4. Məşğulluğun mahiyyəti və novləri




Yüklə 33.44 Kb.
tarix26.04.2016
ölçüsü33.44 Kb.
Hazırladı: Yunus Kazımov (AƏSMA)
4. Məşğulluğun mahiyyəti və novləri.
Məşğultuq iqtisadi kateqoriya olub, insanların iş yerləri ilə təmin edilməsi və əmək fəaliyyətində iştirakı ilə əlaqədar, onların arasında yaranan münasibətlər sistemini ifadə edir. Məşğulluq anlayışının hüquqi tərifi "Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununun birinci maddəsində verilmişdir. Həmin maddədə deyilir:

Məşğulluq - vətəndaşların Azərbaycan Respublikası qanunvericiliyinə zidd olmayan və bir qayda olaraq onlara qazanc gətirən hər hansı fəaliyyətidir.

Tam məşğulluğa kömək - hər bir dövlətin iqtisadi və sosial siyasətinin ən mühüm məqsədidir. İşçi qüvvəsi iqtisadiyyatm əsas ehtiyatıdır, ehtiyatlardan səmərəli istifadə edilməsi isə iqtisadiyyatın vəziyyətinin mühüm göstəricisidir. Digər tərəfdən, məşğulluq ölkə əhalisinin həyat fəaliyyətinin və maddi rifahının əsasını təşkil edir.

Məşğulluq məsələlərinə həsr edilmiş əksər əsərlərin müəllifləri haqlı olaraq, işsiziik məsələsinə xüsusi diqqət yetirirlər. Əlbəttə, işsizlik - əmək bazarnm ən mühüm elementlərindən biridir. Lakin nəzərə almaq lazımdır ki, işsizlik əsasən məşğulluqdan yaranmır. Əmək bazarında işçi qüvvəsinin hərəkət sxemi aşağıdakı şəkildə təsvir edilmişdir.

İstər məşğul əhali, istərsə də işsizlər arasında o vaxta qədər işləməmiş gənclər də olur, lakin əksər hallarda işsizlər əvvəllər müəssisələrdə işlə təmin edilmiş, sonra isə işdən çıxmış və ya işdən çıxanlmış şəxslərdir.


İşdən çıxma






Məşğul


Əhali

İşsizlər


İşə düzəlmə




Şəkil : İşçi qüvvəsinin əmək bazarında hərəkəti
Sosializm quruculuğu illərində məşğulluq və işsizlik problemləri iqtisad elminin kənarda qalmışdı.

O vaxt belə hesab edirdilər ki, geniş təkrar istehsal, ölkənin sürətli və böhransız inkişafı əmək qabiliyyətli bütün əhalinin tam məşğulluğu üçün imkan yaradacaqdır, bu isə işsizliyin ümumiyyətlə mövcud olmamasım nəzərdə tuturdu. Bu istiqamətdə SSRİ-nin müəyyən uğurlan Beynəlxalq Əmək Təşkilatı tərəfindən etiraf edilmişdi. Məsələn, BƏT-in hələ 1969-cu ildə qəbul etdiyi Məşğulluq Proqramında deyilirdi: "Sosialist ölkələrində tam məşğulluq - əmək hüququndan irəli gələn ümumi prinsipdir. Milli konstitusiyalarda təsbit olunmuş əmək hüququ iqtisadi inkişafm həlledici amili sayılır".

Bazar iqtisadiyyatma keçidin başlanması və işsizliyin sürətlə artması ilə əlaqədar, məşğulluq problemi birinci dərəcəli problemə çevrilmişdir və tədqiqatçılar, praktiklər və siyasətçilər bu problemə get-gedə daha çox diqqət yetirməli olurlar.

Məşğul əhali üç qrupa bölünür. Sayca ən böyük qrup (inkişaf etmiş bazar iqtisadiyyatı ölkələrində bu qrupun xüsusi çəkisi 80-85 faizdir) muzdlu işçilərdən, ikinci qrup - sahibkarlar, bankirlər və muzdlıı iş qüvvəsindən istifadə edən digər şəxslərdən, nəhayət 3-cü qrup - özünüməşğulluqla, yəni əmtəə istehsalı və xidmətlər göstərilməsi ilə bağlı müstəqil əmək fəaliyyəti ilə məşğul olan və muzdlu iş qüvvəsindən istifadə etməyən şəxslərdən ibarətdir.

Həm nəzəriyyədə, həm də praktikada məşğulluğun bir neçə növü və ya forması fərqləndirilir. İlk növbədə tam
məşğulluq anlayışını nəzərdən keçirək. Əməklə məşğul olmaq əmək qabiliyyətli hər bir şəxsin birinci dərəcəli vətəndaşlıq vəzifəsi hesab edililr. Belə olduqda, tam məşğulluq dedikdə, başdan-başa bütün əhalinin - hər bir fərdin əməklə məşğul olması nəzərdə tutulurdu. Bazar iqtisadiyyatı şəraitində isə tam məşğulluq dedikdə cəmiyyətin əmək qabiliyyətli hər bir üzvünün ictimai-faydalı əməkdə iştirak etməsinin mümkünlüyü başa düşülür. Bu halda işsizliyin "təbii işsizlik" adlanan müəyyən səviyyəsinin mövcud olması istisna edilmir. Tam məşğulluq halında iş axtaran şəxslərin sayı sərbəst iş yerlərinin sayına təqribən bərabər olur, hərçənd bu cür iş yerlərinin sayı peşə və ixtisaslar üzrə iş axtaranların sayından fərqli ola bilər.

İqtisadi nəzəriyyədə və praktikada məşğulluğun məhsuldar, rasional və səmərəli növlərini fərqləndirirlər. Məhsuldar məşğulluq dedikdə həm cəmiyyət üçün, həm də işçinin özü üçün faydalı olan nemətlər və xidmətlər yaradılması ilə bağlı məşğulluq başa düşülür. Rasional məşğulluq dedikdə, məşğul əhalinin tələbat olan məhsullar buraxmaq və xidmətlər göstərmək məqsədilə istehsal sahələri və ölkənin regionlan üzrə optimal paylanması nəzərdə tutulur. Rasional məşğulluğun təmin edilməsində marketinq mühüm rol oynayır. Səmərəli məşğulluq - əməyin mütərəqqi üsullarla təşkil edildiyi yüksək dərəcədə məhsuldar və keyfiyyətli məhsul istehsal edilən, texniki cəhətdən yaxşı təchiz olunmuş müəssisələrdə məşğulluq nəzərdə tutulur. Bundan ötrü yüksək peşəkarlığa malik və səmərəlı işləməyi qarşısma məqsəd qoymuş işçilər və müvafiq idarəetmə komandası (menecerlər) olmalıdır.

Müstəqil məşğulluq - işçinin öz təşəbbüsü ilə, muzdlu işçi qüvvəsindən istifadə etmədən, müxtəlif istehlak mallarının istehsalı və xidmətlər göstərilməsi ilə bağlı fəaliyyəti deməkdir. Bu halda işçinin müəyyən istehsal vasitələri olur və o, öz işini özü təşkil edir. Beynəlxalq Əmək Bürosunun "Müstəqil məşğulluğa kömək" adlı xüsusi məruzəsində deyilir: "Əksər ölkələrin hökumətləri və iri müəssisələr iş axtaran
şəxslər üçün qənaətbəxş əmək haqqı səviyyəsini təmin etməyə qadir olmadığı indiki dövrdə müstəqil məşğulluğa diqqət get-gedə artır". Beləliklə, müstəqil məşğulluq müəyyən mənada işsizliyin alternativi olmaqla bərabər, həm də xəlvəti və kriminal məşğulluqla qismən bağlıdır. Lakin bu amillər müstəqil məşğulluğun müsbət rolunu istisna etmir.

Qlobal məşğuluq dedikdə, ölkənin iqtisadiyyatında, təhsil müəssisələrində, hərbi xidmətdə, ev təsərrüfatında, dini müəssisələrdə və ictimai-faydalı fəaliyyətin digər növlərində, bir sözlə əmək fəaliyyətinin bütün sahələrində məşğulluq nəzərdə tutulur.

Natamam və ya yarımçıq məşğulluğun səciyyəvi cəhəti natamam iş vaxtı: natamam iş günü və ya iş həftəsi, müdiriyyətin təşəbbüsü ilə məcburi məzuniyyətlər rejimində iş ilə bağlıdır.

Çevik məşğulluğun (çevik iş vaxtının) ən geniş yayılmış formasında işçi işin başlanma və qurtarma vaxtını, nahar fasiləsinin vaxtını və müddətini müdiriyyətlə razılaşdırmaq şərtilə özü seçir. Bu halda işçinin iş günü və ya həftə (ay) üçün müəyyən edilmiş iş vaxtı fonduna riayət etməsi zəruridir. Birinci halda işçi hər gün müəyyən edilmiş iş vaxtını işləmək şərtilə işin başlanma və qurtarma vaxtını dəyişə bilər. İkinci halda iş gününün müddəti reqlamentləşdirilmir, lakin həftə və ya ay ərzində iş vaxtnın ümumi müddətinə riayət edilməlidir. Çevik iş vaxt rejimində, adətən, müəyyən saatlar təyin edilir ki, həmin saatlarda işçinin iş yerində olması zəruridir. Bundan əlavə, iş gününün ortasında uzun müddətli nahar fasiləsindən də istifadə edilə bilər.

Qısaldılmış iş həftəsini də iş vaxtmın çevik formalarına aid etmək olar. Bu halda normativ və ya natamam iş həftəsi dörd, üç və ya daha az sayda iş gününə bölünür və bu cür iş günlərinin müddəti müvafiq qaydada artırılır. Bütün həftə
ərzində işləyən müəssisə və təşkilatlar üçün bu formanın üstünlüyü ondan ibarətdir ki, iş yerlərinin sayı praktiki olaraq iki dəfə artırıla bilər. İşçilər isə bu halda əlavə qeyri-iş günləri qazanmış olur. Lakin iş gününün müddətinin artırılması saatlıq işləmə normasının azalmasına, eləcə də məhsulun və xidmətlərin keyfiyyətinin pisləşməsinə səbəb ola bilər.

Nəzərə çarpmayan yarımçıq məşğulluq natamam məşğulluqdan fərqlidir. Nəzərə çarpmayan yarımçıq məşğulluq vəziyyəti tam iş vaxti rejimlərində işçinin imkanlarından tam istifadə edilmədikdə, işçi aşağı məhsuldarlıqlı köhnə avadanlıqda işlədikdə və ya öz ixtisas dərəcəsindən aşağı səviyyəli işlə məşğul olduqda, növbə ərzində iş vaxtı itirildikdə və sair hallarda yarana bilər. Bəzi müəlliflər bu halı natamam məşğulluğa aid edirlər. Məsələn, "Ekonomiks" dərsliyinin bir bölməsində qeyd edilir ki, "iş yerlərinin səmərəliliyi işçilərin potensial imkanlanndan aşağı olduğu halda məşğulluq" da natamam məşğulluğa aiddir.

Təkrar məşğulluq. Məşğulluğun bu növü onunla bağlıdır ki, işçinin əlavə gəlir əldə etmək zərurəti və ya istəyi nəticəsində o, başqa təşkilatda (müəssisədə) və ya əsas iş yerində əlavə ödənişli iş görməyə məcbur olur.

Muvəqqəti məşğulluq - müvəqqəti kontraktlar üzrə və ya podrat şərtləri ilə işləmək deməkdir. Məşğulluğun bu forması Qərbi Avropa ölkələrində, xüsusən Almaniyada, Yunamstan- da, Danimarkada və Portuqaliyada çox geniş yayılmışdnr. Firmalar məşğulluğun bu növünə maraq göstərirlər, çünki bu halda onlar muzdlu işçilərin sayını sərbəst şəkildə dəyişmək, müvəqqəti işçilərə daha aşağı əmək haqqı verilməsi hesabma işçilər üçün çəkilən xərcləri azaltmaq, müəyyən səbəblər üzündən işdə olmayan daimi işçiləri operativ qaydada başqa işçi ilə əvəz etmək, işçilərin işgüzar fəallığı artan dövrdə məşğul işçilərin sayını sürətlə artırmaq, müvəqqəti işlədiyi dövrdə özünü müsbət cəhətdən göstərmiş şəxsləri daimi işə götürmək imkanı əldə edirlər.

Müvəqqəti məşğulluq ticarət, xidmət sahəsi və inşaat işçi- ləri arasında geniş yayılmışdır. Sənayedə məşğulluğun bu növü əsasən ixtisassız yardımçı fəhlələr üçün tətbiq edilir. Arxitek- torlar, dizaynerlər, layihəçilər və digər yüksək ixtisaslı mütə- xəssislər də müvəqqəti kontraktlar üzrə işə cəlb edilir. Müvəq- qəti məşğul şəxslər arasında natamam iş rejimi şəraitində işləy- ən qadınlar çoxluq təşkil edir. Bir sıra ölkələrdə məşğulluğun bu növünün təşkil edilməsi üçün xüsusi müvəqqəti işə düzəltmə fırmaları və məşğulluq xidmətləri fəaliyyət göstərir.

Mövsümi məşğulluq. Məşğulluğun bu növü kənd təsərrüfatında, tikintidə, meşə tədarükündə, istirahət zonalannda, balıqçılıqda, şəkər sənayesində və il ərzində eyni dərəcədə gərginliklə işləməyən digər sahələrdə mövsümi işlərlə bağlıdır. Bu cür işçilər ilin çox vaxtını işsiz qalırlar. Mahiyyət etibarilə mövsümi məşğulluq - müvəqqəti məşğulluğun bir növüdür, lakin müvəqqəti məşğulluqdan fərqli olaraq, mövsümi işçilər hər il eyni yerdə işləyə bilərlər.

Iş olmayan müddətdə mövsümi işlərlə məşğul olan şəxslər əksər ölkələrdə işsizlər qisminə aid edilmir. Əgər bu cür işçilər mövsüm ərzində illik iş vaxtının fondu həcmində tam işləmiş olarsa, onlar tam məşğul işçi, illik iş vaxtı fondunun bir hissəsini işləmiş olanlar isə natamam məşğul işçi sayılır. Bu cür işçilər mövsümlər arasındakı dövrdə başqa müvəqqəti işlərlə məşğul olmaq, yaxud daimi işə düzəlmək hüququna malikdirlər.

Yuxanda qeyd olunanlardan əlavə, qeyri-standart məşğulluğun bir sıra başqa formaları da mövcuddur. Belə formalardan biri - evdə iş formasıdır. Bu halda işçilər firmadan (təşkilatdan) xammal, material, avadanlıq və alətlər alır, sonra isə vaxtaşın hazır məhsulu ona təhvil verirlər. Evdə iş rejiminə maraq göstərən işçilər çoxdur, çünki bu halda onlar iş vaxtını və işin həcmini özləri müəyyənləşdirir və bir qayda olaraq, işləməklə yanaşı, uşaqlanna qulluq edir, ev təsərrüfatını idarə edirlər. Firmalar isə bu halda istehsal sahələrini azaldır və əməyin ödənilməsi ilə bağlı xərclərə qənaət edirlər, çünki adə- tən, evdə işləyən işçilərə əsas işçilərdən az əmək haqqı verilir. Müntəzəm olmayan və planlaşdırılması çətin olan işlərin yerinə yetirilməsi üçün çağınş üzrə iş kimi səciyyəvi formadan da istifadə edilir.

Qeyri-standart məşğulluğun mühüm formalanndan biri də məşğulluq xidmətləri və yerli hökumət tərəfindən məxsusi olaraq işsizlər üçün təşkil edilən ictimai işlərdir. Adətən yüksək ixtisas tələb etməyən, ərazinin səliqəyə salmması, yol tikinti- sində iştirak və s. müvəqqəti işlər bu yolla icra edilir.

Beləliklə, "Məşğulluq haqqında" Azərbaycan


Respublikasının Qanununa müvafiq olaraq, aşağıdakı vətəndaşlar məşğul hesab edilir:
muzdla işləyən, o cümlədən əmək müqaviləsi (kontraktı) ilə tarn va ya tam olmayan iş vaxtı ərzində haqq müqabilində iş görən, habelə haqqı ödənilən başqa ışi (xidməti) olanlar;

sahibkarlar, fərdi əmək fəaliyyəti ilə məşğul olanlar, mülkiyyətində torpaq payı olanlar;

haqqı ödənilən vəzifəyə seçilən, təyin və ya təsdiq edilənlər;

Azərbaycan Respublikasmm Silahlı Qüwələrində və Azər- baycan Respublikasınm qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edənlər;

əmək qabiliyyətinin müvəqqəti itirilməsi, məzuniyyət, ixti- sasartırma, tətil, istehsalatm dayanması və ya başqa səbəblər ilə əlaqədar iş yerində müvəqqəti olmayanlar;

Azərbaycan Respublikasmm ərazisində qanuni əsaslarla haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər;



Azərbaycan Respublikasının hüdudlarından kənarda qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublika- sınm vətəndaşlar.

Orduda xidmət keçən və təhsil alan şəxslər dünyanm əksər ölkələrində məşğullar siyahısına daxil edilmir. Əlbəttə, onlar ölkənin xalq təsərrüfatmda çalışanlar sırasına aid deyildir, lakin bu cür şəxslər bütün əhali üçün əhəmiyyətli bir işlə - ölkənin təhlükəsizliyinin təmin edilməsi ilə məşğuldurlar.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə