ABŞ-da din və siyasət Ad-Nağıyeva Şöhrət




Yüklə 29.35 Kb.
tarix18.04.2016
ölçüsü29.35 Kb.


ABŞ-da din və siyasət

Ad-Nağıyeva Şöhrət

Qrup-370

ABŞ-da Dini ayinlərdə iştirak , dini öhdəlikləri yerinə yetirmək müxtəlif faktorlardan asılıdır, bura irq , yaş, sosial sinf, iqtisadi vəziyyət, təhsil kimi faktorlar daxildir.Məsələn: afro-amerokalıların digər irqlərlə müqayisədə kilsəyə davamiyyəti daha yüsəkdir,təxminən bu göstərici 53 faizdir.Daha yaşlı insanların , evli və usaqlıların, orta gəlirli insanların gənc ,bekar, kasıb və varlı insanlardan kilsəyə davamiyyəti daha yüksəkdir.Təbii ki, bu faktorlar cəmiyyətin formalaşmasına , cəmiyyətdəki dəyişikliklər isə bir başa həm daxili siyasətə , həm də xarici siyasətə təsir edir.



ABŞ xarici siyasətində din müəyyən vaxtda , müəyyən ölçüdə və fərqli formada təsirli olmuşdur. Onları belə izah etmək olar.

Birincisi, Amerikan cəmiyyətində onların müstəsna bir millət olaraq dünyada ‘bənzərsiz' rol oynadığının düşünülməsidir. Bu düşüncəye görə, Amerikalılar ‘xüsusi bir missiyanı reallaşdırmaq üçün ‘seçilmiş' olduqlarını düşünürler. İkinci olaraq, yaxşı təşkilatlanmış dini qruplar ABŞ-ın xarici siyasəti üzərinde təsirlidirlər. Üçüncüsü isə bu dini qrupların xarici siyasətə təsir qabiliyyətinin yüksək olmasıdır. Son olaraq, əhəmiyyətli xarici siyasi qərarlar və hərəkətlər ölkənin iç dini vəziyyəti üzərində yüksək təsirə malikdir.
Dinin ABŞ xarici siyasətində təsirli olmasının altında yatan əsas səbəb isə Amerikalıların özlərini necə görmələri ilə yaxından əlaqəlidir. Amerikalıların özlərini ifadə edərkən istifadə etdikləri ənənəvi yanaşma, dinin ABŞ xarici siyasəti üzərindəki təsirini diqqətə çarpan hala gətirmələridir. Amerikalıların dini əsaslı yanaşmaları onların dünyanı dərk etmələrinə təsir edir. Beləki , Amerikalılar özlərini ‘seçilmiş bir millət' olaraq görürlər. ABŞ başçılarından Abraham Lincoln, ABŞı ‘yer üzünün son və ən yaxşı ümidi' sözlərlə ifadə etmişdir . Madeleine Albright isə, Amerikalıları ‘zəruri-olmazsa olmaz millət' olaraq görməkdədir.

Dinin xarici siyasət vasitəsi kimi istifadə olunması ,1998-ci il Beynəlxalq Din azadlığı qanunu daha da nəzərə çarpacaq dərəcədə hiss olunmuşdur.

ABŞ-n dünyanı dəyiştirmək üçün seçilmiş olması səbəbilə xüsusi bir misyasının olduğuna inanılır.Bütün amerikalılar belə fikirləşməklə yanaşı ABŞ-ın xarici və daxili siyasətində müəyyən dərəcədə yüksək rol oynayırlar.Bunun nəticəsidir ki, seçilmiş bir millət kimi dünyanın təhlükəzliyi və qurtuluşu üçün xüsusi bir misya ilə vəzifələndirildiyini fikirləşənlər ABŞ xarici siyasətinə təsir edəcək qədər xüsusi çəkiyə malikdirlər.Bu deyim ABŞ prezidentləri tərəfindən tez-tez istifadə olunmuşdur.Məsələn Riçard Nikson prezidentlik kompaniyası həyata keçirərkən Amerikanın ancaq özləri üçün deyil, eyni zamanda bütün dünya üçün azadlıq gətirdiyini söyləmişdir.2004-cü ildə aprel ayında Corc Buş da Niksonla eyni bir ifadə işlədərək demişdir ki, ABŞ dünyanın en qüvvətli gücü olaraq , azadlığı yaymaqda öhdəçiliklidir.
ABŞ xarici siyasətinə təsir edən digər dini əsaslı düşüncə isə

ABŞ-ın şər qüvvələrinə qarşı (evil) xeyri(good) təmsil etməsinə olan inamdır .

Amerikalılar bu yanaşmadan göründüyü kimi ABŞ-a ilahi bir misyon yükləyərək özlərini şərlə mübarizədə xeyir ordusunun rəhbəri kimi görürlər.Bu dini təməlli yanaşma ABŞ tarixində tez-tez nümayiş etdirilib.Məsələn ABŞ prezidenti Franklin Ruzvelt ikinci dünya müharibəsi vaxtında Almaniya və Yaponyaı şər qüvvə kimi adlandırmışdır.Eyni istiqamətdə ABŞ prezidenti Corc Buş 2003-cü ilin mart ayında Vest pointdə olan çıxışında ABŞ-ın şər və xeyir arasında gedən mübarizənin içində olduğunu söyləmişdir.Əlavə olaraq o demişdir ki , bu mübarizədə Tanrı tərəfsiz deyil.
Yuxarda qeyd etdiyim üç dini əsaslı yanaşma-amerikalıların seçilmiş bir arasındakı mübarizədə ABŞ-ın xeyri təmsil etməsi kimi fikirlər amerikalıların bu sahədə fikirlərinin formalaşmasında əsas rol oynayır.Bu düşüncəyə sahib olan amerikalılar ABŞ-ın dünyadakı rolunu bu istiqamətdə dəyərləndirirlər.

ABŞ yaradılandan bu günə kimi amerikan fərqliliyi (American Exceptionalism) siyasətini yeridir.Jefferson ABŞ-ı azadlıq imperatorluğu (empire of liberty) adlandırmışdı. Rooseveltin generasiyası özünü ‘barbarlara' qarşı Anglo-



Saxon mədəniyyətini yaymaqla öhdəçilikli görmüşdür. Wilson və onun xələfləri isə, Alman İmperializminə, Faşizmə və Kommunizmə qarşı bir qlobal demokratik nizam qurmaq

istəyi istiqamətində siyasət tətbiq etmişdilər. ‘Seçilmiş millətin ‘xüsusi missiyası Soyuq müharibə qurtarması ilə də sona çatmadı. Soyuq müharibədən sonra isə, ABŞ-ın yeni vəzifəsi qlobal səviyyədə ‘demokratiyanı yaymaq' olaraq meydana çıxdı. Daha sonra gələn nəsil ‘vəhşilərə’ qarşı Xristian mədəniyyətini yaymaq siyasətini yürütmüşdülər.ABŞ-ın bu siyasətində İngiltərə onu müdafiə etmişdir.

ABŞ-ın xarici siyasətinin dini motifləri olması , qəbul edilən bütün qərarların dini əsalı olduğunu göstərmir.ABŞ-ın xarici siyasəti daha çox iqtisadi və geopolitik sebelere söykənir.Din isə xarici siyasətdə həyata keçrilən məsələrə haqq qazandırmaq üçün istifadə olunur.

Soyuq müharibədən sonra ABŞ-ın xarici siyasətində dindən istifadəsi daha çox nəzərə çarpdı.Həm dini qrupların təzyiqi , həm də ABŞ-ın digər dövlətlərdə azlıqda olan dini qruplardan faydalanmaq istəyi , xarici siyasətdə dini arqumentlərin istifadə olunmasını gündəmə gətirdi.Bunun ən aşkar sübutu 1998-ci ildə qəbul edilən Beynəlxalq din azadlıq qanunu olmuşdur.

Beynəlxalq din azadlığı qanunu 1998-ci il oktyabr ayında kongresdə yüksək səs fərqi ilə qəbul edildi.

ABŞ 1998-ci il qəbul etdiyi Beynəlxalq din azadlığı qanunu ilə xarici siyasəti üçün istifadə edə biləcəyi bir ünsür ortaya çıxarmışdı. Necə ki Soyuq müharəbə dövründə xüsusilə Şərqi Avropada komunist idarələrinə qarşı insan hüquqlarını bir xarici siyasət arqumenti kimi istifadə edirdisə , Soyuq müharibədən sonra dini azlıqların hüquqlarını ön plana alaraq onların dini azadlıqlarını öz xarici siyasət vasitəsi olaraq istifadə etmək məqsədilə Beynəlxalq din azadlığı qanununu qəbul edərək hüquqi bir əsas hazırladı.Beləki bu qanunun həyata keçrilməsinə nəzər saldıqda çox aydın şəkildə görünür ki , ABŞ xüsusilə Xristian və Yəhudi azlıqların vəziyyətini öz xarici siyasəti öçün bir müdaxilə vasitəsi kimi baxır.Beynəlxalq din azadlığı qanunun qəbulundan bu gününə qədər keçən dövr ərzində həyata keçrilən işlərdən görünür ki, ABŞ xüsusilə Çin və müsəlman ölkələrindəki xristian və yəhudilərin vəziyyəti ilə yaxından maraqlanmasına baxmayaraq, öz ərazisində və avropadakı Müsəlman azlığının vəziyyəti ilə maraqlanmır , əlavə olaraq onlara qarşı daha sərt siyasət yürüdür. Bundan belə nəticə çıxır ki ABŞ bu qanundan digər ölkələrə müdaxilə üçün istifadə edir.

Bütün bunlarla hər il yanaşı ABŞ digər ölkələrdə dini azlıqların hüquqlarının pozulmasına dair sənəd hazırlayır.Beynəlxalq din azadlığı qanunu hazırlanarkən hətta ora belə bir qanunun salınması təklifi olunmuşdur ki, dini azlıqların hüquqları pozulan ölkələrə silahlı müdaxilə olunsun , bu mümkün olmasada ciddi sanksiyaların tətbiq olunmasına dair qanun qəbul edildi.

Dünya hegemonu olan ABŞ bütün regionlarda daim öz təsirini saxlamağa çalışır.

Təbii ki din də burada mühum rol oynayır. Belə ki ABŞ konstitusiyasında hec bir dinin və dinin məzhəbin yayilmasının qarşısının alınmasına dair kongresdə qanun qəbul edilə bilməyəcəyini göstərilir.Konstitusiyaya ilkin düzəlişlərdən biri olan bu qanun sonrakı dövrlərdə ABŞ-ın xarici siyəsətində böyük rol oynadı.Bu da bir həqiqətdir ki , yuxarıda qeyd etdiyim kimi ABŞ xarici siyasəti tamamilə dinə əsaslanmır o, bir vasitə kimi istifadə olunur.



Bütün bunlarla yanaşı demək istərdim ki ,din nəinki xarici siyasətə , həm də xarici siyasətə təsir edir.Məsələn: İncil Kəməri ya da İngilis-dilindəki adıyla Bible Belt, Amerika Birləşmiş Ştatlarında Evanjelik Protestantlığın yerli mədəniyyətinin ayrılmaz hissəsi olan bir bölgəyə verilən addır. Bu bölgə əksəriyyətlə cənub əyalətlərini əhatə edir. Qəti sərhədlər yoxdur; ümumiyyətlə cənub Texas əyalətindən şimal-qərbdəki Kanzas əyalətinə, şimal-Virginia əyalətindən güneydoğudaki Florida əyalətinə uzanar. Bəs sual oluna bilər bu bölgə daxili siyasətə necə təsir edir ? Ona dair belə bir nümunə gətirmək istərdim.
Siyasi baxımdan incil kəməri ştatları daha dindar olmasına görə mühafizəkar seçici kütləsinə malikdi. 1960 –cı ilərə qədər Respublikaçılarla müqayisədə Demoratları daha cok dəstələyirdilər., bunu səbəbi isə Respublikaçılar daha müharbə tərəftarı olaraq bilinməsi idi, amma, daha sonralar respublikacilarin əsas dəstəkciləri olmusdular. 1980-ci ildən bəri hər prezident seçkisində ALABAMA , MİSSİSİPİ, KANSAZ, OKLAHOMA, ŞİMALİ KAROLİNA VƏ TEXAS respublika namizədini seçmişdilər. Nümunədən göründüyü kimi ştatlarda prezident seçkisi zamanı din az-çox rol oynayır.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə