Amea-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun 2013-cü IL üzrə elmi-tədqiqat işlərinin yerinə yetirilməsi haqqında hesabati




Yüklə 462.71 Kb.
səhifə1/5
tarix10.04.2016
ölçüsü462.71 Kb.
  1   2   3   4   5


AMEA-nın Fəlsəfə, Sosiologiya və

Hüquq İnstitutunun 2013-cü il üzrə

elmi-tədqiqat işlərinin yerinə

yetirilməsi haqqında
HESABATI

BAKI-2013


Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun 2013-ci il üzrə elmi-tədqiqat işlərinin yerinə yetirilməsi haqqında

HESABATI
İnstitutumuz hesabat dövründə dövlət başçısı c-b İ.Əliyev tərəfindən imzalanmış və AMEA-nın elmi müəssisələrinə aid olan bütün sərəncamların icrası istiqamətində işləri davam etmişdir.

Belə ki, Azərbaycan Respublikası Prezidentinin 4 may 2009-cu il tarixli 255 saylı sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya» və onun həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı», Dövlət başçısının 29 dekabr 2012-ci il tarixli 800 №li Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan 2020: gələcəyə baxış» İnkişaf Konsepsiyası və «AMEA-2020: - Gələcəyə baxış» Konsepsiyasında nəzərdə tutulmuş müddəaların icrası ilə əlaqədar Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun hazırladığı Tədbirlər Planında prioritet istiqamətlər müəyyən edilmişdir.

İnstitutda elmi tədqiqat işləri 3 istiqamət, 4 problem 13 mövzu üzrə 118 işin aparılması nəzərdə tutulmuşdur.

Bunlar aşağıdakılardır:

I. İstiqamət: Azərbaycan fəlsəfə tarixi, dünya fəlsəfə tarixi və ictimai-siyasi fikir; sosial-mənəvi inkişafın, elmin, elmi-idrakın və qlobalistikanın fəlsəfi məsələ­ləri; modernləşmənin sosioloji problemləri. Fəlsəfənin yeni istiqamətləri və gender tədqiqatları.

Bu istiqamətə 2 problem, 9 mövzu, 74 iş daxildir.

Bu istiqamət üzrə dünya və Azərbaycan fəlsəfə, ictimai fikir tarixinin nümayəndələrinin yaradıcılığı, XX əsrin sonu XXI əsrin əvvəllərində sosio-mədəni inkişafın mübahisəli problemləri, fəlsəfə tarixində romantizm ənənələri, XX əsrin II yarısında mühacirlikdə yaşayan mütəfəkkirlərin fəlsəfi irsinin tədqiqi, müxtəlif dini-fəlsəfi cərəyanlarda fəlsəfi kateqoriyaların tədqiqinə dair mövqelər açıqlanıb və problemlərin həlli istiqamətində təkliflər verilib.

Eyni zamanda müasir dövrdə dinşünaslığın və mədəniyyətin aktual məsələlərinin araşdırılması, dinlərin tarixi və fəlsəfəsi, İslam öncəsi qədim Şərq mədəniyyəti kontekstində Azərbaycan mədəniyyəti tarixi aspektdə tədqiq edilmiş, qloballaşma dövründə mədəniyyətin inkişaf istiqamətləri araşdırılmışdır.

Bu istiqamətə daxil olan digər II problem üzrə fənlərarası metodologiyanın

formalaşması, müasir mərhələdə mürəkkəblik epistemologiyasının formalaşmasının aktual fəlsəfi və metodoloji problemləri araşdırılmışdır. İnsan amilinin təhlili, müasir elmi yanaşmaların formalaşmasında dəqiq və sosio-humanitar elmlər arasındakı əlaqələrin rolu kimi məsələlər tədqiq edilmişdir.



Bu problemə daxil olan tədqiqatlarda həmçinin davamlı inkişaf konsepsiyası, Azərbaycanda informasiya cəmiyyətinin formalaşması, qloballaşan cəmiyyətdə milli-mənəvi dəyərlərin yeri və rolu, mədəni və iqtisadi inkişafda informasiyanın rolu, Azərbaycanda vətəndaş cəmiyyətinin perspektivləri qloballaşma şəraitində cəmiyyətin sosioloji və sosial-psixoloji problemləri tədqiq edilmişdir.

Bu istiqamət üzrə 11 monoqrafiya, 12 toplu, 1 tərcümə əsəri, 260 məqalə, onlardan 50-sı xaricdə çap olunmuşdur. Bunlardan f.ü.e.d. İ.R.Məmmədzadənin «Bir daha Fəlsəfə haqqında: yeni baxışlar, təmayüllər və perspektivlər», f.ü.e.d. S.Y.Hüseynovun (müştərək) «Milli iqtisadiyyat: modernləşmə və davamlı inkişaf», f.ü.e.d. R.S.Mirzəzadənin «Multikulturalizm siyasəti din və gender dialoqunda», f.ü.e.d. A.A.Əlizadənin «Божественная и земная власть в Исламе», f.ü.e.d. Ə.M.Tağıyevin «Milli kimlik fəlsəfəsi», f.ü.e.d. A.Əsədovun «Siyasətin fəlsəfəsi», f.ü.f.d. Z.M.Şabanovun və f.ü.f.d. H.Abdallının «Qadın: ailədə, siyasətdə, təhsildə, dində, ədəbiyyatda», f.ü.f.d. N.Ə.Salmanovanın «Azərbaycanda ailə-nikah münasi­bət­lər­inin inkişafı», f.ü.f.d. M.A.Şükürovun «İlham Əliyev fenomeni», f.ü.f.d. Ş.M.Musayevanın «Dəyərlər və vətəndaş cəmiyyəti: bəzi etik aspektlərin təhlili», f.ü.f.d. A.Ş.Həsənovun «Milli ideologiya və milli mənəvi dəyərlər» adlı monoqrafiyaları, müəlliflər kollektivi tərəfindən hazırlanan «Azərbaycan fəlsəfə tarixi», «Nizami irsinin tədqiqi və tətbiqi məsələləri», «M.F.Axundzadə və müasirlik», «Cəmiyyət və din: tarix və müasirlik», «Həyat sosiologiyası» adlı kitabları, «Etikanın aktual problemləri», «Elmi idrakın aktual problemləri», «Müasir fəlsəfənin aktual problemləri», «Azərbaycanda gender problemləri: mövcud vəziyyət və əsas istiqamətlərdə inkişaf» kimi topluları göstərmək olar.


I. 1. Problem: Azərbaycan fəlsəfi və etik fikir tarixinin, milli, tarixi, əxlaqi, estetik, dini şüurun və sosial-mə'nəvi inkişafın aktual problemləri. Dünya fəlsəfə tarixi və ictimai-siyasi fikir.
Mövzu 1: Dünya fəlsəfə fikir tarixi: metodologiya və tarix problemləri.
1. İş: «Nizami Gəncəvinin tədqiqatçıları: A.Krımski, Y.E.Bertels» adlı iş yerinə yetirilmişdir.

İşdə dahi şairimiz Nizami Gəncəvi şəxsiyyəti və irsinin tədqiqində müstəsna xidmətləri olan görkəmli alimlər A.Krımski və E.Bertelsin yaradıcılığı və Nizamiyə həsr etdikləri əsərləri metodoloji planda şərh edilmişdir. Onların Nizaminin türk mənşəli olması barədə, onun ədəbi fəaliyyətini Azərbaycanla əlaqələndirən, XII əsrdə Azərbaycan poeziya məktəbinin olması haqqında fikirləri hazırda Nizami ilə bağlı İnternetdə, KİV-də, Rusiyada nəşr olunan elmi jurnallarda qaldırılan əslində antiazərbaycan kampaniyasına cavab verməkdə əhəmiyyəti göstərilmişdir.



2. İş: «Türk filosofu Səlahəddin Hilalın fəlsəfi görüşləri» adlı iş yerinə yetirilmişdir.

Mövzuda təqdim edilmiş plan işində tanınmış türk filosofu Səlahəddin Hilalın (1928-2005) fəlsəfi görüşləri, onun fəlsəfə tarixinin və bütövlükdə fəlsəfə elminin müxtəlif dövrləri və problemləri, fəlsəfə tarixində mövcud olmuş müxtəlif təlimlər və cərəyanlar haqqında, onları təmsil edən dünyaşöhrətli filosoflar və mütəfəkkirlər haqqında fikir və düşüncələri şərh edilmişdir.



3. İş: «XX əsrin sonu-XXI əvvəlində sosio-mədəni inkişafın mübahisəli problemləri (tarix və fəlsəfə tarixi məsələləri» adlı iş yerinə yetirilmişdir.

Mövzu ilə əlaqədar 2013-cü ildə bir neçə iş hazırlanmışdır. Birincisi “XX əsrin sonu XXI əsrin əvvəli: Mənəvi mədəniyyət tarixi kontekstində fəlsəfə və fəlsəfə tarixinin tədqiqinin aktual və mübahisəli problemləri” Elmi Şüra tərəfindən 3 dildə azərbaycan, rus, ingilis dilində çapa tövsiyyə edilmiş və çap edilmişdir. Təqdim edilmiş işdə aktual və mübahisəli problemlərdən bəhs edilir və bir sıra tədqiqat mövzuları təklif edilir. İş bir neçə paraqrafdan ibarətdir. İşdə hazırki dövrdə fəlsəfə, fəlsəfə tarixi və mədəniyyətşünaslıq sahəsində işlərin elmi istiqamətlənməsi ilə əlaqədar müəyyən tövsiyyələr verilmişdir.



4. İş: «Vəhdət-əl vücud və həyat fenomenologiyasının müqaisəli təhlili» adlı iş yerinə yetirilmişdir.

Burada təsəvvüf fəlsəfəsi və XX əsrin yeni fəlsəfi cərəyanlarından olan həyat fenomenologiyası arasında müqayisəli təhlil aparılmışdır. Əvvəlcə iki cərəyan arasında ümumi paralellər şərh ediləndən sonra, hər ikisinin əsas anlayışları – vəhdət əl-vücud və həyat fenomenologiyası arasında müqayisə aparılmışdır. İşdə həmçinin orta əsr İslam fəlsəfəsi və ən yeni Qərb fəlsəfəsi arasında müqayisə vasitəsilə əbədi həqiqətin (perennial truth) inkişaf mərhələləri, fərqli zaman və məkanlarda, fərqli fəlsəfələrdə təzahür qanunauyğunluqları, eyni zamanda, spesifik xüsusiyyətləri araşdırılmışdır.



5. İş: «X-XII əsrlərdə Azərbaycan fəlsəfəsində varlıq problemi» adlı iş yerinə yetirilmişdir.

İşdə X-XII əsrlər Azərbaycanında varlıq haqqında təlimlər – bilavasitə Zəncani, Baba Kuhi, X.Təbrizi, E.Miyanəci, Lahudi, Məhsəti, Bəhmənyar, Sührəvərdi, Xaqani, Nizaminin varlıq haqqında nəzəriyyələri araşdırılır.



6. İş: «XX əsrin II yarısında Azərbaycanda fəlsəfi və ictimai fikrin inkişafı » adlı iş yerinə yetirilmişdir.

İşdə həmin müəlliflərin həyatı haqqında qısa, yaradıcılıqları haqqında geniş məlumat verilir. Hər bir əsərin qısa məzmunu, burada irəli sürülən əsas ideya və mülahizələr, bunların fəlsəfi və ictimai fikrimizin inkişafında rolu tənqidi planda təhlil olunur.



7. İş: «XVIII-XX əsrlər Şərqi Avropa maarifçilərinin dünyagörüşündə kamil insan problemi» adlı iş yerinə yetirilmişdir.

İşdə ingilis və fransız, Şərqi Avropa ölkələri, əsasən də Almaniya və Polşada mütəfəkkirlərinin maarifçi dünyagörüşündə kamil insan probleminə nəzər salınır, onların bu problemə münasibəti tarixi dövrlər üzrə tədqiq edilir.



8. İş: «Fəlsəfə tarixində romantizm ənənələri (Şopenhauer, Nitşe və b.)» adlı iş yerinə yetirilmişdir.

İşdə Romantizmin sosio-mədəni universal cərəyan kimi 19-20-ci əsrlər fəlsəfi fikir tarixinə təsiri araşdırılır. Qeyd olunur ki, fəlsəfə və ictimai fikir tarixində Romantizmin təsiri və ənənələri bir çox fəlsəfi məktəblərdə və filosofların yaradıcılığında sezilir. Xüsusilə, ondan modernizm, postmodernizm, ekzistensializm, «həyat fəlsəfəsi» cərəyanları, A.Kamyu, Kerqeqor, Vaqner, Şopenhauer, Nitsşe kimi filosoflar bəhrələnmişdir. Belə qənaətə gəlmək olar ki, romantizm cərəyanı XX əsr fəlsəfəsində neoromantizm, postromantizm formalarında inkişaf etmişdir. Şopenhauer, Nitsşe fəlsəfəsində romantizm fəlsəfəsi ənənələrinin yeni səviyyədə dəyərləndirməsi bu fikir cərəyanını fəlsəfə tarixinin önəmli zəruri mərhələsi kimi səciyyələndirməyə imkan yaradır.



9. İş: «1960-1990-cı illərdə mühacirətdə olan Azərbaycan mütəfəkkirlərinin fəlsəfi irsinin tədqiqi» adlı iş yerinə yetirilmişdir.

Plan işində 1960-1990-cı illərdə mühacirətdə yaşayan Azərbaycan ziyalılılarının – Hüseyn Baykara, Nağı Şeyxzamanlı, Əhməd Cəfəroğlu, Kərim Odər, Məmməd Sadiq Aran, Əbdülvahab Yurdsevər, Məhəmməd Gəngərli, Əhməd Qaraca, Feyzi Aküzüm və başqalarının çox zəngin ədəbi-mədəni və ideoloji-fəlsəfi irsinin olduğu göstərilir və onun əsas xüsusiyyətləri araşdırılır.



10. İş: «XX əsrin I yarısında fəlsəfə və ictimai fikir Heydər Hüseynovun tədqiqatlarında» adlı iş yerinə yetirilmişdir.

Plan işində filosof-alim Heydər Hüseynovun XX əsr fəlsəfi fikrinin görkəmli nümayəndələrinin, o cümlədən marksizm təliminin baniləri Karl Marks və Fridrix Engelsin fəlsəfəsinin tədqiqindən danışılır, həmçinin alimin XX əsr Azərbaycanının ictimai və fəlsəfi fikrində görkəmli yer tutan mütəfəkkirlərin fəlsəfi dünyagörüşünə münasibəti təhlil edilir, habelə XX əsrin bəlasına çevrilmiş alman faşizmi və onun ideyalarının tənqidinə də yer ayrılmışdır.



11. İş: «Mirzə Bala Məmmədzadənin ideoloji görüşləri» adlı iş yerinə yetirilmişdir.

Plan işində M.B.Məmmədzadənin keçdiyi həyat yoluna nəzər salınaraq dövrün ictimai-siyasi və ideoloji cərəyanları nəzərdən keçirilir. Mütəfəkkirin silahdaşları ilə birlikdə Azərbaycanda milli ideologiyanın formalaşması istiqamətində apardığı mübarizələr, yazdığı əsərlər, milli özünüdərk, milli istiqlal, ümmətçilikdən milli kimliyə keçid istiqamətində apardığı fəaliyyəti, həmçinin onun ermənilərin Qafqazda yaratdıqları problemlərə münasibəti və s. araşdırılır.



12. İş: «Qızılbaş və Babililiyin (Şeyx Təbərsi üsyanı) nəzəri məsələlərində N.Tusi irsi və Qərb elmi-fəlsəfi ideyalarının münasibətləri və müasirlik» adlı iş yerinə yetirilmişdir.

Işdə mövzu ilə bağlı Qızılbaş və Babiliyin nəzəri məsələlərində Şeyx Təbərsi Üsyanı, N. Tusi irsi və Qərb elmi-fəlsəfi ideyalarinin münasibətləri araşdırılmışdır. Müəllif belə nəticəyə gəlmişdir ki, N. Tusi irsi və Qərb elmi-fəlsəfi ideyalarinın Qizilbaş və Babiliyin nəzəri məsələlərinə təsiri böyük əhəmiyyət kəsb etmişdir.



13. İş: «Erkən orta əsrlərdə İslam fəlsəfəsində Türk mütəfəkkirlərinin rolu» adlı iş yerinə yetirilmişdir.

İşdə Yusuf Balasaqunlu, Kaşkarlı Mahmud, Əhməd Yüknəki, Əhməd Yəsəvi kimi erkən orta əsrlərin yetişdirdiyi mütəfəkkirlərin türk xalqlarının fəlsəfi fikrinin inkişafında böyük rol oynadıqları, fars və ərəb dillərinin hökm sürdüyü bir dövrdə türk dilində yazıb yaradaraq türk mədəniyyətini İslami dəyərlərlə zənginləşdirməyə çalışdıqları göstərilir, onların yaradıcılığında ümumfəlsəfi problemlər etik, estetik, sosial baxımdan əhatəli bir şəkildə təqdim edilir.



14. İş: «Azərbaycan fəlsəfə tarixində dövlətçilik problem kimi» adlı iş yerinə yetirilmişdir.

İşdə hakimiyyət probleminin Azərbaycan fəlsəfə tarixində necə və hansı səviyyədə işləndiyi nəzərdən keçirilir. Eyni zamanda Azərbaycan fəlsəfə tarixində hakimiyyət probleminin, hakimiyyət munasibətlərinin əmələ gəlməsi, problemin müxtəlif dövrlərdə inkişaf mərhələləri araşdırılır. Bu anlayışın müxtəlif Azərbaycan mütəfəkkirləri tərəfindən sistem şəklinə salınmasından, hakimiyyət anlayışına tərif verməyə cəhd etmələrindən bəhs edilir. Məsələn N.Gəncəvi, N.Tusi kimi mütəfəkkirlərin hakimiyyət haqqında fikirləri plan işinin özəyini təşkil edir.



15. İş: «İsmaililik fəlsəfəsində varlıq təlimi» adlı iş yerinə yetirilmişdir.

İşdə ismaililərin metafizikasında təbiət, insan və bütün məxluqatın ruhani aləmdən emanasiyası və onun tərəfindən varlığa məhkum edilmələri haqqında təlimi araşdırılır, ilahi, ruhani və başqa məsələləri bir-birindən ayırmayan İsmaili məzhəbinin metafizik sisteminə eklektikliyin xas olduğu, onların varlıq və yaranma proseslərini araşdırarkən daha çox neoplatoniklərin yolunu tutduqları, Tanrının dərki məsələsində qədim İran və Hind dinlərindən gələn təsirlərlə yanaşı daha çox pifaqorçuların mövqeyinə meyil etdikdəri göstərilir.



16. İş: «XX əsr fəlsəfəsində dil problemi» adlı iş yerinə yetirilmişdir.

Plan işində dil probleminin fəlsəfə tarixində qoyuluşunu önə çəkmişdir. Əsas diqqət bu problemin konkret olaraq XX əsr fəlsəfəsində işlənməsinə verilmişdir, çünki ünsiyyət və dil problemi XX əsr fəlsəfəsinin, demək olar ki, bütün sistemlərinin əsasına çevrilmişdir. Bu sistemlər arasında ekzistensializm və neopozitivizm dil və məna, dil və ünsiyyət problemini fəlsəfənin predmeti kimi yenidən kəşf etdiklərini elan etmişlər. Plan işində müəllif konkret olaraq problemin Rassel və Vitgenşteyn tərəfindən araşdırlımasına da diqqət vermişdir.



17. İş: «XVI əsr Azərbaycan filosofu Müqəddəsi Ərdəbilinin “Əqaidül – İslam” əsərinin fəlsəfi şərhi» adlı iş yerinə yetirilmişdir.

Plan işində Müqəddəs Ərdəbilinin Azərbaycan filosofu kimi Azərbaycan fəlsəfə tarixi kontekstində öz dilimizdə qələmə aldığı ilk fəlsəfi əsərindən geniş söhbət açılmışdır. Ərdəbilinin əsərlərində qoyulan vəhdət məsələləri və dini-fəlsəfi şərhləri olduqca diqqətçəkicidir. Müəllif göstərir ki, filosof varlıq məsələlərini özünəməxsus üslubdan izah etmiş, dini məsələlərə fanatik mövqedən deyil, filosof mövqeyindən yanaşmağa cəhd göstərmişdir. Bu məsələlərin kəlam elmində filosoflarla kəlamcılar arasında ixtilaf mövzusu olması da vurğulanır.



18. İş: «XIX əsrin axırlarında Azərbaycanda yayılmış sufi təriqətlərinin fəlsəfi əsasları» adlı iş yerinə yetirilmişdir.

İşdə Azərbaycanda VII əsrdən başlamış indiyədək müxtəlif sufi təriqətlərinin mövcud olduğu bildirilir, əvvəlki əsrlərdə yaranmış təriqətlər barədə qısa məlumat verilir və XIX əsrdə mövcud olmuş təriqət nümayəndələrinin fəlsəfi dünyagörüşləri nəzərdən keçirilir.


Mövzu 2: Mədəniyyət və dinin qarşılıqlı əlaqələrinin fəlsəfi təhlili.


  1. İş: F.ü.e.d. S.Y.Hüseynovun rəhbərliyi altında «Müasir dövrdə dinşünaslığın və mədəniyyətin aktual problemləri» adlı kollektiv monoqrafiya (2-Buraxılış, 15,0 ç.v.) müəlliflər qrupu tərəfindən hazırlanıb çapa təqdim edilmişdir.

3 bölmədən ibarət olan bu tədqiqat işində müasir dövrdə dinşünaslığın nəzəri məsələləri, dinlərin tarixi və fəlsəfəsi, Azərbaycanda din və mədəniyyətin aktual problemlərinə həsr edilmişdir.

Kitabın “Dinşünaslığın nəzəri problemləri” adlanan I bölməsində tanrı təsəvvürləri fəlsəfi cəhətdən təhlil edilmiş, burada teizm, deizm, panteizm və ateizm kimi anlayışlar müqayisəli şəkildə şərh edilmişdir.

Şərq və Qərb mədəniyyətlərində sekulyarlığın xüsusiyyətləri təhlil edilmiş, zaman keçdikcə burada postmodernist tendensiyaların üstünlük təşkil etdiyi irəli sürülmüşdür. Eyni zamanda müasir islam universalizmi araşdırılmış, müasir qloballaşan dünyada ənənəvi dəyərlər tədqiq edilmişdir.

Kitabın “Dinin tarixi və fəlsəfəsi” adlanan II bölməsində islamda tarixən yaranmış kəlam məktəbləri araşdırılmış, Qurani-Kərim İslam mədəniyyətinin əsası kimi şərh edilmiş, üsuli-cədidçilərin dini-fəlsəfəsi dünyagörüşü təhlil edilmi, tolerantlıq tarixi-fəlsəfəsi cəhətdən araşdırılmış, bütövlükdə fenomonologiya dinin fəlsəfəsi kontekstində təhlil edilmişdir.

“Din və mədəniyyət” adlanan əsərin III bölməsində Azərbaycanda İslam öncəsi qədim Şərq mədəniyyəti kontekstində Azərbaycan mədəniyyəti tarixi aspektdə tədqiq edilmiş, qloballaşma dövründə mədəniyyətin inkişaf istiqamətləri araşdırılmış, din və mədəniyyətin inkişafında multikulturalizm və tolerantlıq müstəqillik dövründə respublikada milli dövlət siyasəti kimi təhlil edilmiş, eyni zamanda Azərbaycanın bədii mədəniyyəti fəlsəfi cəhətdən araşdırılmışdır.

I. 2. Problem: İdrak nəzəriyyəsi, elmin və qloballaşmanın fəlsəfi, sosioloji, sosial-psixoloji problemləri. Fəlsəfənin yeni istiqamətləri, Azərbaycanda vətəndaş cəmiyyətinin perspektivləri problemləri.
Mövzu 3: Yeni idraki paradiqmalar: fənlərarasi epistemoloji yanaşma.
İş: F.ü.e.d. F.M.Qurbanovun rəhbərliyi altında müəlliflər qrupu tərəfindən 22,0 ç.v. həcmində «Müasir elmi idrakın aktual epistemoloji və metodoloji problemləri» adlı tədqiqat işi yerinə yetirilmiş və çapa təqdim olunmuşdur.

Tədqiqat işi bütövlükdə müasir mərhələdə mürəkkəblik epistemologiyasının formalaşmasının aktual fəlsəfi və metodoloji problemlərinə həsr edilmişdir. Mövzular elmi yanaşma müstəvisində bir-birini tamamlayırlar. Onlar tədqiq edilən problemin müxtəlif aspektlərinə aiddirlər.

Topluda mürəkkəblik epistemologiyasının formalaşması fənlərarası yanaşma çərçivəsində ümumi təhlil edilmişdir. Burada problemə müasir fəlsəfi-elmi ədəbiyyatda yer almış “mürəkkəblik” anlayışının izahları və həmin aspektdə yeni idraki situasiyanın meydana gəlməsi təhlil edilir. Göstərilir ki, bu anlayış tədricən daha geniş əsasda fəlsəfi və elmi idrakda rol oynamağa başlayır. Həmin prosesin göstəricilərindən biri fənlərarası yanaşmanın aktuallaşmasıdır. Elmlərarası əlaqələrin genişlənməsi və inkişaf etməsi yeni idrak nəzəriyyəsinin formalaşmasını stimullaşdırır. Bu prosesin əsasında isə bütövlükdə elmi idrakın xaraktercə dəyişməsi durur. Ona görə də mürəkkəblik epistemologiyasının formalaşmaı problemləri və onun perspektivi bir-biri ilə sıx bağlı olan, vəhdət təşkil edən hadisələrdir. Həmin prizmada ümumi fəlsəfi səviyyədə yeni idraki konsepsiyanın formalaşması öz aktuallığını saxlamaqdadır.

Əsərdə müasir elmi idrakda insan amilinin təhlili, elmi mühitin kommunikativ məkanında məntiqi problemləri, postmodernist dünyagörüşünün mürəkkəblik epistemologiyasına təsiri, elmi idrakın təkamülünə seçim modeli aspektindən yanaşılması, elmi idrakla dini təsəvvürlərin qarşılıqlı əlaqələri, müasir dövrdə dünyanın ümumelmi mənzərəsinin formalaşması müasir mərhələdə yaradıcılıqla metodologiya arasındakı əlaqələr, müasir elmi yanaşmaların formalaşmasında dəqiq və sosiohumanitar elmlər arasındakı əlaqələrin rolu kimi məsələlərin araşdırılması yer almışdır.



Mövzu 4: Qloballaşma və infor­ma­siya cəmiyyəti transfor­ma­si­ya­larının qnoseoloji və ümumelmi metodoloji aspektlərdə tədqiqi.

1. İş: «Qloballaşma və insan amili: sosial-fəlsəfi aspektlər» adlı iş yerinə yetirilmişdir.

Plan işində qloballaşma şəraitində insan amilinin mövcud problem kimi inkişafı insanın öz həyat səviyyəsinə münasibətini müşahidə etməyə və təbiət-cəmiyyət sistemində sağlamlığın sosial-fəlsəfi aspektlərini tədqiqat obyektinə çevrilməsini zəruri edən mühüm şərt kimi səciyyələnmişdir.



2. İş: «İnformasiya cəmiyyətində ailə münasibətləri» adlı iş yerinə yetirilmişdir.

İşdə informasiya cəmiyyətində ailəyə dövlət qayğısı, dövlətin qəbul etdiyi qərar və sərəncamları, yoxsulluğun aradan qaldırılması üçün görülən işlər, qadınların ailədə, uşaqların təlim-tərbiyəsində rolu qadın və uşaqlara qarşı zorakılıq, ona qarşı aparılan mübarizə üsulları öz əksini tapmışdır.



3. İş: «Qloballaşma və miqrasiya münasibətlərinin transformasiyası» adlı iş yerinə yetirilmişdir.

Plan işində qloballaşma dövründə miqrasiya problemləri, onu doğuran sosial-iqtisadi amillər, Azərbaycanda miqrasiya siyasəti xüsusiyyətləri öz əksini tapmışdır. Eyni zamanda informasiya cəmiyyətində miqrasiya axınının qarşısının alınması üçün respublikamızda görülən tədbirlər haqqında məlumatlar işıqlandırılmışdır. Tədqiqat işində Azərbaycanda miqrasiya siyasətinin əsas istiqamətləri müqayisəli şəkildə təhlil olunmuşdur.



4. İş: «Davamlı inkişaf konsepsiyası və ətraf mühit (sosial-fəlsəfi təhlil)» adlı iş yerinə yetirilmişdir.

İşdə müasir dövrdə davamlı inkişaf konsepsiyası və cəmiyyətlə təbiət arasında yaranan münasibətlərdə mənfi və müsbət tərəflərin hərtərəfli araşdırılması plan işinin əsas məqsədidir. Çünki hazırda davamlı inkişaf problemi və ekologiya ən aktual bir məsələyə çevrilmişdir.



5. İş: «Azərbaycanda informasiya cəmiyyəti: problemlər və perspektivlər» adlı iş yerinə yetirilmişdir.

Plan işində informasiya cəmiyyəti anlayışının geniş tərifi verilir, informasiya inqilablarının mərhələləri işıqlandırılır və ölkə vətəndaşlarının biometrik eyniləşdirmə sisteminə uyğun yeni nəsil şəxsiyyət vəsiqələri ilə təmin olunmaları məsələsinə də diqqət yetirilir. Eyni zamanda, informasiya cəmiyyətinin əsas fəlsəfəsi yaşından, dilindən, dinindən, irqindən, sosial və siyasi mənsubiyyətindən, həmçinin zaman və məkandan asılı olmayaraq, bütün insanların informasiya, bilik tələbatını ödəməkdən, onların arasında sosial kommunikasiyası mühiti yaratmaqdan, bilik və düşüncələrini, istədikləri məlumatı ictimaiyyətə çatdırmaqdan ibarət olduğu bildirilir.



6. İş: «Azərbaycanın demokratikləşməsi prosesi: modernləşmənin yeni mərhələsi kontekstində» adlı iş yerinə yetirilmişdir.

Təqdim olunan plan işində demokratiya nədir, onun mahiyyətini nə müəyyənləşdirir, bizim ölkəmiz və cəmiyyətimiz üçün onun rolu nədən ibarətdir kimi suallara cavab axtarılmışdır. Eyni zamanda, plan işində bəşəriyyətin, dövlət və cəmiyyətin inkişafında demokratiyanın yeri və rolu təhlil olunmuşdur.



7. İş: «Azərbaycanda virtual sosial şəbəkələrin formalaşma xüsusiyyətləri» adlı iş yerinə yetirilmişdir.

Tədqiqat işində Azərbaycan cəmiyyətinin virtual sosial şəbəkələrindəki iştirak xüsusiyyətləri, Azərbaycanda bu şəbəkələrin formalaşma prosesinin spesifikası araşdırılır. Məlum olmuşdur ki, Azərbaycanda qlobal şəbəkələrdən əsas etibarı ilə facebook populyardır. Digər şəbəkələrin az populyarlığı fonunda rusdilli sosial şəbəkələr də (odnoklassnik, moy mir, vkontakte və s.) azərbaycanlı istifadəçilərin daha çox daxil olduğu saytlar arasındadır. Bu da cəmiyyətimizin MDB cəmiyyətləri ilə tarixi-mədəni əlaqələrinin ortaqlığından irəli gəlir. Virtual sosial şəbəkələrdə iştirak Azərbaycan cəmiyyətini dünyanın inkişaf etmiş ölkələri ilə inteqrasiyasını asanlaşdıran amillərdəndir.



8. İş: «Qloballaşma dövründə sivilizasiyalararası münasibət» adlı iş yerinə yetirilmişdir.

Tədqiqat işində qloballaşma prosesi müasir dövrün aparıcı tarixi vektoru kimi müəyyənləşdirilmişdir. Qloballaşmanın mahiyyəti məsələsinə aydınlıq gətirilməsi istiqamətində araşdırmalar aparılmış, bu məsələyə dair müəllifin mövqeyi açıqlanmışdır. Qloballaşma prosesinin sivilizasiyaların varlığına və gələcək inkişaf perspektivlərinə göstərdiyi təsir araşdırılmışdır.


  1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə