1. İqtisadi inteqrasiyanın mahiyyəti. İnteqrasiyanın yaradılmasının obyektiv əsasları




Yüklə 226.55 Kb.
səhifə1/4
tarix20.04.2016
ölçüsü226.55 Kb.
  1   2   3   4
1. İqtisadi inteqrasiyanın mahiyyəti. İnteqrasiyanın yaradılmasının obyektiv əsasları

XX əsrin ikinci yarısından sənaye ölkələrinin sürətli inkişafı nəticəsində beynəlxalq nəqliyyat və kommunikasiya vasitələrinin təkmilləşdirilməsi ilə beynəlxalq ticarətin inkişafında güclü küyfiyyət dəyişiklikləri baş vermişdir. Daha doğrusu beynəlxalq ticarətin müxtəlif istehsal amillərinin beynəlxalq hərəkəti ilə daha da tamamlanırdı. Nəticədə hazır əmtəələrin ixracı ilə yanaşı bütün istehsal amillərinin xaricə axması imkanı və yerləşdirilməsi genişlənmiş və ölkələr arası fəaliyyət artmışdır.

Bu iqtisadi fəaliyyət birliyi hər şeydən əvvəl müxtəlif ərazilərin deyil, ancaq eyni ərazinin dövlətləri arasında yaranır.Burada «Regional» və yaxud ərazi anlayışı sadəcə olaraq coğrafi sərhəddi göstərmir. Eyni ərazinin dövlətləri istər-istəməz sərhəd yaxınlığı ilə yanaşı müəyyən tarixi ümumilik, oxşarlıq, ənənəvilik, təsərrüfat-mədən eynilik, demoqrafik quruluş, və s. Kimi ümumi cəhətlərlə səciyyələnir. Bununla yanaşı:

1. İqtisadi birliyə qoşulan dövlətlər hər şeydən əvvəl iqtisadi inkişaf baxımından yaxın olmalıdırlar.

2. Bu ölkələr ümumi sərhəddə malik olmaqla tarixən onların arasında sağlam iqtisadi münasibətlər mövcud olmalıdır.

3. Hər bir qrup ölkələrdə yaranan iqtisadi problem ümumi birliyin gücü ilə həll olunmalıdır və s.

Beləliklə vaxt keçdikcə beynəlxalq miqyasda təsərrüfat həyatında beynəlmiləşmə prossesi güclənmişdir.

Təsərrüfat həyatının beynəlmiləlləşməsində əsas mərhələlərdən biri də inteqrasiya prosesidir. İnteqrasiya latın sözü olub «qovuşma», «çuğlaşma», «birləşmə» deməkdir. Lakin aydındır ki, burada sadəcə birləşmə deyil, iqtisadi fəaliyyətlərin qarşılıqlı, razılaşdırılmış birləşdirilməsi nəzərdə tutulur. Ərazi üzrə iqtisadi inteqrasiya dedikdə ən ümumi mənada ayrı-ayrı ölkələrin təsərrüfat həyatın tədricən birləşməsi prosesi nəzərdə tutulur. Bu cür birləşmə nəticəsində yeni bütöv təsərrüfat mexanizmi formalaşır və beynəlxalq regional kompleks yaranır. Bu regional komplekslər dünya iqtisadiyyatının və eləcə də BİM-in subyektinə çevrilirlər. Qeyd etməliyik ki, istər dünya iqtisadiyyatının inkişafında və istərsə də BİM-in genişlənməsində inteqrasiya prosesi daha hərtərəfli və keyfiyyət cəhətləri ilə fərqlənir. Burada sadəcə olaraq məhsulun artması deyil, xalqlar arasında hərtərəfli mübadilə münasibətləri, geniş ünsiyyət, vahid məkan psixologiyası yaranır. İqtisadi birlik, mədəni birlik, siyasi birlik fəlsəfi aşılanır.

Dünya iqtisadiyyatında qloballaşma genişləndikcə təsərrüfat həyatında baş verən qarşılıqlı proseslər də artır. Belə şəraitdə milli dövlətlər bir çox hallarda öz mənafelərinin ödənilməsi dünya bazarı vasitəsilə həyata keçirməyə üstünlük verirlər.

Ayrı-ayrı müəssə və dövlətlər məhsul satışı və xammal mənbələri uğrunda gedən rəqabətdə bir-biri-ilə maddi və maliyyə baxımından öz qüvvələrini birləşdirməklə bir çox əlavə xərclərdən azad olur və birgə qüvvə ilə rəqabətə girmək imkanı əldə edirlər. Beleliklə milli dövlət mənafeyi regional mənafeyə çevrilir. Buradan da dünya təsərrüfatındakı qloballaşma prosesi regionallaşma prosesi ilə tamamlanmış olur. Adətən inteqrasiya prosesi az və ya çox mənada qarşılıqlı ticarətin liberallaşdırılması ilə başlanır. Bu hal əmtəələrin, xidmətlərin və kapitalın hərəkətinin məhdudlaşdırılmasını aradan qaldırır. Tədricən vahid iqtisadi, hüquqi, informasiya məkanı yaranır. Buradan da yeni keyfiyyətli beynəlxalq iqtisadi münasibətlər meydana gəlir. Qeyd etməliyik ki, regional inteqrasiya bir çox əlamətlərinə ilə dövlətlərarası digər əlaqə və formalardan fərqlənir. Beləliklə:



  1. İnteqrasiyaya daxil olan hər ölkə öz iqtisadi siyasətlərində müəyyən razılığa gəlirlər.

  2. Onlar öz milli qanununvericiliklərinə, norma və standartlarını uyğunlaşdırırlar, vahid hala salırlar.

  3. Region daxililində istehsal prosesində vahid texnologiya mövcud olur.

  4. İstehsalda, elm və texnikada beynəlxalq ixtisaslaşma və kooperasiyanın inkişafına zəmin yaranır.

  5. İnteqrasiya prosesinin tənzimlənməsi məqsədilə vahid idarəçilik orqanları yaradılır.

Beləliklə inteqrasiya əmtəə itehsalçılarına bir tərəfdən daha təminatlı xammal, maliyyə, əmək, və elmi ehtiyyatlardan istifadə etmək imkanı verir, digər tərəfdən isə daha böyük bazar üçün əmtəə istehsal etməyə zəmin yaradır.

Bir çox alimlər 1990-cı illəri inteqrasiya proseslərinin yüksək həddi, BİM-də isə regionlaşmanın intensivləşməsi dövrü adlandırılar. Bu inteqrasiyalaşma 2 formada təzahür edir: kəmiyyət və keyfiyyət baxımından.

Kəmiyyət baxımından son onilliklərdə makroregionçuluğun daha geniş xarakter alması, əvvəlki müvafiq razılaşmaların təzələnməsi və sairəni qeyd etmək olar.

Keyfiyyət baxımından dərininə regional təsərrüfatçılığın artması, inteqrasiyanın daha yetkin formalarından istifadə edilməsi cəhətləri diqqəti cəlb edir.

Onu da qeyd etməliyik ki, son on illiyin əsas cəhətlərindən biri də ondan ibarətdir ki, iri inteqrasiya birlikləri arasında da əməkdaşləq barədə müəyyən razılaşmalar, müqavilələr həyata keçirilir. Məsələn, Avropa İttifaqı ilə Latın Amerikası ümumi bazarı ölkələri (Cənub konusu-Merkosur) arasındakı razılığa əsasən tədricən Cənub-Transatlantik azad ticarət zonası formalaşması nəzərdə tutulur. Bu artıq meqaregional inteqrasiya hesab edilir.ABŞ bu razılığa xüsusi maraq göstərir.

1995-ci ildən başlayaraq yeni transatlantik bazarı yaradılması istiqamətində ABŞ ilə Aİ arasında bir çox rəsmi sənədlər imzalanmışdır.

Hazırda Elmi-Texniki İnqilabın transatlantik azad ticarət zonasına (TAFTA) çevrilməsi barədə rəsmi söhbətlər gedir. Odur ki, hətta İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələrinin də TAFTA-nın tərkibinə daxil olması və eləcə də TAFTA-nın Asiya-Sakit okean əməkdaşlıq ilə (ATES) birləşdirilməsi ideyası da gündəlikdə dayanır.

Bütün bunlarla yanaşı Ümumamerika azad ticarət zonasının yaradılması, Şimali cə Cənubi Afrikanın birləşməsi ideyası da inteqrasiya proseslərinin dərinləşməsinin bariz nümunəsi kimi diqqəti cəlb edir.

Buradan da qloballaşma və yaxud regional inteqrasiya probleminin hansının qəbul edilməsi iqtisadçıları və siyasətçiləri düşündurməyə bilməz. Beləliklə regional iqtisadi inteqrasiya kompleksləri qloballaşmanın çox zəruri elementi kimi çıxış edirlər.

Odur ki, hazırda regional inteqrasiya prosesi demək olar ki, bütün qitələr üçün ən xarakterik cəhət olmuşdur. Çoxlu sayda ticarət-iqtisadi qruplaşmaları yaranır. Ümumdünya Ticarət Təşkilatının məlumatına görə hazırda 134-dən artıq regional ticarət-iqtisadi razılaşması real olaraq fəaliyyət göstərir ki, bunun da 90-nı 1995-ci ildən sonra yaradılmışdır.

Belə nəticəyə gəlmək olur ki, milli təsərrüfatların iqtisadi əlaqələrinin və əmək bölgüsünün inkişafında inteqrasiya obyektiv zəruri bir prosesdir. İnteqrasiya yolu ilə xarici iqtisadi mübadilədən tutmuş istehsal dairəsi də daxil olmaqla milli təsərrüfatların yaxından qovuşması və ərazilər üzrə təsərrüfat proseslərinin əmələ gəlməsinə imkan yaranır.

İqtisadi inteqrasiyanın yaranması prosesi mürəkkəb və ziddiyətli xarakterə malikdir. Çünki, o bir çox iqtisadi və siyasi səbəblərdən irəli gəlir.

Məhsuldar qüvvələrin sürətli inkişafı onun milli təsərrüfat çərçivəsindən kənara çıxması, iqtisadi və siyasi amillərin nisbətinin tez-tez dəyişməsi inteqrasiya prosesini artırmışdır. Beynəlxalq iqtisadi inteqrasiya ərazi üzrə yaranır və bir neçə formada təzahür edir. İnkişaf etmiş sənaye ölkələrində bu proses dölətlərarası və mikrosəviyyə olan müəssələrarası (xarici investisiyası əsasında) səviyyədə yaranır.

İnteqrasiya prosesi bura daxil olan hər bir ölkə üçün əlverişli şərtlər yaradır. Bunlardan:

1. İnteqrasiya əməkdaşlığı bu qruplaşma daxilində maliyyə, material, əmək, yeni texnalogiya və digər ehtiyatların hərəkətinə zəmin yaradır.

2. Bütün istiqamətlərdə əməkdaşlığı genişləndirir.

3. İqtisadi rəqabətdə müəyyən üstünlüyə nail olmaq imkanı verir.



2. İnteqrasiya proseslərinin təkamülü. Regional inteqrasiyanın əsas formaları
Başqa iqtisadi hadisə və proseslər kimi iqtisadi inteqrasiya da daimi hərəkətdə və dəyişməkdədir. Hər bir inteqrasiya qruplaşmasının iqtisadi modeli uzun tarixi bir prosesin süzgəcindən keçir. Təsərrüfat kompleksini formalaşdıran ayrı-ayrı ünsürlərin nisbəti və onların qarşılıqlı əlaqələri müəyyənləşdirilir. Odur ki, hər bir regional inteqrasiya öz növbəsində unikaldır və onun təcrübəsinin mexaniki qəbul edilməsi düzgün deyildir. Bütün bunlarla yanşı bir çox ticarət-iqtisadi qruplaşmalarının fəaliyyətinin müqayisəli təhlili göstərir ki, regional iqtisadi inteqrasiyaların inkişafı müəyyən qanunauyğunluqlara əsaslanır.

Hər bir inteqrasiya prosesi müəyyən mərhələdən keçir, hər mərhələnin özünə məxsus səciyyəvi cəhətləri; intensivlik dərəcəsi, dərinliyi, miqyası və s. vardır.

İnteqrasiya prosesi də digər proseslər kimi sadədən mürəkkəbə doğru inkişaf edir. İnteqrasiya prosesinin klassik təsnifatını Amerika alimi B.Balaşi vermişdir. Balaşi ilk əvvəl əməkdaşlıqla inteqrasiyanı bir-birindən fərqləndirmişdir. O, göstərirdi ki, əməkdaşlıq fəaliyyətində müxtəlif ayrı-seçkiliklər azaldılır. İnteqrasiya prosesində isə ümumiyyətlə hər cür ayrı-seçkilik aradan qaldırılır. B.Balaşi inteqrasiyanın 5 formasını (yaxud 5 mərhələ təşkil etməsini) fərqləndirmişdir. Hər bir forma haqqında ayrıca müqavilə-razılaşma aparılır.

Bunlar aşağıdakılardır:



  • Azad ticarət zənası ;

  • Gömrük ittifaqı ;

  • Ümumi bazar ;

  • İqtisadi və valuta ittifaqı ;

  • Tam iqtisadi inteqrasiya ; Hər bir formanı nisbətən təfsilatı ilə şərh edək.


1. İqtisadi inteqrasiyanın ən sadə forması «azad ticarət zonası » hesab edilir. Bu birliyin üzvü olan ölkələr gömrük tariflərini, ticarət məhdudiyyətlərini ləğv edirlər. Bura daxil olmayan üçüncü dövlət üçün özləri müstəqil siyasət yeridirlər. İnteqrasiyanın belə forması Avropa Azad Ticarət Birliyi (AATB) , Şimali Amerika Azad Ticarət Zonası (NAFTA), Cənub-Şərqi Asiya (ASEAN) qruplaşması çərçivəsində həyata keçirilir.

2. İqtisadi inteqrasiyanın ikinci əsas forması «Gömrük İttifaqı» hesab olunur. Azad ticarət zonasından fərqi ondan ibarətdir ki, burada ancaq tarif dərəcələri və məhdudiyyətlər ləğv edilmir. Həm də üçüncü ölkəyə münasibət də vahid siyasət aparılır. ÜTT-nin 24-cü bəndinə əsasən gömrük ittifaqı gömrük ərazilərini birləşdirir-azaldır. Daxildən gömrük xidməti ləğv edilir, onların vəzifəsi vahid gömrük ərazisinə verilir. Məsələn: Aİ-də 1968-ci ildən belə qayda tətbiq edilir. Eləcə də Cənub konusu ümumi bazarında (Latın Amerikasında-Merkosur), MDB-nin beş ölkəsində (Rusiya, Belarusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan) yaranan gömrük ittifaqını buna misal gətirmək olar.

İnteqrasiyanın bu formada əmtəə axını dəyişir, idxal məhsullarına olan istiqamət artır, istehsalın və istehlakın həcmi dəyişir.Gömrük ittifaqı iqtisadi baxımdan sanki tamamlanmış, başa çatmış formadır. Bu prosesə ancaq beynəlxalq ticarət kimi baxsaq o, daxili ziddiyətləri özündə həzm etmiş olur.



3. Sonra İqtisadi inteqrasiyanın üçüncü nisbətən mürəkkəb forması olan «ümumi bazar» yaranır. Burada azad ticarət və vahid tarif dərəcələri ilə yanaşı kapitalın və işçi quvvəsinin azad hərəkətinə yol açılır. Bir çox hüquqi, iqtisadi və texniki şərtlər vahid hala salınır. Burada üzv olan ölkələrin qanuvericilik sistemində standartlarda müəyyən yaxınlaşma- eynilik olması vahid idarəçilik orqanları yaradılması zərurət təşkil edir. İstehsal amillərinin sərbəst hərəkəti ümumi ehtiyatlaran səmərəli istifadə edilməsinə zəmin yaradır və istehsalın ixtisaslaşmasını sürətləndirir.

4. Dövlətlərarası iqtisadi inteqrasiyanın daha mürəkkəb forması olan «İqtisadi və valyuta ittifaqı» yuxarıdakı formaların bütün cəhətləri ilə yanaşı ümumi iqtisadi və valyuta-maliyyə siyasəti keçirilməsini nəzərdə tutur. Burada inteqrasiya əməkdaşlığının həyata keçirilməsi üçün idarəçilik inistitutlarının yaradılmasına- dövlət başçıları şurası, nazirlər şurası, mərkəzi bank və s. yaradılmasına zəmin yaranır. Eləcə də müəyyən mərhələlərdə vahid valutaya keçirilməsi məsələləri müzakirə edilir.

5. «Tam iqtisadi inteqrasiya» forması. Bu mərhələdə vahid bazar məkanında iqtisasi və siyasi məkana çevrilmə prosesi gedir. Burada ancaq müəyyən razılaşma deyil, iqtisadi siyasətlərdə eynilik, qanunvericilik bazalarında yaxınlaşma baş verrir. Bu mərhələdə beynəlxalq iqtisadi və siyasi münasibətlərin yeni çoxmilli subyekti formalaşır, vahid federativ (konfedrativ) dövlət yaradılmasına doğru hərəkət baş verir.

Beləliklə bu sahədə B.Balaşi, C.Mid, R.Lips, C.Vaynerin fikirləri regional iqtisadi inteqrasiya siyasətinin nəzəri əsası olmuşdur. Lakin təcrübə göstərir ki, real şəkildə inteqrasiya prosesi heç də düz xətt şəklində inkişaf edə bilməz.

Şimali Amerikada, Latın Amerikasında, Asiya-Sakit okean regionunda, Afrikada, Yaxın Şərqdə bir çox inteqrasiya modelinin mövcudluğu, ölkələrin diferensiallaşması, təkrar istehsal mexanizminin müxtəlifliyi göstərir ki, regional iqtisadi inteqrasiya eyni sxem ilə inkişaf etmir. Beynəlxalq iqtisadi münasibətlərin konkret vəziyyəti, hər bir ölkənin iqtisadi-siyasi mənafeyi əlbəttə inteqrasiya prosesinə təsir edir. İnkişaf etmiş bazar iqtisadiyyatı ölkələrində mikroiqtisadi səviyyədə inteqrasiya ( xüsusi korporasiyalararası inteqrasiya) üstünlük verilir. Bu cür xüsusi korporasiya səviyyəli inteqrasiyadan dövlətlərarası (makrosəviyyə) inteqrasiyaya keçid, dövlətlərarası iqtisadi birliklər yaradılmasına səbəb olmuşdur.

İnkişaf etmiş ölkələrdə məhsulldar qüvvələrin inkişafı özlüyündə iqtisadi inteqrasiyaya zərurət yaratmışdır.

İnkişaf etməkdə olan ölkələr isə iqtisadi inkişafa, sənayeləşməyə nail olmaq üçün iqtisadi inteqrasiya birlikləri yaratmağa can atırlar.

Ərazi çərşivəsində ölkələrin iqtisadi yaxınlaşması hər bir birliyin müəssələrin üçüncü ölkələrin müəssələrinin rəqabətindən qorunmasına kömək edir.

İnteqrasiya əlaqələri onların iştirakçılarına imkan verir ki, daha zəruri məsələləri həll edə bilsin. Nisbətən geridə qalmış rayonların inkişafının bərabərləşməsi üçün şərait yaradılır. Əmək bazarında nisbi yaxınlaşma özünü göstərir, əhalinin az təminatlı təbəqəsinə, səhiyyə sisteminin gələcək inkişafına, əməyin mühavizəsinə və sosial təminatına zəruruət yaranır.

Təsərrüfat həyatının beynəlmiləl xarakter alması XX əsrin ikinci yarısında dünya təsərrüfatının inkişafının əsas meylinə çevrilmişdir. Nisbətən inkişaf etmiş ölkələrin bu və ya digər formada qruplaşdırılması onların təsir dairəsini artırır. Bu isə dünya təsərrüfatının daha qlobal miqyasda beynəlmiləllşməsinə zəmin yaradır.

Bu kimi dövlətlər və ya qrup dövlətlər müəyyən mənada inteqrasiya mərkəzinə çevrilirlər. Başqa dövlətlər bunların ətrafında qruplaşmaqla dünya təsərrüfatı əlaqələri okeanında özünə məxsus qitə yaradırlar.

İqtisadi inteqrasiya da öz növbəsində bu prosesin iştirakçısı olan ölkələr arasında istehsalın və kapitalın beynəlmiləlləşməsinin sürətlənməsinə zəmin yaradır.

Bütün bu proses zəncirvari şəkildə bir-birilə sıx bağlıdır.

Deməli, məhsuldar qüvvələrin inkişafı → beynəlxalq əmək bölgüsü → istehsalın və kapitalın beynəlmiləlləşməsi → iqtisadi inteqrasiya.

Beləliklə dünya təsərrüfatında ayrı-ayrı ölkələrin milli təsərrüfatlarının yaxınlaşması və bir-birinə qovuşması prosesi vahid təsərrüfat orqanizm yaranmasına yol açır ki, bu da inteqrasiya adlanır.

İnteqrasiya təsərrüfat həyatının beynəlmiləlləşməsinin ən yüksək təzahür formasıdır. O, çox yüksək beynəlxalq əmək bölgüsünün və kooperasiya əlaqələrinin qanunauyğun nəticəsidir.




3. Şaquli və üfüqi inteqrasiya
Şaquli inteqrasiya - İdarəetmədə şaquli inteqrasiya inzibati idarənin stilini təsvir edir. Şaquli inteqrasiya qurumu ümumi rəhbər altında iyerarxiyada birləşdirir. Adətən iyerarxiyanın hər üzvü ehtiyacları qarşılmaq məqsədi ilə müxtəlif məhsul və ya xidmət istehsal etmək üçün kombinasiyalı şəkildə birləşirlər. Bu isə üfüqi inteqrasiya ilə ziddiyyət təşkil edir. Şaquli inteqrasiya ləngimə problemindən boyun qaçırmağın bir yoludur. Şaquli inteqrasiya zamanı yaranmış monopoliya adətən şaquli monopoliya adlanır. Andreu Karnegi faktiki olaraq şaquli inteqrasiyanın ideyasını təqdim etdi. Bu sistem daha münasib maliyyə böyüməsi və şirkətlərdə effektliyi irəli çəkəmk üçün biznesmenlərə başçılıq edir.

Şaquli inteqrasiyanın üç tipi - Şaquli inteqrasiya axarboyu yuxarı-tədarükçülər və axarboyu aşağı-alıcılara malik dərəcədir. Üfüqi inteqrasiyanın əksinə olaraq şaquli inteqrasiya yeni firma və məhsullar yaratmaq deyil mövcud firmanın istehsal həcmini genişləndirməyə yönəlib (xammal həcmini artırmaq, satışı artırmaq və s aspektlərlə məsələyə daha dərin yanaşmaq).

Şaquli inteqrasiyada üç müxtəliflik özünü göstərir:

1) Geri inteqrasiya (axar boyu yuxarı)

2) İrəli inteqrasiya ( axınaşağı)

3) Tarazlaşdırılmış inteqrasiya (mövcud vəziyyəti qorumaq)

Geri şaquli inteqrasiyada şirkət yeni yeni firmalar yaradır. Bu firmalar şirkətin istehsal edəcəyi məhsulun tərkib hissələrini istehsal edir. Məsələn: Hər hansı bir komputer istehsalçı şirkəti ayrıca olaraq komputer enerji mənbəyi istehsal edən, mouse istehsal edən və s. firma qura bilər. Başqa bir misal ilə desək: Avtomobil istehsal edən şirkət şin, şüşə və metal şirkətinə malik ola bilər. Burda əsas məqsəd yaradılmış hər üç şirkətə müntzəm nəzarət etmək, təchizatı yaratmaq və keyfiyyəti qorumaqdır. 1920-ci ildə Ford və digər avtomobil şirkətlərin əsas məqsədi də bu yöndə idi: Kim ki avtomobil və avtomobil hissələri istehsal edən şirkətlər mərkəzini yarada bilir o istehsal xərclərini azaldaraq qələbə qazanır.

İrəli şaquli inteqrasiyada isə şirkət yeni filiallar açır və bunun məhsulları ilə həm alıcıların həm də öz ehtiyacların qarşılanmasında faydalanır. Buna misal olaraq bir turizm firmasını göstərmək olar ki, o həmçinin otellər şəbəkəsinə malikdir.

Tarazlaşdırılmış inteqrasiya isə o deməkdir ki, Şirkət filialları qurur və bunlar həm girişləri (tədarük mallarını) həm də çıxışları ( istehsal mallarını) nəzarətdə saxlayır.

Hər üç şaquli inteqrasiya növünə açıqlıq gətirsək görərik ki, geri inteqrasiya şirkətin istehsaldan əvvəl lazım oldugu xammalın özü istehsal etməsi, irəli inteqrasiya istehsaldan sora məhsulun satışı üçün şəxsi bazar məkanları yaratmaq, tarazlaşdırılmış inteqrasiya isə irəli və geri inteqrasiyanın hər iksinə sahib olmaq deməkdir.

Məsələn: Komputer istehsalçısı olan şirkət HDD və RAM istehsal edən firmalar quraraq geri inteqrasiya, Bölgələrdə komputer dükanı və ya internet klublar açaraq irəli inteqrasiya,yox əgər bunlardan hər iksini edərsə tarazlaşdırılmış şaquli inteqrasiya həyata keçirmiş olur.

Şaquli inteqrasiya ən erkən və geniştərkibli həyata keçirən Carnegie Steel şirkəti olub. Şirkət yalnız zavodları deyil, eləcə də, polad istehsal edən fabriklər, dəmir filiz çıxarmaq üçün mədənlər, kömür şaxtaları, dəmir filizi və kömür nəql etmək üçün dəmir yolları və s, bütün təchizat sistemini formlaşadırdı. Hətta yeni şirkətlərə polad istehsal etməyin yollarını öyrətmək üçün ali tədris müəsissəi formalaşdırdı.
Üfüqi inteqrasiya- “zəncirin” eyni səviyyəsində əlavə işgüzar fəaliyyət növlərinin qazanılması üfüqi inteqrasiya adlanır. Üfüqi genişlənmə oxşar məhsulların və ya xidmətlərin daxili genişlənməsi; əlavə firmaların yaradılması və ya xarici genişlənmə ilə həyata keçirilə bilər. Məsələn: Bir media şirkəti qəzet, radio, televiziya, jurnal, kitab kimi çoxsahəli şəbəkəni əhatə etməsi üfüqi inteqrasiyadır.

Üfüqi inteqrasiyanın üstünlükləri aşağıdakılardan ibarətdir:



  • Miqyas effektliyi-Məhsul istehsal həcmini və ya əhatə dairəsini genişləndirmək;

  • Görünüş dairəsi-Ümumi məhsulu bir neçə yeni məhsula bölmək.

  • Artırılmış bazar şəraiti ( Bazarda mövqe, tədarükçülər üzərində hakimiyyət)

  • Xarici bazarın idarə olunması ilə beynəlxalq ticarətin maya dəyərini aşağı salmaq

Üfüqi inteqrasiyanın tələləri

Rəqibləri üstələməklə üfüqi inteqrasiya qurumun bazarda payını artırır ki bu da davamlı hal aldıqda anti-monopoliya problemlər meydana çıxa bilər.

Hüquqi problemlərdən savayı bəzən gözlənilməz problemlər də meydana çıxa bilər ki, bu da üfüqi inteqrasiyanın mənfi nəticələrindədir. Üfüqi inteqrasiyanın ümumi görünüşdən əvvəl rəhbər şəxs qarşılaşacağı problemləri bilməlidir.

Bəzən üfüqi inteqrasiyanın həyata keçirilməsi zamanı çoxlu kobud səhvlərə yol verilir ki bunun da düzəldilməsi çətin olur. Bunu aradan qaldırmaq üçün bazara daxil olarkən müəyyən analazi aparılamalıdır. Məsələn: Komputer proqramları istehsal edən şirkət bazara daxil olmazdan əvvəl həm proqram istehsalçıları həm də komputer avadanlıq istehsalçıları ilə əlaqə yaratmalıdır. Çünki yalnız bunlardan birinin araşdırılması həqiqi inteqrasiyanın həyata keçirilməsini uğurlu edə bilməz.

Nəhayət üfüqi inteqrasiyanın mövcud faydaları real olsa da onların həyata keçirilməsi özbaşına mümkün deyil. Bura da əsas xüxusiyyət aşkar üfüqi strategiyanın var olmasıdır. Bu strategiya qısamüddətli, asan həyata keçiriləbilən olmalıdır.


4. Avropa dövlətləri arasında iqtisadi inteqrasiya birliyinin yaradılmasının əsas tarixi, siyasi və iqtisadi tərəfləri. Avropa İttifaqı.
Avropa idealı, real bir siyasi proyektə çevrilib Avropa ittifaqına üzv olan dövlətlərin hökumət siyasətlərində uzun müddətli bir hədəf halına gəlməmişdən əvvəl, sadəcə filosofların və uzaqgörən insanların düşüncələrində yaşayırdı. Avropa Birləşmiş Ştatları və ya Dövlətləri humanist sülh sevər bir xəyalın parçası idi. Avropa illərcə baş vermiş qanlı müharibələrə şahid olmuşdur. 1870-1945-ci illərdə, Fransa və Almaniya 3 dəfə müharibə etdilər. Bu fəlakətdən sonra, bəzi Avropa ölkələrinin liderləri sülhün təmin olunmasının yeganə yolunun ölkələrin iqtisadi və siyasi yöndən birləşməsi fikrinə gəldilər. Avropa milli uzlaşmasızlıqları dəf edə biləcək təşkilatın qurulması, İkinci Dünya Müharibəsi zamanı totalitar rəhbərliklərə qarşı mübarizə aparan müqavimət hərəkatlarından qaynaqlanmışdır.

Avropa bütünləşmə müddətinə sürət qazandıran biri federasiya tərəfdarı, digər funksional olan iki hərəkatın müdafiəçiləri İtalyan federalist Altiero Spinelli ilə, 1950-ci ildə Avropa Kömür və Polad ittifaqının (AKPİ) qurulmasına yol açan Schuman Planının ilham qaynağı Jean Monnetdir. Hər iki cərəyanın fərqli fikirləri var idi. Nəticə olaraq 1951-ci ildə, Avropa Kömür və Polad İttifaqı Belçika, Qərbi Almaniya, Lüksenburq, Fransa, İtaliya və Hollandiyadan ibarət 6 üz ilə quruldu. Bu ölkələrdəki polad və kömür sənayesi ilə əlaqədar alınan qərarlar, müstəqil bir quruma ötürülürdü. Sözü gedən qurumun ilik başçısı isə, Jean Monnet oldu. Avropa İttifaqı 1995-ci ildə, ilk fəalların xatirəsinə tikilmiş bir abidə kimidir; iqtisadi, sənaye, siyasət, vətəndaş haqları və xarici ticarət sahələrini əhatə edən çoxsektorlu bütünləşmənin ən üstün formasıdır. Avropada Kömür və Polad İttifaqını quran Paris müqaviləsi (1951), Avropa İqtisadi Birliyini və Avropa Atom Enerjisi Birliyini (Euratom ) quran Roma müqavilələri (1957), Vahid Avropa Sənədi (1986) və Maastricht Avropa İttifaqı Müqaviləsi (1992) , Üzv dövlətləri hegemon Dövlətlər arasında ənənəvi müqavilələrdən daha möhkəm bir formada bir-birinə bağlayan Aİ-nin hüquqi təməllərini meydana gətirir. Avropa İttifaqı, birbaşa tətbiq edilmə imkanı olan bir qanun təşkil etmə hüquqna malikdir və vətəndaşları leyhinə xüsusi haqlar təyin edə bilir.



Birliyin işləri başlanğıcda altı qurucu üzvü Almaniya, Belçika, Fransa, Hollandiya, İtaliya, Lüksenburq arasında bir kömür və polad ortaq bazarının qurulması ilə məhdudlaşırdı. Müharibə sonrasındakı o günlərdə, müharibənin qalib və məğlublarını bərabərhüquqlu olaraq əməkdaşlıq edə biləcəkləri bir təşkilati qurğu içində bir yerə toplayan İttifaq təməlində sülhə zəmanət vermənin bir aləti kimi başa düşülürdü. Altılar 1957-ci ildə, Fransız Milli Məclisinin Avropa Müdafiə İttifaqı layihəsini rədd etməsindən 3 il sonra mübarizə apararaq, mal və xidmətlərin sərbəst hərəkətinə aid bir iqtisadi birlik qurmağa qərar verdilər. Avropa İqtisadi Birliyi 1957-ci ildə, altı Qərbi Avropa dövləti arasında imzalanan “Roma anlaşması” ilə qurulmuşdur.AİB-nə hüquqən və faktiki olaraq beynəlxalq bir qurum olma haqqını qazandıran Anlaşma, 1 Yanvar 1958-ci il tarixində qüvvəyə minmişdir. Roma Anlaşması, 248 maddə və protokollardan ibarətdir. AİB-nin ən son hədəfi Avropanın siyasi bütünlüyə nail olmasıdır. Bu hədəfə çatmaq üçün nəzərdə tutulan iqtisadi tarazlığı təmin etmək üçün ilk vasitə olaraq üzv ölkələr arasında malların, xidmətlərin, sərmayənin və əməyin sərbəst hərəkət etdiyi bir ortaq bazar və gömrük birliyi qurulması nəzərdə tutulmuşdur.Roma anlaşmasının 2-ci maddəsində, AİB-nin hədəfi “Birliyin vəzifəsi ortaq bazarın qurulması və üzv ölkələrin iqtisadi siyasətlərinin getdikcə yaxınlaşdırılması vasitəsilə Birlyin daxilində iqtisadi fəallıqların qanunauyğun inkişafını, sürətli və taraz bir yayılmanı, artan bir sabitliyi, həyat səviyyəsinin sürətlə yüksəldilməsini və birləşdirdiyi dövlətlər arasında daha möhkəm münasibətlər qurmaqdır”, şəklində ümumiləşdirmişdir. Məlumatlarda gömrük vergiləri planlaşdırıldığı kimi, 1 iyul 1968-ci ildə ləğv edildi; xüsusilə kənd təsərrüfatı və ticarət siyasətləri olmaqla ortaq siyasətlər 60-cı illərin sonunda yerini tutmuşdur. Altıların uğuru Birləşmiş Krallıq, Danimarka və İrlandiyanın Birlik üzvlüyünə müraciət etməsinə səbəb oldu. General “Gaulle” un idarəsi altında olan Fransanın 1961-ci ildə və 1967-ci ildn 2 dəfə veto hüququnu istifadə etdiyi çətin dövrdən sonra, bu 3 ölkə 1972-ci ildə üzvlüyə qəbul edildilər. Üzv dövlətlərin sayını altıdan doqquza yüksəldən ilk genişləndirmə ilə birlikdə, birlik sosial və regional mövzularda üzərinə götürdüyü məsuliyyətlərlə yeni nüfuz qazandı. 1973 və 1979-cu illərdəki iki neft böhranı, dünya səviyyəsində pulun qeyri- sabitliyi daha da artdı. 1979-cu ildə, Avropa Pul Sisteminin dövriyyəyə girməsi valyuta məzənnələrinin sabitləşməsinə kömək etdi. Birlik 1981-ci ildə Yunanıstanın, 1986-cı ldə də İspaniya və Portuqaliyanın qatılmaları ilə cənuba doğru genişləndi. Bu genişlənmələr, onilliklərin iqtisadi inkişafları arasındakı fərqlilikləri azaltmağa yönələn proqramın həyata keçirilməsini zəruri etdi. Bu dövrsə Birlik, Aralıq dənizinin cənubu ilə Afrika, Karib və Sakit Okean ölkələri ilə yeni anlaşmalar imzalayaraq beynəlxalq səviyyədə daha mühüm bir rol oynamağa başladı; Afrika, Karib və Sakit Okean ölkələri bir-birnin ardınca dörd Lome Müqaviləsi (1975,1979,1984 və 1989) ilə Birliklə əlaqə qurdular. Bütün Birlik üzvləri olan ölkələr arasında 15 aprel 1994-cü ildə Mərakeşdə imzalanan bir müqavilə ilə, dünya ticarətinin inkişafında yeni bir dövrə addım atıldı. 1 yanvar 1995-ci ildə, Avropa İttifaqına 3 yeni üzv qatıldı. Avstriya, Finlandiya, və İsveç özlərinə məxsus yardımları ilə Birliyi zənginləşdirir, Orta və Şimali Avropada yeni açılmaları təmin edirlər. 2004- cü ildə isə on yeni ölkə Aİ-na üzv oldu.(Kipr,Çex Respublikasl, Estoniya, Macarıstan, Latviya,Litva, Malta, Polşa, Slavakiya və sloveniya). 1995-ci il tarixində üzvlük müraciəti qəbul edilən Bosqarıstan və Ruminiya ilə rəsmi müzakirələr başlandı və 2007-ci ildə birlik üzvü ola biləcəkləri düşünüldü. 1987-ci ildə üzvlük müraciəti edən Türkiyə isə, 3 oktyabr 2005-ci ildə müraciət sənədinin qəbul edilməsilə rəsmən müzakirə müddətinin başlanmasına haqq qazandı.2004-cü ildə müraciət edən Makedoniya isə, 2005-ci ilin Dekabrnda namizəd ölkə statusu aldı. Son olaraq isə Albaniay, Serbiya-Çernaqoriya, Bosniya Hersoqovina və BMT tərəfindən qorunan Kosova namizədlik ststusu gözləyən ölkələrdir.
  1   2   3   4


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə