Allahşükür Paşazadə fars adamıdır




Yüklə 13.25 Kb.
tarix26.04.2016
ölçüsü13.25 Kb.
Güntay Gəncalp
Allahşükür Paşazadə fars adamıdır
Allahşükür Paşazadənin keçmişlərdə KGB-də eyitilmiş bir rus casusu olduğunu Azərbaycanın yüksək dövlət məqamları söyləmişdir. Belə təcrübəli birini dövlətlər həmən-həmən əldən buraxmazlar. Bir dövlət vaz keçdiyində digər bir dövlət öz içinə alar.

Azərbaycan müstəqil dövlət olduqdan sonra Qafqazlar və Türkistanla bağlı olaraq Türkiyə-İran arasında ciddi bir rəqabət başlamışdır. Türkiyə Azərbaycanla ilgili politikasından türkçülük geopolitikasında yetərincə istəfadə edə bilməzkən, İran şiə geopolitakasından Azərbaycanla bağlı geniş miqyasda yararlanmağı başarmışdır. Azərbaycanın sınır bölgələrini öz şiə ideologiyasının təsiri altına almaqla yetinməmiş, Bakıyada əl uzatmışdır. Bakının kəndlərində ərəb əlifbasında divarlarda İran şiə inqilabının əsas şüarı olan “hər kərbəla- hər gün aşura” yazılarına rast gəlirik. Bu şüarın arxasında duran təxribat nədən ibarətdir? Əlinin oğlu Hüseyn atasının və qardaşı Həsənin qəbul etdiyi Əməvi xilafətini qəbul etməz. Daha doğrusu Əli oğlu Həsənin Müaviyə ilə biət edər, Hüseyn də Müaviyə ilə biət edər. Müaviyə bunların bütün ehtiyaclarını bərtərəf edər, onlara kölə qadın da göndərər. Bu qadınların bəziləri Hüseyn tərəfidindən köləlikdən azad edilər. İmam Hüseyn azad təbiəti dolayısı ilə Müaviyənin oğlu Yəzidin xilafətini ya qəbul etməz, ya da yaxınları Hz. Əli tərəfindən öldürülmüş Əməvi ordusunda bulunanlar ona Yəzidlə anlaşmağa imkan tanımaz və Hz. Əlinin intiqamını onun oğlundan almaq istərlər. Kərbəla olayının bir tərəfində gerçəkdən də böyük bir qəhrəmanlıq dayanmaqda ikən, digər tərəfində ərəb tayfalarının intiqam duyğusu durar. Hz. Hüseyn bu hadisədə şəhid olar.

Azərbaycanın kəndlərinin divarlarında yazılan “hər yer kərbəla- hər gün aşura” şüarı da Azərbaycandakı iqtidarı əməvilərlə qiyaslar və bu şüarların tərəfdarlarını “Hüseyni!” olaraq tanımlar. Fanatizmin, terrorun qaynağını oluşduran və İran islam inqilabının terror fəlsəfəsini çağrışdıran bir söyləm. Göründüyü kimi fars milliyətçiliyi mərkəzli şiə Azərbaycan üçün uzun vədədə gerçək bir təhdid potansialına dönüşmüşdür. Bunun görüntülərini açıqca görürük. Azərbaycanda bəzi yazıçıları ölümlə təhdid edir, bəzi aydınlar haqqında ölüm fətvası çıxarırlar! Səfəvilərin əsaslandırdığı fars milliyətçiliyi mərkəzli islam həm Quzeydə, həm də Güneydə toplumu içindən çürüdür, farslaşdırır. Sadəcə Güneydən deyil, Quzeydən də minlərcə insan imam Rzanın ziyarətinə gedir. Bir haldakı Hz. Məhəmməd məzarların ziyarət edilib ibadətgaha dönüşməsini bütpərəstlik saymışdır. Hətta öz məzarı da vəfat etdiyində çox da təmtəraqlı olmamışdır. Bu gün də Hz. Məhəmmədin məzarı imamlarınkı kimi təmtəraqlı deyildir.

Bu gün Allahşükür Paşazadənin başında görünən əmmamə “ruhani”liyin, “molla”lığın nişanıdir. Nə Quranda, nə də hədislərdə “ruhani” və “molla” deyə bir söz keçməz. Bu anlayışlar Azərbaycan Səfəvi qaranlığına gömüldükdən sonra ortaya çıxdı. Ortaya çıxdığı andan etibarən də islamın təməl dəyərlərinə qarşı çıxıb və zalimin yanında yer alaraq məzlumu boğmuşlar. Zaman-zaman feodala və kapitalistə dönüşmüşlər.

Allahşükür Paşazadə başındakı və əynindəki görünümü ilə farsçı və irançı kimliyi təmsil edir, bu görünümün islamla heç bir ilgisi yoxdur. Sadəcə başındakı və əynindəki görünümlə deyil, Paşazadə beyni ilə də İran üçün ideoloji casusluq etməkdədir. İdeoloji casusluq nədir? Yəni bir ölkənin dini-siyasi baxışını bir başqa ölkədə dəyişik yöntəmlərdən yararlanıb topluma təbliğ edib, o ölkənin nüfuzunu dərinləşdirmək. Bugün paşazadə zahiri və zehni görünüşü ilə fars islamını Bakıda təmsil edir. Digər tərəfdən fars islamının 1400 il öncədən qalan bir hesablaşması var. Onlar Hz. Əliyə üç xəlifənin etdiyi “haqsızlıq!”ın intiqaımını almaq istərlər. Davranışlarını da bu intiqam duyğusuna görə əyarlarlar.

Türkiyədə Atatürk islamı da siyasətin əsarətindən qurtardıqdan sonra islam toplum tərəfindən anlaşılır hala gəlmişdir. Atatürk bütün türk tarixini əsarətdən qurtarmışdır. Böyük liderlər sadəcə millətin deyil, həm də tarixin qurtarıcısıdırlar. Siyasətin çirkabından qurtulmuş islam Türkiyə tərəfindən bölgədə və özəlliklə Azərbaycanda nisbətən məqbul hala gəldikcə İran bu tutumdan rahatsız görünür. İranın rahatsızlığı Paşazdənin davranışlarında təzahür edir və Azərbaycanda türk camilərinin qapanışına çabalayır. Son zamanlar Türkiyə- Ermənistan arasındakı saxta sınır məsələsi Azərbaycan iqtidarının yanlış davranışlarına səbəb olmuşdur. Bu xətalı davranışdan İranın ideoloji casusluğunu edən kəsimlər, başda paşazadələr olmaq üzrə yararlanmağa çalşmışlar. Zahirən də başarılı görünürlər. Bakı iqtidarı və millət bilməlidir ki, uzun vədədə böyük güclərin bir-biri ilə sürtüşdüyü bu bölgədə Türkiyə olmadan Azərbaycanın istiqbalı olmaz, ola bilməz. Azərbaycan yalnız və yalnız Türkiyə ilə hər sahədə, hətta dini planda belə inteqrasiyaya girərək bölgədə varlığını qoruya bilər. Bu gün Bakıda İran üçün ideoloji casusluq edənlər bilməlidirlər ki, İranın savaş uçaqları Azərbaycanın hava sınırını pozduğunda türk savaş uçaqları Azərbaycana gəlib İranı yerində oturtdu. Azərbaycan və Türkiyə bölgənin iki soydaş dövləti olaraq bir-birini həp qollamalıdırlar. Necə ki, eurovision kimi yaraışmalarda buna tanıq oluruq. Bu doğrultuda Güney Azərbaycanın və İranda yaşayan türklərin də qurtuluşu bu iki dövlətin ən qısa zamanda federal ya da konfederal şəkildə iç-içə girməsindən keçər. Bu da olacaq. Öz-özünə olacaq. Necə ki, 20 il öncə dilimiz bu qədər iç-içə girməmişdi. Tarixi sürəc bu yöndə irəliləyir. Bunun başqa alternativi yoxdur.



Məni rahatsız edən bir şey var. Nədən laik dövlət qurmaq istəyən Elçibəy anayasaya and içməklə yetinməyib Allahşükür Paşazadənin önündə əyilib Qurana and içdi və səfəviyəti xortdadıb siyasi islamı məclisə soxaraq yanlış bir ənənənin əsasını qoydu? On illər sonra da Elçibəyin bu xətası Şeyx Nəsrullahları, Paşazadələri məclisə soxmaq zorunda qalacaq. Bu xətanı modern Azırbaycan tarixindən kim silə biləcək? Azərbaycan yalnız Qurana inananların vətəni deyilsə, o zaman bütün dinlərin kitablarına bir-bir and içməli idi.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə