“ALİ-İmran” surəSİ (3-cü surə, 200 ayə)




Yüklə 7.05 Mb.
səhifə2/94
tarix20.04.2016
ölçüsü7.05 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   94

Nöqtələr


◘Quranın adlarından biri Fürqandır. Fürqan fərqləndirmə, ayırma, seçmə mənasını bildirir. Quranda haqqın batildən fərqləndirilməsi prinsipi izlənildiyindən ona fürqan deyilmişdir.

◘Şiddətli əzab təkcə axirətə xas deyil. Ayədə buyurulmayıb ki, kafirlərin əzabı axirətə aiddir. Çünki bəzən mal toplamağa hərislik, Allahdan və mənəviyyatdan xəbərsizlik özü bir əzab olur. “Tövbə” surəsinin 85-ci ayəsində buyurulur: “Allah bir dəstəyə əzab olaraq mal və övlad verir”.

◘İmam Sadiq (ə) “ənzələl-Fürqan” təbiri haqqında belə buyurmuşdur: “Hər bir möhkəm buyuruq fürqandır. “Ənzələl-kitab” təbirində kitab Quranın məcmusudur.1

Bildirişlər


1. Xalqın hidayəti həmişəlik ilahi sünnə, qanundur.

2. Səmavi kitablar hansısa qəbilə və ya irqə yox, bütün bəşəriyyətə üz tutmuşdur.

3. Quran haqqı batildən seçmə vasitəsidir.

4. Nə vaxt baxışlar, düşüncələr, əqidələr arasında istənilən bir şəkildə tərəddüdə düşsək, son sözü Quran deməlidir. (Hətta rəvayətlər arasında hansısa fərqlər müşahidə olunsa, Qurana uyğun gələn hədisi əsas götürməliyik.)

5. Bir bu qədər hidayət kitabları və vasitələri gəldikdən sonra inadkarlıq göstərən şəxsin cəzası şiddətli əzabdır.

6. Yalnız xalqa höccət (dəlillər) tamamlandıqdan, bəhanəyə yer qalmadıqdan sonra ilahi əzab gəlir.

7. Ayə qəddar kafirlərin cəzaya çatacaqlarını xəbər verməklə peyğəmbərə və möminlərə təsəlli verir.

8. Allahın cəza və intiqamının əsasını bizim əməllərimiz təşkil edir. Allah heç bir əskiyi olmayan yenilməzdir.

9. Xalqın küfrünün Allaha təsiri yoxdur.

5. ﴿ إِنَّ اللّهَ لاَ يَخْفَىَ عَلَيْهِ شَيْءٌ فِي الأَرْضِ وَلاَ فِي السَّمَاء

Həqiqətən, nə yerdə, nə də göydə heç bir şey Allaha gizli qalmaz.”


Nöqtələr


◘Bir neçə ayə əvvəl Allahın qəyyumluğundan danışıldı. Bu ayədə isə hər şeyin Ona aşkar olması bildirilir. Bu da Onun qəyyumluq cilvələrindən biridir.

Bildirişlər


1. Allah hər şeydən agahdır. Biz və bütün qalan varlıq aləmi hər bir an Allahın hüzurundayıq. Gəlin Allahın hüzurunda günah etməyək. Əvvəlki ayəyə nəzər salmaqla aydın olur ki, kimsənin küfr və günahı Allaha gizli deyil.

2. Fərdlərin, əməllərin, məkanların və zamanların çoxluğu nəyinsə Allahdan gizli qalmasına səbəb olmur.


6. ﴿ هُوَ الَّذِي يُصَوِّرُكُمْ فِي الأَرْحَامِ كَيْفَ يَشَاء لاَ إِلَـهَ إِلاَّ هُوَ الْعَزِيزُ الْحَكِيمُ

O, sizi bətinlərdə istədiyi şəklə salan kəsdir. İqtidar və hikmət sahibi olan Allahdan savay məbud yoxdur”.


Nöqtələr


◘Körpənin bətndə formalaşması Allahın qəyyumluğunun digər bir nişanəsidir. Bu barədə əvvəlki ayələrdə oxuduq.

◘Ana bətnində insanın formalaşması mövzusu kitabın iki nüzul ayəsi arasında gəlmişdir. Bu, ana bətnində insana diqqət göstərən Allahın gələcəkdə də onun üçün ilahi qanunlar və səmavi kitablarla inkişaf şəraiti yaratması rəmzi ola bilər.

◘İnsanın formalaşmasında irsi, sağlamlıq, qidalanma və ya psixoloji amillərin təsiri də ilahi sünnələrdəndir və Allahın qüdrət, tədbir, hikmət dairəsindən kənar deyil.

Bildirişlər


1. Yaranış və şəriət qanunlarının mənşəyi eynidir. Sizin hidayətiniz üçün kitab göndərən həmin Kəsdir ki, sizi yaratmışdır.

2. Ana bətnində insanın formalaşması yalnız Onun əlindədir.

3. Əgər insana surət, forma verən Odursa, bir-birinizi zahiri görkəminizə görə qınamayın.

4. Onun qüdrəti məkan və zaman məhdudiyyətinə sığmır.

5. İnsanın öz yaranışı haqqında düşünməsi onun Allaha iman gətirməsi səbəbidir.

6. Allah hər işə qadir olsa da, hikmətsiz iş görmür.

7. Fərdlərin müxtəlif surətlərdə olması Allahın qüdrət və hikmət nişanəsidir.
7. ﴿هُوَ الَّذِيَ أَنزَلَ عَلَيْكَ الْكِتَابَ مِنْهُ آيَاتٌ مُّحْكَمَاتٌ هُنَّ أُمُّ الْكِتَابِ وَأُخَرُ مُتَشَابِهَاتٌ فَأَمَّا الَّذِينَ في قُلُوبِهِمْ زَيْغٌ فَيَتَّبِعُونَ مَا تَشَابَهَ مِنْهُ ابْتِغَاء الْفِتْنَةِ وَابْتِغَاء تَأْوِيلِهِ وَمَا يَعْلَمُ تَأْوِيلَهُ إِلاَّ اللّهُ وَالرَّاسِخُونَ فِي الْعِلْمِ يَقُولُونَ آمَنَّا بِهِ كُلٌّ مِّنْ عِندِ رَبِّنَا وَمَا يَذَّكَّرُ إِلاَّ أُوْلُواْ الألْبَابِ

O, bu kitabı sənə nazil edən kəsdir. Onun (kitabın) bir hissəsi kitabın əsasını təşkil edən möhkəm ayələrdən ibarətdir. (Digər ayələrə münasibətdə yaranmış şübhələr möhkəm ayələrə müraciət etməklə aydınlaşır.) Onun bir hissəsi isə mütəşabehdir. (Bu ayələr ilk baxışdan müxtəlif cür mənalandırıla bilər.) Qəlbində azğınlıq olanlar fitnə yaratmaq (xalqı azdırmaq) üçün, eləcə də, ayələri istədikləri kimi təfsir etmək məqsədi ilə mütəşabeh ayələrə üz tuturlar. Halbuki bu ayələrin təfsirini Allahdan və elmdə qüvvətlilərdən başqaları bilmir. Belələri deyirlər: “Biz ona iman gətirmişik və bütün ayələr Allahımız tərəfindəndir (istər möhkəm olsun, istər mütəşabeh.) Bundan yalnız düşüncə sahibləri öyüd götürər.”


Nöqtələr


◘Bu ayədə bir neçə sual bəyan olunur:

Sual: “Hud” surəsinin birinci ayəsində Quran öz ayələrini bütünlüklə möhkəm ayələr kimi təqdim edir. “Zumər” surəsinin iyirmi üçüncü ayəsində isə bütün ayələr mütəşabeh sayılmışdır. Hazırkı ayədə isə bəzi ayələr möhkəm, bəziləri isə mütəşabeh ayələr kimi tanıtdırılır. Bütün bu fərqlər nə deməkdir?

Cavab: Quranın bütün ayələrinin möhkəm sayılması bu ilahi kitabda heç bir əsassız söz deyilmədiyinə işarədir. Bütün ayələrin mütəşabeh sayılmasının səbəbi isə ayələrdəki həmahənglik, oxşarlıqdır.

Bununla belə, xalqın dərki baxımından ayələr eyni deyildir. Bəzi ayələr hamının başa düşəcəyi şəkildə aydın, bəziləri isə dərin və mürəkkəb mənalıdır. Bu dərinlik bəzilərinin şübhə və səhvinə səbəb olur.



Sual: Quranda mütəşabeh ayələrə yer verilməsində məqsəd nədir?

Cavab: Əvvəla, mütəşabeh ayələrin varlığı oxucunun ayələr haqqında düşünməsinə zəmin yaradır.

İkincisi, mütəşabeh ayələr səbəbindən xalq səmavi rəhbərlərə müraciət edir. Bəli, bütün dərslər asan olsa, şagird müəllimə ehtiyac duymaz.

Üçüncüsü, mütəşabeh ayələr xalqın sınaq vasitəsidir. Dolaşıq fikirli bəzi insanlar oxşar ayələr arasından öz hədəflərinə doğru hərəkət edirlər. Düşüncəli insanlar isə, imam Rizanın (ə) buyurduğu kimi, möhkəm ayələrə müraciət edərək, mütəşabeh ayələrin əsil mənasını öyrənirlər.1

Sual: Mütəşabeh ayələrin hansı nümunələri var?

Cavab: Quranda oxuyuruq: “Qiyamətdə gözlər öz Allahlarına baxar.” (“Qiyamət”, 23) Sağlam əql Allahın cisim olmadığını qavrayır. Quranın digər ayələrində buyurulur: “Gözlər onu dərk etməz.” (“Ənam”, 103) Anlaşılır ki, Allaha baxış qiyamətdə Onun lütf və mükafatına baxışdır. Başqa bir ayədə “Allahın əli” ifadəsi işlədilmişdir. Şübhəsiz ki, bu təbirdə məqsəd Allahın qüdrət əlidir. Öz dilimizdə də “filankəsin filan işdə əli var” deyirik. Məlum məsələdir ki, Allah cisim olmadığından Onun əl-ayağı haqqında danışmağa dəyməz. Quranda buyurulur: “Onun oxşarı yoxdur.” (“Şura”, 11) Bu sayaq ayələr həqiqi təfsirçi olan peyğəmbər Əhli-beytindən ayrı düşən və digər ayələrə nəzər salmayan sadəlövh insanların çaşqınlığına səbəb olmuşdur. Bəlkə də Quran bu təhlükələri nəzərə alaraq bizə tapşırır ki, Quran oxuyarkən şeytanın şərindən Allaha pənah aparaq.2

Sual: Quranın təvili nə deməkdir?

Cavab: “Təvil” dedikdə sonradan aydınlaşası, pərdə arxasındakı hədəflər, maarif və sirlər nəzərdə tutulur. Məsələn, həzrət Yusifin gördüyü yuxu sonradan aydınlaşdı. Xızır və Musanın əhvalatında gəminin sındırılması səbəbinin sonradan aydınlaşması da deyilənlərin bir nümunəsidir.

◘Rəvayətdə oxuyuruq: Nəsx edən ayələr Quranın möhkəm, nəsx olmuş ayələr isə onun mütəşabeh ayələrindəndir. Elmdə möhkəm olanların nümunəsi məsum imamlardır.3 İslam hakimlərinə qarşı çıxanlar isə mütəşabeh ayələr arxasınca gəzən dolaşıq fikirli insanlardır.4

◘Həzrət Əli (ə) “Nəhcül-bəlağə”də elmdə möhkəm olanlar haqqında xoş sözlər söyləyir. Belələri öz elmi acizliklərini etiraf edir, zəruri olmayan məsələlərdə dərinə getmirlər.

1   2   3   4   5   6   7   8   9   ...   94


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə