kişi it olar. .

ac könüllərin acısı yaman, yanıq toprağın yanqısı yaman. .

ac oynasa alaydı, bəy oynasa halaydı. (alaydı: ələ salma. məsxərə). (halaydı: qalaydı. şənlik).

ac oynasa çapılar, bəy oynasa tapılar.(çapılar: döğülər. əzilər). (tapılar: alqış alar).

acan qazan asmağa, donan ocaq yaxmağa, yanan içim tapmağa. .

acba susuz bir kimsəsiz pişik kimi sevdim onu. .

acı badam, acı söz, biri partlar ağızda, biri çalar qulaqda. (çalar: sancar).

acığı dəvə bilər, acını yox. (acığı: öcü. kini).

acın gözdə çəmçəsi, odunçuya omçası. (omça: kündə. kütə. yarılası ağac).

acınmış acı nisgilə dönər. (acınmış: aşınmış) .

aclıq acıdar, allıq qızadar. (allıq: ənlik. ənnik. enlik. üzə yaxılarn al boya).

aclıq doğru amaca, sevgi könül əğri yamaca. (könül: həvəs. istək). (ac yemək gəzib ağ bozuna baxmadan, eşqi çəkən könlü kimi oynayar). (yaşamda aclığı gidərən son, yaşam top kimi onatılır).

aclıq nə edirməz, toxluq nə dedirməz.

açıq ağız ac qalmaz.

açıq göz, ışıqsız, açıq ağız, paysız qalmaz!. .

açıqbaşa bir söz (açıqbaşa:söz eşidənə).

açıqbaşa bir söz. (açıqbaşa:söz eşidənə).

açmazdı aşq. –ac qarına aş, nisgil gözə yaş, biri bağrına daş. (açmazdı: müəmmadı).

adam vardır gözəl alma oxşarı, adam vardır içi poxdan qoxşarı. (qoxşarı: artıq qoxan).

ağ almanı alarla, ağ boşqaba qoyarlar, çağrılmamış qonağı, qaş qabaqla qoğarlar. (ağ almanı soyarlar, ağ boşqaba qoyarlar, çağırmamış qonağı, qaş gözülən qovarlar).

ağ bulutdan yağış yağar, yerli yerdən bulaq çoğar, xoş yuxumlu günəş doğar, yaz gəliri, yaz gəlir. (çoğar: çoğ çoğ vurub qaynar).

ağac istəməzsə, yapraq düşürməz, bir nədən olmazsa, yaluğ ölürməz, sən köçüb içə yandırıb yaxdın, tanrım sənin içqayın versin. (yaluğ: adam). (içqayın: nədəni bəlli olmaz içə düşən, içdən yıxan bəla).

ağac olub yad ölkədə, kölgə salırsa bəlkədə, doğma eliqə kol olub, doğanda batsa yaxşıdır. (eliqə: elinə. millətinə) .

ağı qatar aşımıza, işlər gələr başımıza, bu bir oyun evrənə, daşın vurar başımıza. .

ağır dərdə ağır dәrman, ömür qıssa, uzaq arman. (arman: arzu. çatılası istək).

ağır işlə çalışma, sınırları sındırar .

ağır otur yüngül qalx, yüngül qalxun batman gəl. .

ağır otur yüngül qalx. .

ağısız dərman, ağrısız ilac olmaz. (hər nəyin öz çətinliyi var).

ağladınsa iş yaşdı, başladınsa iş başdı. (başladınsa: işə geçdinsə) .

ağlamağa döşəkli yer salınmış, çalış gülmək üçün yaşamında yer axdar.

ağlamağı sevənlər, gülməkliyi sevənməz. .

ağlamağın yüz nədəni yaşamda, çalışda tap yüzbirini gülməyə. .

ağrı dilən töksün başdan sanasız, bir sevinci iğnə ilə arasan. .

ağzı birin gücü artar, köpçül sözü dağı yartar. (köpçül. çoxluq). .

ağzı bol aşa, gəpə, əli bol işə yaxşı. (gəpə: söyləşə).

ağzı uğra aç. (verən əllər boş qalmaz). (bolluq dilə, bol olsun, korluq dilə, kor olsun). .

ağzı yarın aşa yatğın, əli yarın işə yatğın. (yarın: yarqın. yaraqlı).

ağzın sözün, başın börkün, ayağqabın bulmalı. (bulmalı: bilməli.tanımalı). (götüvün qabın, ağzıvın sözün tanı). .

ağzındaki sözün bil, başındaki börkün bil, ayağdaki qabın bil. (bil: bul. tanı).

axdarma sən göyçəyini yaşamda, axdar birin gözəlliklər gətirsin. .

axmaq olan döşək salar eşşəyə. (axmaq olan döşək salar köşşəyə).

axsaq eşşəyin, kor taxcısı olar. (taxçısı: nalbədçisi). .

al gül ağ gül qırmızı, törür barı yerdə yatan topraqdan. (törür barı qara üzlü topraqdan).(barı: hamısı). .

al verdiyin çiçəkləri geri sən, hər çiçək bir tikən olub batır içimə. .

alacaq birin, içdəki yerin. (birin: birisi).

alan əllər aldıqların bilirlər, verən əldə verdiklərin bilməli. (hər işivi çək ilə, görən desin ha böylə). (çək: həd) .

alcağını bilməcək, itirdiyin bilənoq. (bilməcək: bilənməyən). (bilənoq: bilənməz). .

alçaq kişi böyük kölgə, neylər günəş ölkə. (alçaqları buyruğundan olan ölkələrdə gün gdurmaz).

alçaqlıqlar kötüsü, ən yovuqdan gələsi. .

aldan ala düşərmiş, uyan yada dosda, doğan olub yoldaşa. .

aldatan varsa demək aldatılan var. .

aldatanı qınama, aldatıldın qınanqıl. (aldatanı təpikləmə, aldatıldınsa kəndini təpiklə). .

aldatma kəndi kəndivi, yalanda yaşanar, yalanlada .

aldın düşün yoldaşın, geyin qoyun yol daşın. (aldın: ilkin. əvvəl). (yol daşın qoyunmaq: yola çıxmaq.: yola çıxmağa başlamaq). (çalış köməksiz qalma).

aldın odun savurma külün. .

aldın yemək, sonun demək. (aldın: ilkin. əvvəl). (ilkin yaşantıvı qur, çörəyin qazan, sonra sözü becərt).

aldış qılma çevrәnә, duruq vermə devrənə. (aldış: adət). (duruq: subat. dəğişməzlik. qərar).

alışdığın içində dursun, dışda duran gedər bir gün. .

alışqanlıq hər nəyə, çevrir özün ölçüyə. (ölçüyə: me'yara).

alışqanlıq köləsi, tam yaddışın kölgəsi. (yaddışın: özgənin) .

alqı düşər yol üsdə, basqı doğar sənilə. (alqı: istənilməz nədənlə doğulan. istənilmədən verilən. şansı. təsadüfi). ( basqı: istənilən nədənlə doğulan. istənilərək əldə edilən. iradi).

altın gümüş əsgiməz, ata ana püsgüməz. (püsgüməz: dəğərdən düşməz. pozulmaz).

altmış olub ağzala, ağzındakın aldırar, altı olub ağzıbir, göy üzdəkin aldırar. .

altun yaraq, dos inaq. (inaq: andaş). (yaraq: arac).

amac doğru işin doğru. (istəyin doğruysa, yalnışlıqın ötüşər). .

amac olsa gülər kişi yaşamı, amac itsə yolun azar yelən verәr ömrünü. (yelən: boşa) .

amac varsa, arac var.

amacı bil, seçdin sev, qutluq sana bal dadar. .

amacsız yaşam, mən onsuz çaşam. (çaşam: gicəm). (amacsız yaşam, mən onsuz boşam). .

andağan olub günün itirmə, unutğan olub dünün. (unutğan: yaddan çıxaran. (andağan: yadda saxlayan).

anıya batmış, dalıya qalmış. .

anqırmaqla eşşək tutar tapmamış. (tutar: qiymət).

anlaqsızdan doluq alnaq gözlənməz. (alnaq: xiyal). (içi boşdan doluq alnaq gözlənməz). .

anlamaz baş kişi üçün ölümü yaşadır. .

anlat için susmadan, anlayanın tapınca, danla doğub tünlə yat, yarın dursa yanınca. .

anlıq başa, ayaq ol, qanlı başda, papağ yox.(anlıq: bulqa. arif).

ara olsa,içdə çıxar, üzə çıxar. (ara olsa: imkan yaransa. şərayit uyğun olsa).

arac ələ baxar. (arac işlədəndən asılıdır).

arac sənin qulun, işlədən yolun. .

ardınca qaçanda deyiləm, qayıt son kərəmdi deyirəm. .

arxalaşan dağ aşdı, yalınlaşan düz çaşdı. .

arxamda duran var deyibən, arxayın olma!, dağlarda dayağ olsa! güvənmə, ayın olma. (ayın: aydın. arxayın. dinc). .

arxaya baxma qoca, öngürə bax ay qoca. .

arxı salan bir kişi, suyun içən min kişi. .

arığ atın barınqa, çatmaz olur gec yolun. (barınqa: mənzilə).

arıq ölsə yağı bolmas, yadıq ölsə ağı. (yadıq: yad.qərib). .

arılara inam yox, pətəkçiyə güman yox. .

arınlıqla iş görən, iş görəni kor qoyar. (arınlıqla: ərginliklə. ərgənəgün) .

arınlıqla iş yapan, günü qalarmış çora, işi çatarmış gora. (arınlıqla: ərginliklə. ərgənəgün) .

arınlıqla iş yapan, heç bir işi bitirməz. (arınlıqla: ərginliklə. ərgənəgün) .

arınlıqla iş yapma, bitirməmişdə yatma. (arınlıqla: ərginliklə. ərgənəgün) .

armazlıqla iş görən, çatmaz istək görməmiş.(armazlıqla: yorulmadan. bıqqınmadan).

arpa pişər işin düşər, oraq deyib gəzərsən.

arzu bitməz, ömür yetməz. .

arzular uzanıb sonsuza gedər.

arzulara tutuşduq, sevib aldıq utuşduq, gizli saklı öpüşdük, yaram sürər qan verər. .

arzusuz yaşam, dığırlaq daşam. (yaşam: gəncəm). .

arzuya yoxmuş sınır. .

asılan qulaq, baş asdırmaz. (söz eşidəni öldürməzlər).

asılcağun başdansa, bir köşəyə daş olqıl.

asta gedən uz gedmiş. (asta: yeyin yox. az yavaş) .

aşa çəksən, çək, yurda çəkmə. (aşıvı palaş, yurduvu yok).

aşa yavaş asıldı, aşa yavaş basıldı. (aşa: artıq. çox). .

aşıq deyər içindən, düşman deyər eşindən, dəli söylər hər gələ, doslar deyər olandan. (eşindən: kələk olan, uydurma işlərindən).

aşıq olan bilməz nədir sevinmək, onun işi vırqın gəzib dəlirmək. .

aşiq olan dərdəcər, eşqi olan dərd çəkməz. (dərdəcər: dərd çəkən.

aşın verən daş almış. .

aşınmış yola sevinməyin nə gərək, tutduğun yola inanmaq gərək. .

aşq oyunu bir olay, sevən itirir, sevilən itir. .

aşq var tapar səni, aşq var yapar səni. .

aşqın köləsi, enər gələsin, önünə çıxasın. (enər: yenər: üstələr) .

aşmış çayı dəlibaş, körpü arır uslubaş. (toğarsız (risksiz) kişi gəlişməz) {tağar: < toğar. tuğar.(< tuğ) (iki dalqa arasında oluşan qorxunc oyuq).təhlükə. risk}. (risksiz gənc pişməz).

aşra aşra doyanmaz, yalamaqla heç doymaz. (aşra aşra: aşıra aşıra: tıxa tıxa. təpə təpə ).

at aldınsa yorqa bilən yüvrük al, arvad aldın duzlu bilən uslu al.

at alırsan minib al, ev qurursan, tanab qur. (ev qurmaq: evlənmək). (tanab: tanıyıb) .

at alsan qonan, dəvə alsan enən. (qonan: iki üç yaşlı at). (enən: doğan).

at aylanda, bay saymanda. (aylanda: dolanşığında. alanda. meydanda). (saymanda: hesabda).

at əsrəgən yolda qalmaz, el əsrəgən çöldə qalmaz. (əsrəgən: əsirgəyən. qoruyan. baxan. göz olan. becərən).

at itirmiş qulağdan atın səsi kəsilməz. .

at qazanır eşşək yər. .

at təpirməz, ilan soxmaz deyilməz.

ata oğul dış bolmuş, doğma doğan yad olmuş, torqa başlar baş olmuş, şoraqlıqda göy çıxmaz, böylə eldən el çıxmaz. (dış bolmuş: yad olmuş). (doğma doğan: qohum tanış). (torqa: uşaq. axmaq). (şoraqlıqda: çoraqlıqda). .

ata sevgiyə işənmə .

atacaq daşın, at uzaqlara bildiyin dərək, tutduğun yolu bitəcək sonu gedəsin gərək.

atalarsözü, adalı sözlər. (adalı: dərs almalı. ibrətli).

atana gözü oğul ilə uşaqda, oğlun gözü avlu ilə bayırda. .

atanadan öğrəşirik danışmaq, çevrə bizə öğrədəcək susmağı. (çevrə: mihit).

atanlardan içində yer qalmasın, sevənlərdən çalış dilin azmasın. .

atanlardan yadında iz qalmasın, sevənlərin çalış yadın salmasın. (salmasın: itirməsin) .

atçı gördün atçılıq, aşçı gördü aşçılığın alıbgör. (alıbgör: öğrən).

atdığın daş düşəcək, yaşın uzaq sürəcək, amac qursan çəkin bil, son durağa yetingil. (çəkin: ağırlığın) .

atı çapar minəni, qılış çalar tutanı. .

atıb gedi unut sən, duran olan dursun sənin yadında. .

atılan ox atan yayı unutmaz. .

atılmış ox, deyilmiş söz, savılmış gün qayıtmaz. .

atın yaman yol almaz, qadın yaman ev qalmaz. .

atla ilan quyruğundan tutulmaz. .

atlan oxun, aytan sözün qaytılmaz. (aytan: deyilən).

atuva yüyən, kəndivə güvən. (saxlayırsa qorxu yok, saxlamırsa qayğu yok). .

ayaqdakən doğrular, tapar dəğər varlılıq. toxluq olub doğru girsə meydana, çoğun girər dövrana. (çoğun: > cühan. cihan. cəhan).

ayaqdakən düşündüyün görgilən, ölüm gəlsə çağun qalmaz oymağa, töküb geri başın çəkib gedərsən.

ayaqsızı unutma, ayaqyalın gəzinsən. .

aydın olsun günlərin, ışıldasın gözlərin, keçmiş ola nə varsa, qutlu olsun gəlcəyin. .

ayır buyur. (ayrat buyrat). (ayrat: ayır: təfrəqə sal). (buyrat: buyur. buyruq sür. hikumət ed)}. {bulat, durut. (bulandır, istədiyini qalxıt). (aranı qarışdır sözüvü yerit)}. {bölüt burut). (burut: hükm ed)}. {ikit, buyur. (ikit: təfrəqə sal)}. .

ayır buyur. (ayrat buyrat). (ayrat: ayır: təfrəqə sal). (buyrat: buyur. buyruq sür. hikumət ed)}. {bulat, durut. (bulandır, istədiyini qalxıt). (aranı qarışdır sözüvü yerit)}. {bölüt burut). (burut: hükm ed)}. {ikit, buyur. (ikit: təfrəqə sal)}. .

ayırmasan sevgi çağın payını, gözləgilən özləgiyin qayını. (özləgiyin: özləginin: nisgilinin). (qayını: bəlasını).

ayrat buyrat. (ayır buyur). (ayrat buyrat). (ayrat: ayır: təfrəqə sal). (buyrat: buyur. buyruq sür. hikumət ed)}. {bulat, durut. (bulandır, istədiyini qalxıt). (aranı qarışdır sözüvü yerit)}. {bölüt burut). (burut: hükm ed)}. {ikit, buyur. (ikit: təfrəqə sal)}. .

ayrıldı yarım, arzular yarım, gəzəgən tapdı, itirmiş tayın. .

ayrılığı dadmayan, nə bilsinki çillə nədir, dərd nədir. .

ayrılıq vardı çatır min uğur üzlü çatışa. (çatışa: vəslətə. nailiyyətə). .

ayrılıq vardır tüstüsüz yanar, sevgilər yolun kol kosun yaxar. .

aytaqan yerdən qalma, aytmaqan yergə barma. (aytaqan: çağrılan). (aytmaqan: çağrılmayan) .

aytsam dışım küyər, aytmasam içim küyər. (aytsam: desən). (dışım: yadlar. özgələr) .

az düşünmək pis düşünməkdən yaxşıdır. .

az heçdәn yeğ. (az heçdәn baş).

az qonuşub, az anlatıb, anlasan az çox, birgəlik sürər, bilgəlik qalxar, çəkməyə acı yox.

azacıq sevdim üstünü yapdın, bütövün aldın. .

azı saysan kopalar. (kopalar: çoxalar).

azıqlı kişi ərik ərməz. (yeməyi olan arınıb yorulmaz). .

azlığı daranmayan, çoxluğda dartınar. (daranmayan: dartanmayan. çəkənməyən).(dartınar: özündən çıxar). .

bacarana yaşam olar yapmaca, yoxsa adı qoyun qala tapmaca. {yaşama oldağu (vaqeiyyət) kimi baxsan, yaratçılığa çönür, yoxsa açmaza dönür (açmaza: müəmmaya)} .

bacardığın yaparsan, istədiyin yasırsan. .

bacarığı bacarmaq, dilək qıldım tanrıdan. .

bacarıq yoxsa çözə bir sorunu, yemə qayğı bırak olsun başına, gücüvü istəyivi yığ başıva. .

bacarıqda ölçülər, başaq başqa, baş başqa. (başaq: şəxs). (fikir, oyu, ağıl adamdan adama dəğişir).

bacarıqla, istəmək, birləşirsə dağ yarır. .

bacarıqlar istəməkdən doğmamış, istəməklər bacarmadan olmamış. .

bacarıqlar uğursuzlar uğradır. (uğursuzlar: şanssızlar. çarəsizlər). (uğradır: onğarır. doğruldur).

bacarışın tanırsan, seçdiklərin uğurlu. .

bacarışlar yaşamında yol açır, istəyişlər bulutlara yol salır. (bulutlara yol salır: uçurur).

bacarışlı doğru seçimlər yapmış.

bacarışlıq gərəkir, doğru seçim yapmağa.

bacarmayan yaşamı, adın qoyar tapmaca.

bacarmayan yaşamı, adın qoyar tapmaca.

bacarmısan sevməyi, evrəni heç suçlama, mutluq doğar ürəgdə, sevmə yolun bacarsan. .

bağda ərik varıdı, dosluqlarda sazıdı, bağda ərik qutuldu, dusluqlarda qırıldı. .

bağışlamadan dos qalmaz. .

bağışlamaz, dos tapmaz. .

bağışlamı, ötüşməyi bilməyən, gücün sürər yaşamı, aşa bilməz aşamı. (aşamı: dəğişgən devrələri).

bağla qapat keçmişi, yarınlara üzün tut. .

bağlı dursan keçmişə, yarın qalarsan işə.

bağlı yoldan savrul, yarınlıq yoldan yürqıl. .

bağrı dəmir pas atar.

bağşıt barışdırır, qarşıt qarışdırır. (həlalzada barışdırır, həramsada qarışdırır). (bağşıt: həlalzada). ( qarşıt: həramsada) .

baxmagilən kim deyir, düşün daşın nə deyir. (kim olursa dedikdə, dediklərin didiklə. (dedikdə: danşıqda). (didiklə: araşdır. düşün). .

baxsız bala hər iş görsə gücə düşür, mal bölünsə ona payı gücə düşür.

baxtı oyaq çalanın, baxtı yatmış yatanın. .

bal süyci,baldan bala süyci. (süyci: dadlı).

baldız gəlindən, bacı, biri birindən acı. .

balıq onqar su ilə, bilgə onqar el ilə. (onqar: əmələ gələr).

balıq susuz onğmaz, bilik başsız onğmaz. (onğmaz: becərilməz. böyüməz. ösməz).

balta qızıldan olsa genə yeri odunluq. .

baltası kütükdən çıxmaq. (kütükdən: kötükdən). güc durumdan sıyrılmaq, qurtulmaq, nəcat tapmaq. .

bansa toyuq bir evdə, dişlik köçər o yerdən. (dişlik: dinclik. huzur).

barağan yürmüş, arayan bulmuş. (çatan yerimiş, axdaran tapmış).

barış günü bir cücə, savaş günü bir öküzdən yeğ basır. (yeğ basır: baş gəlir).

barış sevsən döğüşməyə yaraqlan. .

barlı ağac baş əğmiş, barsız olan dikəlmiş. .

baş arayar bir yol sala könülə, can evində könül salmış yurdunu. (baş: ağıl).

baş baş olsa, börk tapılıb baş qorar, başında baş yoxunsa, börklü olsun el savar. (savar: sovurar. dağıdar. bərbad edər).

baş boş olsa dil çaşar, baş baş olsa, dil yarar. (dil: söz) .

baş çönürsə daşa, könül susar, dil deməyə söz tapmaz. .

baş daşisə, gövrə ləş. (baş olmasa, gövrə daş). (gövrə: tən.ləş). .

baş qorunsa, börk tapar. .

baş olmasa yaşda dəğər nə gəzir, dəğər başda olur yaşda yok. .

baş olmasa yerində sevәn könül yaş bilmәz. .

baş olmasa, gövrə daş. (gövrə: tən.ləş). (baş daşisə, gövrə ləş). .

baş olursa baylığın, dəğər bular sağlığın. (baş: ağıl).

baş tapmamış yolunu, könül almış yurdunu. (baş: ağıl). (gerçək adlanan içik evrən. ürfan).

baş uzağın görər könül yaxının, könül gülün dərər, baş təkənin. (baş: ağıl).

baş verməyən öğrəşməz.

baş yastıqda umuqlu, yastıqdan baş umutlu. (umuq: yolda olan umut). .

başa baxıb börkün qoy. {börk: məqam}. {baş: ağıl}. .

başa börk qoyulmur, börkə baş soxulur. {börk: məqam}. {baş: ağıl}. .

başa gəlməz, başa gəlməsin!.(başa: ağla). {başdan keçməz, başa gəlməsin. (başdan: ağıldan)}.

başaq başqa, baş başqa. (başaq: şəxs). (fikir, oyu, ağıl adamdan adama dəğişir).

başardığın bir bilgi, öğrəndiyin bin bilgidən yeğ gəlir. (başardığın: uyquladığın. işə tuta bildiyin) .

başarlı olmaqdansa, dəğərli ol. .

başçı oldun baş gərək, yola çıxdın çus gərək. (çus: yarıq. bağlarla ayaq üsdə bərkidilmiş gön yarığı, tikəsi. ayaqqabı çeşiti).

başçı oldun uslu ol, yola çıxdın çuslu ol. (çus: yarıq. bağlarla ayaq üsdə bərkidilmiş gön yarığı, tikəsi. ayaqqabı çeşiti).

başda sevgi aranmaz, könül yoxsa anın izi yaranmaz. .

başdan atan qay görməz. (çox işlərə baş soxmayan bəla görməz).

başdan keçməz, başa gəlməsin. (başdan: ağıldan). {başa gəlməz, başa gəlməsin!). (başa: ağla)}.

başı açan dil olar, qay başlayan söz olar. (qay: bəla) .

başı baş edən dildir, başa qay salan söz. (qay salan: bəla gətirən).

başı bıraxıb, aşdan çəkən var tükü. .

başı börklüdən, başlı börksüz yeğ. {börk: məqam}. {baş: ağıl}. .

başı çaşa, gözü şaşa, sürmə qaşa!!!??. (çaşa baş, şaşa göz sürmə qaşa!!!).

başı donduran, başa gəlməsin!. (başı donduran: başı tanğıdan. heyran qoyan. ağlı mat qoyan). .

başında quram nələr görmək üçün, yaşamdan öğrəş necə durmaq üçün. (quram: xiyal).

başqa seçim, başqa yaşam. .

başqa sözə gərək yox, başlayanlar bitirmiş, başlamazlar itirmiş. (başqa sözə gərək yox: mahanaları qıra qoy). .

başqaları sənin üçün kəndi oyun bildirir, səndəki oy onlara ancaq bir oyun ildirir, özün düşün özün biçin özün qılın bildiyin. (bir oyun ildirir: bir alay kimi baxırlar. önəmsəməzlər).

başqasının gördüyü göz, sənə yaşam quranmaz, minbir qapı gəzən qız, ər evində duranmaz. .

başla könül bir olsa, usa sığmaz iş yapar. .

başla könül tutanmaz, könül başdan utanmaz, istəklərin ölçülə, duraqları bilqilə.

başlamağa böyüməgi bəkləmə, başlasan böyüməgin başlar. (böyüyüb başlama, başlaqıl böyü). (böyüməgə başlamaq, başlamaqdan keçir). .

başlamıyan çatanmaz, atanmıyan tutanmaz. .

başlanışı bəllənməz, gələn gedər, duran qalmaz, bu bir bükü, bu bürküsün açan yox.(duran: yaşayan). (bükü: müəmma). (bürküsün: müəmmasın). .

başlanmış işi olmayanın, bitmiş işi olanmaz. .

başlayıb böyü, böyüyüb başlama. .

başlı kişi üç yoldaşın tanıyar, -çətinliyə salanlar, çətinlikdə qoyanlar, çətinlikdə yaranlar. (qoyanlar: bıraxanlar. tərk edənlər).

başlı olan yaşlanar, yaşlı olan başlanmaz. (başlanmaz: baş tutmaz. başa dolmaz. ağıllanmaz).

başlı olub yaşlanması oluqlu, yaşlı olub başlanması olanoq. (oluqlu: olurlu. imkanlı).(başlanması: uslanması. ağıllanması). (olanoq: imkansız).

başlı yaşlı öz elində baş olsa, yaşlar azmaz, öz elinə baş olar. (yaşlar: gənclər).

başlının börkü yarıq, başı çapıq. .

başmaqlarında toydu, zırna qavalsız oynur. .

başsız yurtta tülkü bəy. .

batman otur salman qalx. (salman: iti).

baylar yeni don geysə, qutlu bolsun deyirlər, yoxsul yeni don geysə, nərdən çaldın deyirlər.

baylığız valılıqda yox, kimliyizdədir. (baylığız: hakimiyyətiz). (valılıqda: varlı olduqda. zənginlikdə. devlətlilikdə).

bayram ayı, qış dalına baxınca, qazma kürək yaxdırır. (deməkki, yeni çıxmış qışın soyuğu dönə bilər). .

bazara barda baxtıvı sına, işin onmasa kəndivi qına. (onmasa: düz gəlməsə).

becərtmədən yaşam kolu gülləməz. .

bəxtin dalın kəndin ara. -itiyin yoxki onu sən tapasan, yetəcəkki əl uzaldıb qapını sən çalasan.

bəkləmə bəklənməzi, gəlsə gəlsə səndən qoyu bəkləməz. (qoyu: icazə). (gözləmə gözlənməzi, səndən qoyu bəkləməz).

bəkləmə sən heç nəyinin doluq çağın, tut indini, al indikin doldur çağın. (doluq: yetgin. kamil). (doldur yetgir. kamillət).

bələdçi yox sevgidə. .

bəlkə dönmədin diyə bəkləməm artıq, dözənlərə qatılıb olamam qartıq. (qartıq: qarımış. qoca).

bəy qarşından keçənlər var it kimi, it qarşından keçənlər var bəy kimi .

bəylər iti hürəgən, atı yrəgən olur. .

bıqdırarmış bəkləmək, öldürərmiş gözləmək. .

bildigin bıraq, gərəkin tutaq. (bildiklərimiz aracdır, yox amac). .

bildiklərin gerçəkləri almaşmaz. (almaşmaz: yerin tutmaz). .

bildiklərin səni sən yapar, inandıqların səni səndən alar. .

bildiklərin yapasan, sevən könül arasan, sevdiklərin atasan səvəninlə olasan. .

bildiklərin yaşamıvı etgilər, gərəklərsə yaşamıvı durdacaq. (durdacaq: durduracaq).

bildiyivi yaymasan, düşündüyün aytmasan, bacardığın yapmasan. varsan yoxsan bir poxsan, varlığında bir yoxsan. hindi düşün çalınqıl (kəndivə gəl). -bildiyivi yaygilən, düşündüyün aytgilən, bacardığın yapgilən. (aytmasan: açmasan). (aytgilən: açıqla) .

bilən danışmadı!, bilməyən alışmadı!. (alışmadı: yanmadı).

bilənlərlə otur dur, yamanlardan ıraq dur. .

bilənlərlə otur dur, yamanların daşın qıl. .

bilgə bakan bilgələrin çevrəsinə əkdilər. (ağıllı başçı bildiklərin devrəsinə öğrədər).

bilgə çaşar, kağıl tapar. (bilgə: bilən). (kağıl: axmaq). (bilən çaşsa, qanmaz aparar). .

bilgə ölər, usluq bilgə bildiklərin öğrədər. (usluq: mə'qul). (bilgə ölər, usluq bilgə öğrətməklə bildiklərin qurtarar). .

bilgəli baş dil tutar, gəvzəsə dil, baş uçar. (gəvzəsə: arıtıq gəpləyirsə). (ağıllı baş hər nə gələ danışmaz).

bilgəlikdə itgi yok.(itgi: ziyan). (bilgəlikdən itgi yok). .

bilgəlikdən itgi yok.(itgi: ziyan). (bilgəlikdə itgi yok). .

bilgi iki bölüm, bilmədiyin biləsən.

bilgidən itgi yok. (bilgidən: bilməkdən. aqahidən).

bilgili baş ağrımaz. .

bilgili ol gəpməyə, uqublu ol duymağa, çəkimli ol dözməyə, çalımlı ol almağa, tutumlu ol qılımağa. (

  1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə