1 Həqiqi astereoqnoz baş beynin hansı nahiyyəsinin zədələnməsində qeydə alınır?




Yüklə 1.44 Mb.
səhifə1/16
tarix22.04.2016
ölçüsü1.44 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   16
Nevrologiya ixtisası üzrə test suallarının nümunələri

Sinir sisteminin klinik anatomiya və fiziologiyası. Sinir sistemi xəstəliklərinin topik diaqnostikası.

1) Həqiqi astereoqnoz baş beynin hansı nahiyyəsinin zədələnməsində qeydə alınır?

A) Təpə payının

B) Ənsə payının

C) Alın payının

D) Ara beynin

E) Gicgah payının


Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 189


2) Bazunun ikibaşlı əzələsi (m. bicipitis brachii) vətərindən alınan refleks onurğa beyninin hansı seqmentlər səviyyəsində qapanır?

A) Th1-Th2

B) C5-Th2

C) C5-C8


D) C5-C6

E) C7-C8
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 11



3) Motor afaziyası nə ilə təzahür olunur?

A) Pasient danışa bilir, lakın deyiləni anlamır

B) Pasient danışa bilir, lakın nitqi disfonikdir

C) Pasient deyiləni anlamır və danışa bilmir

D) Pasient danışa bilmir, lakın deyiləni anlayır

E) Əşyaların adını yada sala bilməməyi ilə əlaqədar olaraq pasientin nitqi çətinləşmişdir


Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 195

4) Sensor afaziyası nə ilə təzahür olunur?

A) Pasient müraciət olunan nitqi anlamır və danışa bilmir

B) Pasient müraciət olunan nitqi anlayır, lakin danışa bilmir

C) Pasient müraciət olunan nitqi anlamır, danışa bilir, lakin öz nitqi pozulub, onu idarə edə bilmir

D) Pasient müraciət olunan nitqi anlamır, lakin öz nitqi adidir, onu idarə edə bilir

E) Pasient danışa bilir, lakın nitqi disfonikdir


Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 198

5) Baş beynin hansı nahiyyəsinin zədələnməsi zamanı udmanın, fonasiyanın, nitqin pozulmaları, udlaq refleksinin itməsi, dilin atrofiyası və fibrilyasiyaları qeydə alınır?

A) Varoli körpüsünün

B) Orta beynin

C) Hər iki daxili kapsulun

D) Ara beynin

E) Uzunsov beynin


Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 113

6) Aşağıda sadalanan sinirlərdən hansı boyun kələfinin şaxəsidir?

A) Mil siniri (n. radialis)

B) Əlavə sinir ( n. accessorius)

C) Orta sinir (n. medianus)

D) Qoltuq siniri (n. axillaris)

E) Kiçik ənsə siniri (n. occipitilis minor)


Ədəbiyyat: Sinir sistemi xəstəlikləri / Şirəliyeva R.K. - Bakı: Mütərcim, 2003, səh. 21

7) Aşağıda sadalanan sinirlərdən hansı bazu kələfinin şaxəsi deyil?

A) Əzələ-dəri siniri (n. musculocutaneus)

B) Qoltuq siniri (n.axillaris)

C) Mil siniri (n. radialis)

D) Diafraqma siniri (n. phrenicus)

E) Dirsək siniri (n.ulnaris)


Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 87

8) Hemianopsiya, hemianesteziya, hemiataksiya və hemialgeziyanın yaranması baş beynin hansı nahiyyəsinin zədələnməsi üçün xasdır?

A) Quyruqlu nüvənin (nucleus caudatus)

B) Solğun kürənin (globus pallidus)

C) Arxa mərkəzi qırışın(gyrus centralis posterior)

D) Görmə qabarının (thalamus opticus)

E) Qırmızı nüvənin (nucleus ruber)


Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 66

9) Aşağıda sadalanan sinirlərdən hansı bazu kələfinin şaxəsidir?

A) Böyük qulaq siniri (n. auricularis magnus)

B) Dirsək siniri (n. ulnaris)

C) Böyük ənsə siniri (n. occipitilis major)

D) Diafraqma siniri (n. phrenicus)

E) Kiçik ənsə siniri (n. occipitilis minor)


Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 89

10) Aşağıda sadalanan sinirlərdən hansı bel kələfinin şaxəsidir?

A) Bud siniri (n. femoralis)

B) İncik siniri (n. peroneus)

C) Qamış siniri (n. tibialis)

D) Heç biri

E) Oturaq siniri (n. ischiadicus)


Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 100(R-25)

11) Kauzalgik ağrı sindromu aşağıda sadalanan sinirlərin hansının zədələnməsi üçün səciyyəvidir?

A) Orta sinirin (n. medianus)

B) Aşağı sağrı sinirinin (n. gluteus inferior)

C) Qapayıcı sinirin(n. obturatorius)

D) Qoltuq sinirinin (n.axillaris)

E) Əzələ-dəri sinirinin (n. musculocutaneus)


Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 97

12) Orta sinirin (n. medianus) zədələnməsi zamanı aşağıda sadalanan simptomlardan hansı qeydə alınır?

A) Əlin heç bir barmağı bükülmür

B) ”Sallanan əl” əmələ gəlir

C) Əli yumruq kimi bükdükdə 5-ci, 4-ci və qismən 3-cü barmaqlar bükülmür

D) Əl “caynaqvari” vəziyyət alır

E) Əli yumruq kimi bükdükdə 1-ci, 2-ci və qismən 3-cü barmaqlar bükülmür


Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 97

13) Oral avtomatizm reflekslərinin meydana çıxması hansı yolların (traktların) zədələnməsi nəticəsində baş verir?

A) Kortikospinal yolların

B) Pontoserebellyar yolların

C) Kortikobulbar ( kortikonuklear) yolların

D) Vestibulospinal yolların

E) Rubrospinal yolların


Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 113-114

14) Görmə aqnoziyası baş beynin hansı nahiyyəsinin zədələnməsi nəticəsində yaranır?

A) Alın payının

B) Təpə payının

C) Ənsə payının

D) Görmə qabarının

E) Gicgah payının


Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 201

15) Vidaci dəliyi sindromu hansı sinirlərin zədələnmə simptomlarından ibarətdir?

A) Üçlü, üz, dəhliz-eşitmə sinirlərinin

B) Azan, əlavə, dilaltı sinirlərin

C) Dil-udlaq, azan, əlavə sinirlərin

D) Dil-udlaq, azan, əlavə, dilaltı sinirlərin

E) Üz, dəhliz-eşitmə sinirlərinin


Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 173

16) Uzunsov beynin dorsolateral infarktı zamanı (Vallenberq-Zaxarçenko alternik sindromu) aşağıda sadalanan simptomlardan hansı müşahidə olunmur?

A) Başgicəllənmə, nistaqm, ataksiya

B) Daxili çəpgözlük

C) Ocaq tərəfdə Horner sindromu

D) Ocaq tərəfdə üzdə seqmentar tipli hissiyyatın pozulması

E) Ocaq tərəfdə yumşaq damağın və səs tellərinin iflici


Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 153

17) Baş beynin hansı nahiyyəsinin zədələnməsi nəticəsində sensor afaziya (Vernike afaziyası) yarana bilər?

A) Uzunsov beynin

B) Alın payının

C) Gicgah payının

D) Ənsə payının

E) Təpə payının


Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 191

18) Baş beynin hansı nahiyyəsinin zədələnməsi nəticəsində motor afaziya (Broka afaziyası) yarana bilər?

A) Gicgah payının

B) Uzunsov beynin

C) Ənsə payının

D) Təpə payının

E) Alın payının


Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 191

19) Vegetativ sinir sisteminin simpatik şöbəsinin onurğa beyninin yan buynuzlarından ibarət olan seqmentar aparatı hansı seqmentlər səviyyəsində yerləşir?

A) S2-S4


B) L2-S2

C) C5-Th2

D) C1-C8

E) C8-L2
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 217



20) Simpatik siliospinal mərkəz onurğa beyninin hansı seqmentlərinin yan buynuzlarında yerləşir?

A) C4-C5


B) L1-L2

C) C8-L2


D) C5-Th2

E) C8-Th1


Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 255

21) Onurğa beyninin hansı seqmentlərində parasimpatik hüceyrələr vardır?

A) C8-L2


B) S3-S5

C) C1-C8

D) D1-D12

E) C8-D1
Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 257



22) Sol yuxarı ətrafın mərkəzi iflici qeydə alındıqda patolojı ocaq harada yerləşir?

A) Sağ ön mərkəzi qırışın orta hissəsində

B) Sağ daxili kapsulanın arxa budunda

C) Sağ daxili kapsulanın dizində

D) Sol ön mərkəzi qırışın orta hissəsində

E) Sağ arxa qırışın orta hissəsində


Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 90

23) Sağ aşağı ətrafda sadə parsial qıcolma tutması ( hərəki Cekson tutması) qeydə alındıqda patolojı ocaq harada yerləşir?

A) Sağ ön mərkəzi qırışın yuxarı hissəsində

B) Sol arxa mərkəzi qırışın yuxarı hissəsində

C) Sol arxa mərkəzi qırışın aşağı hissəsində

D) Sol ön mərkəzi qırışın aşağı hissəsində

E) Sol ön mərkəzi qırışın yuxarı hissəsində


Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 91

24) Uzaqlaşdırıcı sinirin (n.abducens) zədələnməsi zamanı hansı əzələnin iflici yaranır?

A) Daxili düz əzələnin

B) Xarici düz əzələnin

C) Yuxarı düz əzələnin

D) Yuxarı çəp əzələnin

E) Aşağı düz əzələnin


Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 127

25) Periferik hərəki neyronun zədələnməsi zamanı aşağıda sadalanan simptomlardan hansı müşahidə olunmur?

A) Patoloji reflekslər

B) Əzələ hipotoniyası

C) Əzələ atrofiyası

D) Dərin reflekslərin itməsi

E) Parez
Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 80



26) Aşağıda sadalananlardan hansı düzgün deyil?

A) Həm səthi, həm də dərin hissiyyatı təmin edən aparıcı yollar üç neyrondan ibarətdir

B) Uzaqlaşdırıcı sinirin nüvəsi Varoli körpüsündə yerləşir

C) Blokabənzər sinirin nüvəsi orta beyində yerləşir

D) Uzaqlaşdırıcı sinirin zədələnməsi nəticəsində xarici çəpgözlük yarana bilir

E) Mərkəzi hərəki neyronun zədələnməsi nəticəsində əzələ hipertonusu yaranır


Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 127

27) Bernard-Horner sindromuna hansı simptomlar daxildir?

A) Ptoz, xarici çəpgözlük və ekzoftalm

B) Göz yarığının daralması, mioz və enoftalm

C) Ptoz, midriaz və ekzoftalm

D) Göz yarığının genişlənməsi, midriaz və ekzoftalm

E) Göz yarığının daralması, midriaz və enoftalm


Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 218

28) Binazal hemianopsiya aşağıda sadalanan hansı strukturların zədələnməsi zamanı meydana çıxır?

A) Qrasiole dəstələrinin

B) Mahmız şırımlarının

C) Görmə çarpazının (chiasma opticum) xarici hissələrinin

D) Görmə çarpazının (chiasma opticum) mərkəzi hissəsinin

E) Görmə traktlarının


Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 137

29) Bitemporal hemianopsiya aşağıda sadalanan hansı strukturların zədələnməsi zamanı meydana çıxır?

A) Görmə çarpazının (chiasma opticum) mərkəzi hissəsinin

B) Görmə çarpazının (chiasma opticum) xarici hissələrinin

C) Görmə traktının

D) Hər iki Qrasiole dəstəsinin

E) Mahmız yarığının


Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 225

30) Görmə traktının zədələnməsi zamanı hemianopsiyanın hansı növü meydana çıxır?

A) Binazal hemianopsiya

B) Bitemporal hemianopsiya

C) Kontralateral homonim hemianopsiya

D) İpsilateral kvadrant hemianopsiya

E) İpsilateral homonim hemianopsiya


Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 228

31) Aşağıda sadalananlardan hansı strukturun zədələnməsi zamanı homonim hemianopsiyanın meydana çıxması qeydə alınmır?

A) Görmə çarpazının

B) Görmə qabarının

C) Görmə traktının

D) Qrasiole dəstəsinin (radiatio optica)

E) Ənsə payının


Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 137

32) Baş beynin hansı nahiyyəsinin zədələnməsi zamanı yuxarıya doğru baxışın parezi və akkomodasiyanın pozulması meydana çıxır?

A) Orta beynin bazal hissəsinin

B) Varoli körpüsünün bazal hissəsinin

C) Varoli körpüsünün damaltı hissəsinin

D) Uzunsov beynin

E) Orta beynin oral nahiyyəsinin damaltı hissəsinin


Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 210

33) Onurğa beyni köndələn yarısının zədələnmə sindromu ( Broun-Sekar sindromu) zamanı patolojı ocağa əks olan tərəfdə hansı pozulma qeyd olunur?

A) Səthi hissiyyatın naqil tipli pozulması

B) Mərkəzi iflic

C) Həm səthi, həm də dərin hissiyyatın pozulması

D) Periferik iflic

E) Dərin hissiyyatın naqil tipli pozulması


Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 94

34) Aşağıda sadalanan strukturlardan hansı orta beynin hissəsi deyil?

A) Qara substansiya

B) Blokabənzər sinirinin nüvəsi

C) Uzaqlaşdırıcı sinirin nüvəsi

D) Gözün hərəki sinirinin nüvəsi

E) Qırmızı nüvə


Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 127

35) Mərkəzi sinir sistemində mielin hansı hüceyrələr tərəfindən hasil olunur ?

A) Neyronlar

B) Epindimositlər

C) Şvann hüceyrələri

D) Astrositlər

E) Oliqodendrositlər


Ədəbiyyat: 1..Секреты неврологии./ Пер. с англ. под ред. проф., докт. мед. наук О. С. Левина.- М., 2008, стр. 288

2.Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 19



36) Periferik sinir sistemində mielin hansı hüceyrələr tərəfindən hasil olunur ?

A) Epindimositlər

B) Şvann hüceyrələri

C) Astrositlər

D) Oliqodendrositlər

E) Neyronlar


Ədəbiyyat: 1. Секреты неврологии./ Пер. с англ. под ред. проф., докт. мед. наук О. С. Левина.- М., 2008, стр. 288

2. Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 19



37) Aşağıda sadalanan kəllə-beyin sinirlərindən hansı hissi sinirlərə aiddir?

A) Əlavə sinir

B) Üçlü sinir

C) Azan siniri

D) Üz siniri

E) Dəhliz-eşitmə siniri


Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 182

38) Aşağıda sadalanan kəllə-beyin sinirlərindən hansı hərəki sinirlərə aiddir?

A) Dəhliz-eşitmə siniri

B) Azan sinir

C) Dil-udlaq siniri

D) Üçlü sinir

E) Dilaltı sinir


Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 166

39) Dil əzələləri hansı kəllə-beyin siniri ilə innervasiya olunur?

A) Sadalananların heç biri ilə

B) Dilaltı sinirlə

C) Dil-udlaq sinirilə

D) Üçlü sinirlə

E) Azan sinirilə


Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 109

40) Aşağıda sadalananlardan hansı bulbar sindrom zamanı qeydə alınmır?

A) Dilin atrofiyası

B) Disfagiya

C) Oral avtomatizm refleksləri

D) Disfoniya

E) Dizartriya


Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 175

41) Bazilyar (əsas) arteriya hansı arteriyalara şaxələnir?

A) Sağ və sol orta beyin arteriyalarına

B) Sağ və sol ön beyin arteriyalarına

C) Sağ və sol arxa beyin arteriyalarına

D) Sağ və sol arxa birləşdirici arteriyalara

E) Sağ və sol arxa aşağı beyincik arteriyalarına


Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 34

42) Aşağıda sadalanan arteriyalardan hansı beyin yarımkürəsinin əksər hissəsini vaskulərizə edir?

A) Arxa beyin arteriyası

B) Bazilyar (əsas) arteriya

C) Orta beyin arteriyası

D) Ön beyin arteriyası

E) Fəqərə arteriyası


Ədəbiyyat: Справочник по неврологии / Верещагин Н. В. и др. : Под ред. Е. В. Шмидта. - 3-е изд., перераб. и доп. - М.: Медицина, 1989, стр. 37

43) Onurğa beyninin boyun qalınlaşmasına hansı seqmentlər daxildir?

A) C5-C8


B) C1-C8

C) C8-Th2

D) C5-Th2

E) C1-Th2


Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 26

44) Onurğa beyninin bel qalınlaşmasına hansı seqmentlər daxildir?

A) L2-L5


B) L2-S2

C) L1-L5


D) L1-S5

E) L1-S1
Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 26



45) Ağrı və temperatur hissiyyatının aparıcı yolları onurğa beyninin hansı sütunlarında yerləşir?

A) Ön sütunlarında

B) Yan sütunlarında

C) Ön və yan sütunlarında

D) Arxa sütunlarında

E) Ön və arxa sütunlarında


Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 44

46) Onurğa beyni neçə seqmentdən ibarətdir?

A) 41-45


B) 33-34

C) 35-40


D) 31-32

E) 30
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 68



47) Səs telləri hansı sinir tərəfindən innervasiya edilir?

A) Əlavə sinir

B) Dil-udlaq siniri

C) Azan sinir

D) Dilaltı sinir

E) Üçlü sinir


Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 112

48) Beyincik beyin kötüyü ilə neçə cüt ayaqcıqlar vasitəsilə əlaqəlidir?

A) 1


B) 5

C) 2


D) 3

E) 4
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 154



49) Ön və arxa spinoserebellyar yollar onurğa beyninin hansı sütunlarında yerləşir?

A) Ön sütunlarında

B) Arxa və yan sütunlarında

C) Yan sütunlarında

D) Arxa sütunlarında

E) Ön və yan sütunlarında


Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 112

50) Beyinciyin yuxarı ayaqcıqları onu beyin kötüyünün hansı şöbəsi ilə birləşdirir?

A) Orta beyin və beyin körpüsü ilə

B) Ara beyinlə

C) Orta beyinlə

D) Beyin körpüsü ilə

E) Uzunsov beyinlə


Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 111

51) Aşağıda sadalananlardan hansı mərkəzi hərəki neyronun zədələnmə əlamətidir?

A) Fibrillyasiyalar

B) Arefleksiya

C) Patoloji reflekslər

D) Əzələ atrofiyası

E) ENMQ zamanı degenerasiya reaksiyası


Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 81

52) Onurğa beyninin C5-D2 səviyyəsində tam köndələn zədələnməsi zamanı aşağıda sadalananlardan hansı qeydə alınır?

A) Aşağı süst paraplegiya

B) Spastik tetraplegiya

C) Tetraplegiya: yuxarı ətrafların mərkəzi iflici və aşağı ətrafların periferik iflici

D) Tetraplegiya: yuxarı ətrafların periferik iflici və aşağı atrafların mərkəzi iflici

E) Yuxarı spastik paraplegiya


Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 94

53) Onurğa beyninin L2-S2 səviyyəsində tam köndələn zədələnməsi zamanı aşağıda sadalananlardan hansı qeydə alınır?

A) Ətraflarda hərəki pozulmalar yoxdur, aralıq nahiyyəsində hipesteziya qeydə alınır

B) Süst tetraplegiya

C) Aşağı mərkəzi paraplegiya

D) Aşağı süst paraplegiya

E) Yuxarı spastik paraplegiya


Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 94

54) Onurğa beyninin hansı seqmentlərinin köndələn zədələnməsi zamanı ətraflarda hərəki pozulmalar qeydə alınmır?

A) S3-S5


B) L2-S2

C) C5-Th2

D) Th3-L1

E) C1-C4
Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 94



55) Onurğa beyninin hansı seqmentlərinin köndələn zədələnməsi aşağı süst parapleqiyanın yaranmasına gətirib çıxarır?

A) S3-S5


B) C5-D2

C) D5-D10

D) L2-S2

E) D10-D12


Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 94

56) Onurğa beyninin hansı seqmentlərinin köndələn zədələnməsi mərkəzi tetrapleqiyanın yaranmasına gətirib çıxarır?

A) C5-D2


B) D5-D10

C) D3-L1


D) C5-C8

E) C1-C4
Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 94



57) Onurğa beyninin hansı seqmentlərinin köndələn zədələnməsi zamanı yuxarı ətraflarda periferik iflic, aşağı ətraflarda isə mərkəzi iflic qeydə alınır?

A) D5-D10

B) D3-L1

C) C1-C4


D) C5-D2

E) C1-C2
Ədəbiyyat: Пропедевтика нервных болезней / А.М. Пулатов. - 2-е изд. доп. и перераб.-Т.: Медицина, 1979, стр. 94



58) Aşağıda sadalanan sinirlərdən hansının zədələnməsi zamanı ptoz meydana çıxır?

A) Blokabənzər sinirin

B) Görmə sinirinin

C) Üz sinirinin

D) Uzaqlaşdırıcı sinirin

E) Gözün hərəki sinirinin


Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 129

59) Mimiki əzələlər kranial sinirlərin hansı cütü ilə innervasiya olunur?

A) 6-cı


B) 10-cu

C) 5-ci


D) 7-ci

E) 3-cü
Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 116



60) “Prosopoplegia” nədir?

A) Dil əzələlərinin iflici

B) Laringeal əzələlərinin iflici

C) Mimiki əzələlərinin iflici

D) Çeynəmə əzələlərinin iflici

E) Gözün hərəki əzələlərinin iflici


Ədəbiyyat: Топическая диагностика заболеваний нервной системы / А.В. Триумфов. - 16-е изд. - М., 2009, стр. 116
  1   2   3   4   5   6   7   8   9   ...   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azrefs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə