Aghb-nin hüquq mühafizə orqanları, qht və media nümayəndələri üçün növbəti təlimi




Yüklə 6.21 Kb.
tarix10.04.2016
ölçüsü6.21 Kb.
AGHB-nin hüquq mühafizə orqanları, QHT və media nümayəndələri üçün növbəti təlimi
Azərbaycan Gənc Hüquqşünaslar Birliyi (AGHB) carı ilin İyul ayının 24 və 25-də Gəncə şəhərində və İyul ayının 28-29-da Quba şəhərində İnsan alverinə qarşı mübarizə sahəsində dövlət və vətəndaş cəmiyyəti təşkilatları arasında əməkdaşlığa həsr olunmuş 2 günlük təlim keçirmişdir. Gəncədə keçirilmiş təlimdə iştirakçılar Gəncə Şəhər Polis İdarəsinin, Gəncə şəhəri Nizami RPŞ-nin əməkdaşları, Gəncə şəhərində fəaliyyət göstərən QHT nümayəndələri və media mənsublarından ibarət olmuşdur. Təlimin aparıcıları Avropanın Gənc Azərbaycanlı Dostları Assosiasiyasının sədri Asif İsmayılov, AGHB-in Qadın hüquqları və Gender məsələləri departamentinin rəhbəri Oksana Əzimova olmuşlar. Qubada keçirilmiş təlimdə də analoji olaraq Quba Rayon Polis İdarəsinin 9 nəfər əməkdaşı və yerli QHT nümayəndələri iştirak etmişlər.

Tədbirjərdə təlimçilər ilk olaraq iştirakçılara Azərbaycan Respublikası Prezidentinin 6 may 2004-cü il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı” barədə məlumat vermişlər. Fəaliyyət Planına əsasən insan alverinə qarşı mübarizə sahəsində əlaqədar dövlət qurumları ilə qeyri-hökümət təşkilatları (QHT) arasında əməkdaşlığın zəruriliyi qeyd olunmuşdur. Təlimçilər 2 günlük təlimlər müddətində, insan alverinin fazaları, aldatma və köçürülmə metodları, insan alverinə qarşı mübarizə sahəsində beynəlxalq və milli qanunvericilik, istismar növləri, insan alveri qurbanların müəyyənləşdirilməsi və onlara yardım və digər mövzular üzrə mühazirələr aparmiş, qruplarda praktik məşğələlər və rol oyunları keçirmişlər.



Bu ildən etibarən CRS təşkılatı Cənubi Qafqazda insan alveri ilə bağlı məsələləri həlli üçün dövlət strukturları və vətəndaş cəmiyyəti təşkilatları arasında əməkdaşlığın artırılması layihəsini həyata keçirməkdədir. AGHB bu layihədə Azərbaycan üzrə əsas icraçı partnyor qismində layihəyə cəlb olunmuşdur. İndiyədək AGHB Bakı, Lənkəran, Gəncə və Quba şəhərlərində bu cür təlimləri həyata keçirmişdir. Layihə müddətində növbəti təlimlər respublikanın digər regionlarında da həyata keçiriləcəkdir.
AGHB Mətbuat Xidməti


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə