1.İbn Xaldunun "Müqəddimə" əsəri İbn Xalduna görə dövlətin süqut səbəbləri




Yüklə 26.27 Kb.
tarix12.03.2016
ölçüsü26.27 Kb.
Plan:

Giriş


1.İbn Xaldunun “Müqəddimə” əsəri

2.İbn Xalduna görə dövlətin süqut səbəbləri

Nəticə

İstifadə olunmuş ədəbiyyat


Giriş

İbn Xaldun 1332-1406-cı illər arasında yaşayan,sosiologiyanın atası kimi xatırlanan islam aləminin böyük mütəfəkkirlərindəndir.Orijinal fikirlərə sahib olan bu filosof Qərbdə bir çox mütəfəkkirlər tərəfindən yüksək qiymətə laiq görülüb.Yazılarında tam mənasıyla elmi dünyagörüşü istifadə edən İbn Xaldun Avropanın qaranlıqlar içində üzdüyü bir dövrdə öz fikirləri ilə çevriliş etdi.Çünki o dövr qərbli xristian mütəfəkkirlər dövlət və iqtidar kimi anlayışlara dini baxımdan yanaşdığı halda,İbn Xaldun demək olar ki,materialist bir düşüncəylə hadisələri qiymətləndirmişdir.O,islam elmlərinin bütün budaqlarından,təbii və ictimai elmlərə qədər,dövrünə çatan hər mövzuda əhəmiyyətli təhlillər aparmışdır.Sosiologiya elminin bir çox təməl prinsiplərini qərbli elm adamlarından yüzlərlə il əvvəl ortaya qoyub.Tarix,siyasət nəzəriyyəsi və ictimai psixologiya sahəsində italyan Makiavelliyə,ictimai nizamın ümumi əsaslarında Montesköyə,tarix fəlsəfəsi sahəsində Russoya,dövlətlərin çöküşü qanununda ingilis tarixçisi Gibbana ışıq tutan metodlar təyin etdi.Marksdan çox əvvəl cəmiyyətləri “istehsal üsullarına”görə ayıran İbn Xaldun olmuşdur.Marksa,Montesköyə,hətta Darvinə gedən yolun başında duran bu mütəfəkkirin təkamül nəzəriyyəsinə bənzər bir sıra düşüncələri də vardır.1332-ci ildə Tunisdə doğulan və 1406-cı ildə Qahirədə vəfat edən bu ərəb filosofunun həyatı kiçik detallar nəzərə alınmazsa,ümumiyyətlə iki hissədə tədqiq edilə bilər və bu iki hissə biri-birindən tam mənasıyla kəskin fərqlənir.Qırx beş yaşında İbn Salam qalasına yerləşənə qədər siyasi və idari qarışıqlıqlar içində keçən və “mənfəətinə olan hər bir vasitədən istifadə etməyi bacaran” sanki bugünki ifadə ila makiavelist görüntü sərgiləyən İbn Xaldun həyatının ikinci mərhələsində “siyasi hərc-mərclikdən uzaq,dinc və sabit həyata qovuşmaqla” birgə özünü elm və irfana həsr etmişdir.


1.İbn Xaldunun “Müqəddimə əsəri”

İbn Xaldunun ən əhəmiyyətli əsəri “Müqəddimədir”.Ondan əvvəlki tarixçilər və mütəfəkkirlər hadisələri nağıl kimi izah edərkən,cəmiyyətlərin təkamül keçirdiklərini,dəyişdiklərini nəzərdən qaçırarkən İbn Xaldun öz əsərində belə deyir:“Kainatın və cəmiyyətlərin vəziyyətləri,əlaqələri,gedişləri bir tək müddət içində və bir dəyişməyən xətdə qala bilməz” Bu əsərin birinci cildində əvvəl tarixi hadisələri,yəni keçmişi gözlər önünə sərdi.İkinci cildində ictimai hadisələri təhlil etdi və İslam cəmiyyətinin aktual problemlərini ortaya qoydu.Üçüncü cildində isə gələcəyə ışıq tutan əhəmiyyətli təsbitlər və metodlar təyin etdi.Coğrafi şərtlərlə ictimai həyatın əlaqəsini,cəmiyyət şəkilllərini,din və dövlət həyatının sərhədlərini,şəhər və kənd əlaqəsini,elmlərin təsnifini və ədəbiyyat məsələlərini ələ aldı.Əsərində ümumi Dünya tarixinə yer verərkən,xüsusilə Türk tarixinə geniş bir hissə ayırmışdır.Bu hissədə:“Bu Türklərin dünyadakı millətlərin ən böyüyü olduğunu və bəşər cinsləri arasından onlardan başqa ayrıca böyük bir cinsin olmadığını bil.”deyərək oxucunun diqqətini çəkir.

Ibn Xaldun hava və iqlim şəraitinin insan əxlaqıxasiyyətiruh quruluşu və buna bağlı olaraq hal və hərəkətləri üzərindəki təsirlərini araşdırarkən geniş və ümumi mənada “insan iqlim şəraitinə bağlı olaraq torpağın məhsuludur.”deyər.İqlim və torpaq insanların bədənlərinə təsir edərək qara və ağ dərili etdiyi kimi onların ruhlarına da təsir edərək dəyişik xasiyyət və xüsusiyyətlər qazandırar.İqlim şərtlərinin və havanın ruh üzərindəki təsiri bədən üzərindəki təsirindən daha əhəmiyyətlidir.

İbn Xaldunun məqsədi nağıl söyləyənlərin nağıllarını yox etmək idi.O,tarixə dövrünü anlamaq üçün yaxınlaşır.Onun məqsədi rəvayət etmək üçün tarix yazmaq olmamışdır.Onun nəzərində tarix küllü bir elmdir.İbn Xaldun “tarixin bir elm olduğunu,keçmişi bilməklə insanların indiki vəziyyəti qiymətləndirə biləcəklərini”söyləyir.O “necə ki bir su damlası başqa su damlalarına bənzəyirsə bir millətin gələcəyi də eyniylə keçmişinə bənzəyir”fikrini irəli sürür.Bu ərəb filosofu özündən əvvəlki tarix ədəbiyyatından demək olar ki hec təsirlənmədən tarixi yeni düşüncələr və yeni axtarış metodları ilə zənginləşdirmişdir.İbn Xaldun tarixin tərifini belə verir:“Tarix bir dövrə və ya bir nəsilə aid olan xəbərlərin izah edilməsidir.”Ancaq bu izahatda ictimai həyatın yaranması və inkişaf səbəblərini bilmək zəruridir.İbn Xaldunun tarixçiliyi səthi deyil,hətta bir tarix fəlsəfəsi inkişaf etdirəcək qədər dərindir.

İbn Xaldunun hadisələrdəki təməl səbəblərin mahiyyətinə toxunmuş olması bir çox yazıçı tərəfindən determinist,pozitivist,tarixi materialist və rasionalist kimi haqsız ifadələrin söylənməsinə yol açmışdır.Halbuki cərəyan edən hadisələrin görünüşdəki maddi səbəblərini araşdırmaq,hadisələrlə səbəblər arasındakı səbəb-nəticə əlaqəsini ortaya çıxarmağa çalışmaq heç də materialist olmağı tələb etmir.İbn Xalduna görə insan cəmiyyəti təbiidir,insanın özü təbiəti etibarilə ictimaidir və tək başına yaşaya bilməz.İnsan cəmiyyətinin müəyyən bir şəkildə inkişafı məcburidir.
2.İbn Xalduna görə dövlətin süqut səbəbləri İbn Xalduna görə xalq birliklərini bir arada yığan Şəhər həyatı mədəniyyətin ilk mərhələsidir.Burada heyvandarlıq və əkinçiliyin yerini Sənaye və Ticarət almışdır. Əsasən Çöl həyatındakı istehsal artımı və yeni ehtiyacların meydana çıxması Şəhər həyatını ortaya çıxarmışdır.Şəhər həyatının davamlılığı və sabitliyi üçün insanların bir araya gəlib istehsal və satışda əməkdaşlıq etməsi kafi deyil.Bunun üçün Suverenlik və Siyasi Varlıq yəni Dövlət olmaq məcburiyyətindədir.İbn Xalduna görə; şəhərləşmə dövləti deyil, dövlət şəhərləşməyi yaradar.Dövlət olmadığı müddətcə Şəhərləşmə də olmaz.Dövlətin varlığı ilə Şəhər həyatı qaynaşar.Şəhər həyatında iqtisadi fəaliyyətlərin pozulması ilə dövlətin həll edilməsi bir-biriylə birbaşa əlaqəlidir.Hər cür iqtisadi fəaliyyətin hədəfi qazanc əldə etməkdir.Dövlətin iqtisadi həyata ədalətsiz müdaxiləsi, yüksək vergilərlə qazancını artırmağa çalışması,mal və pula istədiyi kimi suveren olması, iqtisadi həyatı iflicə uğradar.Ibn Xaldun siyasi suverenliyin meydana gəlməsi, inkişafı və həll edilməsi müddətində Siyasi Lider və ya liderlər qrupunun əhəmiyyətli olduğuna inanar.Siyasi liderin fərdi xüsusiyyətləri nə qədər inkişaf etmiş olursa olsun qrupunu meydana gətirə bilmədiyi müddətcə qəti olaraq müvəffəqiyyətə çata bilməz.Eyni şəkildə,dövlətlərin həll edilmə səbəblərini İdarə edənlərin fərdi qüsurlarında axtarmaq da səhvdir.O,hər dövlətə orta hesabla 120 - 130 illik bir ömür biçir.Hər dövlət ümumiyyətlə 5 təməl mərhələdən keçər:

Quruluş Dövrü:Hər cür etirazın basdırıldığı,hakimiyyətin daha əvvəl onu əlində tutanlardan zorla alınması dövrüdür.Ələ keçirən qrupda canlılıq və fəaliyyət ən üst səviyyədədir.Hələ ənənəvi vərdişlərini itirməmiş, təvazökar və qənaətkardır. Siyasi lider hələ özünü vətəndaşlarından ayrı tutmaz.


Nüfuz Dövrü:İqtidarı əlində tutan lider öz qrupu üzərində nüfuzunu təsis edər, mülkiyyəti və nemətləri özü üçün istəməyə başlar.Qrupda rəqib ola biləcəkləri rəhbərlikdən uzaqlaşdırar,özünə itaətkar kəsləri rəhbərliyə gətirər.
Rahatlıq Dövrü:İqtidarın meyvələri toplanar, sərvət genişlənər, şan-şöhrət ön plana keçər,özünü ölümsüzləşdirəcək əsərlər yaradar.Siyasi liderin həm öz qrupunu həm də digər qrupları tam hakimiyyəti altına aldığı dövrdür.Güclü ordu, yaxşı çalışan bürokratiya və nizamlı toplanan vergilər vardır.
Təqlid Dövrü: Siyasi iqtidar,ata-babalarının onlara miras buraxdıqlarını kafi görməyə başlar.Ən doğru yolun özünə miras buraxılan yolu izləmək olduğuna inanar.Təqlidçilik və ənənəçilik,yeniləşmənin qarşısını kəsir.

Bədxərclik Dövrü:Siyasi iqtidar,atalarından qalan mirası arzu və həvəsinə görə israf etməyə və bədxərclik etməyə başlıyar.Dövlət rəhbərliyinə səlahiyyətsiz kəslər keçirilər.Dövlətin həll edilmə və yıxılma müddəti başlıyar. Ordusunu, məmurunu saxlaya bilməz və xərclərini ödəyə bilməz hala gələr və süqut edər.


İbn Xaldun dövlətin idarə edilməsində xarici faktorlardan daha çox daxili faktorların əhəmiyyətli olduğunu müdafiə edir.Dövlətin süqutundakı ən fundamental səbəbləri; Lider, İqtisadiyyat və Əxlaq olmaq üzrə 3 əsas başlıq adı altında ifadə edir.

Lider; dövlətin qurulma müddətində qrupuyla əxlaqi bir nüfuz əlaqəsi içindədir.Zaman keçdikcə nüfuzunu bölüşmək istəmir.Liderin qürur, eqoizm və başqalarına hakim olmaq hissi qabağa keçir.Ona görə siyasətin özü də Tək Bir Hakim olmağı tələb edir.

İqtisadiyyat; güc olaraq iki təmələ söykənir : Əsgər və Pul.Dövlətin quruluş mərhələsində çox pula ehtiyac olmaz. Dövlət böyüyüb inkişaf etdikcə yeni ehtiyaclar pula olan ehtiyacı da ortaya çıxarar.Rəhbərliyin tək pul qaynağı vergilərdir.Vergilərin xəzinəyə axması üçün möhkəm və inkişaf edən bir iqtisadi quruluş lazımdır.İbn Xaldun, iqtisadiyyatın özünə xas qanunların olduğunu ifadə edir və hər hansı bir məcburetmə iqtisadi həyatı alt-üst edər fikrini əsaslandırır.

Əxlaq;İnsanlar qənaətkar,dayanıqlı,özünə güvənən,cəsur,namuslu, dindar olmaq yerinə,həris,məğrur,qorxaq,tənbəl, eqoist,bədxərc,dini dəyərlərə laqeyd hala gəlirlər.Doymaq bilməyən ehtiyaclarını qanuni yollardan təmin edə bilməyənlər,qeyri qanuni yollara üz tutar və əxlaqi dəyərlərini itirərlər.Xalq artıq fərdiləşmiş,qeyri-qanuni əlaqələr yayılmış,din və əxlaq meyarları zəifləmişdir.


Nəticə İbn Xaldun heç şübhəsiz İslam mədəniyyətində yetişmiş və onun məhsulu olan dahi bir şəxsiyyətdir.İbn Xaldunun ən böyük üstünlüyü,mədəni hərəkət ruhunu yaxşıca qavramış və sistemli bir şəkildə bunu ifadə etmiş olmasıdır.Özü də bu mədəniyyətin ən parlaq məhsuludur.Onu anlamaq üçün lazımlı olan bəlkə də ən əhəmiyyətli şey bu mədəniyyətin ünsürlərinə sahib olmaqdır.Özünün də ifadə elədiyi kimi "bir mədəniyyət heç vaxt digəri ilə müqayisə edilə bilməz.Onlar bir nöqtə üzərində bir-birinə bənzəyə bilərlər, digər bütün nöqtələrdə isə bir-birindən ayrılarlar.” İbn Xaldun dövlət həyatıyla dini həyatın sərhədlərini ortaya qoyarkən, bir növ Dünyəvi Dövlət sistemini müdafiə etmişdi. İbn Xaldunun təməl məqsədi; İslam Mədəniyyətinin tarixi və sosioloji problemlərinə işıq tutmaq və İslam mədəniyyətinə yeni bir canlılıq qazandırmaq idi.
İstifadə olunmuş ədəbiyyat:

Ünver Günay, "İslam Dünyasında Bir Din Sosyolojisi Öncüsü: İbn Haldun"



Münir Koştaş, "İbn Haldun'un Mukaddimesine Dair Bazı Müşahedeler-I"

Tahsin Sınav, "Mukaddime'nin İçeriği"


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə