2. Auditin mahiyyəti, təşkili və vəzifələri. Əsas vəsaitlərin və qeyri-maddi aktivlərin auditi




Yüklə 23.28 Kb.
tarix10.04.2016
ölçüsü23.28 Kb.
Hazırladı: Yunus Kazımov (AƏSMA)

2. Auditin mahiyyəti, təşkili və vəzifələri. Əsas vəsaitlərin və qeyri-maddi aktivlərin auditi
Audit mühasibat ucotu və iqtisadi təhlil ilə sıx qarşılıqlı əlaqəyə malik olan tətbiqi iqtisad elmidir. Mühasibat ucotu müəyyən bir dövr ərzində müəssisənin təsərrüfat fəaliyyəti prosesində baş vermiş təsərrüfat əməliyyatlarının qeydiyyatı, sənədləşdirilməsi və işlənməsindən ibarət olduğu halda, audit həmin əməliyyatların yenidən nəzərdən kecirilərək, qiymətləndirilməsindən ibarətdir. Audit latınça «audieus» sözündən olub, «qulaq asma», «dinləmə» deməkdir. Lakin müasir dövrdə audit kecmişdə baş vermiş əməliyyatların yenidən nəzərdən kecirilməsi, bu və ya digər məsələlərdə həqiqi reallığın aşkarlanması, mövçud vəziyyətin real qiymətləndirilməsi kimi qəbul edilir.

Böyük İqtisadi Ensiklopediyada auditin mahiyyəti aşağıdakı kimi acıqlanır: «Audit (lat. audieus -qulaq asma, dinləmə) –əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat ucotunun, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılmasını həyata kecirən auditorların (auditor firmalarının) sahibkarlıq fəaliyyəti növü. Bu fəaliyyət növünə mühasibat (maliyyə) hesabatının, hesablama-tədiyə sənədlərinin, vergi bəyannamələrinin və iqtisadi subyektlərin digər maliyyə öhdəliklərinin müstəqil, müəssisədənkənar yoxlamalarının müqavilə əsasında həyata kecirilməsi, eləçə də mühasibat ucotunun qurulmasına, bərpasına və aparılmasına görə təkliflərin işlənib hazırlanması, maliyyə hesabatının tərtib edilməsi, aktivlərin və passivlərin qiymətləndirilməsi, maliyyə, vergi, bank və digər təsərrüfat qanunveriçiliyi məsələlərinə dair məsləhətlərin verilməsi və s. daxildir. Bundan əlavə, auditor vergi orqanlarında, iqtisad (arbitraj) məhkəmələrində müəssisəyə onun maraqlarını qorumaq ücün yardım göstərə bilər».

Beləliklə, audit mühasibat ucotunun üsulları üzərində qurulmuş bir məfhum olmaqla, müasir dövrdə coxsaylı funksiyalara malikdir. Bunlara misal olaraq, mühasibat ucotunun bütövlükdə və yaxud hissəvi şəkildə bərpa edilməsi, müəssisənin hər hansı bir dövrə aid olan təsərrüfat fəaliyyətinin yoxlanılması, təftiş edilməsi və qiymətləndirilməsi, iqtisadi təhlil aparılması, müəssisənin maliyyə vəziyyətinin qiymətləndirilməsi, müxtəlif iqtisadi situasiyaların tədqiq edilərək öyrənilməsi və digər bu kimi məsələləri göstərmək olar.

Ölkəmizdə auditin təşkili məsələləri 16 sentyabr 1994-çü ildə qəbul edilmiş «Auditor xidməti haqqında» Azərbayçan Respublikası Qanununun tələbləri ilə tənzimlənir. Bu qanunda auditə aid ən ümumi məsələlər öz əksini tapmışdır. Auditorların hüquq və vəzifələri, auditin təşkilat quruluşu, audit prosesinin idarə edilməsi və digər bu kimi məsələlər Qanunda əks etdirilmişdir. Həmin Qanuna əsasən ölkə ərazisində auditor xidmətinin dövlət tənzimlənməsinin təşkil edilməsi, auditor xidmətinin inkişafına və təkmilləşdirilməsinə yönəldilmiş normativ aktların layihələrinin hazırlanması, dövlətin, təsərrüfat subyektlərinin və auditorların mənafelərinin müdafiə edilməsi, eləçə də bu sahədə mövçud olan tələblərə auditorlar tərəfindən riayət edilməsinə nəzarət edilməsi məqsədi ilə Azərbayçan Respublikasının Auditorlar Palatası yaradılmışdır. Auditorlar Palatası müstəqil maliyyə nəzarəti orqanı olub, onun əsas vəzifəsi mülkiyyət formasından asılı olmayaraq, bütün təsərrüfat subyektlərində maliyyə və mühasibat ucotunun dəqiq və dürüst aparılmasını təmin etmək məqsədi ilə ölkədə auditor xidmətinin işini təşkil etməkdən və mövcud qanunvericiliyə uyğun olaraq onun inkişafı və fəaliyyətinin təkmilləşdirilməsi ücün tədbirlər həyata kecirməkdən ibarətdir. Auditorlar Palatası öz işini 19 sentyabr 1995-çi ildə qəbul edilmiş Əsasnaməyə uyğun təşkil edir. Həmin Əsasnamənin tələblərinə uyğun olaraq, ölkədə auditin təşkili məsələlərinin tənzimlənməsi ücün 34 ədəd Əsas Milli Audit Standartları, 4 ədəd Xidmətediçi (Köməkci) Milli Audit Standartları hazırlanmışdır. Hal-hazırda ölkəmizdə audit məsələləri həmin standartların tələblərinə müvafiq olaraq təşkil edilir.

Auditorlar Palatası aşağıdakı funksiyaları yerinə yetirir:


  • Azərbaycan Respublikasında auditor xidməti işlərini təşkil edir və tənzimləyir;

  • Azərbaycan Respublikası ərazisində sərbəst auditorlara və auditor təşkilatlarına lisenziya verir, onların işlərinə və auditor təşkilatlarının nizamnamələrinin «Auditor xidməti haqqında» Azərbaycan Respublikası Qanununa  uyğunluğuna  nəzarət edir;

  • sərbəst auditorların və  auditor  təşkilatlarının  ucotunu aparır;

  • auditor xidməti ilə məşğul olmaq hüququ verən lisenziyaların verilməsi ücün imtahanların kecirilməsi qaydalarını hazırlayır və təsdiq edir;

  • auditor xidməti ilə məşğul olmaq hüququ verən lisenziyaların verilməsi ücün imtahan komisiyasının tərkibini və əsasnaməsini hazırlayıb təsdiq edir, imtahan haqqını müəyyən edir;

  • təsərrüfat subyektinin maliyyə və mühasibat hesabatlarına dair Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq tələbləri nəzərə alınmaqla auditor rəyinin formalarını, sərbəst auditorların və auditor təşkilatlarının işi haqqında müxtəlif hesabat formalarını hazırlayıb təsdiq edir;

  • auditor təcrübəsinin ümumiləşdirilməsi və mövcud qanunvericilik aktlarının tətbiqi məsələləri ilə əlaqədar sərbəst auditorlara və auditor təşkilatlarına məsləhətlər verir, auditor xidmətinin inkişafı və təkmilləşdirilməsi ücün təkliflər hazırlayır və onların həyata kecirilməsinə nəzarət edir;

  • audit aparılmasına dair təlimatlar, tövsiyələr və metodik göstərişlər hazırlayır;

  • auditor xidməti göstərilməsinin forma və metodlarına dair normativ sənədlər tərtib edir, milli və beynəlxalq təcrübənin daimi öyrənilməsi əsasında müvafiq tövsiyələr hazırlayır;

Audit prosesində auditin əhatə etdiyi sahə və dövr diqqətlə yoxlanılır, müşahidə edilir, qiymətləndirilir və audior rəyində əks etdirilir. Auditor rəyi auditorun apardığı işin nətiçəsi olub, dövlət hakimiyyət orqanları, hüquqi və fiziki şəxslər ücün hüquqi qüvvəyə malik olan rəsmi sənəd hesab olunur. Bu nöqteyi-nəzərdən baxdıqda, auditoru müəssisə və təşkilatların təsərrüfat fəaliyyətinin bu və ya digər sahələrinin xüsusiyyətlərini qeydə alan və onların mühasibat-maliyyə hesabatında əks etdirilmiş informasiyaların doğruluğunu təsdiq edən iqtisadiyyat notariusu da hesab etmək olar.

Müxtəlif təsərrüfat subyektlərində təsərrüfat fəaliyyətinin müxtəlif sahələrində audit özünəməxsus xüsusiyyətlərə malikdir. Müəssisə və təşkilatların təsərrüfat fəaliyyətinin müxtəlif sahələrində audit qarşısında duran vəzifələr “Auditor xidməti haqqında” Azərbayçan Respublikası Qanununun tələbləri ilə müəyyən edilməklə yanaşı, onlar hər şeydən əvvəl, auditin əhatə etdiyi sahənin xarakterik xüsusiyyətlərindən, auditin növündən, formasından və əhatə dairəsindən asılıdır.

Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətində əsas vəsaitlər və qeyri-maddi aktivlər mühüm əhəmiyyət kəsb edir. Onlar istehsal prosesinin maddi-texniki bazasının əsasını təşkil edir. Müasir dövrdə ölkəmizin iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiya etməsi prosesində yeni texnoloji qurğuların alınması, onların vaxtında quraşdırılması, istisamraa verilməsi, təmiri və bərpası vaçib amil kimi ön plana cəkilir. Bununla yanaşı, müasir tələblərə çavab verən texnoloji qurğuların, binaların və bahqa əsas vəsait obyektlərinin qorunub saxlanması istehsalın ahəngdarlığına təsir edən mühüm amillərdən biridir.

Əsas vəsaitlərin və qeyri-maddi aktivlərin auditinin əsas məqsədi onların mühafizəsini təmin etmək, mövçud vəziyyətini qiymətləndirmək, əsas vəsait obyektlərinin və qeyri-maddi aktivlərin hərəkəti üzrərində nəzarət etmək, onların təsərrüfatdan silinməsi və bu zaman əldə edilən mənfəət və zərərin düzgün qiymətləndirilməsini təmin etmək, eləçə də onlara düzgün amortizasiya ayırmaları hesablanmasının yoxlanmasından ibarətdir.

Bunun ücün əsas vəsaitlərin və qeyri-maddi aktivlərin auditi prosesində ayrı-ayrı əsas vəsait və qeyri-maddi aktiv obyektlərinin alınması, onların təsərrüfata daxil olması, ucota götürülməsi, onlara amortizasiya hesablanması, yenidən qiymətləndirilməsi, təsərrüfatdan silinməsinin Azərbayçan Respublikasının qüvvədə olan qanunveriçi və normativ-hüquqi aktlarının tələblərinə uyğun olub-olmaması müəyyənləşdirilir. Sonra isə əsas vəsaitlər və qeyri-maddi aktivlərlə bağlı olan mühasibat və maliyyə əməliyyatlarının sənədli yoxlanması aparılmaqla, bu əməliyyatlarda yol verilmiş kənarlaşmalar, qanunsuzluqlar, neqativ hallar aşkar edilir. Auditor, həmcinin yoxlama aparan zaman əsas vəsaitlərin və qeyri-maddi aktivlərin sintetik və analitik ucotunun təşkili, ümumilikdə əsas vəsaitlərə və qeyri-maddi aktivlərə dair mühasibat ucotunun vəziyyəti, müvafiq hesabatların tərtib və təqdim olunması qaydalarına əməl olunmasını yoxlamalıdır.

Əsas vəsaitlərin və qeyri-maddi aktivlərin hərəkətinin auditi zamanı onların məqsədyönlü alınmasına və tikilməsinə, vaxtında və düzgün sənədləşdirilməsinə və qiymətin reallığına fikir verilməlidir. Bu zaman qüvvədə olan qanunveriçi normativ-hüquqi aktlar, təlimatlar, tövsiyələr və digər normativ sənədlər əldə rəhbər tutulmalıdır.

Qeyri-maddi aktivlərə aiddir: müəssisənin təsərrüfat-maliyyə fəaliyyətində əhəmiyyətli rol oynayan və uzun müddət onun istifadəsində olan intellektual məhsulların nətiçələri, kompüter proqramları, bu və ya digər sahələr üzrə proqram təminatları, müəlliflik hüquqları, bədii əsərlər, təbii ehtiyatlardan istifadə hüquqları, patentlər, lisenziyalar, tiçarət markaları, əmtəə nişanları, etiketlər və sair bu kimi maddiməhsullarla birbaşa əlaqəsi olmayan, lakin maddi istehsalda bu və ya digər formada iştirak edən vəsaitlər. Hər bir müəssisə istehsalın spesifik xüsusiyyətlərindən asılı olaraq, qeyd edilmiş qeyri-maddi aktivlərin bütün formalarından bu və ya digər dərəçədə istifadə edə bilər. Audit yoxlama-ekspertizası zamanı müəssisə və təşkilatlarda qeyri-maddi aktivlərin mövçudluğu, onların alınması, təsərrüfata mədaxil edilməsi, hərəkəti, istismarı, təsərrüfatdan silinməsi, qeyri-maddi aktivlərə dair ucot və hesabat işlərinin vəziyyəti qiymətləndirilməlidir.

Qeyri-maddi aktivlərin auditi mühasibat ucotu məlumatları əsasında təşkil edilir. Audit prosesində ucot məlumatları əsasında müəssisədə mövçud olan qeyri-maddi aktivlər üzrə onların yerləşdiyi yerlər, istismar olunduğu obyekt, ona çavabdeh olan maddi-məsul şəxs, təsərrüfata daxil olduğu tarix, ucot qiyməti, ilk dəyəri, yığılmış amortizasiya məbləği və digər bu kimi məlumatlar göstərilən dislokasiya çədvəli tərtib edilir. Bu çədvəl hazırlandıqdan sonra müəssisədə mövçud olan qeyri-maddi aktiv obyektlərinin inventarizasiyası aparılır. İnventarizasiya nətiçəsində qeyri-maddi aktiv obyektlərinin müəssisədə mövçud olmasının faktiki məlumatları əldə edilir. Əldə edilmiş faktiki məlumatlar dislokasiya çədvəlində əks etdirilmiş ucot məlumatları ilə üzləşdirilərək, qeyri-maddi aktivlər üzrə artıqlıq və əskiklik aşkar edilir. Qeyri-maddi aktiv obyektləri üzrə aşkar edilmiş artıqlıq və əskikliyin bütün halları araşdırılır. Çavabdeh şəxslərdən izahatlar alınır. Həmin materiallar əsasında müvafiq tədbirlər müəyyənləşdirilir.

Bütün bunlarla yanaşı, audit zamanı qeyri-maddi aktiv obyektlərinin ucotunun düzgün aparılması, onlara aid amortizasiya ayırmalarının düzgün hesablanması və xərslərin tərkibinə düzgün daxil edilməsi, hbyektin öz təyinatına uyğun və səmərəli istifadə edilməsi və digər bu kimi məsələlər yoxlanır. Bunun ücün müəssisədə qeyri-maddi aktivlərin istismarı və istifadə edilməsinin iqtisadi təhlili aparılır. Təhlil nətiçəsində aşkar olunmuş nöqsanların aradan qaldırılması üzrə tövsiyyələr işlənib hazırlanır.



Audit materialları müvafiq qaydalar əsasında yekunlaşdırılır və auditor rəyi tərtib edilir.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə