2012, 2013 – ci illər üçün birləşdirilmiş (konsalidə edilmiş) maliyyə hesabatına dair qeydlər və şərhlər




Yüklə 31.13 Kb.
tarix02.03.2016
ölçüsü31.13 Kb.

Azərtunel” MMC və onun təsis payı 40 % təşkil edən törəmə müəssisəsi Cəmilə MTK-nın



2012, 2013 – ci illər üçün birləşdirilmiş (konsalidə edilmiş) maliyyə hesabatına dair qeydlər və şərhlər

Birləşdirilmiş (konsalidə edilmiş) Maliyyə Hesabatına dair qeydlər və şərhlər


  1. Giriş

“Azərtunel” MMC və onun 40 faiz payının mövcud olduğu törəmə müəssisə “Cəmilə” MTK üçün hal-hazırki hesabat Beynəlxalq Maliyyə Hesabat Standartlarına (BMHS) uyğun olaraq hazırlanmışdır. Cəmiyyət və törəmə müəssisə Azərbaycan Respublikasında qeydiyyatdan keçərək bu ölkədə öz fəaliyyətini həyata keçirir. Cəmiyyət Azərbaycan Respublikasının nizamnaməsinə uyğun təsis edilərək Məhdud Məsuliyyətli Cəmiyyətə çevrimiş, törəmə müəssisə isə “Cəmilə” Mənzil Tikinti Kooperativi isə qanunvericiliyə uyğun qeydiyyatdan keçmiş hal-hazırda fəaliyyətini davam etdirir.


    1. Cəmiyyət və törəmə müəssisə haqqında ümumi məlumat

Cəmiyyət, 28 Sentyabr 2001-ci il tarixində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində Hüseynov Əzizağa Abdulla oğlu və Ortaqlarının Tam Ortaqlı “Azərtunelsutikinti” Şirkəti nəzdində qeydiyyatdan keçərək Ş-1087 saylı sertifikat almışdır. Tam ortaqlı şirkət 31 May 2007-ci ildə yenidən təsis edilərək Məhdud Məsuliyyətli Cəmiyyətə çevrilmişdir.

Cəmiyyət tikinti fəaliyyətini yerinə yetirmək üçün Fövqəlada Hallar Nazirliyindən lisenziya almışdır. Cəmiyyət bu lisenziya ilə müəyyənləşdirilən hər növ tikinti işlərini yerinə yetirmək hüququna malikdir.

“Cəmilə” Mənzil Tikinti Kooperativi (daha sonar kooperativ adlanacaq) 28.11.2002-ci il tarixində 0102-A1-1167 şəhadətnamə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı bölgə şöbəsində qeydiyyatdan keçmişdir.

Kooperativin üzvləri:



  1. 28 Sentyabr 2001-ci il tarixində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində Hüseynov Əzizağa Abdulla oğlu və Ortaqlarının Tam Ortaqlı “Azərtunelsutikinti” Şirkəti. Tam ortaqlı şirkət 31 May 2007-ci ildə yenidən təsis edilərək Azərtunel MMC kimi dövlət qeydiyytaına alınmışdır.

Təsis payı (Denominasiya edildikdən sonra 60.0 manat)

  1. Hüseynov Nizami Əzizağa oğlu - Təsis payı (Denominasiya edildikdən sonra 30.0 manat)

  2. Hacıyeva Nərminə Oqtay qızı -Təsis payı (Denominasiya edildikdən sonra 20.0 manat)

  3. Hüseynov Əzizağa Abdulla oğlu- Təsis payı (Denominasiya edildikdən sonra 40.0 manat) olmuşdur.


1.2. Şirkət və törəmə müəssisənin ünvanı:

“Azərtunel” MMC-nin və kooperativin ünvanı aşağıdakı kimidir:

Azərbaycan Respublikası, Bakı şəhəri, M.Hadi küç. ev 136
1.3. Aktiv valyuta

Hal-hazırki maliyyə hesabatında məbləğlər (AZN) manat ilə verilmişdir.


2. Hesabat siyasətinin təqdimatı

Hal-hazırki maliyyə hesabatının (BMHS) hazırlanması üçün istifadə edilən hesabat siyasətinin əsas maddələri aşağıda verilmişdir. Əgər digər aydınlaşdırmalarda qeydlər aparılmayıbdırsa, bu zaman hesabatın əsas maddələri təqdim edilən dövrü hesabatlarda ardıcıl olaraq tətbiq edilmişdir.


3.1. Maliyyə hesabatalarını tərtib etmək üçün ümumi müddəalar

“Azərtunel” MMC-nin və törəmə müəssisədə olan pay miqdarına uyğun maliyyə hesabatı Beynəlxalq Maliyyə Standartlarına (BMHS) əsasən hazırlanmışdır. Bu maliyyə hesabatlarında aktivlər və öhdəliklər real xərclərə əsaslandırılaraq qiymətləndirilmişdir. Gəlir və xərclər hesablama metoduna uyğun göstərilmişdir.

Rəhbərlik Beynəlxalq Maliyyə Hesabatı Standartlarına (BMHS 1) uyğun maliyyə hesabatları tərtibatında nəzərdə tutulan əsas pul göstəricilərini müəyyənləşdirir. Həmçinin rəhbərlikdən tələb olunur ki, Cəmiyyətin və törəmə müəssisədə olan pay miqdarına uyğun maliyyə siyasətinin icrası sahəsində professional təsəvvürü əks etdirsin.

3.2. Valyutaların təkrar hesablanması (BMHS 21)


(a) funksional valyuta və təhtəlhesab valyuta

Funksional valyuta maliyyə hesabatında bəndlərin ölçülməsi üçün istifadə olunur. Bu- müəssisənin yerli valyutası olan Azərbaycan Respublikasının (AZN) manatıdır.



(b) Əməliyyatlar və qalıqlar

Xarici valyutada aparılan əməliyyatlar, əməliyyatların aparıldığı gün valyuta məzənnələri üzrə funksional valyutada əks olunurlar. Valyuta məzənnəsi fərqi funksional valyutadan fərqlənən (hər bir valyutanın müəyyən vahidinin müxtəlif məzənnələrdə digər valyutalara konvertasiyası nəticəsində yaranmış fərq kimi müəyyən olunur) əməliyyat və sövdələşmələrin aparılması zamanı yaranır. Xarici valyutada aparılan əməliyyatlar zamanı yaranmış mənfəət və zərər, eləcə də xarici valyutada ifadə olunmuş monetar aktivlərin hesabat dövrü üçün məzənnə üzrə təkrar hesablanması zamanı yaranmış itkilər, mənfəət və zərər haqqında hesabatda əks olunur. Pul vəsaitlərinin və xalis-investisiyaların xeccingi (aktivlərin və öhdəliklərin məbləğinin dəyişməsindən yaranmış itki riskdən sığortalanma üçün aparılan əməliyyatdır) kimi belə əməliyyatlarda yaranan məzənnələr arasındakı fərq müvəqqəti olaraq kapitalın hesabına aid edilmişsə, məzənnələr arasındakı fərq mənfəət və zərər haqqında hesabatda əks olunmur.

Müəyyən valyuta vahidlərinin sayı üzrə əldə olunmuş valyuta vahidləri və aktivləri və ya ödənilməli olan aktivlər və öhdəliklər monetar mənbələrdir. Müəyyən sayda valyuta vahidlərinin alınması hüququ monetar mənbələrin əsas xüsusiyyətləridir. Monetar mənbələrə nağd, əldə olunmuş vəsaitlər, borclar, ödənilməli məbləğlər, uzunmüddətli borclar, təminatlar, əmək müavinətləri üzrə öhdəliklər və gecikdirilmiş vergi aktivləri və öhdəliklər aiddir.

Qeyri-monetar mənbələrə səhmlər, ehtiyatlar, gələcək dövr hesabına qabaqcadan ödənilmiş xərclər, əmlak, torpaq, tikililər və avadanlıq, eləcə də qeyri-maddi aktivlər aiddir.


3.3. Bina və avadanlıq (Əsas vəsaitlər BMHS)

Əsas vəsaitlərə elə material vəsaitlər daxildir: torpaq, maşın və mexanizmlər, nəqliyyat vəsaitləri, ofis mebeli və digər əsas vəsaitlər. Balansda olan uzun müddətli aktivlər ədalətli qiyməti əks etdirir.


3.4. Amortizasiya (BMHS)

Faydalı iş müddəti və ya illik amortizasiya kategoriyası aşağıdakı yollar ilə müəyyənləşdirilir:



  • Bina və tikinti - 40 il və ya illik 7%;

  • Maşın və mexanizm – 4 il və ya illik 25 %;

  • İnformasiya texnologiya avadanlığı - 4 il və ya illik 25 %;

  • Nəqliyyat vasitələri - 4 il və ya illik 25 %;

  • Mebel və təsərüfat inventarı - 5 il və ya illik 20%;

  • Və digər əsas vəsaitlər - 5 il və ya illik 20%;

Aktivlərin qalıq dəyəri və onların faydalı iş müddəti müntəzəm olaraq yoxlanılır və zərurət yarandıqda hər bir hesabat dövrünə görə tənzimlənir.
3.5. İnvestisiyalar (BMHS)

Ödəniş müddətindən əvvəl dayandırmış (xitam verilmiş) investisiyalar elə təsbit edilmiş qeyri-törəmə müddətli maliyyə aktivləridir ki, bu zaman Cəmiyyətin ödəniş müddəti bitənə qədər onları dayandırmaq üçün qəti niyyəti və imkanları vardır.


3.6. Debitor borcları (BMHS)

Debitor borcları ilk növbədə ədalətli dəyərdə əks olunurlar. Debitor borcları üzrə ucuzlaşdırılmış fondlar (ehtiyatlar) debitor borcların ödənişinin mümkünsüz olması kimi sübutlar mövcud olduqda yaradılır. Resursların (ehtiyatların) dəyəri aktivin balans dəyəri ilə nəzərdə tutulan yol verilən diskont edilmiş dəyəri, pul vəsaitlərinin effektiv faiz dərəcəsi arasındakı fərqdir.



3.7. Pul vəsaitləri və onların ekvivalentləri (BMHS)

Pul vəsaitləri və onların ekvivalentləri az dəyişikliklərə məruz qoyulan pul vəsaitlərinə və məbləğlərə asanlıqla çevrilə bilən mənbələridir. Burada pul vəsaitləri və onların ekvivalentləri nağd pul vəsaitləri, yolda olan pul köçürmələri, bank hesablaşma hesabları, digər tələb olunan bank hesabları, pul vəsaitlərinin ekvivalentləri, bank overdraftları və kassada olan ödəniş müddəti üç aydan artıq olmayan digər yüksək likvidli investisiyalar kimi əks olunurlar.




    1. Kreditlər və borclar (BMHS 1)

Kredit və borclar sövdələşmə imzalanarkən ilkin olaraq çəkilmiş xərclər çıxılmaqla ədalətli dəyər üzrə qəbul edilirlər. Növbəti dövrlərdə kreditlər və borclar amortizasiya olunan dəyərdə əks olunurlar: istənilən əldə olunan vəsaitlər və ödənilmiş məbləğlər arasındakı fərq kredit və borcların (effektiv faiz dərəcəsi metodundan istifadə etməklə) ödəniş müddəti ərzində mənfəət və zərər haqqında hesabatda əks olunur.

3.9 Mənfəət vergisi (BMHS 1)

Mənfəət vergisi Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq balans tarixində maliyyə hesabatlarında hesablanır. Mənfəət vergisindən tutulmalar cari və təxirə salınmış mənfəət vergisindən ibarətdir və mənfəət və zərər haqqında hesabatda nəzərə alınırlar. Təxirə salınmış mənfəət vergisi ehtiyat öhdəlikləri metodundan istifadə olunmaqla tam həcmdə yaradılır.





Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə