7. Kompyuterlərin proqram təminatı




Yüklə 11.52 Kb.
tarix30.04.2016
ölçüsü11.52 Kb.
7.Kompyuterlərin proqram təminatı

Kompyuterin proqram təminatı dedikdə, informasiya emalının təşkili və idarə olunması üçün lazım olan proqramlar kompleksi başa düşülür.



Proqram təminatını yerinə yetirdiyi funksiyaya görə iki qrupa bölmək olar:

  • Sistem proqram təminatı;

  • Tətbiqi proqram təminatı.

Sistem proqram təminatı kompyuterin işini idarə edir və informasiyanın emalı prosesini təşkil edir. Sistem proqram təminatı aşağıdakı qruplara bölünür:

  1. Əməliyyat sistemləri;

  2. Servis (xidməti) proqramları;

  3. Texniki xidmət proqramları;

  4. Sistem proqramlaşdırma və ya proqramlaşdırma sistemləri.

Əməliyyat sistemi kompyuterin işini idarə idarə edir və istifadəçi ilə kompyuter arasında (interfeys) əlaqə yaradır.

Əməliyyat sistemləri üç qrupa bölünür:

  • Bir məsələli və çox məsələli əməliyyat sistemləri (Ms DOS);

  • Bir istifadəçili və çox istifadəçili əməliyyat sistemləri(OS/2, Windows 95/98/..., Linux, Machintosh);

  • Şəbəkə əməliyyat sistemləri (UNİX, Windows NT, Novell Net Ware, Solaris, İBM LAN, Banyan Vines).

Servis proqramları əlavə xidmətlər göstərməklə əməliyyat sisteminin imkanlarını genişləndirir. Servis proqramlara aşağıdakılar aiddir:

  • Örtüklər - əməliyyat sistemləri ilə işi asanlaşdırmaq üçün tətbiq edilir. Örtük proqramlara misal olaraq MS DOS əməliyyat sistemi üçün tətbiq edilmiş NORTON COMMANDER – i misal göstərmək olar.

  • Utilitlər - disk və fayl sisteminə xidmət edən proqramlar olub, bura disk formatlaşdırma, arxivləşdirmə və s. proqramları aid etmək olar. Arxivlədirmə proqramları informasiyanın həcmini azaltmaq (fayl şəklində olan) üçün istifadə olunur və arxivləşdirmə proqramlarına Winrar, Winzip, ARJ, Space Drive və s. proqramları misal göstərmək olar.

  • Antivirus proqramları – kompyuteri zərərverici virus proqramlardan qoruyur və kompyuterin diaqnostikasını təmin edir (Virus proqramları haker adlandırılan peşəkar proqramçılar tərəfindən hazırlanır və kompyuterə virusla yoluxmuş faylla iş zamanı düşə bilər. Yerləşmə mühitinə görə fayl, yükləmə və şəbəkəli olur). Antivirus proqramlara AVİRA, DR WEB, NOD32, Norton Antivirus, Kasperiski, AVAST (AVP), PANDA və s. misal göstərmək olar. Antivirus proqramların detektor, həkim, müfəttiş, immunizator növləri var.

Texniki xidmət proqramları kompyuterin düzgün işləməsinə nəzarət və nasazlıqları aşkar etmək üçündür. Texniki xidmət proqramlarına xüsusi nəzarət və test proqramlarını misal göstərmək olar.

Sistem proqramlaşdırmaya birinci növbədə proqramlaşdırma dilləri və bu dillərdə yazılan proqramları kompyuter dilinə çevirən proqramlar (translyatorlar) daxildir. Translyatorlar üç qrupa bölünür:

  • Interpretatorlar - proqramın əmrlərini bir – bir maşın dilinə çevirir və icra edir;

  • Kompilyatorlar - proqramı bütövlükdə kompyuter dilinə çevirir və icra edir;

  • Assemblerlər - Assembler dilində yazılmış proqramları kompyuter dilinə çevirir.

Drayverlər kompyuterə qoşulan qurğuların işini idarə edən və ya başqa sözlə kompyuterə qoşulan qurğuları kompyuterə tanıdan proqramdır.

Tətbiqi proqram təminatına müxtəlif tətbiqi məsələləri həll edən proqramlar aiddir və bunlardan bəzilərini qeyd edək:

  • Mətn redaktorları (NotePad, WordPad, Word);

  • Qrafik redaktorlar (Paint, Photoshop, Corel Draw);

  • Nəşriyyat sistemləri (QuarkXpress);

  • Elektron cədvəllər (Excel, SuperCalc, Quatro – Pro, Lotus 1-2-3);

  • Ekspert sistemlər;

  • Kommunikasiya proqramları;

  • VBİS – Verilənlər Bazasını İdarəetmə Sistemləri (SQL Server, Sybase, Oracle, MySQL, Access).

Fikrimizi aşağıdakı sxemlə yekunlaşdıraq.



Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə