Allerqologiya ixtisası üzrə yeni 100 nümunəvi test sualları 11. 04. 13 – cü il tarixində əlavə olunub. Diaqnostika 1 Diaskopiya nədir?




Yüklə 160.5 Kb.
tarix26.04.2016
ölçüsü160.5 Kb.
Allerqologiya ixtisası üzrə yeni 100 nümunəvi test sualları
11. 04. 13 – cü il tarixində əlavə olunub.


Diaqnostika

1) Diaskopiya nədir?
A) Dermoqrafizm növünün təyini

B) Dəriyə ümumi baxışın keçirilməsi

C) Şüşə şpatellə və ya linza ilə dərinin basılması

D) Sadalananların hamısı

E) Dərinin qaşınması vasitəsi ilə qabıqların ayrılması
Ədəbiyyat: Ədəbiyyat: Д. К. Новиков «Клиническая аллергология» 1991г.
2) Diaskopiya üsulu ilə nəyi təyin etmək olar?
A) Dərinin qabıqlanma xüsusiyyətini təyin edir

B) Sadalananların hamısı

C) Bu üsulla qabıq altında suluqları aşkar etmək olar

D) Bu üsulla eritemanı hemorragik səpgidən ayırmaq olar

E) Dərinin vegetativ innervasiyasının xüsusiyyətlərini təyin edir
Ədəbiyyat: Ədəbiyyat: Д. К. Новиков «Клиническая аллергология» 1991г.
3) Ekzantemaya nə aiddir?
A) Urtika

B) Papula

C) Vezikula

D) Sadalananların hamısı

E) Makula
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
4) Nəcisin ümumi müayinəsində nəyin aşkar edilməsi allergiyanın xarakter əlamətidir?
A) Həzm olunmamış əzələ lifləri

B) Qurd invaziyası

C) Candidalar

D) Şarko-Leyden kristalları

E) Protozoozlar
Ədəbiyyat: Ədəbiyyat: Д. К. Новиков «Клиническая аллергология» 1991г.
5) Provokasion (təxribat) testlərə hansı aid deyil?
A) Eliminasion test

B) Ekspozision test

C) Soyuq testi

D) Trombositopenik test

E) Leykositopenik test
Ədəbiyyat: Ədəbiyyat: В. И. Пыцкий, Н. В. Адрианова, А. В. Артомасова «Аллергические заболевания» 1999г.
6) Təxribat testlərin aparılmasından əvvəl antihistamin və intal preparatlarının qəbulunu minimum hansı müddətə dayandırmaq lazımdır?
A) 72 saat

B) 12 saat

C) 8 saat

D) 24 saat

E) 48 saat
Ədəbiyyat: Ədəbiyyat: Д. К. Новиков «Клиническая аллергология» 1991г.
7) Dəri allergik testinin aparılmasına əks göstəriş hansıdır?
A) Kəskin respirator infeksiyalar

B) QİÇS


C) Bədxassəli yenitörəmələr

D) Sadalananların hamısı

E) Dermatomiozit
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
8) Dəri allergik testlər aparılarkən yalançı müsbət nəticə hansı hal(lar)da müşahidə edilir?
A) Urtikar dermoqrafizmdə

B) Sistem allergik reaksiyadan 3-4 həftə sonra

C) Neyroendokrin sistemin xəstəlikləri olduqda

D) Azyaşlı uşaqlarda

E) Sadalananların hamısı
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
9) Dəri allergik testlər aparılarkən yalançı mənfi nəticə hansı hal(lar)da müşahidə edilir?
A) Allergenlərin saxlanma qaydası pozulduqda

B) Sadalananların hamısı

C) Antihistamin preparatları fonunda

D) Yaşlı insanlarda

E) Kortikosderoidlər qəbul edərkən
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
10) Allerqometrik titrləmə nə üçün aparılır?
A) Sadalananların hamısı

B) İndividual həssaslığı və allergen-spesifik immunoterapiya aparmaq üçün allergeni aşkarlamaq üçün

C) İndividual həssaslığı və allergen-spesifik immunoterapiya aparmaq üçün allergenin ilkin dozasını təyin etmək üçün

D) İndividual həssaslığı və yalançı müsbət reaksiyaları aşkarlamaq üçün

E) İndividual həssaslığı və yalançı mənfi reaksiyaları aşkarlamaq üçün
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
11) Allerqometrik titrləmə nə ilə aparılır?
A) Histaminin müxtəlif konsentrasiyaları ilə

B) Histamin, allergenin müxtəlif konsentrasiyaları və test-nəzarət maye ilə

C) Histaminin müxtəlif konsentrasiyaları və test-nəzarət maye ilə

D) Allergenin müxtəlif konsentrasiyaları ilə

E) Histamin, müxtəlif allergenlər və test-nəzarət maye ilə
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
12) Dəri daxili sınaqlar adətən hansı allergenlərlə qoyulur?
A) Bakterial allergenlərlə

B) Bitgi allergenləri ilə

C) Ev tozu allergenləri ilə

D) Dermatofaqoides allergenləri ilə

E) Qida allergenləri ilə
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
13) Metaxolinlə bronx təxribat testi nə zaman müsbət sayılır?
A) Əsas spirometrik göstəricilər metaxolin inhalyasiyasından sonra 20%-ə qədər azalır

B) Əsas spirometrik göstəricilər metaxolin inhalyasiyasından sonra 20%-dən artıq azalır

C) Əsas spirometrik göstəricilər metaxolin inhalyasiyasından sonra 20%-dən çox artır

D) Əsas spirometrik göstəricilər metaxolin inhalyasiyasından sonra 20%-ə qədər artır

E) Əsas spirometrik göstəricilər metaxolin inhalyasiyasından sonra dəyişmir
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Л. А. Горячкиной, К. П. Кашкина «Клиническая аллергология и иммунология» 2009 г.
14) Hansı parazitar infeksiya anafilaktik şok səbəbi ola bilər?
A) Trixosefalyoz

B) Exinokokkoz

C) Enterobioz

D) Lyamblioz

E) Askaridoz
Ədəbiyyat: Ədəbiyyat: Д. К. Новиков «Клиническая аллергология» 1991г.
15) Allergik rinitdə patoloji prosesin xarakteri hansıdır?
A) Sadalananların hamısı

B) Kataral

C) Nekrotik

D) İrinli

E) İrinli-nekrotik
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
16) Atopik dermatit xəstəliyində dəridə nə zaman pustula müşahidə olunur?
A) İkincili infeksiya qoşulanda

B) Daimi müşahidə olunur

C) Ümumiyyətlə müşahidə olunmur

D) Remissiya fazasında

E) Kəskin dövrdə
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
17) Atopik dermatit xəstəliyində dəridə nə zaman vezikulalar müşahidə olunur?
A) Kəskin dövrdə

B) Remissiya fazasında

C) İkincili infeksiya qoşulanda

D) Daimi müşahidə olunur

E) Ümumiyyətlə müşahidə olunmur
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
18) Övrənin xarakter dəri elementləri hansılardır?
A) Makulalar

B) Vezikulalar

C) Pustulalar

D) Sadalananların hamısı

E) Urtikarilər
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
19) Hansı xəstəliyin diaqnostikasında buzla təxribat xarakterli dəri sınağı aparılır?
A) İdiopatik xroniki övrə

B) Dərman mənşəli övrə

C) Sadalananların hamısı

D) Qida mənşəli övrə

E) Soyuq mənşəli övrə
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Л. А. Горячкиной, К. П. Кашкина «Клиническая аллергология и иммунология» 2009 г.
20) Üstünlük təşkil edən T-hüceyrəli immundefisitin kliniki təzahürü hansı(lar)dır?
A) Maalsorbsiya sindromu

B) Mikoplazma mənşəli respirator infeksiyalar

C) Enterovirus mənşəli meninqoensefalitlər

D) Dəri səpgiləri, seyrək saçlar

E) Sadalananların hamısı
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
21) Üstünlük təşkil edən B-hüceyrəli immundefisitin kliniki təzahürü hansı(lar)dır?
A) Ağız boşluğunun kandidozu

B) Parvovirus mənşəli hemolitik anemiya (hiper-İgM-sindrom)

C) Sitomeqalovirus infeksiyası

D) Transplantat reaksiyası

E) Sadalananların hamısı
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
22) Faqositoz defektinin kliniki təzahürü hansı(lar)dır?
A) Membranoz proliferativ qlomerulonefrit

B) Sadalananların hamısı

C) Sklerodermiya

D) Hiper-İgE-sindrom

E) Dermatomiozit
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
23) Komplement defektinin kliniki təzahürü hansı(lar)dır?
A) Seboreyalı dermatit, impetiqo

B) Vaskulitlər

C) Xroniki qranulyomatoz xəstəliklər

D) Sadalananların hamısı

E) Aspergilyoz, nokardioz
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
24) Hiper-İgE-sindromun kliniki əlamət(lər)i hansıdır?
A) Müalicəyə tabe olmayan ekzema

B) Sadalananların hamısı

C) Təkrar pnevmoniyalar

D) Yayılmış kandidoz

E) “Soyuq” absseslər
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
25) Hiper-İgE-sindromunun əhəmiyyətli diaqnostik kriterilərinə hansı daxildir?
A) Üz cizgilərinin xarakter anomaliyaları

B) Süd dişlərinin gec dəyişilməsi

C) Yüksək eozinofiliya

D) Sadalananların hamısı

E) Qan zərdabında İgE səviyyəsinin 2000ME/ml artıq yüksəlməsi
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
26) Allergik konyuktivitin əlaməti hansıdır?
A) Sadalananların hamısı

B) Qaşınma

C) Göz yaşarması

D) Göz qapaqlarının ödemi

E) Adətən hər iki göz zədələnir
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
27) “Eozinofil bronxitin” əlamətləri hansıdır?
A) Sadalananların hamısı

B) Öskürək, bəlğəmdə çox saylı eozinofillər, yüksək bronx hiperreaktivliyi

C) Öskürək, çoxlu bəlğəm ifrazı, bronx hiperreaktivliyi qeyd edilmir

D) Öskürək, stimulə edilmiş bəlğəmdə çox saylı eozinofillər, bronx hiperreaktivliyi qeyd edilmir

E) Öskürək,qanda yüksək eozinofiliya, yüksək bronx hiperreaktivliyi
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.

Müalicə

28) Antibradikinin təsirə hansı preparat malikdir?
A) Setirizin

B) 4% Na bikarbonat

C) 5% aminokapron turşusu

D) Ketotifen

E) Peritol
Ədəbiyyat: Ədəbiyyat: Д. К. Новиков «Клиническая аллергология» 1991г.
29) Antiserotonin təsirə hansı preparat malikdir?
A) 4% Na bikarbonat

B) 5% aminokapron turşusu

C) Peritol

D) İntal


E) Setirizin
Ədəbiyyat: Ədəbiyyat: Д. К. Новиков «Клиническая аллергология» 1991г.
30) Histaqlobulin preparatı hansı xəstəliyin müalicəsində istifadə olunur?
A) Pollinoz

B) Xroniki övrə

C) Xroniki rinit

D) Bronxial astma

E) Sadalananların hamısı
Ədəbiyyat: Ədəbiyyat: В. И. Пыцкий, Н. В. Адрианова, А. В. Артомасова «Аллергические заболевания» 1999г.
31) Histaqlobulin preparatı nə zaman təyin edilir?
A) Atopik xəstəliklər immunosupressiya ilə müşahidə olanda

B) Eyni zamanda bir neçə allergenə yürsək həssaslıq aşkarlananda

C) Ev tozu allergeninə yürsək həssaslıq aşkarlananda

D) “Günahkar” allergenı aşkarlamaq mümkün olmayanda

E) Dermatofagoides Pt. yürsək həssaslıq aşkarlananda
Ədəbiyyat: Ədəbiyyat: В. И. Пыцкий, Н. В. Адрианова, А. В. Артомасова «Аллергические заболевания» 1999г.
32) Atopik xəstəliklərdə hüceyrə immunitetinin mötədil çatışmazlığında hansı preparat effeklidir?
A) Albendazol

B) Allergen ekstraktı

C) Histaglobulin

D) Antiallergik immunoglobulin

E) Levamizol
Ədəbiyyat: Ədəbiyyat: В. И. Пыцкий, Н. В. Адрианова, А. В. Артомасова «Аллергические заболевания» 1999г.
33) Çəngəlvari vəzin ekstraktından hazırlanmış preparatlara hansı aid deyil?
A) Timogen

B) Miyelopid

C) Vilozen

D) Timalin

E) Taktivin
Ədəbiyyat: Ədəbiyyat: В. И. Пыцкий, Н. В. Адрианова, А. В. Артомасова «Аллергические заболевания» 1999г.
34) Atopik xəstəliklərdə leykinferon nə zaman istifadə oluna bilər?
A) Autoallergik prosesslərdə

B) İnfeksion ağırlaşmalarda

C) İmmunosupressiyaya ehtiyac olanda

D) “Günahkar” allergenı aşkarlamaq mümkün olmayanda

E) Yanaşı revmatizm olanda
Ədəbiyyat: Ədəbiyyat: В. И. Пыцкий, Н. В. Адрианова, А. В. Артомасова «Аллергические заболевания» 1999г.
35) Atopik xəstəliklərin ekstrakorporal müalicə üsuluna hansı aiddir?
A) Sadalananların hamısı

B) Hemosorbsiya

C) Ekstrakorporal immunofarmakoterapiya

D) Plazmaferez

E) İmmunosorbsiya
Ədəbiyyat: Ədəbiyyat: В. И. Пыцкий, Н. В. Адрианова, А. В. Артомасова «Аллергические заболевания» 1999г.
36) Sinnarizin preparatının hansı təsiri allerqologiyada işlənilir?
A) Antiserotonin

B) Antihistamin

C) Antikinin

D) Sadalananların hamısı

E) Ca antaqonisti
Ədəbiyyat: Ədəbiyyat: В. И. Пыцкий, Н. В. Адрианова, А. В. Артомасова «Аллергические заболевания» 1999г.
37) Zafirlukast preparatının sutkalıq terapevtik dozası hansıdır?
A) 40 mg

B) 60 mg


C) 50 mg

D) 20 mg


E) 10mg
Ədəbiyyat: Ədəbiyyat: В. И. Пыцкий, Н. В. Адрианова, А. В. Артомасова «Аллергические заболевания» 1999г.
38) 1-ci nəsil antihistamin preparatlarının əsasən hansı təsiri onların bronxial astmanın müalicəsində istifadəsinə imkan vermir?
A) Atropinəbənzər təsiri

B) Sedativ təsiri

C) Katexolaminlərin effektinin gücləndirilməsi

D) Spazmolitik təsiri

E) Antihistamin təsiri
Ədəbiyyat: Ədəbiyyat: Д. К. Новиков «Клиническая аллергология» 1991г.
39) Antihistamin preparatların dəri xəstəliklərində yerli istifadəsi hansı təsirə görə tövsiyyə edilmir?
A) Katexolaminlərin effektinin gücləndirilməsi

B) Mərkəzi xolinolitik təsiri

C) Histaminoliberasiya təsiri

D) Antihistamin təsiri

E) Atropinobənzər təsiri
Ədəbiyyat: Ədəbiyyat: Д. К. Новиков «Клиническая аллергология» 1991г.
40) Bronxial astmalı xəstələrdə antihistamin preparatlarının istifadəsi bəlğəmə necə təsir edir?
A) Bəlğəm ifrazını azaldır

B) Bəlğəmi qatılaşdırır

C) Bəlğəm ifrazını artırır

D) Bəlğəmi durulaşdırır

E) Bəlğəmə təsir etmir
Ədəbiyyat: Ədəbiyyat: Д. К. Новиков «Клиническая аллергология» 1991г.
41) İntal və ya qlükokortikosteroid (QK) inhalyasiyasından sonra tranzitor bronxospazm baş verirsə hansını etmək tövsiyə olunur?
A) İntal və ya QK inhalyasiyasından 15 dəqiqə sonra berotek və ya salbutamol inhalyasiyasını istifadə etmək

B) İntal və ya QK inhalayasiyasından sonra ağız boşluğunu və boğazı su ilə yaxalamaq

C) İntal və ya QK inhalayasiyasından öncə ağız boşluğunu və boğazı su ilə yaxalamaq

D) İntal və ya QK inhalyasiyasından 15 dəqiqə öncə berotek və ya salbutamol inhalyasiyasını istifadə etmək

E) İntal və ya QK inhalayasiyalarını ümumiyyətlə istifadə etməmək
Ədəbiyyat: Ədəbiyyat: Д. К. Новиков «Клиническая аллергология» 1991г.
42) Allergik xəstəliklərin müalicəsində qlükokortikosteroidlərin istifadəsi hansı farmakodinamik effektə əsaslanıb?
A) Sadalananların hamısı

B) İltihabəleyhinə effektə

C) Antiproliferativ effektə

D) İmmunosupressiv effektə

E) Damardaraldıcı effektə
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
43) Peroral hormonal preparatları günün hansı vaxtı qəbul edilməsi təvsiyyə olunur?
A) Səhər və günorta

B) Səhər və axşam

C) Yalnız axşamlar

D) Nə zaman xəstə üçün rahatdır

E) Yalnız günortalar
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
44) Flüor tərkibli topik qlükokortikoid hansıdır?
A) Sadalananların hamısı

B) Prednizolon

C) Elokom

D) Hidrokortizon

E) Dermoveyt
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
45) Hansı yerli qlükokortikoidləri tərkibində flüor olduğu üçün 10 gündən artıq istifadəsi tövsiyə olunmur?
A) Sadalananların hamısı

B) Ftorokort

C) Flusinar

D) Triakort

E) Sinaflan
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
46) Setirizin tərkibli preparat hansıdır?
A) Lomilan

B) Gistimet

C) Klaritin

D) Zirtek

E) Kestin
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
47) Hamilə qadınlarda zəruri göstəriş olarsa, hansı antihistamin preparatları istifadə etmək olar?
A) Ketotifen, suprastin

B) Kestin, terfenadin

C) Sadalananların heç biri

D) Dimedrol, diazolin

E) Loratadin, setirizin
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
48) Hansı içki feksofenadin preparatının biomənimsəməsini azaldır?
A) Süd

B) Alma şirəsi

C) Adi çay

D) Su


E) Yaşıl çay
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
49) Uzunmüddətli təsirə malik M-xolininolitik preparatı hansıdır?
A) Sadalananların hamısı

B) İpratropium bromid

C) Oksitropium bromid

D) Tiotropium bromid

E) Troventol
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
50) Hansı patologiyalarda M-xolinolitiklərin təyini adətən tövsiyyə olunmur?
A) Arterial hipertenziya

B) Qlaukoma

C) Tromboemboliyalar

D) Ürəyin işemik xəstəliyi

E) Şəkərli diabet
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
51) Bronxial astmanın müalicəsində istifadə olunan inhalyasion qlükokortikosteroidlərin dozasını nə zaman azaltmaq tövsiyyə olunur?
A) Dozanı azaltmaq ümumiyyətlə tövsiyə edilmir

B) Astmaya nəzarət əldə etdikdə preparatın istifadəsi dayandırılmalı

C) Astmaya nəzarət əldə etdikdə 1 ay sonra dozanı azaltmaq

D) Astmaya nəzarət əldə etdikdə 3 ay sonra dozanı azaltmaq

E) Astmaya nəzarət əldə etdikdə 2 ay sonra dozanı azaltmaq
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
52) Vaksinlərin hansı komponent(lər)i müxtəlif allergik reaksiyalara səbəb olur(lar)?
A) Jelatin

B) Formaldegit

C) Yumurta albumini

D) Antibiotiklər

E) Sadalananların hamısı
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
53) Hamilə qadınlarda Allergen-spesifik immunoterapiyanı hamiləliyin hansı dövründə başlamaq tövsiyyə olunur?
A) 1-ci trimestrdə

B) Bütün hamiləlik müddəti

C) Hamiləlik vaxtı allergen-spesifik immunoterapiyanı başlamaq tövsiyə edilmir

D) 3-cü trimestrdə

E) 2-ci trimestrdə
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
54) Allergik rinit zamanı burun tutulmasını aradan qaldıran simptomatik (damardaraldıcı) preparatların istifadəsi nə ilə nəticələnir?
A) Burun tutulmaları birdəfəlik aradan qalxır, lakin güclü asqırmalar baş verir

B) Selikli qişanın qalınlaşması, hipertrofiyası nəticəsində burun tutulması topik steroidlərlə qısa müddətdə aradan götürülür

C) Hər istifadədən sonra burun tutulmaları, istifadə müddətindən asılı olmayaraq, müvəqqəti aradan qaldılırır

D) Sadalananların heç biri

E) Selikli qişanın qalınlaşması, hipertrofiyası nəticəsində heç bir müalicəyə tabe olmayan daimi burun tutulması
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
55) Rinitin müalicəsində dekongestantlar maksimum neçə gün istifadə oluna bilərlər?
A) Daimi istifadə oluna bilərlər

B) 15 günə qədər

C) 1 aya qədər

D) 10 günə qədər

E) 5 günə qədər
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
56) Hiper-İgE- sindromunun müalicəsinin əsasında hansı preparatlar durur?
A) İmmunomodulyatorlar

B) Sistem kortikosteroidlər

C) Antibiotiklər

D) Ekstrakorporal müalicə üsulları

E) Antihistamin preparatları
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
57) Hiper-İgE-sindromlu xəstələrin ölümünə əsasən nə səbəb olur?
A) Asfiksiya

B) Qocalıq nəticəsi

C) Bakterial və göbələk infeksiyaları

D) Tromboemboliyalar

E) Toksik miokardit
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
58) Hansı xəstəlikdə eliminasiya effekti müsbətdir?
A) Eozinofil rinit

B) İnfeksion rinit

C) Allergik rinit

D) Vazomotor rinit

E) Sadalananların hamısı
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
59) Allergik rinitin kəskinləşməsinin müalicəsində hansı preparat nisbətən zəif effekt verir və bu səbəbdən əlavə dərman vasitəsi kimi istifadə oluna bilər?
A) Ebastin

B) Feksofenadin

C) Setirizin

D) Loratadin

E) Ketotifen
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
60) Pollinozun allergen-spesifik immunoterapiyasını hansı aylardan başlamaq tövsiyə olunur?
A) Aprel-may

B) İyun-iyul

C) Avgust-sentyabr

D) Fevral-mart

E) Dekabr-yanvar
Ədəbiyyat: Ədəbiyyat: Д. К. Новиков «Клиническая аллергология» 1991г.
61) Pollinoz məişət allergiyası ilə eyni zamanda müşahidə olanda spesifik immunoterapiya (SİT) necə aparılmalı?
A) Çiçəklənmə dövrü bitən kimi (sentyabr-oktyabr) tozcuq allergeni ilə SİT başlanılır. Yanvar-fevral aylarında tozcuq allergenlərinin saxlayıcı dozalarının yeridilməsi dayandırılır və məişət allergenləri ilə SİT başlanılır.

B) Çiçəklənmə dövrü bitən kimi (sentyabr-oktyabr) məişət allergeni ilə SİT başlanılır. Yanvar-fevral aylarında məişət allergenlərinin saxlayıcı dozalarının yeridilməsi dayandırılır və tozcuq allergenləri ilə SİT başlanılır.

C) Çiçəklənmə dövrü bitən kimi eyni zamanda tozcuq və məişət allrgenləri ilə SİT başlanılır

D) Çiçəklənmə dövrü bitən kimi məişət və tozcuq allergenlərindən hazırlanmış kombinə edilmiş allergen məhlulu ilə SİT başlanılır

E) Sadalananların hamısı
Ədəbiyyat: Ədəbiyyat: Д. К. Новиков «Клиническая аллергология» 1991г.
62) Əgər eyni zamanda iki müxtəlif allergenlərlə SİT aparılırsa hansı üsul daha sərfəlidir?
A) Hər iki allergen inyeksiyaları günün müxtəlif vaxtlarında vurulur

B) Hər iki allergendən kombinə edilmiş allergen məhlulu hazırlanır

C) Bir allergen inyeksiya şəklində, digəri isə yerli istifadə edilir

D) Eyni vaxtda bir allergen sağ qola vurulur, digəri sol qola vurulur

E) Eyni zamanda iki müxtəlif allergenlərlə SİT aparılması tövsiyyə edilmir
Ədəbiyyat: Ədəbiyyat: Д. К. Новиков «Клиническая аллергология» 1991г.
63) Polipoz rinitlərdə allergik poliplərin xüsusiyyəti hansıdır?
A) Sadalananların hamısı

B) İfrazatında çoxlu neytrofil müşahidə olunur

C) Adətən bərk konsistensiyalı olurlar

D) Adrenalin təsrindən büzüşüb kiçilirlər

E) Adətən birtərəfli olurlar
Ədəbiyyat: Ədəbiyyat: Д. К. Новиков «Клиническая аллергология» 1991г.
64) Bronxial astmalı xəstələrdə burun poliplərinin ekstirpasiyası adətən nə ilə nəticələnir?
A) Astma kəskinləşmələrinin qarşısını alır

B) Astmanı tamamilə sağaldır

C) Astmanın gedişatına təsir etmir

D) Astmanı kəskinləşdirir

E) Astmanın uzunmüddətli remissiyası ilə nəticələnir
Ədəbiyyat: Ədəbiyyat: Д. К. Новиков «Клиническая аллергология» 1991г.
65) Burunun allergik poliplərinin həcmini hansı preparatlar daha yaxşı kiçildir?
A) Nazal kromonlar

B) Dekongestantlar

C) Nazal antiseptiklər

D) Nazal antihistaminlər

E) Nazal steroidlər
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова «Клиническая аллергология» 2002
66) Hansı müayinə olmadan allergik rinit diaqnozun qoyulması dürüst hesab edilmir?
A) Allergik dəri testlərinin aparılması

B) Rinoskopiya

C) Burun ifrazatının sitoloji müayinəsi

D) Rentgen-tomoqrafiya

E) Qanın ümumi müayinəsi
Ədəbiyyat: Ədəbiyyat: Д. К. Новиков «Клиническая аллергология» 1991г.
67) Hansı allergik xəstəliklərin bir biri ilə daha sıx əlaqəsi var?
A) Allergik rinit və zərdab xəstəliyi

B) Allergik rinit və bronxial astma

C) Allergik rinit və atopik dermatit

D) Allergik rinit və insekt allergiyası

E) Allergik rinit və allergik toksikodermiyalar
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Л. А. Горячкиной, К. П. Кашкина «Клиническая аллергология и иммунология» 2009 г.
68) Hormonal rinitlər hansı hallarda müşahidə oluna bilər?
A) Postmenopauza dövrü

B) Hipotiriodizm

C) Akromeqaliya

D) Hamiləlik

E) Sadalananların hamısı
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Л. А. Горячкиной, К. П. Кашкина «Клиническая аллергология и иммунология» 2009 г.
69) Uşaqlarda allergik rinitin müalicəsində hansı topik qlükokortikosteroidin istifadəsi tövsiyyə edilmir?
A) Sadalananların hamısı

B) Beklometazon dipropionat

C) Mometazon furoat

D) Budesonid

E) Flutikazon propionat
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Л. А. Горячкиной, К. П. Кашкина «Клиническая аллергология и иммунология» 2009 г.
70) Allergik rinitin müalicəsində istifadə olunan yerli kortikosteroidlər hansı müddət ərzində təsirlərini başlayırlar?
A) 12 dəq.

B) 20 saat

C) 1 saat

D) 6 saat

E) 3 saat
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Л. А. Горячкиной, К. П. Кашкина «Клиническая аллергология и иммунология» 2009 г.
71) Allergik rinitin müalicəsində istifadə olunan yerli kortikosteroidlərin maksimal effekti adətən hansı müddət ərzində inkişaf edir?
A) 5-7 gün ərzində

B) 1 gün ərzində

C) 10-15 gün ərzində

D) 2-3 gün ərzində

E) 1 ay ərzində
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Л. А. Горячкиной, К. П. Кашкина «Клиническая аллергология и иммунология» 2009 г.
72) Pollinoz xəstəliyində tozcuq intoksikasiyası əlaməti hansıdır?
A) Astenik sindrom

B) Sadalananların hamısı

C) Ümumi zəiflik

D) Baş ağrıları

E) Baş gicəllənmələri
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова «Клиническая аллергология» 2002
73) Hansı preparatların uzun müddət qəbulu allergik rinit yarada bilər?
A) Klemastin

B) Rauvolfiya preparatları

C) Astemizol

D) Gülxətmi preparatları

E) Bian preparatları
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова «Клиническая аллергология» 2002
74) Allergik konyuktivitin müalicəsində istifadə olunan antihistamin göz damcılarının tərkibi hansıdır?
A) Klemastin

B) Setirizin

C) Levokabastin

D) Astemizol

E) Loratadin
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова «Клиническая аллергология» 2002
75) Allergik konyuktivitin profilaktikası məqsədi ilə hansı tərkibli göz damcılarının istifadəsi tövsiyə olunur?
A) Riboflavin

B) Levokabastin

C) Setirizin

D) Dexametazon

E) Kromoheksal
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова «Клиническая аллергология» 2002
76) İlboyu davam edən allergik rinitin hansı aparıcı simptomu adətən xəstələri daha çox narahat edir?
A) Qaşınma

B) Nazal obstruksiya

C) İrinli ifrazat

D) Asqırma

E) Rinoreya
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова «Клиническая аллергология» 2002
77) Allergik konyuktivit adətən hansı xəstəliklə yanaşı müşahidə edilir?
A) Bronxial astma

B) Dərman allergiyası

C) Kvinke ödemi

D) Allergik rinit

E) Atopik dermatit
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
78) Allergik konyuktivitin səbəbkar allergenləri hansılardır?
A) Ev tozu gənələrinin allergenləri

B) Bitgi tozcuqları allergenləri

C) Ev tozu allergenləri

D) Sadalananların hamısı

E) Kif və maya göbələkləri allergenləri
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
79) Allergik konyuktivitin müalicəsində nə zaman yerli hormonal preparatların istifadəsi tövsiyyə olunmur?
A) Dərman mənşəli allergik konyuktivitdə

B) İnfeksion ağırlaşmalarda

C) Sadalananların hamısı

D) Mövsümi konyuktivitlərdə

E) İlboyu konyuktivitlərdə
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
80) Bronxial astmanın ağ ciyərdən kənar ağırlaşmasına hansı aiddir?
A) Emfizema

B) Atelektazlar

C) Bronxoektazlar

D) Ağ ciyər ürəyi

E) Hipoventilyasion pnevmoniya
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
81) Bronxial astma tutmaları adətən hansı vaxt baş verirlər?
A) Gecə

B) Səhər


C) Vaxtın əhəmiyyəti yoxdur

D) Günorta

E) Axşam
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
82) Bronxial astmanın diaqnostikasında bronxolitik test nə ilə aparılır?
A) Salbutamolla

B) Asetilxolinlə

C) Histaminlə

D) Metaxolinlə

E) Ev tozu allergenləri ilə
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
83) Bronxial astma xəstəliyi zamanı bronxodilatasion test adətən hansı məqsədlə aparılır?
A) Fiziki gərginliyə davamlığı təyin etmək üçün

B) Xəstəliyin ağırlıq dərəcəsini təyin etmək üçün

C) Astma diaqnozunu inkar etmək üçün

D) Bronxial obstruksiyanın geri dönməsini təyin etmək üçün

E) Allergenlərə qarşı spesifik həssaslığı təyin etmək üçün
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
84) Bronxial astma zamanı aparılan bronxodilatasion test nə zaman müsbət hesab edilir?
A) Bronxolitik inhalyasından sonra GNH1 30% və ya daha çox artanda

B) Bronxolitik inhalyasından sonra GNH1 20% və ya daha çox artanda

C) Bronxolitik inhalyasından sonra GNH1 eyni səviyyədə qalanda

D) Bronxolitik inhalyasından sonra GNH1 12% və ya daha çox azalanda

E) Bronxolitik inhalyasından sonra 1 saniyə ərzində güclü nəfəsvermənin həcmi(GNH1) 12% və ya daha çox artanda
Ədəbiyyat: Ədəbiyyat: ”Bronxial astma üzrə klinik tövsiyələr”. Bakı, 2008
85) Bronxial astma zamanı aparılan inhalyasion təxribat testləri nə zaman müsbət hesab edilir?
A) Təxribat məhlulun inhalyasından sonra GNH1 eyni səviyyədə qalanda

B) Təxribat məhlulun inhalyasından sonra GNH1 12% və ya daha çox azalanda

C) Təxribat məhlulun inhalyasından sonra GNH1 20% və ya daha çox artanda

D) Təxribat məhlulun inhalyasından sonra GNH1 20% və ya daha çox azalanda

E) Təxribat məhlulun inhalyasından sonra GNH1 12% və ya daha çox artanda
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Л. А. Горячкиной, К. П. Кашкина «Клиническая аллергология и иммунология» 2009 г.
86) Bronxial astma zamanı allergenlə inhalyasion təxribat testlərini xəstəliyin hansı mərhələsində aparılması tövsiyə edilir?
A) Astma tutmaları zamanı

B) Təxribat testlərini aparmaq üçün xəstəlik mərhələsinin əhəmiiyəti yoxdur

C) Sakitləşən kəskinləşmə

D) Remissiya

E) Kəskinləşmə
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Л. А. Горячкиной, К. П. Кашкина «Клиническая аллергология и иммунология» 2009 г.
87) Atopik bronxial astmanın kəskinləşməsi nə ilə əlaqəli olur?
A) Bakterial infeksiya ilə

B) Fiziki gərginliklə

C) Soyuqdəymə ilə

D) Aspirin qəbulu ilə

E) Qeyri-infeksion (ev tozu və s.) allergen təsiri ilə
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
88) Nebulayzer nədir?
A) Dozalaşmış aerozol inhalyator

B) Dərman vasitəlirin məhlulunu xırda dispersli buxara çevirən inhalyasiya apparatı

C) Dərman vasitələrini aerozol halında saxlayan cihaz

D) Dozalaşmış, toz hallında dərman vasitələrinin inhalyasiya etmək üçün cihaz

E) Kapsulda olan dərman vasitələrini inhalyasiya etmək üçün cihaz
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
89) Dərman vasitələrini aerozol halında saxlayan və aerozol preparatlarının ağız boşluğunda çökməsinin qarşısını alan cihaz hansıdır?
A) Handihaler

B) Speyser

C) Easyhaler

D) Nebulayzer

E) Turbuhaler
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
90) Hansı preparat nebulayzer vasitəsilə inhalyasiyada istifadə edilərkən paradoksal bronxospazm yarada bilər?
A) Berodual

B) Eufillin

C) Hidrokortizon

D) Deksametazon

E) Pulmikort
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
91) Aspirin mənşəli bronxial astmalı xəstələrdə aspirinin desensitizasiyası nə zaman aparılır?
A) Hamiləlik zamanı

B) Aspirin və digər qeyristeroid iltihabəleyhinə preparatların qəbuluna zəruriyət olanda (yanaşı ürəyinişemik xəstəliyi, sistem xəstəliklər və s. olanda)

C) Mədə xorası olanda

D) Qara ciyər və böyrəklərin ağır patologiyalarında

E) Astmanın kəskinləşməsi zamanı
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
92) Hansı cihaz vasitəsilə astmalı xəstələr öz vəziyyətlərini qiymətləndirə və xəstəliklərinə nəzarət edə bilərlər?
A) Tonometr

B) Pnevmotaxometr

C) Pikfloumetr

D) Spirometr

E) Qazometr
Ədəbiyyat: Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
93) Hansı preparatların astmanın müalicəsində, xüsusilə kəskinləşməsində, istifadəsi qəti tövsiyyə edilmir?
A) Xolinolitiklərin

B) Qlikozidlərin

C) Steroidlərin

D) Sedativ preparatların

E) β-mimetiklərin
Ədəbiyyat: Ədəbiyyat: ”Bronxial astma üzrə klinik tövsiyələr”. Bakı, 2008
94) Bronxial astmanın müalicə sxemi son beynəlxalq tövsiyyələrə görə neçə pillədən ibarətdir?
A) 1

B) 5


C) 3

D) 4


E) 2
Ədəbiyyat: Ədəbiyyat: ”Bronxial astma üzrə klinik tövsiyələr”. Bakı, 2008
95) Bronxial astmanın neçə nəzarət səviyyəsi var?
A) 3

B) 5


C) 6

D) 4


E) 2
Ədəbiyyat: Ədəbiyyat: ”Bronxial astma üzrə klinik tövsiyələr”. Bakı, 2008
Allerqologiyanın və immunologiyanın nəzəri əsasları
96) Allergenlərin orqanizmə daxil olma yollu (yolları) hansıdır?

A) Sadalananların hamısı

B) Kontakt

C) İnyeksion

D) Qida ilə

E) İnhalyasion


Ədəbiyyat: В. И. Пыцкий, Н. В. Адрианова, А. В. Артомасова «Аллергические заболевания» 1999г.
97) Metal-allergenlər əsasən hansı xəstəliyi yaradır?

A) Bronxial astma

B) Ekzogen allergik alveolit

C) Kontakt dermatit

D) Atopik dermatit

E) Xroniki övrə


Ədəbiyyat: Д. К. Новиков «Клиническая аллергология» 1991г.
98) Kimyəvi birləşmələrin təsir mexanizminə hansı effekt daxildir?

A) Toksiki

B) Allergik

C) Yalançı allergik

D) Metabolik

E) Sadalananların hamısı


Ədəbiyyat: Д. К. Новиков «Клиническая аллергология» 1991г.
99) Ən yayılmış allergik xəstəlik hansıdır?

A) Bronxial astma

B) Allergik rinit

C) Atopik dermatit

D) Övrə

E) Sadalananların hamısı


Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
100) Diaqnostik və müalicəvi allergenlər harada saxlanılmalıdırlar?

A) Otaq şəraitində

B) Termostatda

C) Sərin quru yerdə

D) Soyuducuda

E) Xüsusi ambarda


Ədəbiyyat: Д. К. Новиков «Клиническая аллергология» 1991г.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə