A. M. AĞAyev s. C. Tağizadə




Yüklə 0.51 Mb.
səhifə6/15
tarix20.04.2016
ölçüsü0.51 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   15

Dünya iqtisadiyyatının hərbi-siyasi problemləri.

Qlobal iqtisadi problemlərin həlli sahəsində ən mühüm məsələlərdən biri yer kürəsində sülhün bərqərar olması və qorunub saxlanılmasıdır. Bu problem həmişə bəşəriyyəti narahat etmiş, hal-hazırda da öz aktuallığını saxlayır. Müasir dünyanın inkişaf etmiş ölkələrində güclü, iri hərbi-sənaye kompleksləri yaradılmış, güclü silahlı qüvvələr mövcuddur. Hərbi sənaye komplekslərinin və güclü silahlı qüvvələrin yaradılmasına külli miqdarda vəsait sərf edilir. Hərbi-sənaye komplekslərinə və silahlı qüvvələrin saxlanmasına xərclənən bu vəsaitləri dünya xalqlarının rifahının yaxşılaşdırılmasına istiqamətləndirmək məqsədilə təkcə konversiya (konversiya - dövlət borclarının aşağı salınması məqsədilə faizin və ya ləğv olunma müddətini uzatmaq yolu ilə dövlət istiqrazı şərtlərinin dəyişməsi) nəzəriyyəsi yaratmaq deyil, hərbi-sənaye komplekslərinin sökülməsi, dağılması da zəruri və vacib məsələlərdən biridir.

Bu problemlərin aktuallığı şübhəsizdir.Lakin onların həlli hədsiz dərəcədə mürəkkəb və birmənalı deyildir.Əvvəla ona görə ki,hərbi-sənaye komplekslərində və silahlı qüvvələr sahəsində milyonlarla insanlar işlə təmin edilmişlər.İqtisadiyyatın başqa sahələri ilə mqayisədə hərbi-sənaye komplekslərində və silahlı qüvvələr sistemində məşğul olanlar yüksək təminatlı əmək haqqı alırlar.Onların həyat səviyyəsi iqtisadiyyatın digər sahələrində işləyən adi vətəndaşların yaşayış tərzindən yüksəkdir.Bu onunla əlaqədardır ki,sürətlə silahlanmanın və militarizmin maddi infrastrukturu, onun maddi bazası yüksəkdir.Bu da öz növbəsində bəşər əhalisini müharibə qorxusu altında saxlayır.Nəticədə isə müxtəlif qitələrdə yaşayan insanlar aclığa,yoxsulluğa,cürbəcür xəstəliklərə düçar olurlar.Hərbi-sənaye komplekslərinə və silahlanmaya xərclənən maddi vəsaitlər hər bir ölkə daxilində sənaye sahələrinə və kənd təsərrüfatı istehsalına istiqamətləndirilsə,bütün ölkələrdə sivilizasiya inkişaf edər və bəşəriyyət üçün qorxulu olan bütün təhlükələrin qarşısı alınar.

Kütləvi qırğın silahları istehsalının dayandırılması müxtəlif dövlətlər və əhalinin bəzi təbəqələri arasında mənafe ziddiyətləri yaradır. Hərbi texnikanın kütləvi istehsalı,bu silahların öz partnyorlarına satılması və onların iqtisadiyyatlarına da müsbət təsir göstərəcəklərini inandırmaqla iri dövlətlər,xüsusilə ABŞ və keçmiş SSRİ Geosiyasət aparırdılar.Məsələn hesablamalar göstərir ki, keçmiş SSRİ-dən 12 mlrd dollarlıq təkcə hərbi-texniki silah ixrac edilmişdir. Son illərdə isə RF Ermənistana 1 mlrd. dollarlıq müasir silah növü vermişdir.

Beləliklə,qeyd edə bilərik ki,iqtisadi,siyasi və müdafiə-strateji mənafelərin çulğalaşdığı bir dövrdə “tərksilah iqtisadiyyatı”qlobal bir problem kimi müasir dövrün dünya təsərrüfatında ön plana keçən məsələlərdən birinə çevrilir. Bəşəriyyətin tərəqqipərvər qüvvələri çox yaxşı başa düşürlər ki, sürətlə silahlanma hər hansı bir ölkənin bakteroloji,kimyəvi,istilik-nüvə silahları istehsal etməsi və onlardan istifadə olunması digər bir ölkənin,yer kürəsi əhalisinin yarıdan çoxunun, eləcə də sivilizasiyanın məhv olması deməkdir.

Çernoblda atom elektrik stansiyasında baş vermiş qəza hadisəsi də sübut edir ki,atomdan hətta sülh məqsədləri naminə belə istifadə olunması çox da faydalı deyildir.Deməli,dünyada iri dövlətlər tərəfindən yaradılmış hərbi texnika,müasir silahlar bəşəriyyətin yaşaması və firavan həyat sürməsi üçün təhlükəli bir sahədir.Belə ki, dünya təcrübəsi göstərir ki,ölkələrin sülh şəraitində yaşayaraq öz milli iqtisadiyyatını inkişaf etdirmək,milli sənaye və kənd təsərrüfatı istehsalı yaratmaq, yığım problemlərini və ərzaq proqramını həll etmək hərbi xərclərdən çox asılıdır.Məsələn,tədqiqatçılar belə bir nəticəyə gəlmişlər ki, hərbi xərclərin nisbətən azalması Skandinaviya ölkələrinin vəYaponiyanın iqtisadiyyatının artmasına müsbət təsir göstərmişdir.Ərazilərinin kiçik olmasına baxmayaraq Skandinaviya ölkələri və eləcə də Yaponiya inkişaf etmiş ölkələr sırasına daxildirlər.Hətta Yaponiya sənayecə daha yüksək mərhələdə dünyanın yeddi ölkəsindən biridir.

Yuxarıda qeyd etdiyimiz kimi,sürətlə silahlanma və konversiya kütləvi işsizliyin artmasına səbəb olan amillərdir.Böyük Britaniyada,ABŞ və AFR-da aparılan tədqiqatlar göstərir ki, hərbi istehsalda bir işçi yeri yaratmaq mülki sənayedə təşkil edilə biləcək dörd işçi yerinə qoyulan kapitala bərabərdir.Amerika Birləşmiş Ştatları konqresinin büdcə bürosunun statistikası göstərir ki, hərbi sənaye məqsədilə çəkilən 10 mlrd dollarlıq xərclər əsasında 40 min işçi yeri yaratmaq olar və işsizləri işlə təmin etmək olar.

Son illər bəzi alimlər belə bir fikir irəli sürürlər ki, hərbi-elmi tədqiqat elmi-texniki tərəqqinin inkişafına təkan verir və onu inkişaf etdirir.Həqiqətən yeni kəşflər aviasiya texnologiyasını təkmilləşdirir,keyfiyyətini artırır,hesablama texnikasını və istehsalın digər bölmələrini inkişaf etdirir. Lakin bu heç də o demək deyildir ki,bütün elm sahələri hərbi texnika sahəsinə istiqamətləndirilsin.Həddən artıq baha başa gələn belə qabaqcıl və keyfiyyətli texnologiyanı sülh məqsədləri üçün istifadə etmək olar və bunun nəticəsində də mülki istehsalı artırmaqla aclığın,yoxsulluğun, dilənçiliyin, işsizliyin qarşısı alınar.Beləliklə, bəzi alimlərin yuxarıda göstərdiyimiz fikirləri əleyhinə belə nəticəyə gələ bilərik ki, hərbi-tədqiqat,istehsalın militarizmləşdirilməsi elmi texniki inqilabı sürətləndirmir,əksinə onun inkişafı üçün maneələr yaradır.İstehsalın hərbiləşdirilməsi xüsusilə özünü aydın büruzə verir.Çünki keçmiş SSRİ-də elmi-texniki tərəqqinin inkişaf etdirilməsi və onun nəticələrinin mülki istehsala tətbiq edilməsi əvəzinə hərbi sənaye kompleksləri yaradılmışdır.Məhz bunun nəticəsidir ki, müasir müstəqil respublikaları və o cümlədən Rusiyanı ağır iqtisadi böhran bürümüşdür.

Tədqiqatçılar 80-cı illərdə belə bir nəticəyə gəlmişlər ki,bir il ərzində silahlanmaya çəkilən xərclər əvəzinə 150 hektar əkin sahəsi suvarılardısa, 1 mlrd əhalini yedizdirmək olardı və ya bu xərclər tikinti sahələrinə yönəldilərdisə, 500 mln əhali mənzillə təmin edilərdi və ya bu xərclər əsasında 1 mln orta məktəb tikilər və onu zəruri ləvazimatla təmin etməklə 650 mln.uşağı oxutmaq mümkün olardı.

Dünya miqyasında aclığın,savadsızlığın,qorxulu xəstəliklərin qarşısını almaq üçün müasir hərbi xərclərin 8-10%-i kifayət edər. Beynəlxalq Strateji tədqiqatlar institutunun apardığı təhlillər sübut edir ki, sürətlə silahlanmanın qarşısının alınması 1990-cı illər üçün inkişaf etmiş ölkələrdə 1500 mlrd-dan 2000 mlrd. dollara qədər gəlir əldə edilməsini təmin edə bilərdi.Bu vəsait hərbi texnika sənayesinin ləğvinə və ordudan tərxis olunacaq qulluqçuların yeni ixtisas almasına istiqamətləndirilə bilərdi.Gəlirlərin digər hissəsini isə Beynəlxalq əməkdaşlıq məqsədi ilə istifadəyə yönəltmək olardı.Göstərilən məbləğin istifadə mexanizmi Birləşmiş Millətlər Təşkilatı, YUNESKO, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Valyuta Fondu həyata keçirə bilər.

Bu günkü həyatda fəaliyyət göstərən yeni dünya qaydaları tələb edir ki, təhlükəsizliyin geniş konsepsiyaları işlənib hazırlansın və qəbul edilsin.Bu konsepsiyalara yeni siyasi prinsiplər və iqtisadi əməkdaşlıqlar, silahlanmanın azaldılması,ətraf mühitin pisləşərək tənəzzülə uğraması məsələləri, aclıq və işsizlik problemləri daxil edilməlidir. Sülh, azadlıq və əmin amanlıq şəraitində yaşamaq istəyən bəşər dövlətləri dünya miqyasında birinci növbədə siyasi, iqtisadi, sosial və ekoloji müvazinətin saxlanması məqsədilə dinc yolla, hərbi-sənaye komplekslərinin azaltmaqla əməkdaşlıq etməlidirlər.

Beləliklə qeyd edə bilərik ki, tərəqqipərvər bəşər qüvvələri elə bir ümumi məxrəcə gəlməlidirlər ki, yer üzərində əmin-amanlıq olsun,bütün iqtisadi, təbii-mineral və əmək resursları ümumi bir amala, ağıla, xəstəliyin, yoxsulluğun və s. qarşısını ala biləcək sahələrə istiqamətləndirilsin, insanların maddi-rifah halı yaxşılaşdırılsın,ekologiyanın pisləşməsi təhlükəsi aradan qaldırılsın, bütün istehsal sahələri, o cümlədən kənd təsərrüfatı istehsalı mülki istehsala çevrilsin.


1   2   3   4   5   6   7   8   9   ...   15


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə