Almaniya Bundestaqı Petisiya daimi komitəsi Sədr




Yüklə 21.85 Kb.
tarix26.04.2016
ölçüsü21.85 Kb.
Almaniya Bundestaqı

Petisiya daimi komitəsi

Sədr

Almaniya Bundestaqı petisiyaya dair məsləhətləşmələr aparmış və 07.07.2011-ci ildə qərara almışdır.

Petisiya Almaniya federal hökumətinə - Xarici İşlər Nazirliyinə - material kimi göndərilsin.

Qərara dair rəy

Petisiya Almaniya federal hökumətinə - Xarici İşlər Nazirliyinə - material kimi göndərilsin.



Əsaslandırma

Bu petisiya davam edən Dağlıq Qarabağ münaqişəsinin qüvvədə olan beynəlxalq hüquqa uyğun həllinin tapılması məqsədini güdür.

Almaniya-Azərbaycan münasibətlərinin təşviqi ilə məşğul olan bir cəmiyyət tərəfindən təqdim olunmuş Petisiya Dağlıq Qarabağ münaqişəsinin həll edilməsini təkid edir. Qeyd olunur ki, bunun üçün ilkin addım olaraq Ermənistanın əvvəllər Azərbaycanlıların yaşadığı 5 rayonun işğalını dayandırması və qaçqınların öz evlərinə qayıtmasına şərait yaratması vacibdir. Bundan əlavə Dağlıq Qarabağın yerli əhalisinin öz gələcək statusu barədə qərar verməsi üçün bir yol razılaşdırılmalıdır.

Həll olunmamış regional münaqişələr istənilən vaxt gərginliyin artırılması üçün istifadə oluna və ekstremal vəziyyətdə silahlı qarşıdurmalara gətirib çıxara bilər. Bu narahatlıq Almaniya Bundestaqının 22 apreil 2009-cu il tarixli “Cənubi Qafqazda təhlükəsizlik, sabitlik və demokratiyanın təşviqi” adlı qətnaməsində də (Bundestaqın sənədi 16/12726) də öz ifadəsini tapmışdır.

Dağlıq Qarabağ münaqişəsinin həlli üçün həyata keçirilən diplomatik səylər və mühüm siyasətçilərin, xüsusilə də Minsk qrupu çərçivəsində və Ermənistan və Azərbaycan prezidentlərinin çoxsaylı görüşləri hələki ümid edilən irəliləyişə gətirib çıxarmamışdır. Bunula da regionda hələ də qəfil müharibə təhlükəsi mövcuddur.

Həll üçün birinci addım ondan ibarət olmalıdır ki, beynəlxalq hüququn tətbiqi birmənalı tələb edilməli və qaçqınlar problemi insan hüquqlarına əsasən deportasiya olunmuşların evlərinə qayıtması hüququna müvafiq həll edilməlidir. Erməni silahlı qüvvələrinin 26 fevral 1992-ci il tarixində Xocalı şəhərinin mülki əhalisinə qarşı törətdiyi, 600-dən çox insanın həyatını itirməsi ilə nəticələnən qırğın (massaker) fakt olaraq tanınmalıdır. Erməni xalqına qarşı soyqırımın baş verməsini iddia edən/şikayətlənən Ermənistan Azərbaycan xalqının bu məsələsini anlamalıdır. Davamlı barışığa nail olunması prosesi yalnız tarixi həqiqətlərin əsasında baş verə bilər.

Almaniya Bundestaqı Dağlıq Qarabağ ətrafında problemin həlli üçün yeni səylərin göstərilməsinə öz töhvəsini verməlidir.

Digər təfərrüatlara dair aktın məzmunundan və əlavə olunmuş sənədlərdən əldə etmək olar.

Almaniya Xarici İşlər Nazirliyinin mövqeyi nəzərə alınmaqla parlament araşdırmasının nəticəsi aşağıdakı kimidir:

Almaniya hökuməti və Bundestaqı Petisiyanın irəli sürdüyü ayrı-ayrı müharibə məqamlarını qiymətləndirə bilməz, onların diqqəti təsvir olunan münaqişənin həllinə yönəlmişdir. Almaniya tərəfi bu təsəvvürü bölüşür ki, Dağlıq Qarabağ münaqişəsinin həllində xüsusilə ilk növbədə Dağlıq Qarabağ ətrafında yerləşən beş Azərbaycan rayonunun işğalına son qoyulmalı və qaçqınlar evlərinə qayıtmalıdırlar. Eyni zamanda, Dağlıq Qarabağın yerli əhalisi tərəfindən Dağlıq Qarabağın gələcək statusunun hansı üsulla müəyyən ediləcəyinə dair bir yol razılaşdırılmalıdır. Bu mövqe ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən edilmiş təkliflərin əsas ideyasına uyğun gəlir. Onların vastiçəlik fəaliyyətində əks olunan bu mövqe Almaniya tərəfindən tamamilə dəstəklənir.

Petisiyada qeyd olunduğu kimi, Almaniya Bundestaqı hələ 16-cı çağırış tərkibində Federal hökuməti Cənubi Qafqaz regionunda qeyri-sabit vəziyyətin yaxşılaşdırılması üçün öz imkanları çərçivəsində töhvə verməyə çağırmışdır. Orada həmçinin qeyd olunmuşdur ki, bu xüsusilə fəaliyyət göstərilməlidir ki, “münaqişənin bütün tərəfləri BMT-nin Dağlıq Qarabağ münaqişəsinə dair qətnamələrini, eləcə də Avropa Şurası və ATƏT-in müvafiq qərar və qətnamələrini yerinə yetirsinlər”. (Bundestaqın sənədi 16/12726). Bu müraciət Almaniya Bundestaqının 14 may 2009- cu il tarixli sesiyasında qəbul edilmişdir. Bu Qərarın məzmunu hələ də qüvvədə qalır.

Petisiya komitəsi Federal hökumətin 17-ci çağırışda da münaqişə tərəfləri olan Ermənistan və Azərbaycanı danışıqlar yolu ilə həllə nail olmaq üçün cəhdlərini azaltmamağa çağırmasını alqışlayır. Yüksək səviyyədə bu çağırış 2010-cu ildə Federal Xarici İşlər Naziri Vestervelle və onun ermənistanlı həmkarı Nalbandyan arasında olan görüşdə edilmişdir. 2010-cu il üçün başqa görüşlər də planlaşdırılmışdır ki, bunlara da Federal Xarici İşlər Naziri ilə onun azərbaycanlı həmkarı Məmmədyarov arasında və Federal Kansler Merkellə Ermənistan Prezidenti Serj Sarkisyan arasında olacaq görüşlər də daxildir.

Bu istiqamətdə görülən bütün səylərə və demarşlara dəstək vermək üçün Petisiya komitəsi Petisiyanı Almaniya hökumətinə - Xarici İşlər Nazirliyinə - material kimi göndərməyi tövsiyə edir.

XİN-nin yayacağı Mətbuat üçün bəyanatın layihəsi

Almaniya Bundestaqı Xocalı qırğını və Dağlıq Qarabağ

münaqişəsinə dair yeni sənəd qəbul etmişdir

Almaniya Bundestaqınınn Petisiya daimi komitəsi Xocalı qətliamı ilə bağlı sənəd qəbul etmişdir. Sənəd Xocalı qətliamının 20 illiyi ərəfəsində Almaniya-Azərbaycan münasibətlərinin təşviqi cəmiyyəti tərəfindən Almaniya Bundestaqına təqdim edilmişdir petisiya əsasında qəbul edilmişdir. Petisiya daimi komitəsinin cavabı Almaniyanın Əsas Qanununun 45c maddəsinə əsasən, konstitusiya orqanının rəsmi mövqeyidir.

Sənəddə bildirilir ki, “Erməni silahlı qüvvələrinin 26 fevral 1992-ci il tarixində Xocalı şəhərinin mülki əhalisinə qarşı törətdiyi, 600-dən çox insanın həyatını itirməsi ilə nəticələnən qırğın (massaker) fakt olaraq tanınmalıdır. Erməni xalqına qarşı soyqırımın baş verməsini iddia edən Ermənistan Azərbaycan xalqının bu məsələsini anlamalıdır. Davamlı barışığa nail olunması prosesi yalnız tarixi həqiqətlərin əsasında baş verə bilər.”

Petisiyada davam edən Dağlıq Qarabağ münaqişəsinin qüvvədə olan beynəlxalq hüquqa uyğun həll olunması öz əksini tapmışdır. Sənəddə “ilk növbədə Ermənistanın Dağlıq Qarabağ ətrafında yerləşən və əvvəllər Azərbaycanlıların yaşadığı 5 rayonun işğalını dayandırması və qaçqınların öz evlərinə qayıtmasına şərait yaratması vacibliyi” qeyd olunur.

Bundestaq bəyan edir ki, “həll üçün birinci addım ondan ibarət olmalıdır ki, beynəlxalq hüququn tətbiqi birmənalı tələb edilməli və qaçqınlar problemi insan hüquqlarına əsasən deportasiya olunmuşların evlərinə qayıtması hüququna müvafiq həll edilməlidir.”

Sənəddə həmçinin bildirilir ki, Almaniya Bundestaqı Dağlıq Qarabağ ətrafında problemin həlli üçün yeni səylərin göstərilməsinə öz töhfəsini verməlidir.

Almaniya Xarici İşlər Nazirliyinin mövqeyi nəzərə alınmaqla parlament araşdırmasının nəticəsi sənəddə aşağıdakı kimi öz əksini tapmışdır:

“Dağlıq Qarabağ münaqişəsinin həllində xüsusilə ilk növbədə Dağlıq Qarabağ ətrafında yerləşən beş Azərbaycan rayonunun işğalına son qoyulması və qaçqınlar evlərinə qayıtması” Almaniya tərəfinin mövqeyi kimi qeyd olunur.

Sənəddə Almaniya Bundestaqının hələ “14 may 2009- cu il tarixli sessiyasında qəbul edilmiş “Cənubi Qafqazda təhlükəsizlik, sabitlik və demokratiyanın təşviqi” adlı qətnamənin hələ də hüquqi qüvvədə qalması” vurğulanır. “Münaqişənin bütün tərəflərinin BMT-nin Dağlıq Qarabağ münaqişəsinə dair qəbul etdiyi qətnamələri, eləcə də Avropa Şurası və ATƏT-in müvafiq qərar və qətnamələrini yerinə yetirməsi” üçün “xüsusilə fəaliyyət göstərilmələri” tələb olunur.

Qətnamədə öz əksini tapmış Dağlıq Qarabağ münaqişəsinin hələ də öz həllini tapmaması ilə bağlı narahatlıq yeni qəbul olunmuş sənəddə də vurğulanır. Sənədə görə, “həll olunmamış regional münaqişələr istənilən vaxt gərginliyin artırılması üçün istifadə oluna və ekstremal vəziyyətdə silahlı qarşıdurmalara gətirib çıxara bilər.”

“Dağlıq Qarabağ münaqişəsinin həlli üçün həyata keçirilən diplomatik səylər və mühüm siyasətçilərin, xüsusilə də Minsk qrupu çərçivəsində, eləcə də Ermənistan və Azərbaycan prezidentlərinin çoxsaylı görüşləri hələki ümid edilən irəliləyişə gətirib çıxarmamışdır. Bunula da regionda hələ də qəfil müharibə təhlükəsi mövcuddur.”

Petisiya komitəsi Federal hökumətin 17-ci çağırışda da münaqişə tərəfləri olan Ermənistan və Azərbaycanı danışıqlar yolu ilə həllə nail olmaq üçün cəhdlərini azaltmamağa çağırmasını alqışlayır.



Bu istiqamətdə görülən bütün səylərə və demarşlara dəstək vermək üçün Petisiya komitəsi Petisiyanı Almaniya hökumətinə - Xarici İşlər Nazirliyinə - material kimi göndərməyi tövsiyə edir.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə